33
ənənələrin saxlanılmasını müdafiə edən ideologiyanın, siyasi
hərəkatın və ya şəxsin mövqeyi mühafizəkar mövqe kimi
qiymətləndirilir. Başqa sözlə, mühafizəkarlıq islahatçılığın
alternativi kimi çıxış edir. Burada unutmaq olmaz ki, eyni bir
ideologiya dövrdən və yerli xüsusiyyətlərdən asılı olaraq mü-
hafizəkar və ya islahatçı mövqedə ola bilər. Hətta ideologiya
mövcud cəmiyyətin ənənələrinin bəzilərinə (məsələn, milli
ənənələrə) münasibətdə mühafizəkar (onların saxlanılmasının
tərəfdarı), bəzilərinə (məsələn, siyasi ənənələrinə) münasibətdə
isə islahatçı (onların dəyişdirilməsinin tərəfdarı) ola bilər. Bu
mənada mühafizəkarlıq və islahatçılıq ideologiyanın, siyasi
hərəkatın və ya şəxsin konkret vaxtda, konkret dəyişikliyə
münasibətini əks etdirir.
Mühafizəkarlıq ifadəsi dar mənada hər cür yeniliyin, in-
kişafın əleyhinə olan, köhnəliyi və geriliyi müdafiə edən mür-
təce bir dünyagörüşü mənasında da işlədilir. Köhnə qaydaların
toxunulmazlığını mütləq zərurət kimi qəbul edən mühafizə-
karlıq “təbii mühafizəkarlıq” və ya “ənənəçilik” adlandırılır.
Geniş mənada mühafizəkarlıq ifadəsi bir ideologiyanı
ifadə edir. Bu ideologiya kifayət qədər ziddiyyətli məqamlar və
fikir müxtəlifliyi ilə müşahidə olunur. Mühafizəkarlıq Böyük
Fransa İnqilabından (1789-1794) sonra bu inqilaba müxalif
(zadəgan sinfinin mənafeyini müdafiə edən) ideya-siyasi
cərəyan kimi meydana çıxmış, sonradan isə inkişaf etdirilərək
ideologiya halına salınmışdır. Əsas ideoloqları kimi E.Berk,
D.Bell, E.Benfild, N.Qleyzer, M.Haydegger və b. qeyd olunur
(1.37).
Bu ideologiyada ictimai dəyişikliklərə və islahatlara mü-
nasibət xüsusi yer tutur. Belə ki, mühafizəkarlıqda hər bir
ictimai dəyişiklikdə və islahatda tarixən formalaşmış hüquqi-
siyasi və milli ənənələrin nəzərə alınması, buradakı varislik
əlaqələrinin gözlənilməsi zəruri sayılır və kəskin inqilabi
dəyişikliklər inkar edilir. O cümlədən, cəmiyyətdəki qeyri-
siyasi (dövlət qanunları ilə müəyyən olunmayan) bir çox
ənənəvi təsisatlar (təbii surətdə qərarlaşmış iyerarxiya, ailə,
34
din, mülkiyyət və s. ənənələr) ali dəyərlər kimi qiymətlən-
dirilir. Oxşar ideyalar milli ideologiyalarda da olduğundan
mühafizəkarlıq milli ideologiyaya yaxınlığı ilə seçilir. Əsas
fərq isə ondan ibarətdir ki, milli ideologiyalarda yalnız milli
ənənələrin qorunub saxlanılması əsas götürülür, dövlət ida-
rəçiliyindəki ənənələrdə (siyasi ənənələrdə) inqilabi dəyişik-
liklər isə inkar olunmur.
Mühafizəkarlığın hüquqi görüşlərində azadlıq anlayışına
münasibət xüsusi yer tutur. Burada qeyri-məhdud fərdi azadlıq
inkar edilir, lakin fərdiyyətçilik (“konservativ fərdiyyətçilik”)
də inkar olunmur. Bu məsələdə də qeyri-siyasi institutlar, yəni,
tarixən, təbii surətdə formalaşmış adət-ənənələr, qayda-qanun
və onlardan doğan “təbii hüquqlar” əsas götürülür ki, bunun da
fərdiyyətçilik və kollektivizm arasında balans yaratdığı və
məhz ədaləti və “əsl azadlığ”ı təmin etdiyi qeyd olunur. Siyasi
təsisatların, yəni dövlətin isə əsasən insanların təhlükəsizliyini,
qayda-qanunu və sabitliyi təmin etməli olduğu göstərilir.
Göründüyü kimi burada Liberalizmin bəzi prinsiplərinə (dövlət
hakimiyyətinin məhdudluğu, spontan qayda-qanun və s.)
oxşarlıq da var. Təsadüfi deyil ki, Mühafizəkarlıq bir müddət
Klassik Liberalizmlə eyniləşdirilmişdir. Ümumiyyətlə bir çox
məsələlərdə Mühafizəkarlıq ikili xarakter daşıyır. Mühafizə-
karlığı bəzən Liberalizmlə Sosializm arasında orta mövqeli
ideologiya kimi də qiymətləndirirlər. Lakin mühafizəkarlığı
bəzən tamam başqa ideyalarla da izah etmişlər (bax, 1.37).
İlk dövrlərdə mühafizəkarlar iqtisadi məsələlərdə dövlətin
(daha doğrusu, kral-zadəgan sinfinin) güclü mövqeyə malik
olmasını zəruri saysalar da, müasir dövrdə mühafizəkarlığın
(neokonservatizmin) iqtisadi görüşləri liberal xarakterlidir, yəni
azad bazar sistemi müdafiə olunur.
Mühafizəkarlıq xeyli dərəcədə biri-birindən fərqlənən
daxili cərəyanlara malikdir. Buraya “neokonservatizm”, “ənə-
nəvi mühafizəkarlıq”, “yeni sağlar” və s. aiddir. Onlar içə-
risində neokonservatizm müasir dövrə xüsusi yer tutur. Neo-
konservatizm əsasən klassik liberalizmin ideyalarına söykənir.
35
Neokonservatizmdə iqtisadi görüşlər (F.A.Hayek (1899-1992)
və b.) neoklassik iqtisadi görüşlərin davamı olmaqla keyns-
çiliyə qarşı yönəlmişdir.
Ümumi təmayüllü ideologiyalara aid olan daha bir
ideologiya – kosmopolitizm hərfi mənada “dünya vətəndaş-
lığı” (yunanca “kosmo”+“polites”) deməkdir. Bu ideologiyanın
əsas ideyası bütün dövlət və millət sərhədlərini aradan
qaldırmaq, dünyada vahid dövlət, vahid vətən və vahid millət
formalaşdırmaq yolu ilə bəşəri problemləri həll etməkdir.
Lakin buna nail olmaq üçün bir millət tərəfindən digər
millətlərin assimilyasiya olunmasının zəruriliyi bu ideologi-
yanın mürtəce xarakter almasına gətirib çıxarır. Tarixən bir çox
imperialist dövlətlər öz imperialist və şovinist siyasətlərinə
bəraət qazandırmaq üçün kosmopolitizmin ideyalarından
istifadə etmişlər.
Qlobalizmi bir ideologiya kimi nəzərdən keçirməzdən
öncə “qloballaşma” ifadəsinə və qloballaşma prosesinin
mahiyyətinə nəzər yetirək. Qloballaşma ifadəsinin kökündə
latınca “globus” – “kürə” (Yer kürəsi) sözü dayanır, fran-
sızcada isə “global” sözü “ümumi” mənasında işlədilir. Bu
baxımdan “ qlobalizm” və “ qloballaşma” ifadələrini “kü-
rəsəlləşmə” “dünyəviləşmə”, “bütün yer kürəsinə, dünyaya
məxsus olma”, “beynəlmiləlləşmə” mənasında qəbul etmək
olar. Bu ifadə termin kimi XX əsrin 80-90-cı illərində dünya
iqtisadiyyatında transmilli korporasiyaların və dünya bazarının
mövqeyinin güclənməsi ilə əlaqədar olaraq meydana çıxmışdır.
Belə ki, qloballaşma dünya dövlətlərinə kapital qoyan nəhəng
transmilli korporasiyaların həmin dövlətləri öz təsiri altına
salması və tədricən bütövlükdə dünya dövlətlərinin ida-
rəçiliyinin dünya miqyaslı istehsalçıların əlinə keçməsi prosesi
kimi qəbul olunmuş və bu prosesin qaçılmazlığı əsas-
landırılmışdır. Yəni, qloballaşma dünya siyasi idarəçiliyinin
dünya iqtisadi idarəçiliyi ilə əvəz olunması, milli dövlətlərin və
milli mədəniyyətlərin tədricən öz əhəmiyyətini itirməsi ilə
özünü göstərən qaçılmaz proses kimi qiymətləndirilmişdir.
Dostları ilə paylaş: |