24
gözləmə” nəzəriyyəsinin nümayəndələri R.Lukas, T.Sarcent,
N.Uolles, C.Mut və b. iqtisadçılar əsasən neoklassik nə-
zəriyyəni (A.Marşal və b.) davam etdirmişlər. Yəni, dövlətin
iqtisadiyyata minimum müdaxiləsini məqbul saymış, sosial
siyasəti isə inkişaf üçün bir maneə hesab edərək əsasən onun
əleyhinə çıxmışlar.
Digər qrup neoliberalist nəzəriyyəçilər – ingilis iqtisadçısı
C.M.Keyns (1883-1946), Frayburq (alman) məktəbi
nümayəndələri – V.Oyken, L.Erxard (1897-1977), L.Müller
Armaq, A.Rustov, V.Repke, Avstriya iqtisadçısı Y.Şumpeter
(1883-1950), müharibədən sonrakı dövrdə neokeynsçilər –
C.Honson (1887-1976), R.Xorrod, P.Samuelson, E.Domar,
1970-ci illərdə post/sol keynsçilər – N.Robinson, N.Kaldar,
P.Sraff, A.Eyxner, S.Vayntraub və b. iqtisadçılar bazar
iqtisadiyyatının dövlət tərəfindən tənzimlənməsini, o cümlədən
sosial siyasəti zəruri saymışlar. Bu nəzəriyyənin ilk və ən
görkəmli nümayəndələrindən olan ingilis iqtisadçısı
C.M.Keyns məcmu tələbə təsir etməklə bazar iqtisadiyyatının
dövlət tərəfindən tənzimlənməsi nəzəriyyəsini işləmiş və
praktikada özünü doğrultmuşdur. Keynsin bu nəzəriyyəsi
dövlətin etməli olduğu bir çox iqtisadi tədbirləri (dövlət
xərclərinin, o cümlədən dövlət investisiyalarının artırılması,
aztəminatlıların müdafiəsi üçün gəlirlərin yenidən bölünməsi
və s.) özündə əks etdirmişdir. Keynsin bu nəzəriyyəsi mü-
haribədən sonrakı dövrdə davamçıları tərəfindən daha da
inkişaf etdirilmişdir. XX əsrin 60-70-ci illərində keynsçilikdə
sosial yönümün daha da ön plana keçməsi (“Neokeynsçilik”)
müşahidə olunmuşdur.
Neoliberal iqtisadi nəzəriyyələr İkinci Dünya Müha-
ribəsindən sonra bazar iqtisadi sisteminin sosial yönümlü (və
ya alman) modelinin (bu modelin əsas xüsusiyyətləri kitabın
177-178-ci səhifələrində verilmişdir) meydana çıxmasında
böyük rol oynamışdır. Ümumiyyətlə, iqtisadiyyata dövlət mü-
daxiləsini nəzərdə tutan neoliberal iqtisadi nəzəriyyələrin
meydana çıxması liberalların iqtisadi görüşlərdə sosial-demok-
25
ratlar (“islahatçı sosialistlər”) tərəfə, başqa sözlə, “sol”a
meyllənməsi demək idi.
İqtisadilyyatın dövlət tənzimlənməsi bu gün az və çox
dərəcədə bütün modellər üçün labüd olsa da, bazar iqtisadi
sisteminin liberal modelinin əsas cəhətləri (daxili bazarın
yüksək olması, iri inhisarların timsalında xüsusi kapitalın
möhkəm mövqeyə malik olması, həmkarlar və fəhlə hərə-
katının zəif olması) qalmaqdadır (xüsusən ABŞ-da) və digər
modellərdən (sosial və sosial-demokrat yönümlü modellərdən)
əsaslı şəkildə fərqlənir.
Liberalizmin həm materialist, həm də idealist fəlsəfi
görüşlü ideoloqları olmuşdur. Bu da liberalizmin həmin məsə-
lələrdə neytral olduğunu göstərir. Yəni, bu ideologiya üçün
idealist və ya materialist olmağın, dindar və ya dinsiz olmağın
fərqi yoxdur, bu məsələlərdə insanlar azaddır, materialist və ya
idealist görüşlü olmasından asılı olmayaraq hər bir şəxs
liberalizmin prinsiplərini qəbul edə bilər.
Hazırda liberalizmin əksər prinsipləri Birləşmiş Millətlər
Təşkilatı (BMT) və digər beynəlxalq təşkilatların sənədlərində
öz əksini tapmışdır.
Hüquq təmayüllü ideologiyalara başqa bir misal kimi
anarxizmi göstərmək olar. Anarxizm yunanca “anarxiya”
(“hakimiyyətsizlik”) sözündəndir. Bu ideologiya XIX əsrin 40-
70-ci illərində formalaşmışdır. Əsas ideoloqları P.J.Prudon
(1809-65), A.Kolods, M.Ştirner (1806-56), M.A.Bakunin
(1814-76), P.A.Kropotkin, J.Qrav və b. olmuşdur. Bu ide-
ologiyanın əsas ideyası hər cür dövlət hakimiyyətinin ləğv
olunması və şəxsiyyətin qeyri-məhdud azadlığıdır. Anarxist-
lərin müəyyən etdikləri iqtisadi sistemdə xırda burjuaziya
saxlanılmalı, istehsalçıların xırda muxtar cəmiyyətlərinin azad
federasiyası yaradılmalı və gəlirlərin ədalətli bölgüsü təmin
edilməli idi. XIX əsrin axırlarında bir çox Avropa və Latın
Amerikası ölkələrinin fəhlə hərəkatlarında bir müddət anarxist
meylli cərəyan – anarxizm-sindikalizm mövcud olmuşdur.
Anarxist-sindikalistlər sinfi mübarizəni və inqilabı məqbul
26
saymmışlar. Onlar həmkarlar ittifaqlarının təşkil edəcəkləri
tətillər vasitəsiylə “ictimai çevriliş”ə nail olmaq, dövlət haki-
miyyətini ləğv etmək və istehsalata, ərzaq bölgüsünə başçılıq
edən sindikatlar federasiyasının rəhbərliyi ilə yeni cəmiyyət
qurmaq ideyası ilə çıxış emişlər. İnqilabçı marksistlər
tərəfindən opportunizmə (“islahatçı sosializm”ə) yaxın hesab
olunan bu ideyalar qəti şəkildə rədd edilmişdir.
Anarxist meylli bir çox tələbə-gənclər hərəkatları (“kom-
munist anarxistləri”, “yeni sollar” və s.) dünya ölkələrində bu
gün də mövcuddur.
Dini təmayüllü ideologiyalar
Dini təmayüllü ideologiyalara birbaşa hansısa dinə əsas-
lanan ideologiyalar aiddir. Məlumdur ki, dinlərdə görüşlər
çoxsahəli olur. Yəni, dinlərdə dünyanın yaranışı, varlıq və
materiya, ailə-məişət, iqtisadiyyat, hüquq, əxlaq, ictimai ədalət
və s. məsələlər haqqında danışılır, bəşəri problemlərin həlli
yolları göstərilir. Bu baxımdan din özlüyündə bir ideoloji
sistemə malikdir. Ona görə də, din tarixən siyasi hərəkatların
ideologiyasına çevrilmiş və bununla da dini təmayüllü
ideologiyalar, başqa sözlə dini ideologiyalar meydana
çıxmışdır. Bu baxımdan, dini ideologiyaların formalaşması
dinlərin yaranması ilə demək olar ki, eyni tarixi dövrdə baş
vermişdir.
Dində Allaha inam prinsipi olduğundan dini ideologiyalar
cəmiyyətdə böyük təsir gücünə malikdir. Bu ideologiyaların
hədəfi bir qayda olaraq dini təmayüllü dövlət, başqa sözlə dini
dövlət qurmaqdır. Bəs dini dövlət qeyri-dini (dünyəvi)
dövlətdən nə ilə seçilir? Dini dövlət o dövlətə deyilir ki, orada
dinin insanlar qarşısındakı tələbləri qanun və hüquqi
normalarla məcburiləşdirilir. Bu zaman dinin təbliğatı yalnız
dindarlar, din ocaqları (məscidlər, kilsələr, mədrəsələr və s.)
səviyyəsindən çıxaraq dövlət səviyyəsinə qalxır. Bu isə, əslində
Dostları ilə paylaş: |