30
daha da artırması milli azadlıq hərəkatlarının yaranmasına
təkan vermişdir.
Türk xalqlarında, o cümlədən Azərbaycanda baş vermiş bu
tarixi proseslər haqqında kitabın “Türk millətçiliyinin yaran-
ması və inkişafı” bölümündə daha geniş danışacağıq.
Milli ideologiyalarda milli mənəvi dəyərlərin (MMD)
insanların həyatında və cəmiyyətin inkişafında rolu yüksək
qiymətləndirilir və həmin dəyərlərin qorunub yaşadılması və
yüksəldilməsi, bu dəyərlərə söykənən milli dövlətlərin qu-
rulması, milli şüurun formalaşdırılması və milli münasibətlərin
tənzimlənməsinin cəmiyyətin digər problemlərinin (iqtisadi,
hüquqi, dini və s.) də həllinə şərait yaradacağı, onu asan-
laşdıracağı əsaslandırılır. Həmçinin, millətlərin bərabərliyi
prinsipini gözləməklə milli ideologiyanın yalnız bir millətin
yox, bütün millətlərin, bütövlükdə bəşəriyyətin xoşbəxtliyinə
yönəldiyi əsaslandırılır. Milli ideoloqumuz M.Ə.Rəsulzadənin
“İnsanlara hürriyyət, millətlərə istiqlal” deyimi bu prinsipi
çox gözəl ifadə edir. Əslində millətlərin bərabərliyinin
gözlənilməməsi bir prinsip kimi ideologiya anlayışına ziddir.
Belə ki, bu bir millətin digərlərindən üstünlüyü, onlar üzərində
hakimiyyəti (şovinizm) milli haqlara və ictimai ədalətə ziddir.
İdeologiyanın isə, öncə qeyd etdiyimiz kimi məhz ədaləti
bərqərar etməyə yönəldildiyi əsaslandırılmazsa o öz əhəmiy-
yətini, mənasını itirər, sistemsizlik və ziddiyyət yaranar.
Bəzən səhvən millətçiliyi şovinizmlə eyniləşdirirlər. Əs-
lində isə onlar biri-birinə zidd anlayışlardır. Belə ki, millətçilik
millətlərin bərabərliyi, milli varlığın qorunması ideyasına
əsaslandığı halda, şovinizm bir millətin üstünlüyü və digərləri
üzərində hakimiyyəti ideyasına əsaslanmaqla digər millətlərin
varlığına qarşı yönəlir. Ona görə də, şovinizm ifadəsi
ideologiyanı yox, milli haqlara qarşı yönəlmiş bir mürtəce
siyasəti ifadə edir.
Beləliklə, müasir dövrdə milli ideologiyanın əsas prin-
sipləri milli varlığı (əsas ünsürləri – dil, folklor, tarix) qoruyub
saxlamaq, yaşatmaq və yüksəltmək, milli şüuru inkişaf etdir-
31
mək, nəticədə hər bir millətin rifahını və inkişafını təmin
edəcək müstəqil, güclü və inkişaf etmiş milli dövlət qurmaqdır.
Göründüyü kimi, müstəqil, güclü və inkişaf etmiş milli dövlətə
nail olmaq milli ideologiyanın əsas hədəfidir. Lakin xüsusi
hallarda milli azadlıq hərəkatlarının, o cümlədən milli ide-
ologiyanın hədəfi tam müstəqil dövlət yox, milli-ərazi və ya
milli-mədəni muxtariyyət də ola bilər. Bu hal əsasən azsaylı
xalqlar üçün xarakterikdir. Eyni zamanda azsaylı olmayan
xalqlar da yaxın hədəf kimi və ya digər səbəblərdən həmin
hədəfləri qəbul edə bilərlər.
Əgər bir millətin bir neçə dövləti mövcuddursa, bu zaman
milli ideologiyanın ən böyük hədəfi bu dövlətlərin kültürəl,
siyasi, iqtisadi, hərbi və b. sahələrdə birliyi ola bilər.
Milli ideologiyalarda iqtisadi, hüquqi, fəlsəfi və s. görüşlər
müxtəlif ola bilər. Bu ilk növbədə milli xüsusiyyətlərdən, yerli
şəraitdən, dövrdən, ideoloqların fərdi görüşlərindən və s. ası-
lıdır. Kitabın növbəti bölməsində milli ideologiyamız olan türk
millətçiliyin çağdaş dövrümüz üçün görüşlər sistemini geniş
araşdıracağıq.
Tarixi təcrübə göstərir ki, milli problemləri həll etmədən
digər problemlərin həllindən və ədalətli cəmiyyət quruculu-
ğundan danışmaq yersizdir. Bu gün türk xalqlarının, o cümlə-
dən Azərbaycan türklərinin kifayət qədər milli problemləri var
və ilk növbədə bu problemlər həll olunmalıdır. Ona görə də
çağdaş dövrümüzdə inkişafımız üçün məhz milli ideologiya
prinsiplərini qəbul etmək məqsədəuyğundur.
Müstəqil milli dövlət qurulduqdan sonra isə həmin dövlət-
də milli ideologiya öz yerini başqa təmayüllü ideologiyalara
verə bilər. Bu normal, qanunauyğun bir haldır. Belə ki, cəmiy-
yətdə milli problemlər müəyyən qədər həll olunduqdan sonra
digər problemlər (iqtisadi, hüquqi və s.) daha ön plana keçə
bilər.
Hazırda dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı olan
BMT-nin sənədlərində milli varlığın, o cümlədən MMD-in
qorunması, xalqların öz müqəddəratını təyin etməsi, milli
32
azlıqların hüquqları, milli ayrıseçkiliyin yolverilməzliyi və b.
prinsiplər öz əksini tapmışdır. Məhz milli təmayüllü ideolo-
giyalarda əsas yer tutan bu prinsiplərin belə mötəbər təşkilatın
sənədlərində təsbit olunmasını bəşəriyyətin ən böyük nailiy-
yətlərindən biri hesab etmək olar.
Qarışıq və ümumi təmayüllü
ideologiyalar
Müasir dövrdə mövcud olan və tarixən yaranmış elə
ideologiyalar vardır ki, onları hansısa bir təmayülə aid etmək
olmaz. Belə ki, onlar bir yox, bir neçə təmayül (milli-iqtisadi,
iqtisadi-hüquqi, dini-milli və s.) üzərində formalaşır. Bu
ideologiyaları məhz qarışıq təmayüllü ideologiyalara aid etmək
olar. Məsələn, yuxarıda hüquq təmayüllü ideologiyalara aid
etdiyimiz Anarxizmdə hüquqi təmayüllə yanaşı iqtisadi
təmayül də kifayət qədər geniş yer tutduğundan onu hüquqi-
iqtisadi təmayüllü ideologiya da adlandırmaq olar.
Elə ideologiyalar da vardır ki, onlar üçün ümumiyyətlə
hansısa təmayül müəyyən etmək mümkün deyil və bütün
sahələrlə bağlı məsələlərə eyni dərəcədə əhəmiyyət verir.
Məhz belə ideologiyaları ümumi təmayüllü ideologiyalara aid
etmək olar. Bu ideologiyalara konservatizmi ( mühafizəkar-
lığı), kosmopolitizmi və son dövrlər beynəlxalq aləmdə daha
çox müzakirə edilən qlobalizmi misal göstərmək olar.
Avropa dillərində işlədilən konservatizm termini latınca
“konservo” sözündəndir, mənası “qoruyuram”, “mühafizə edi-
rəm” deməkdir. Müsəlman aləmində həmin sözün ərəb mənşəli
qarşılığı kimi “ mühafizəkarlıq” termini də işlədilir.
Ümumiyyətlə, siyasi ədəbiyyatda mühafizəkarlıq termini
iki mənada – dar və geniş mənalarda işlədilir.
Dar mənada mühafizəkarlıq hər hansı ideologiyanın, si-
yasi hərəkatın və ya şəxsin mövcud ənənələrə (siyasi, iqtisadi,
hüquqi, milli və s.) münasibətini əks etdirir. Yəni, mövcud
Dostları ilə paylaş: |