Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   2   3   4   5   6   7   8   9   ...   94

 18
(1882-1938) və b. olmuşdur. “Sosial-demokrat” ifadəsi  əv-
vəllər bütün sosialistlərə, o cümlədən marksistlərə də aid edil-
mişdir. XX əsrin  əvvəllərindən bu qanadlar arasında təşkilati 
ayrılmalar kəskinləşdikdən sonra isə bu ifadə yalnız isla-
hatçılara aid edilmiş, marksistlər isə bir qayda olaraq “kommu-
nistlər” adlandırılmışdır. 
Müasir sosial-demokratiya nəzəriyyəsi azadlıq, bərabərlik 
və  həmrəylik prinsiplərinə  əsaslanmaqla hüquqi-demokratik 
dövləti, qarışıq iqtisadiyyata və sosial ədalətə  əsaslanan bazar 
iqtisadi sistemini müdafiə edir. “Sosial-demokratiya”nı  bəzən 
ideologiya da adlandırırlar. Lakin, müasir dövrdə onu ide-
ologiya adlandırmaq düzgün olmaz, belə ki, hazırda sosial-de-
mokratlar öz prinsiplərinin hər bir dünyəvi və ya dini ide-
ologiya tərəfindən qəbul edilə biləcəyini qeyd edirlər (1.24). 
Ona görə də onu müstəqil ideologiya kimi yox, daha çox bazar 
iqtisadi sisteminin bir modelini və demokratiyanı müdafiə edən 
bir siyasi cərəyan, nəzəriyyə, iqtisadi görüş kimi qəbul etmək 
daha doğru olar. Demokratiya və insan haqları bu gün qlobal 
səviyyədə  qəbul olunduğundan sosial-demokrat nəzəriyyəsi 
özünü daha çox iqtisadi sistemə münasibətdə göstərir. Bazar 
iqtisadi sisteminin bu cərəyan tərəfindən müdafiə edilən 
modelinin elmdə də elə “sosial-demokrat modeli” adlandırıl-
ması  qəbul edilmişdir. Həmin modelin əsas xüsusiyyətləri 
aşağıdakılardır (2.31, s.189-190): 
1.
 
Dövlət mülkiyyətinin yüksək çəkiyə malik olması; 
2.
 
Əmək münasibətlərinin ümummilli, ümumdövlət sə-
viyyəsində tənzimlənməsi, tarif dərəcələrinin, kollektiv 
müqavilələrin müəyyən edilməsi;  
3.
 
Dövlətin həyata keçirdiyi sosial siyasətin  əhalinin 
gəlirləri üzrə  təbəqələşməsinin azalmasını  təmin et-
məsi; 
4.
 
Ümumi Milli Məhsulda (ÜMM) dövlət büdcəsinin pa-
yının çox olması. 


 19
Bu model əsasən İsveçdə, həmçinin müəyyən dərəcədə di-
gər Avropa ölkələrində (digər Skandinaviya ölkələri, İspaniya, 
Portuqaliya, Yunanıstan və s.) tətbiq olunmuşdur.  
Hazırda bir çox Avropa ölkələrində sosial-demokrat 
ideyalarını qəbul etmiş partiyalar hakimiyyətdədir. 1951-ci ildə 
dünya sosial-demokratlarının (islahatçı sosialistlərinin) bey-
nəlxalq təşkilatı olan Sosialist İnternasionalı yaradılmış və bu 
gün də  fəaliyyət göstərməkdədir. Azərbaycandan ASDP, Tür-
kiyədən CXP bu təşkilatın üzvüdür. 
 
 
Hüquq təmayüllü ideologiyalar 
  
Hüquqi görüşlərin və ideyaların tarixi qədim olsa da, 
hüquq təmayüllü ideologiyalar hüquqi dövlət, insan haqları, 
insan azadlıqları  məsələlərinin aktuallaşdığı son əsrlərdə for-
malaşmağa başlamışdır. Bu ideologiyalarda hüquqi məsələlər 
aprıcı yer tutur.  
Hazırda hüquq təmayüllü ideologiyalara ən real misal 
liberalizmdir. Bu ifadə termin kimi  XIX  əsrin  əvvəllərindən 
işlədilməyə başlamışdır. Liberalizm ifadəsi hərfi tərcümədə 
(latınca “liberalis” – “azad” deməkdir) “azadlıqçılıq”, “hürriy-
yətçilik” mənasını verir. Adından da göründüyü kimi bu 
ideologiyanın  əsasında insan hüquqları  və azadlıqları ideyası 
dayanır. Əsas ünsürləri isə dövlət hakimiyyətinin məhduddlaş-
dırılması, fərdi hüquq və azadlıqların genişləndirilməsi, təbii 
hüquqa və spontan qayda-qanuna üstünlük verilməsi, hüquqi 
dövlət, demokratiya və s.-dir. Bu ideologiyanın bəzi ünsür-
lərinə hələ qədim dövr mütəfəkkirlərində (qədim Yunanıstanda 
sofistlər – Protoqor, Hippi, Antifond, Alkidamat və b., qədim 
Çin Filosofu Lao-Szıda və b.), həmçinin Qədim Yunanıstan və 
Roma qanunlarında rast gəlinir.  İlk orta əsrlərdə isə müt-
ləqiyyətin və dini hakimijyyətin bütün dünyada üstün mövqedə 
olması liberal ideyaları kifayət qədər sıxışdırmışdır. Bu dövrdə 
mütərəqqi ictimai-siyasi görüşlər  əsasən  ədalətli dövlət 


 20
idarəçiliyi və  ədalətli  əmlak bölgüsü ideyaları ilə  məhdud-
laşmışdır. Son orta əsrlərdə isə liberal düşüncə yenidən inkişaf 
etməyə başlamışdır. Belə ki, bir çox Avropa ölkələrində dinin 
dövlətdən ayrılması, qanunların xalq tərəfindən qəbulu və s. 
kimi liberal ideyalar irəli sürülmüşdür (2.8). Bu dövrdə  İn-
giltərədə qəbul olunmuş “Maqna Çarta” (1215) sənədi mühüm 
əhəmiyyətə malikdir. Bu sənəddə kral hakimiyyətinin məhdud-
laşdırılması, insanların fərdi toxunulmazlıqları və s. kimi libe-
ral müddəalar öz əksini tapmışdır (1.17)  
Bir ideologiya kimi liberalizmin meydana çıxması isə 
kapitalist münasibətlərinin inkişafı dövründə baş vermişdir. Bu 
dövrdə demokratik və milli azadlıq ideyalı burjua inqilabları 
baş vermiş və liberalizmin bir çox prinsipləri bərqərar olmağa 
başlamışdır. Bir qayda olaraq liberalizmin formalaşması əsasən 
XVII əsrin ortalarından – İngiltərə burjua inqilabları (1640-60, 
1688-89) dövründən  götürülür (1.37). Bu İdeologiyanın ilk 
ideoloqları kimi isə Tomas Hobbs (1588-1679), Con Lokk 
(1632-1704) və Levellerlər (İngiltərə burjua inqilabının işti-
rakçıları olan “bərabərlikçilər”: C.Lilbern (1618-57) və b.) qə-
bul olunur. Lakin hələ bu dövrə qədər də respublikanın elanı ilə 
nəticələnən Niderland burjua-demokratik inqilabı (1566-1609) 
baş vermiş, N.Makkiavelli (1469-1527), H.Qrotsi (1583-1645) 
və b. kimi liberal düşüncəli mütəfəkkirlər olmuşdur.  
Liberalizmin iqtisadi görüşlərinin, başqa sözlə iqtisadi li-
beralizmin  əsas ideoloqları kimi isə klassik iqtisadi nəzə-
riyyənin (həmçinin azad bazar nəzəriyyəsinin) baniləri A.Smit 
(1723-1790) və D.Rikardo (1772-1823) qəbul olunur.  
Liberalizm sonrakı dövrlərdə ABŞ-da T.Reyn (1737-
1809), T.Cefferson (1743-1826), A.Hamilton (1757-1804), 
Fransada  Ş.Monteskye (1689-1755), F.Volter (1694-1778), 
J.J.Russo (1712-78), İngiltərədə C.Bentam (1748-1832), 
C.S.Mill (1806-73) və b. ideoloqlar tərəfindən daha da inkişaf 
etdirilmişdir.  
Klassik liberalizmin əsas ideyalarına monarx hakimiy-
yətinin məhdudlaşdırılması, dövlət idarəçiliyində xalqın işti-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə