12
çilər” “sağçılar”, “solçular”, “sosialistlər”, “sosial-demokrat-
lar”, “kommunistlər” və s. ifadələr mahiyyətinə varılmadan
işlədilir. Bu ifadələrin konkret ideologiyanı,
yoxsa ideolo-
giyalar qrupunu ifadə etdiyinin fərqinə varılmır. Bəzilərinin nə
konkret ideologiya adı, nə də ideologiyalar qrupu olmadığı
nəzərdən qaçırılır. Bu məsələyə aşağıda aydınlıq gətirməyə
çalışacağıq.
Tarixin müxtəlif dövrlərində və çağdaş dövrümüzdə
formalaşmış müxtəlif ideologiyalar mövcuddur. Məsələn: libe-
ralizm, marksizm, kosmopolitizm, müsavatçılıq və s. Bu ifa-
dələrin hər biri konkret bir ideologiyanın adıdır. Həmin ide-
ologiyalar isə müxtəlif meyarlara görə qruplaşdırıla, başqa
sözlə, təsnif oluna bilər.
İdeologiyaların ən geniş əhatəli təsnifatını aparmaq üçün
onlarda hansı sahənin (hansı sahə ilə bağlı görüşlərin) əsas yer
tutmasını (təməl rolunu oynamasını)
meyar kimi qəbul etmək
məqsədəuyğun olar. Həmin meyara görə ideologiyaları aşağı-
dakı qruplara ayırmaq olar:
1.
İqtisadi təmayüllü ideologiyalar
2.
Hüquq təmayüllü ideologiyalar
3.
Dini təmayüllü ideologiyalar
4.
Milli təmayüllü ideologiyalar
5.
Qarışıq və ümumi təmayüllü ideologiyalar
Bu ideologiya qrupları haqqında bir az sonra ayrı-ayrılıqda
ətraflı məlumat verəcəyik.
İdeologiyalar bəzi digər xüsusiyyətlərinə görə də təsnif
edilirlər. Geniş yayılmış təsnifatlardan biri ideologiyaların
mülkiyyət məsələlərinə və gəlirlərin ictimai bölgüsünə (iqtisadi
görüşlər) münasibətinə görə aparılan təsnifatdır. Bu meyara
görə ideologiyalar
“sağçı” və
“solçu” ideologiyalara
bölünür-
lər. Həmin ideologiyaların tərəfdarlarına isə uyğun olaraq
“sağçılar” və “solçular” deyirlər.
“Sağçı” ideologiyalar o ideologiyalara deyilir ki, orada
özəl mülkiyyətə, azad sahibkarlığa və bazar tənzimlənməsinə
üstünlük verilir. Bu ideologiyalara bazar iqtisadi sisteminin
13
liberal (bəzən həm də sosial (neoliberal) yönümlü) modelinin
qəbul oluunduğu ideologiyalar aid edilir.
“Solçu” ideologiyalar
o ideologiyalara deyilir ki, orada
zəhmətkeş sinfin mənafeyinin müdafiəsi, gəlirlərin bərabər,
ədalətli ictimai bölgüsü əsas götürülür. Bu ideologiyalara
istehsal vasitələri üzərində xüsusi mülkiyyətin tamamı ilə rədd
edilərək ictimai mülkiyyətin müəyyən olunduğu marksizm,
müasir dövrdə isə bazar iqtisadi sisteminin sosial və sosial-
demokrat modelini qəbul etmiş bir çox ideologiyalar, o
cümlədən kommunist və sosialist hərəkatlarının ideologiyaları
aid edilir. Bu ideologiyaların bir
çoxunda istehsal vasitələri
üzərində mülkiyyət və iqtisadiyyatın tənzimlənməsində döv-
lətin güclü mövqeyi müdafiə olunsa da, marksizmdə dövlətin
güclü mövqeyi yalnız müvəqqəti dövr üçün – kommunizmin
birinci fazası sayılan sosializmdə qəbul olunur və kom-
munizmin son fazasında dövlətin də tədricən ölüb gedəcəyi
nəzərdə tutulur.
Tarixən “sağçı” və “solçu” iqtisadi görüşlər arasında aralıq
mövqeli görüşlər də (“mərkəzçi”, “sağ-mərkəzçi” və “sol-
mərkəzçi”) müəyyən edilmişdir.
Lakin əslində müasir döv-
rümüzdə bu ifadələr çox hallarda formal xarakter daşıyır. Bələ
ki, hazırda “sağçı”, “solçu” və qeyd olunan aralıq iqtisadi
görüşlər arasında dəqiq sərhədlər müəyyən etmək demək olar
ki, mümkün deyil.
İqtisadi təmayüllü ideologiyalar
Adından göründüyü kimi iqtisadi təmayüllü ideologiyalar
iqtisadi görüşlərin əsas yer tutduğu ideologiyalardır. Məlumdur
ki, iqtisadi məsələ cəmiyyətin həyatında çox mühüm rol
oynayır. Çünki, insanların yaşaması üçün ilk növbədə onların
maddi tələbatları ödənməlidir. Ta qədimdən varlı-kasıb,
zəhmətkeş və imtiyazlı təbəqələrə bölünmə,
sosial ədalətsizlik
və başqa bu kimi iqtisadi problemlər cəmiyyətin daimi
14
probleminə çevrilmiş və bu problemlərin həlli üçün müxtəlif
iqtisadi təlimlər və ideyalar meydana çıxmışdır. Siyasi hə-
rəkatların ideologiyasında isə gəlirlərin bərabər bölgüsü, sosial
ədalət, əhalinin rifahı kimi iqtisadi məsələlər həmişə önəmli
yer tutmuşdur. Çünki, ideologiyaların və siyasi hərəkatların bu
iqtisadi məsələlərlə bağlı görüşləri
və xalqa verdikləri vədlər
cəmiyyətin etimadını qazanmaq baxımından böyük rol
oynamışdır. Ona görə də məhz iqtisadi təmayüllü ideologi-
yaların formalaşmasının (sosialist ideyalarının meydana çıxma-
sı və s.) əsası qədim dövrlərdən qoyulmuşdur.
İqtisadi təmayüllü ideologiyalarda cəmiyyətdəki problem-
lərin, ictimai ziddiyyətlərin əsas mənbəyi kimi iqtisadi
problemlər göstərilir və digər (milli, hüquqi, dini və s.) prob-
lemlər ikincidərəcəli hesab olunur. Hətta həmin problemlərin
yaranması da iqtisadi amillərlə izah olunur. İqtisadi prob-
lemlərin həll olunması ilə digər (milli, hüquqi, dini və s.) prob-
lemlərin mənasızlaşacağı, ictimai ziddiyyətlərə son veriləcəyi,
bəşəriyyətin xoşbəxtliyə qovuşacağı əsaslandırılır. İqtisadi
problemlərin
həllinə gəlincə isə, bunun üçün iqtisadi sistem
müəyyən olunur.
İqtisadi təmayüllü ideologiyalara ən mükəmməl misal XIX
əsrin ortalarında yaranmış
marksizmdir. Bu ideologiyanın
əsası həmin əsrin 40-cı illərində alman mütəfəkkirləri Karl
Marks (1818-83) və Fridrix Engels (1820-95) tərəfindən qo-
yulmuş, sonradan V.İ.Lenin (1870-1924), G.V.Plexanov
(1856-1918) və b. tərəfindən inkişaf etdirilmişdir. Bu ideolo-
giyanın yaradılmasında elmi mənbə kimi klassik alman fəl-
səfəsi (İ.Kant (1724-1804), G.V.Hegel (1770-1831), L.A.Fe-
yerbax (1804-72) və b.), fransız materialist nəzəriyyəçiləri
(J.O.Lamerti (1709-51), P.A.Holbax (1723-89), D.Didro
(1713-84), K.A.Helvetsi (1715-71)),
ingilis klassik iqtisadi
nəzəriyyəçiləri (U.Petti (1623-87), A.Smit (1723-90), D.Ri-
kardo (1772-1823) və b.), fransız və ingilis utopik sosializm
nəzəriyyəçiləri (T.Mor (1478-1535), T.Kampanella (1568-
1639), A.Sen-Simon (1760-1825), S.Fürye (1772-1837),