21
rakı, demokratiya, azad bazar və azad sahibkarlıq, milli və dini
azadlıqlar və s. aid olmuşdur. Yəni, Klassik liberalizmin
azadlıq ideyası insanların həm siyasi, həm iqtisadi, həm də
milli azadlıqlarını ehtiva etmişdir. Klassik liberalizm hər
cəhətdən mərkəzləşmənin, o cümlədən imperializmin və
müstəmləkəçiliyin əleyhinə olduğundan millətçilik (milli
azadlıq və milli dövlətçilik) onun əsas prinsiplərindən biri
olmuşdur.
Klassik liberalizmin prinsipləri ən yüksək səviyyədə ilk
dəfə ABŞ-ın “İstiqlal Bəyannaməsi”ndə (1776) öz əksini
tapmış, sonra isə Avropa ölkələrində bərqərar olmağa baş-
lamışdır.
Digər ideologiyalar kimi Liberalizm də tarixi dövrdən asılı
olaraq müəyyən dəyişikliklərə uğramışdır. Belə ki, XX əsrin
ortalarında Liberalizmin hüquqi və iqtisadi görüşlərində,
həmçinin milli məsələlərə baxışda müəyyən dəyişikliklər baş
vermiş və yeni liberalizm (və ya “neoliberalizm”) meydana
çıxmışdır.
Neoliberalizm özünü əsasən insanların fərdi hüquq və
azadlıqlarının və insan amilinin daha da ön plana çəkilməsi,
iqtisadi görüşlərdə “sol”a meyllənmə, millətçi prinsiplərdən
(milli azadlıq uğrunda mübarizə və s.) uzaqlaşmaqda gös-
tərmişdir. Millətçi prinsiplərdən uzaqlaşmaqda tarixi şəraitin də
həlledici rolu olmuşdur. Belə ki, Liberalizmin bərqərar olduğu
ölkələrdə milli dövlətlər artıq qurulmuş, milli məsələlər əsasən
həll edilmişdi. Lakin, müasir liberalizm müəyyən millətçi
prinsiplərdən uzaqlaşsa da hər bir halda milli ayrıseçkiliyi
pisləyir və milli dəyərlərə hörmətlə yanaşmağı tələb edir,
həmçinin, xalqların öz müqəddəratını təyin etmək hüququnu
tanıyır.
Müasir dövrdə liberalizmin əsas siyasi-hüquqi prinsipləri
aşağıdakılardır:
1.
Hakimiyyət bölgüsünə və çoxpartiyalılığa əsaslanan
parlamentli idarəçilik;
22
2.
Hər cür mərkəzləşmə və bürokratiyadan yerli idarəçili-
yin üstünlüyü;
3.
Fərdi hüquq və azadlıqların ictimai hüquqlardan
üstünlüyü; Fərdin hüquq və azadlığının yalnız başqa
fərdlərin hüquq və azadlığını pozduğu halla məhdud-
laşdırılması.
4.
Bütün hallarda dövlət hakimiyyətinin mümkün qədər
məhdudlaşdırılması (yalnız ümumi qanunlar qəbul
etmək, asayişi təmin etmək və b. bu kimi funksiyaları
saxlamaqla) və ictimai ziddiyyətlərin fərdi mənafelərin
tarazlaşması prinsipi ilə həll olunması. Fərdi mənafeləri
tarazlaşdıran istənilən spontan (ənənəvi, dövlət iradəsi
ilə deyil, təbii ictimai inkişaf nəticəsində yaranan)
qayda-qanun məqbuldur.
5.
Şəxsi mülkiyyətin toxunulmazlığı;
6.
İnsan amilinin hər şeydən üstün tutulması, etnik, dini
irqi, cinsi və siyasi mənsubiyyətindən asılı olmayaraq
insanların bərabərliyi, ləyaqətlərinin qorunması və tole-
rantlıq.
7.
Sülhün qorunması. Hər bir halda müharibə özü ilə ölüm
və dağıntı gətirdiyinə, ailələri və iqtisadiyyatı dağıtdı-
ğına, hakimiyyətin hakim sinfin əlində cəmləşməsinə
imkan yaratdığına görə məqbul deyil.
Bazar iqtisadi sisteminin klassik liberalizmə əsaslanan
modeli iqtisadi nəzəriyyədə bazar iqtisadi sisteminin liberal
(və ya amerikan) modeli adlanır və həmin modelin əsas xüsu-
siyyətləri aşağıdakılardır (2.31, s.188-189):
1.
İqtisadiyyatda xüsusi mülkiyyətin çəkisinin çox olması
və üstün mövqe tutması;
2.
Təsərrüfat qanunvericiliyinin bazar subyektlərinin tam
sərbəstliyini təmin etməklə onların dövlət tərəfindən
ola biləcək təsirindən qorunması;
3.
Dövlət tənzimlənməsinin məhdud xarakter daşıması və
əsasən makroiqtisadi prosesləri əhatə etməsi;
23
4.
Əhalinin bir çox zəruri yaşayış problemlərinin həll edil-
məsindən dövlətin təcrid edilməsi;
5.
Sosial məqsədlərin həyata keçirilməsinə yönəldilən
xərclərin qalıq xarakter daşıması və onların işsizlərin
və həyat səviyyəsi ən aşağı olan təbəqələrə yönəldil-
məsi;
6.
ÜMM-da dövlət büdcəsinin xüsusi çəkisinin az olması
və sosial məqsədlərə yönəldilən dövlət investisiyala-
rının və dövlət xərclərinin aşağı olması.
Bu model klassik (xalis) formada XX əsrin əvvəllərindən
20-ci illərin sonunadək ABŞ-da mövcud olmuşdur. Bu modelin
formalaşmasında ingilis iqtisadçısı, neoklassik iqtisadi
nəzəriyyənin banisi A.Marşalın (1842-1924) sinfi yanaşmadan
kənar, minimum dövlət müdaxiləsi şəraitində azad bazar
nəzəriyyəsinin böyük rolu olmuşdur. A.Marşal tələb-təklif
qanunlarını, bazar tarazlığını, qiymətəmələgəlmə mexanizmini
əsaslı şəkildə araşdırmış, dövlətin iqtisadiyyata müdaxiləsinin
yalnız azad rəqabətə şərait yaratması ilə məhdudlaşdırılması
ideyasını müdafiə etmişdir. Neoklassik iqtisadi nəzəriyyə
C.Robinson, E.Cemberlin, marjinalistlər – Avstriya məktəbi
nümayəndələri K.Menger (1840-1921), E.Ben-Baberk (1851-
1914), F.Vizer (1851-1926), ingilis iqtisadçısı U.S.Cekons
(1835-82), İsveç iqtisadçıları L.Varlas (1834-1910), V.Pareto
(1848-1923) və b. nəzəriyyəçilər tərəfindən inkişaf etdiril-
mişdir.
20-30-cu illərin iqtisadi böhranı (“kapitalizmin ümumi
böhranı”) isə iqtisadiyyatın dövlət tərəfindən tənzimlən-
məsinin, başqa sözlə iqtisadiyyata dövlət müdaxiləsinin
artırılmasını zəruri etmiş və bununla əlaqədar neoliberal
iqtisadi nəzəriyyələr meydana çıxmışdır. Lakin, neoliberalist
iqtisadi nəzəriyyəçilərə aid edilən iqtisadçılar da iki qrupa
ayrılmışdır. Belə ki, onların bir qrupu – amerikan iqtisadçısı
L.Mizes (1881-1973), London məktəbi nümayəndəsi F.Hayek
(1899-1992), Çikaqo monetarist məktəbi nümayəndəsi
M.Fridmen, “iqtisadi təklif” nəzəriyyəçisi A.Laffer, “səmərəli
Dostları ilə paylaş: |