Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   2   3   4   5   6   7   8   9   10   ...   94

 21
rakı, demokratiya, azad bazar və azad sahibkarlıq, milli və dini 
azadlıqlar və s. aid olmuşdur. Yəni, Klassik liberalizmin 
azadlıq ideyası insanların həm siyasi, həm iqtisadi, həm də 
milli azadlıqlarını ehtiva etmişdir. Klassik liberalizm hər 
cəhətdən mərkəzləşmənin, o cümlədən imperializmin və 
müstəmləkəçiliyin  əleyhinə olduğundan millətçilik (milli 
azadlıq və milli dövlətçilik) onun əsas prinsiplərindən biri 
olmuşdur.  
Klassik liberalizmin prinsipləri  ən yüksək səviyyədə ilk 
dəfə ABŞ-ın “İstiqlal Bəyannaməsi”ndə (1776) öz əksini 
tapmış, sonra isə Avropa ölkələrində  bərqərar olmağa baş-
lamışdır.  
Digər ideologiyalar kimi Liberalizm də tarixi dövrdən asılı 
olaraq müəyyən dəyişikliklərə  uğramışdır. Belə ki, XX əsrin 
ortalarında Liberalizmin hüquqi və iqtisadi görüşlərində, 
həmçinin milli məsələlərə baxışda müəyyən dəyişikliklər baş 
vermiş  və  yeni liberalizm (və ya “neoliberalizm”) meydana 
çıxmışdır.  
Neoliberalizm özünü əsasən insanların fərdi hüquq və 
azadlıqlarının və insan amilinin daha da ön plana çəkilməsi, 
iqtisadi görüşlərdə “sol”a meyllənmə, millətçi prinsiplərdən 
(milli azadlıq uğrunda mübarizə  və s.) uzaqlaşmaqda gös-
tərmişdir. Millətçi prinsiplərdən uzaqlaşmaqda tarixi şəraitin də 
həlledici rolu olmuşdur. Belə ki, Liberalizmin bərqərar olduğu 
ölkələrdə milli dövlətlər artıq qurulmuş, milli məsələlər əsasən 
həll edilmişdi. Lakin, müasir liberalizm müəyyən millətçi 
prinsiplərdən uzaqlaşsa da hər bir halda milli ayrıseçkiliyi 
pisləyir və milli dəyərlərə hörmətlə yanaşmağı  tələb edir, 
həmçinin, xalqların öz müqəddəratını    təyin etmək hüququnu 
tanıyır. 
Müasir dövrdə liberalizmin əsas siyasi-hüquqi prinsipləri 
aşağıdakılardır: 
1.
 
Hakimiyyət bölgüsünə  və çoxpartiyalılığa  əsaslanan 
parlamentli idarəçilik; 


 22
2.
 
Hər cür mərkəzləşmə və bürokratiyadan yerli idarəçili-
yin üstünlüyü
3.
 
Fərdi hüquq və azadlıqların ictimai hüquqlardan 
üstünlüyü; Fərdin hüquq və azadlığının yalnız başqa 
fərdlərin hüquq və azadlığını pozduğu halla məhdud-
laşdırılması.  
4.
 
Bütün hallarda dövlət hakimiyyətinin mümkün qədər 
məhdudlaşdırılması (yalnız ümumi qanunlar qəbul 
etmək, asayişi təmin etmək və b. bu kimi funksiyaları 
saxlamaqla) və ictimai ziddiyyətlərin fərdi mənafelərin 
tarazlaşması prinsipi ilə həll olunması. Fərdi mənafeləri 
tarazlaşdıran istənilən spontan (ənənəvi, dövlət iradəsi 
ilə deyil, təbii ictimai inkişaf nəticəsində yaranan) 
qayda-qanun məqbuldur. 
5.
 
Şəxsi mülkiyyətin toxunulmazlığı; 
6.
 
İnsan amilinin hər  şeydən üstün tutulması, etnik, dini 
irqi, cinsi və siyasi mənsubiyyətindən asılı olmayaraq 
insanların bərabərliyi, ləyaqətlərinin qorunması və tole-
rantlıq. 
7.
 
Sülhün qorunması. Hər bir halda müharibə özü ilə ölüm 
və dağıntı  gətirdiyinə, ailələri və iqtisadiyyatı dağıtdı-
ğına, hakimiyyətin hakim sinfin əlində  cəmləşməsinə 
imkan yaratdığına görə məqbul deyil. 
Bazar iqtisadi sisteminin klassik liberalizmə  əsaslanan 
modeli iqtisadi nəzəriyyədə bazar iqtisadi sisteminin liberal 
(və ya amerikan) modeli  adlanır və həmin modelin əsas xüsu-
siyyətləri aşağıdakılardır (2.31, s.188-189): 
1.
 
İqtisadiyyatda xüsusi mülkiyyətin çəkisinin çox olması 
və üstün mövqe tutması; 
2.
 
Təsərrüfat qanunvericiliyinin bazar subyektlərinin tam 
sərbəstliyini təmin etməklə onların dövlət tərəfindən 
ola biləcək təsirindən qorunması; 
3.
 
Dövlət tənzimlənməsinin məhdud xarakter daşıması və 
əsasən makroiqtisadi prosesləri əhatə etməsi; 


 23
4.
 
Əhalinin bir çox zəruri yaşayış problemlərinin həll edil-
məsindən dövlətin təcrid edilməsi; 
5.
 
Sosial məqsədlərin həyata keçirilməsinə yönəldilən 
xərclərin qalıq xarakter daşıması  və onların işsizlərin 
və  həyat səviyyəsi  ən aşağı olan təbəqələrə yönəldil-
məsi; 
6.
 
ÜMM-da dövlət büdcəsinin xüsusi çəkisinin az olması 
və sosial məqsədlərə yönəldilən dövlət investisiyala-
rının və dövlət xərclərinin aşağı olması.  
Bu model klassik (xalis) formada XX əsrin  əvvəllərindən 
20-ci illərin sonunadək ABŞ-da mövcud olmuşdur. Bu modelin 
formalaşmasında ingilis iqtisadçısı,  neoklassik iqtisadi 
nəzəriyyənin banisi A.Marşalın (1842-1924) sinfi yanaşmadan 
kənar, minimum dövlət müdaxiləsi  şəraitində azad bazar 
nəzəriyyəsinin böyük rolu olmuşdur. A.Marşal tələb-təklif 
qanunlarını, bazar tarazlığını, qiymətəmələgəlmə mexanizmini 
əsaslı  şəkildə araşdırmış, dövlətin iqtisadiyyata müdaxiləsinin 
yalnız azad rəqabətə  şərait yaratması ilə  məhdudlaşdırılması 
ideyasını müdafiə etmişdir. Neoklassik iqtisadi nəzəriyyə 
C.Robinson, E.Cemberlin, marjinalistlər – Avstriya məktəbi 
nümayəndələri K.Menger (1840-1921), E.Ben-Baberk (1851-
1914), F.Vizer (1851-1926), ingilis iqtisadçısı U.S.Cekons 
(1835-82),  İsveç iqtisadçıları L.Varlas (1834-1910), V.Pareto 
(1848-1923) və b. nəzəriyyəçilər tərəfindən inkişaf etdiril-
mişdir. 
 20-30-cu  illərin iqtisadi böhranı (“kapitalizmin ümumi 
böhranı”) isə iqtisadiyyatın dövlət tərəfindən tənzimlən-
məsinin, başqa sözlə iqtisadiyyata dövlət müdaxiləsinin 
artırılmasını  zəruri etmiş  və bununla əlaqədar  neoliberal 
iqtisadi nəzəriyyələr meydana çıxmışdır. Lakin, neoliberalist 
iqtisadi nəzəriyyəçilərə aid edilən iqtisadçılar da iki qrupa 
ayrılmışdır. Belə ki, onların bir qrupu – amerikan iqtisadçısı 
L.Mizes (1881-1973), London məktəbi nümayəndəsi F.Hayek 
(1899-1992), Çikaqo monetarist məktəbi nümayəndəsi 
M.Fridmen, “iqtisadi təklif” nəzəriyyəçisi A.Laffer, “səmərəli 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə