Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   2   3   4   5   6   7   8   9   ...   94

 15
R.Ouen (1771-1858) və b.), orta əsr  şərq mütəfəkkirlərinin 
(N.Tusi (1201-74), İbn Xəldun (1332-1406) və b.) sosial-siyasi 
nəzəriyyələri və s.-dən istifadə edilmişdir.  
Marksizm ideologiyasında fəlsəfi, sosioloji və iqtisadi 
görüşlər – “Dialektik materializm”, “Tarixi materializm”, “Si-
yasi iqtisad” və “Elmi kommunizm” nəzəriyyələrində, dini 
məsələlər “Elmi ateizm” təlimində öz əksini tapmış, həmçinin 
hüquq, etika, estetika və b. sahələr üzrə görüşlər formalaş-
dırılmışdır. 
“Dialektik materializm” təlimində fəlsəfənin əsas məsələsi 
(şüurun varlığa münasibəti) materialistcəsinə  həll olunur, 
inkişafın səbəbi onun özündə axtarılır, idealistlər tərəfindən 
yaranışın  əsası kimi qəbul olunan “ideal başlanğıc”, “mütləq 
ideya”, “dünya iradəsi”, “ilahi qüvvə” və s. inkar olunur və 
dialektika qanunları bu əsas üzərində formalaşdırılır. 
“Tarixi materializm” nəzəriyyəsində  cəmiyyətin inkişaf 
qanunları  təhlil olunur, cəmiyyətin tarixinə ictimai-iqtisadi 
formasiyaların biri-birini əvəz etməsi baxımından yanaşılır, ic-
timai proseslərdə iqtisadi (maddi) amillərin rolu əsas götürülür, 
ictimai inkişaf  əsasən sinfi (“istismarçı” və “zəhmətkeş” si-
niflər) mənafelər baxımından qiymətləndirilir, ictimai dəyi-
şikliklərdə xalq kütlələrinin rolu xüsusi qiymətləndirilir, icti-
mai ziddiyyətlərin,  ədalətsizliklərin inqilab yolu ilə  həll oluna 
biləcəyi əsaslandırılır. 
Marksizmin “siyasi iqtisad” təlimində iqtisadi qanunlar 
təhlil olunur, iqtisadi münasibətlər fəhlə sinfinin mənafeyi 
baxımından qiymətləndirilir, kapitalist istehsal üsulu (iqtisadi 
sistemi – Ş.Ə.)  ədalətsiz hesab olunaraq tənqid edilir. Kapita-
lizmin keçici olduğu, onun yeni – sosialist istehsal üsulu ilə 
əvəz olunmasının labüdlüyü qeyd olunur. Bu təlimin  əsəsını 
“izafi dəyər” nəzəriyyəsi təşkil edir. “İzafi dəyər” işçinin ka-
pitalist tərəfindən haqqı ödənilməyən əməyi ilə yaratdığı (haqqı 
ödənilən  əməyin dəyərinin yalnız işçinin minimum zəruri 
tələbatlarını təmin etdiyi qəbul olunur) və kapitalist tərəfindən 
havayı  mənimsənilən dəyər kimi qəbul olunur. Təlimdə mü-


 16
tərəqqi və ədalətli iqtisadi sistem kimi ictimai mülkiyyətə əsas-
lanan sosialist istehsal üsulu müəyyən olunur. 
“Elmi kommunizm” nəzəriyyəsi marksizmin digər təlim-
ləri ilə sıx bağlı olmaqla, ideoloji hədəflər kimi sosialist inqila-
bının, sosializm və kommunizm quruculuğunun qanunauyğun-
luqlarını müəyyən edir.   
“Elmi ateizm” təlimində dini görüşlər tarixən meydana 
çıxmış uydurma, elmi əsası olmayan, cəmiyyətin inkişafına 
mane olan və zərərli ünsür kimi izah edilir və həmin görüşlərə 
qarşı mübarizənin yolları müəyyən olunur. 
Marksizmin özünəməxsus hüquqi görüşləri var. Burada 
dövlət tarixən sinifli cəmiyyətin formalaşması ilə meydana 
çıxmış  və istismarçı sinfin zəhmətkeş sinif üzərində 
hakimiyyətini təmin edən qurum kimi qiymətləndirilir. Sinifsiz 
cəmiyyətə nail olunduğu halda isə, tədricən dövlətin də öz 
əhəmiyyətini itirəcəyi  əsaslandırılır. Marksizmdə demokratiya 
(“sosialist demokratiyası”) və insan azadlıqları inkar olunmur, 
lakin bu anlayışlar  əsasən  əhalinin seçkilər vasitəsiylə dövlət 
idarəçiliyində iştirakı, irq, milliyyət və cinsdən asılı olmayaraq 
insanların hüquq bərabərliyi ilə məhdudlaşır. Siyasi, ideoloji və 
dini azadlıqlar isə tanınmır. Yəni, bu azadlıqlar sosializm prin-
siplərinə xələl gətitirsə, ona məhdudiyyət qoyulur.   
Marksizmdə milli haqlar və azadlıqlar da inkar olunmur, 
hər bir millətin öz milli varlığını qoruyub saxlamaq hüququ 
tanınır, lakin sosializmin prinsiplərinə zidd sayılan hər bir milli 
ənənə  rədd edilir, həmçinin, cəmiyyətdə iqtisadi məsələlər, o 
cümlədən sinfi ziddiyyətlərin həlli əsas götürüldüyündən milli 
məsələlərin həlli ikincidərəcəli hesab olunur.  
Marksizmin son hədəfi olan Kommunizm quruluşu ictimai 
mülkiyyətə,  əmək və  gəlir bölgüsü “hər kəsdən qabiliyyətinə, 
hər kəsə tələbatına görə” prinsipinə, sosial bərabərliyə və sinif-
siz cəmiyyətə  əsaslanan bir quruluş kimi müəyyən edilmişdir. 
Sosializm onun birinci fazası sayılır.  
Marksizmin ideyalarından müxtəlif siyasi hərəkatlar ya-
rarlanmış, həmçinin bu ideologiyada müxtəlif dəyişikliklər – 


 17
“təftişçilik” (E.Bernşteyn (1850-1932), K.Kautski (1854-1938), 
K.Renner (1870-1950), F.Adler (1879-1960), O.Bauer (1882-
1938) və b.) də edilmişdir. Rusiyada bu ideologiyanı  qəbul 
etmiş bolşevik hərəkatı 1917-ci ildə V.İ.Leninin başçılığı ilə 
sosialist inqilabına nail olmuş  və sosializm quruluşuna 
əsaslanan, rəsmi ideologiyası marksizm-leninizm olan Sovet 
Sosiaıist Respublikalar İttifaqı – SSRİ (1922-91) yaradılmışdır. 
İctimai mülkiyyətə  əsaslanan sosializm quruluşu dünyanın, 
xüsusən Şərqi Avropanın bir çox ölkələrində bərqərar olmuş və 
bir müddət yaşamışdır.  
Sovet imperiyası milli məsələlərdə  sələfi olan Çar Rusi-
yasının  şovinist siyasətini özünəməxsus bir şəkildə davam 
etdirmiş, sosialist ideyaları isə bu siyasətin pərdələnməsində 
mühüm rol oynamışdır. Sovet dövlətində ideal sosializm prin-
sipləri özünü doğrultmamış, xüsusən dövlətin son onillik-
lərində korrupsiya, qıtlıq, gizli inflyasiya, sosial təbəqələşmə 
yüksək həddə çatmış, həmçinin demokratiya prinsipləri kobud 
şəkildə pozulmuşdur.  
Marksizm ideyalarına  əsaslanan kommunist hərəkatları 
zəif olsa da bu gün də mövcuddur.   
İqtisadi təmayüllü ideoloji cərəyanlardan biri də  “sosial-
demokratiya”dır. Müasir sosial-demokratlar XIX əsrin or-
talarından Avropa ölkələrində formalaşmış sosialist hərə-
katlarının “islahatçı qanad”ının ardıcıllarıdır. Həmin dövrdə 
“islahatçı qanad” (“lassalçılar”, “xırda burjua”/”sağ” sosi-
alistləri, “təftişçilər”, “opportunistlər”, “leqal marksistlər”, 
“menşeviklər”, “iqtisadçılar”, “təsviyəçilər” və s.) radikal qa-
naddan (“inqilabçı marksistlər”) fərqli olaraq burjua sinfini 
ləğv etmədən kapitalist sistemi daxilində  fəhlə sinfinin məna-
feyinə uyğun islahatlar aparmaqla sosial ədalətin təmin edil-
məsini müdafiə edmişlər. Bu qanadların sosializmə  və de-
mokratiyaya baxışlarında da kəskin fərqlər olmuşdur. İslahatçı 
sosializmin  əsas ideoloqları F.Lassal (1825-64), Y.Dürinq 
(1833-1921), E.Bernşteyn (1850-1932), K.Kautski (1854-
1938), K.Renner (1870-1950), F.Adler (1879-1960), O.Bauer 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə