48
1920-ci il, sentyabrın 12-də Müşuriddövlə hökuməti
ingilislərin köməyi ilə Təbrizə hücum təşkil edir. Ək-
sinqilabçılar üsyanı yatırdır və həmin ayın 14-də Xiyabani
vəhşicəsinə öldürülür.
Əhməd şah ölkəni imperialist qüvvələrdən asılı vəziyyətə
salan qeyri-bərabər, təslimçi müqavilələrə qarşı mövqedə
dayandığından və müasirləşmə tərəfdarı olduğundan imperi-
alist İngiltərə və Rusiya ölkədəki fars əlaltıları vasitəsiylə onun
hakimiyyətinə son qoymağa çalışırdı.
1919-cu il sazişini hökumət də qəbul etmək istəmirdi. Bu
durum isə imperialist İngiltərənin ölkədə dövlət çevrilişi həyata
keçirməsinə gətirib çıxarır. 1921-ci ilin fevralında İngiltərənin
birbaşa himayədarlığı ilə kazak diviziyasının polkovniki, fars
şovinisti Rza xan və siyasi xadim Seyid Ziyaəddinin başçılığı
ilə Tehranda çevriliş edir. Seyid Ziyaəddin hökumətin başçısı,
Rza xan isə hərbi nazir olur.
Rza xan ölkədə hərbi diktatura rejimi yaradır. Parlamentdə
özünə kifayət qədər tərəfdar tapa bilməyən Rza xan 1923-cü
ildə keçirilən parlament seçkilərini öz nəzarəti altında keçirir
və yeni məclisə öz tərəfdarlarını seçdirir. 1923-cü ilin
oktyabrında Rza xan öz birinci hökumətini təşkil edir. Bundan
sonra 1924-25-ci illər ərzində Rza xan ölkədə Qacarlar
əleyhinə təbliğat aparır, etiraz aksiyaları təşkil edir, şahlığı ləğv
emək və respublika qurmaq ideyasını irəli sürür. Əslində isə o,
respublika qurmaq yox, özü şah olmaq istəyirdi.
1925-ci il, oktyabrın 31-də Rza xanın təklifi ilə məclisdə
lehinə 80, əleyhinə 15 səs olmaqla Qacarların devrilməsi və
ölkə idarəçiliyinin Rza xana tapşırılması haqqında qərar qəbul
edilir. Bundan sonra hökumət tərəfindən Pza xanın şah olması
haqqında kütləvi təbliğat aparılmağa başlayır. 1925-ci il,
dekabrln 12-də Müəssisələr Məclisi Rza xanı “Pəhləvi” soyadı
ilə Şah elan edir. Bununla da “İran” adlandırılan ərazidə 1000
illik türk hakimiyyətinə son qoyulur. Sonuncu dəfə 9 əsr öncə
hakimiyyətdə olmuş farslar (935-1055-ci illərdə Büveyhilər
49
sülaləsinin hakimiyyəti) yenidən hakimiyyətə gəlir. Bu hadisə
türk dövlətçiliyi tarixində ən qara səhifələrdən biridir.
Şovinist İran-fars rejiminə qarşı
milli hərəkatlar
Hakimiyyətə gəlmiş Rza şah ölkədə açıq şovinist siyasət
yeritməyə başlayır. Qacarların dövründəki federal xarakterli
dövlət quruluşu tam mərkəzləşdirilmiş quruluşla əvəz edilir.
Türk dilindən yazılı və hətta şifahi istifadə qadağan edilir.
Türkdilli yazılı materiallar məhv edilir. Bütün qeyri-fars
xalqlarına qarşı aparılan bu şovinist siyasət ölkədə əks-effekt
doğurur, rejimə qarşı nifrəti daha da artırır, qeyri-fars
xalqlarında milli şüuru daha da inkişaf etdirir. 1920-30-cu
illərdə ölkənin ayrı-ayrı əyalətlərində rejimə qarşı çoxsaylı
etiraz aksiyaları baş verir. Lakin bu etirazlar hakimiyyət
tərəfindən güc yolu ilə yatırılır (1.79).
1935-ci ildə Rza şah dövlətin “Persiya” (“Frasıstan”) yox,
yalnız “İran” adlandırılmasını qəbul etdirır. Bu da şovinist fars
hakimiyyətinin möhkəmlənməsində və assimilyasiya siyasə-
tinin həyata keçirilməsində mühüm ideoloji rol oynamışdır.
Belə ki, bu dövlətin sərhədləri Azərbaycan, Xorasan,
Bəlucustan və b. tarixi əraziləri əhatə etdiyi halda, Persiya bu
ərazilərdən kənar yalnız bir tarixi əyalətin adı idi və bu cür
adlanma başda türklər olmaqla qeyri-fars xalqlarında fərqli
milli kimlik düşüncəsini inkişaf etdirir və ayrılma meyllərinə
səbəb olurdu. Rza şah dövləti “İran” adlandırmaqla “hamımız
iranlıyıq” prinsipi ilə qeyri fars xalqlarında fərqli milli kimlik
düşüncəsinin və milli azadlıq ideyasının inkişafının qarşısını
almağa və öz şovinist hakimiyyətini bu ərazilərdə qorumağa
çalışmışdır.
Şovinist fars rejiminə qarşı ilk milli hərəkat Xiyabani
hərəkatının fəal iştirakçılarından olan S.C.Pişəvərinin'> S.C.Pişəvərinin (1892-
50
1947) başçılığı altında 1945-46-cı illərdə baş vermişdır. Bu
hərəkat tarixə “21 Azər” hərəkatı adı ilə daxıl olmuşdur.
İkinci Dünya Müharibəsi başlandıqdan sonra İran bitərəf
mövqedə olduğunu elan etsə də, dövlətin başçısı Rza şah
Pəhləvi faşistpərəst mövqe tutur. Buna qarşı 1941-ci ilin
avqustunda İran ərazisinin şimalına sovet, cənubuna isə ingilis
qoşunları daxil olur. Həmin il, sentyabrın 16-da Rza şah
hakimiyyətdən uzaqlaşdırılır və sürgün edilir. Onun oğlu
Məhəmmədrza taxtda oturdulur. Real hakimiyyət isə
parlamentə və onun təşkil etdiyi hökumətə keçir. Bu isə milli-
demokratik hərəkatın inkişafına şərait yaradır. Müharibə
dövründə (dekabr, 1942) ABŞ qoşunları da İrana daxil olur.
1941-ci il, sentyabrın 29-da Tehranda İran Xalq Partiyası
(İXP) yaradılır. Partiyanın Azərbaycan şöbəsi də yaradılır.
Türk dilinin mövqeyi yenidən güclənir, bu dildə demokratik
ruhlu mətbuat (“Vətən yolunda” (1941-46), “Qızıl Əsgər”
(1941), “Sətareyi Azərbaycan”, “Azərbaycan” (1945),
“Ədə-
biyyat səhifəsi”, “Yumruq”, “Keyvan” və s.) fəaliyyətə baş-
layır. Həmçinin ölkədə milli-demokratik hərəkat formalaşma-
ğa başlayır.
İkinci Dünya Müharibəsi qurtardıqdan sonra ABŞ,
İngiltərə və SSRİ arasında ziddiyyətlər güclənir. SSRİ Güney
Azərbaycanı öz ərazisinə qatmaq istəyirdisə, ABŞ və İngiltərə
İranda milli-demokratik hərəkatı boğmaq və bu dövləti öz
siyasi-iqtisadi təsirləri altında saxlamaq istəyirdilər.
1945-ci il, sentyabrın 3-də S.C.Pişəvərinin (1892-1947)
başçılığı ilə Azərbaycan Demokratik Partiyası (ADP)
yaradılır. Həmin ayın 5-də partiyanın orqanı olan “Azər-
baycan” qəzeti nəşr olunmağa başlayır. Partiya ölkədə milli,
demokratik və sosial-iqtisadi islahatlar həyata keçirmək
uğrunda mübarizə aparırdı. Buraya Azərbaycana İran
tərkibində muxtariyyət verilməsi, rəsmi dil kimi türk dilindən
istifadə, zəhmətkeşlərin vəziyyətinin yaxşılaşdırılması,
kəndlilərin torpaqla təmin edilməsi, 8 saatlıq iş günü və s. daxil
idi. Partiyanın 2-4 oktyabr, 1945-ci ildə qəbul etdiyi proqram
Dostları ilə paylaş: |