45
1909-cu il, noyabrın 15-də Azərbaycan nümayəndələrinin
də iştirakı ilə açılan ikinci məclisdə Sepəhdar hökumətinin
mücahid və fədai dəstələrinin tərkisilah edilməsi təklifi
dəstəklənir.
1910-cu ilin aprelində Daxili İşlər Naziri Sərdar Əsəd
tərəfindən Tehrana çağırılmış Səttarxanın 100 nəfərlik fədai
dəstəsinə qarşı daşnak Yefremin silahlı dəstələri tərəfindən
xaincəsinə hücum təşkil edilir. Səttarxan yaralanır. Səttarxan
və Bağırxan Tehrandan buraxılmır. Lakin bu da inqilabı qıra
bilmir və inqilabçı qüvvələrin, o cümlədən vilayət əncümən-
lərinin hakimiyyəti öz fəaliyyətini davam etdirir.
Bundan bərk narahat olan imperialist İngiltərə və Rusiya
1911-ci ilin iyulunda keçmiş şah Məhəmmədəlini ölkəyə
qaytarır. Avqustun 24-də əksinqilabi qüvvələr Təbrizə hücüm
təşkil edir. Oktyabrın əvvəllərinədək davam edən ağır
döyüşlərdən sonra hücum inqilab fədailəri tərəfindən dəf edilir.
Ölkənin digər bölgələrində də əksinqilabçı qüvvələr
məğlubiyyətə uğradılır. Məhəmmədəli ölkəni son dəfə tərk
edərək Rusiyaya qayıdır.
Keçmiş şahın hakimiyyətini bərpa etmək cəhdi baş
tutmayan Çar Rusiyası başqa yola əl atır. Rusiya səfirliyi 1911-
ci il, noyabrın 29-da Amerikalı maliyyə müşavirinin ölkədən
çıxarılması və başqa tələblərlə məclisə ültimatum verir. Məclis
ültimatumu rədd edir. Dekabrın 25-də hökumətin silahlı
dəstələri məclisi dağıdır. Yerlərdəki ciddi etirazlara
baxmayaraq Samsamüssəltənə hökuməti ültimatumu qəbul
edir. Məşrutə inqilabı süquta uğradılır və inqilabın nailiyyətləri
ləğv edilir.
Dekabrın 20-26-da külli miqdarda çar qoşunları Təbriz
üzərinə hücuma keçir. Fədai dəstələri güc fərqini nəzərə alıb
müqaviməti dayandırır. Şəhər çar qoşunlarının nəzarətinə keçir.
1912-ci ilin əvvəllərində ölkədə olan çar və ingilis qoşunları
tərəfindən digər vilayətlərdə də inqilab mərkəzləri dağıdılır,
inqilabçılara divan tutulur və inqilabın nəticələri ləğv edilir.
46
Məşrutə inqilabı dövründə ölkədə türk dilinin mövqeyi
xeyli güclənmiş, türkdilli məktəblərin və türkdilli mətbuat
orqanlarının
(“Azərbaycan”,
“Ədalət”,
“Ana dili”, “Məzəli”,
“Zənbur”, “Həşərat-ol-ərz”, “Naleyi-millət”, “Molla Nəsrəd-
din” və s.) sayı artmışdır.
Lakin təzadlı məqam ondan ibarətdir
ki, hərəkatın aparıcı qüvvəsi Azərbaycan türkləri, o cümlədən
türk dilinin mövqeyinin yüksəldilməsi tərəfdarı olan ziyalılar
olmasına baxmayaraq 1906-cı ildə qəbul olunmuş kons-
titusiyada dövlətin rəsmi dili kimi fars dili qeyd olunmuşdur.
Bunun səbəbi kimi, konstitusiyanın məhz ingilislərin təsiri
altında yazılması göstərilir (3.107). Hər halda bu məsələnin
daha dərindən araşdırılmasına ehtiyac var.
Məşrutə hərəkatı yatırıldıqdan sonra imperialist qüvvələr-
dən asılı irtica hakimiyyəti yenidən bərqərar olur, demokratik
təşkilatların və mətbuatın fəaliyyəti dayandırılır. Eyni zamanda
imperialist qüvvələrin dəstəyi ilə dövlət idarəçiliyində farsların
mövqeyi tədricən güclənməyə başlayır.
Birinci Dünya Müharibəsində (1914-18) bitərəf mövqe
tutan Qacarlar dövlətinin ərazisində rus (şimal ərazilərində) və
ingilis (cənub ərazilərində) qoşunları yerləşdirilir, Güney
Azərbaycan ərazisi isə müharibə aparan tərəflərin döyüş
meydanına çevrilir. 1917-ci ilin fevralında Rusiyada burjua-
demokratik inqilabının baş verməsi və rus qoşunlarının Güney
Azərbaycan ərazisindən çıxması İran-Qacar dövlətinə öz
təsirini göstərir və burada keçmiş məşrutəçi Ş.M.Xiyabaninin
(1879-1920) başçılığı altında milli-demokratik hərəkat yenidən
baş qaldırır.
Xiyabani hərəkatı məşrutə hərəkatının milli-demokratik
ideyalarını davam etdirmişdir. 1917-ci il, avqustun 24-də İran
Demokratik Partiyasının (İDP) Azərbaycan əyalət komitəsinin
konfransında Ş.M.Xiyabaninin başçılığı ilə müstəqil Azərbay-
can Demokratik Firqəsi (ADF) yaradılır. Bir neçə ay sonra
(fevral, 1918) firqənin Bakı təşkilatı da yaradılmışdı. 1917-ci
ilin aprelindən İDP-nin Azərbaycan əyalət komitəsinin orqanı
kimi fəaliyyətə başlayan “Təcəddüd” qəzeti ADF-nin ideyala-
47
rını təbliğ etməyə başlayır. Firqə İran-Qacar dövlətinin
demokratik əsaslarla qurulması, konstitusiyali idarəetmənin
bərpası, türk dilinin mövqeyinin gücləndirilməsi, Azərbaycana
muxtariyyət verilməsi, ölkənin müstəmləkə vəziyyətindən
çixarılması və s. mütərəqqi ideyalar uğrunda mübarizə aparırdı.
1917-ci ilin sonunda kütləvi etirazlar nəticəsində Vüsu-
qüddövlə hökuməti istefa verir. Lakin 1918-ci ilin əvvəllərində
ölkə ərazisinə (Zəncan, Miyanə, Xoy və Urmiyaya) yeridilən
əlavə ingilis qoşunlarının dəstəyi ilə Vüsuqüddövlə hökuməti
yenidən bərpa edilir.
1918-ci ilin axırlarında bütün Cənubi Azərbaycan əraziləri
ingilis qoşunlarının tam nəzarəti altına keçir. 1919-cu il,
avqustun 9-da bağlanan İngiltərə-İran müqaviləsinə görə İran
rəsmən İngiltərənin siyasi-iqtisadi asılılığına düşür. Əhməd şah
müqaviləni imzalamaqdan imtina edir. Müqaviləyə qarşı xalq
kütlələrinin etirazı güclənir. Etirazların mərkəzində yenə də
Azərbaycan və buradakı aparıcı təşkilat olan ADF dayanırdı.
1919-cu ilin oktyabrında Təbrizdə üsyan baş verir, vali
şəhərdən qovulur. Davam edən kütləvi etiraz aksiyaları nəticə-
sində 1920-ci ilin əvvəllərində ingilis qoşunları Təbrizdən
çıxarılır. Həmin il, aprelin 7-də Təbrizdə təslimçi Vüsu-
qüddövlə hökumətinə qarşı ADF-nin silahlı üsyanı qalib gəlir.
ADF-nin fəal üzvlərindən İctimai İdarə Heyəti (İİH) təşkil
edilir. 1920-ci il, iyunun 23-də Xiyabaninin başçılığı altında
İİH əsasında Milli Hökumət (MH) yaradılır. Azərbaycan
“Azadıstan” adlandırılır. Bu vaxta qədər ADF konstitusiyalı
monarxiya tərəfdarı olsa da, yaradılmış MH artıq şah rejimini
ləğv etmək, İranı müstəqil və demokratik bir respublikaya
çevirməyə çalışırdı.
MH nəzarəti altında olan ərazilərdə mühüm islahatlar
həyata keçirməyə başlayır. Belə ki, MH tərəfindən jandarm və
polis dəstələri təşkil olunur, fabriklər və zavodlar açılır, 100
nəfər şagirdi olan yoxsullar üçün qız məktəbi açılır. Həmçinin
kənd təsərrüfatı, maliyyə, maarif, səhiyyə və b. sahələrdə
islahatlar aparılır.
Dostları ilə paylaş: |