15
R.Ouen (1771-1858) və b.), orta əsr şərq mütəfəkkirlərinin
(N.Tusi (1201-74), İbn Xəldun (1332-1406) və b.) sosial-siyasi
nəzəriyyələri və s.-dən istifadə edilmişdir.
Marksizm ideologiyasında fəlsəfi, sosioloji və iqtisadi
görüşlər – “Dialektik materializm”, “Tarixi materializm”, “Si-
yasi iqtisad” və “Elmi kommunizm” nəzəriyyələrində, dini
məsələlər “Elmi ateizm” təlimində öz əksini tapmış, həmçinin
hüquq, etika, estetika və b. sahələr üzrə görüşlər formalaş-
dırılmışdır.
“Dialektik materializm” təlimində fəlsəfənin əsas məsələsi
(şüurun varlığa münasibəti) materialistcəsinə həll olunur,
inkişafın səbəbi onun özündə axtarılır, idealistlər tərəfindən
yaranışın əsası kimi qəbul olunan “ideal başlanğıc”, “mütləq
ideya”, “dünya iradəsi”, “ilahi qüvvə” və s. inkar olunur və
dialektika qanunları bu əsas üzərində formalaşdırılır.
“Tarixi materializm” nəzəriyyəsində cəmiyyətin inkişaf
qanunları təhlil olunur, cəmiyyətin tarixinə ictimai-iqtisadi
formasiyaların biri-birini əvəz etməsi baxımından yanaşılır, ic-
timai proseslərdə iqtisadi (maddi) amillərin rolu əsas götürülür,
ictimai inkişaf əsasən sinfi (“istismarçı” və “zəhmətkeş” si-
niflər) mənafelər baxımından qiymətləndirilir, ictimai dəyi-
şikliklərdə xalq kütlələrinin rolu xüsusi qiymətləndirilir, icti-
mai ziddiyyətlərin, ədalətsizliklərin inqilab yolu ilə həll oluna
biləcəyi əsaslandırılır.
Marksizmin “siyasi iqtisad” təlimində iqtisadi qanunlar
təhlil olunur, iqtisadi münasibətlər fəhlə sinfinin mənafeyi
baxımından qiymətləndirilir, kapitalist istehsal üsulu (iqtisadi
sistemi – Ş.Ə.) ədalətsiz hesab olunaraq tənqid edilir. Kapita-
lizmin keçici olduğu, onun yeni – sosialist istehsal üsulu ilə
əvəz olunmasının labüdlüyü qeyd olunur. Bu təlimin əsəsını
“izafi dəyər” nəzəriyyəsi təşkil edir. “İzafi dəyər” işçinin ka-
pitalist tərəfindən haqqı ödənilməyən əməyi ilə yaratdığı (haqqı
ödənilən əməyin dəyərinin yalnız işçinin minimum zəruri
tələbatlarını təmin etdiyi qəbul olunur) və kapitalist tərəfindən
havayı mənimsənilən dəyər kimi qəbul olunur. Təlimdə mü-
16
tərəqqi və ədalətli iqtisadi sistem kimi ictimai mülkiyyətə əsas-
lanan sosialist istehsal üsulu müəyyən olunur.
“Elmi kommunizm” nəzəriyyəsi marksizmin digər təlim-
ləri ilə sıx bağlı olmaqla, ideoloji hədəflər kimi sosialist inqila-
bının, sosializm və kommunizm quruculuğunun qanunauyğun-
luqlarını müəyyən edir.
“Elmi ateizm” təlimində dini görüşlər tarixən meydana
çıxmış uydurma, elmi əsası olmayan, cəmiyyətin inkişafına
mane olan və zərərli ünsür kimi izah edilir və həmin görüşlərə
qarşı mübarizənin yolları müəyyən olunur.
Marksizmin özünəməxsus hüquqi görüşləri var. Burada
dövlət tarixən sinifli cəmiyyətin formalaşması ilə meydana
çıxmış və istismarçı sinfin zəhmətkeş sinif üzərində
hakimiyyətini təmin edən qurum kimi qiymətləndirilir. Sinifsiz
cəmiyyətə nail olunduğu halda isə, tədricən dövlətin də öz
əhəmiyyətini itirəcəyi əsaslandırılır. Marksizmdə demokratiya
(“sosialist demokratiyası”) və insan azadlıqları inkar olunmur,
lakin bu anlayışlar əsasən əhalinin seçkilər vasitəsiylə dövlət
idarəçiliyində iştirakı, irq, milliyyət və cinsdən asılı olmayaraq
insanların hüquq bərabərliyi ilə məhdudlaşır. Siyasi, ideoloji və
dini azadlıqlar isə tanınmır. Yəni, bu azadlıqlar sosializm prin-
siplərinə xələl gətitirsə, ona məhdudiyyət qoyulur.
Marksizmdə milli haqlar və azadlıqlar da inkar olunmur,
hər bir millətin öz milli varlığını qoruyub saxlamaq hüququ
tanınır, lakin sosializmin prinsiplərinə zidd sayılan hər bir milli
ənənə rədd edilir, həmçinin, cəmiyyətdə iqtisadi məsələlər, o
cümlədən sinfi ziddiyyətlərin həlli əsas götürüldüyündən milli
məsələlərin həlli ikincidərəcəli hesab olunur.
Marksizmin son hədəfi olan Kommunizm quruluşu ictimai
mülkiyyətə, əmək və gəlir bölgüsü “hər kəsdən qabiliyyətinə,
hər kəsə tələbatına görə” prinsipinə, sosial bərabərliyə və sinif-
siz cəmiyyətə əsaslanan bir quruluş kimi müəyyən edilmişdir.
Sosializm onun birinci fazası sayılır.
Marksizmin ideyalarından müxtəlif siyasi hərəkatlar ya-
rarlanmış, həmçinin bu ideologiyada müxtəlif dəyişikliklər –
17
“təftişçilik” (E.Bernşteyn (1850-1932), K.Kautski (1854-1938),
K.Renner (1870-1950), F.Adler (1879-1960), O.Bauer (1882-
1938) və b.) də edilmişdir. Rusiyada bu ideologiyanı qəbul
etmiş bolşevik hərəkatı 1917-ci ildə V.İ.Leninin başçılığı ilə
sosialist inqilabına nail olmuş və sosializm quruluşuna
əsaslanan, rəsmi ideologiyası marksizm-leninizm olan Sovet
Sosiaıist Respublikalar İttifaqı – SSRİ (1922-91) yaradılmışdır.
İctimai mülkiyyətə əsaslanan sosializm quruluşu dünyanın,
xüsusən Şərqi Avropanın bir çox ölkələrində bərqərar olmuş və
bir müddət yaşamışdır.
Sovet imperiyası milli məsələlərdə sələfi olan Çar Rusi-
yasının şovinist siyasətini özünəməxsus bir şəkildə davam
etdirmiş, sosialist ideyaları isə bu siyasətin pərdələnməsində
mühüm rol oynamışdır. Sovet dövlətində ideal sosializm prin-
sipləri özünü doğrultmamış, xüsusən dövlətin son onillik-
lərində korrupsiya, qıtlıq, gizli inflyasiya, sosial təbəqələşmə
yüksək həddə çatmış, həmçinin demokratiya prinsipləri kobud
şəkildə pozulmuşdur.
Marksizm ideyalarına əsaslanan kommunist hərəkatları
zəif olsa da bu gün də mövcuddur.
İqtisadi təmayüllü ideoloji cərəyanlardan biri də “sosial-
demokratiya”dır. Müasir sosial-demokratlar XIX əsrin or-
talarından Avropa ölkələrində formalaşmış sosialist hərə-
katlarının “islahatçı qanad”ının ardıcıllarıdır. Həmin dövrdə
“islahatçı qanad” (“lassalçılar”, “xırda burjua”/”sağ” sosi-
alistləri, “təftişçilər”, “opportunistlər”, “leqal marksistlər”,
“menşeviklər”, “iqtisadçılar”, “təsviyəçilər” və s.) radikal qa-
naddan (“inqilabçı marksistlər”) fərqli olaraq burjua sinfini
ləğv etmədən kapitalist sistemi daxilində fəhlə sinfinin məna-
feyinə uyğun islahatlar aparmaqla sosial ədalətin təmin edil-
məsini müdafiə edmişlər. Bu qanadların sosializmə və de-
mokratiyaya baxışlarında da kəskin fərqlər olmuşdur. İslahatçı
sosializmin əsas ideoloqları F.Lassal (1825-64), Y.Dürinq
(1833-1921), E.Bernşteyn (1850-1932), K.Kautski (1854-
1938), K.Renner (1870-1950), F.Adler (1879-1960), O.Bauer
Dostları ilə paylaş: |