18
(1882-1938) və b. olmuşdur. “Sosial-demokrat” ifadəsi əv-
vəllər bütün sosialistlərə, o cümlədən marksistlərə də aid edil-
mişdir. XX əsrin əvvəllərindən bu qanadlar arasında təşkilati
ayrılmalar kəskinləşdikdən sonra isə bu ifadə yalnız isla-
hatçılara aid edilmiş, marksistlər isə bir qayda olaraq “kommu-
nistlər” adlandırılmışdır.
Müasir sosial-demokratiya nəzəriyyəsi azadlıq, bərabərlik
və həmrəylik prinsiplərinə əsaslanmaqla hüquqi-demokratik
dövləti, qarışıq iqtisadiyyata və sosial ədalətə əsaslanan bazar
iqtisadi sistemini müdafiə edir. “Sosial-demokratiya”nı bəzən
ideologiya da adlandırırlar. Lakin, müasir dövrdə onu ide-
ologiya adlandırmaq düzgün olmaz, belə ki, hazırda sosial-de-
mokratlar öz prinsiplərinin hər bir dünyəvi və ya dini ide-
ologiya tərəfindən qəbul edilə biləcəyini qeyd edirlər (1.24).
Ona görə də onu müstəqil ideologiya kimi yox, daha çox bazar
iqtisadi sisteminin bir modelini və demokratiyanı müdafiə edən
bir siyasi cərəyan, nəzəriyyə, iqtisadi görüş kimi qəbul etmək
daha doğru olar. Demokratiya və insan haqları bu gün qlobal
səviyyədə qəbul olunduğundan sosial-demokrat nəzəriyyəsi
özünü daha çox iqtisadi sistemə münasibətdə göstərir. Bazar
iqtisadi sisteminin bu cərəyan tərəfindən müdafiə edilən
modelinin elmdə də elə “sosial-demokrat modeli” adlandırıl-
ması qəbul edilmişdir. Həmin modelin əsas xüsusiyyətləri
aşağıdakılardır (2.31, s.189-190):
1.
Dövlət mülkiyyətinin yüksək çəkiyə malik olması;
2.
Əmək münasibətlərinin ümummilli, ümumdövlət sə-
viyyəsində tənzimlənməsi, tarif dərəcələrinin, kollektiv
müqavilələrin müəyyən edilməsi;
3.
Dövlətin həyata keçirdiyi sosial siyasətin əhalinin
gəlirləri üzrə təbəqələşməsinin azalmasını təmin et-
məsi;
4.
Ümumi Milli Məhsulda (ÜMM) dövlət büdcəsinin pa-
yının çox olması.
19
Bu model əsasən İsveçdə, həmçinin müəyyən dərəcədə di-
gər Avropa ölkələrində (digər Skandinaviya ölkələri, İspaniya,
Portuqaliya, Yunanıstan və s.) tətbiq olunmuşdur.
Hazırda bir çox Avropa ölkələrində sosial-demokrat
ideyalarını qəbul etmiş partiyalar hakimiyyətdədir. 1951-ci ildə
dünya sosial-demokratlarının (islahatçı sosialistlərinin) bey-
nəlxalq təşkilatı olan Sosialist İnternasionalı yaradılmış və bu
gün də fəaliyyət göstərməkdədir. Azərbaycandan ASDP, Tür-
kiyədən CXP bu təşkilatın üzvüdür.
Hüquq təmayüllü ideologiyalar
Hüquqi görüşlərin və ideyaların tarixi qədim olsa da,
hüquq təmayüllü ideologiyalar hüquqi dövlət, insan haqları,
insan azadlıqları məsələlərinin aktuallaşdığı son əsrlərdə for-
malaşmağa başlamışdır. Bu ideologiyalarda hüquqi məsələlər
aprıcı yer tutur.
Hazırda hüquq təmayüllü ideologiyalara ən real misal
liberalizmdir. Bu ifadə termin kimi XIX əsrin əvvəllərindən
işlədilməyə başlamışdır. Liberalizm ifadəsi hərfi tərcümədə
(latınca “liberalis” – “azad” deməkdir) “azadlıqçılıq”, “hürriy-
yətçilik” mənasını verir. Adından da göründüyü kimi bu
ideologiyanın əsasında insan hüquqları və azadlıqları ideyası
dayanır. Əsas ünsürləri isə dövlət hakimiyyətinin məhduddlaş-
dırılması, fərdi hüquq və azadlıqların genişləndirilməsi, təbii
hüquqa və spontan qayda-qanuna üstünlük verilməsi, hüquqi
dövlət, demokratiya və s.-dir. Bu ideologiyanın bəzi ünsür-
lərinə hələ qədim dövr mütəfəkkirlərində (qədim Yunanıstanda
sofistlər – Protoqor, Hippi, Antifond, Alkidamat və b., qədim
Çin Filosofu Lao-Szıda və b.), həmçinin Qədim Yunanıstan və
Roma qanunlarında rast gəlinir. İlk orta əsrlərdə isə müt-
ləqiyyətin və dini hakimijyyətin bütün dünyada üstün mövqedə
olması liberal ideyaları kifayət qədər sıxışdırmışdır. Bu dövrdə
mütərəqqi ictimai-siyasi görüşlər əsasən ədalətli dövlət
20
idarəçiliyi və ədalətli əmlak bölgüsü ideyaları ilə məhdud-
laşmışdır. Son orta əsrlərdə isə liberal düşüncə yenidən inkişaf
etməyə başlamışdır. Belə ki, bir çox Avropa ölkələrində dinin
dövlətdən ayrılması, qanunların xalq tərəfindən qəbulu və s.
kimi liberal ideyalar irəli sürülmüşdür (2.8). Bu dövrdə İn-
giltərədə qəbul olunmuş “Maqna Çarta” (1215) sənədi mühüm
əhəmiyyətə malikdir. Bu sənəddə kral hakimiyyətinin məhdud-
laşdırılması, insanların fərdi toxunulmazlıqları və s. kimi libe-
ral müddəalar öz əksini tapmışdır (1.17)
Bir ideologiya kimi liberalizmin meydana çıxması isə
kapitalist münasibətlərinin inkişafı dövründə baş vermişdir. Bu
dövrdə demokratik və milli azadlıq ideyalı burjua inqilabları
baş vermiş və liberalizmin bir çox prinsipləri bərqərar olmağa
başlamışdır. Bir qayda olaraq liberalizmin formalaşması əsasən
XVII əsrin ortalarından – İngiltərə burjua inqilabları (1640-60,
1688-89) dövründən götürülür (1.37). Bu İdeologiyanın ilk
ideoloqları kimi isə Tomas Hobbs (1588-1679), Con Lokk
(1632-1704) və Levellerlər (İngiltərə burjua inqilabının işti-
rakçıları olan “bərabərlikçilər”: C.Lilbern (1618-57) və b.) qə-
bul olunur. Lakin hələ bu dövrə qədər də respublikanın elanı ilə
nəticələnən Niderland burjua-demokratik inqilabı (1566-1609)
baş vermiş, N.Makkiavelli (1469-1527), H.Qrotsi (1583-1645)
və b. kimi liberal düşüncəli mütəfəkkirlər olmuşdur.
Liberalizmin iqtisadi görüşlərinin, başqa sözlə iqtisadi li-
beralizmin əsas ideoloqları kimi isə klassik iqtisadi nəzə-
riyyənin (həmçinin azad bazar nəzəriyyəsinin) baniləri A.Smit
(1723-1790) və D.Rikardo (1772-1823) qəbul olunur.
Liberalizm sonrakı dövrlərdə ABŞ-da T.Reyn (1737-
1809), T.Cefferson (1743-1826), A.Hamilton (1757-1804),
Fransada Ş.Monteskye (1689-1755), F.Volter (1694-1778),
J.J.Russo (1712-78), İngiltərədə C.Bentam (1748-1832),
C.S.Mill (1806-73) və b. ideoloqlar tərəfindən daha da inkişaf
etdirilmişdir.
Klassik liberalizmin əsas ideyalarına monarx hakimiy-
yətinin məhdudlaşdırılması, dövlət idarəçiliyində xalqın işti-
Dostları ilə paylaş: |