Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   2   3   4   5   6   7   8   9   ...   94

  5
Milli ideologiyamızın formalaşmasında irəli sürülən bütün 
bu dəyərli fikir və mülahizələrlə yanaşı  əsərdə mübahisə 
doğuracaq bəzi məsələlər də vardır ki, onları yazılı  şəkildə 
müəllifin nəzərinə çatdırdığımızdan burada qeyd etməyi lazım 
bilmirik. Ümid edirik ki, əsər çapa hazırlanarkən müəllif bu 
məsləhətlərimizi nəzərə alacaq.  
Son olaraq qeyd etməyi lazım bilirik ki, müəllifin bu əsəri 
son dövrlərdə milli ideologiyamıza həsr edilmiş  ən dəyərli 
tədqiqatlardan biridir. Tədqiqat əsəri bu vaxta qədər buraxılmış 
müəyyən boşluqların doldurulmasında mühüm mənbələrdən 
sayıla bilər. 
Müəllifə gələcək tədqiqatlarında başarılar diləyirəm.   
 
Aydın
  QASIMLI (MƏDƏTOĞLU) 
Türkoloq, filologiya elmləri  
namizədi, dosent. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


  6
Giriş 
 
Çağdaş dövrümüzdə xalqımızın milli ideologiya prob-
leminin araşdırılması aktual məsələlərdəndir.  İndiyə  qədər bu 
sahə ilə bağlı müəyyən araşdırmalar aparılmışdır. Bu araş-
dırmalara  Əlikram Tağıyev, Nizaməddin  Şəmsizadə, Həsən 
Əzizoğlu (Həsənov), Faiq Ələkbərov (Qəzənfəroğlu), Kamran 
Məmmədov, Elşad Mirələm, Sona Vəliyeva, Rahid Ulusel, 
Mübariz Yusifov, Aydın Abbasov və b. müəlliflərin  əsərlərini 
misal göstərmək olar. Bu araşdırmalar öz tədqiqat predmetləri 
üzrə kifayət qədər dəyərli və lazımlı araşdırmalardır. Lakin 
indiyə  qədər milli ideologiya mövzusunda yazılmış  əsərlər 
milli ideologiyamızın yalnız ayrı-ayrı məsələlərini əhatə etmiş 
və bu baxımdan məhdud xarakter daşımışdır. Milli ideologi-
yamız demək olar ki, indiyə  qədər bütöv bir sistem şəklində 
tədqiqata cəlb edilməmişdir. Hətta bəzi milli-ideoloji məsələlər 
haqqında indiyə  qədər yalnız məqalələr, çıxışlar və müsahi-
bələr səviyyəsində danışılmışdır. Halbuki, xalqımızın, xüsusən 
də gənc nəslin milli şüurunun inkişafında və milli hədəflərimiz 
uğrunda mübarizədə milli ideologiyamızın bir bütöv sistem 
şəklində öyrənilməsi vacib məsələlərdəndir. Bu kitabda milli 
ideologiyamız olan türk millətçiliyini bir bütöv sistem şəklində 
araşdırmaya cəlb etməyə çalışmışıq.  
Kitab “Giriş” hissəsindən, üç bölmədən və “Nəticələr”dən 
ibarətdir.  
Birinci bölmədə öncə daha aydın və bütöv təsəvvürün 
yaranması naminə ideologiya anlayışı incələnmiş, ideologiya-
ların  ən geniş  təsnifatı müəyyən edilmiş, tarixən yaranmış 
ideologiyalar haqqında  ətraflı  məlumat verilmiş, milli ideo-
logiya – millətçilik şovinizmə qarşı dayanan bir mütərəqqi ide-
ologiya kimi izah edilmişdir. Daha sonra milli ideologiyamızın 
formalaşması  və inkişafının son iki yüz illik tarixi ayrı-ayrı 
türk xalqları üzrə xronoloji olaraq, yeni yanaşma ilə nəzərdən 
keçirilmişdir. Belə ki, türk millətçiliyinin yaranmasının tarixi 
şəraiti, Qacarlar və Osmanlı dövlətlərində milli ideyaların 


  7
formalaşması, Çar Rusiyasında türkçülük ideyalarının for-
malaşması, Xalq Cümhuriyyəti dövründə Azərbaycanda 
aparılan milli-demokratik islahatlar, M.K.Atatürkün başçılığı 
altında milli azadlıq hərəkatı, Türkiyə Cümhuriyyətində mil-
lətçilik, şovinist İran-fars rejiminə qarşı milli hərəkatlar, sovet 
hakimiyyəti dövründə Quzey Azərbaycanda milli hərəkat, müs-
təqillikdən sonra Azərbaycan Respublikasında millətçilik və 
Bütöv Azərbaycan ideyası haqqında  ətraflı  məlumat verilmiş 
və bu inkişaf tarixi yeni yanaşma ilə qiymətləndirilmişdir. 
Birinci bölmədə  həmçinin türk millətçiliyində mövcud olan 
üçlü sistemin və türk millətçiliyinin səviyyələrinin dəqiqləş-
dirilmiş izahı verilmişdir. 
Kitabın ikinci bölməsində tarixi və mövcud reallıqları, elmi 
nəzəriyyələri və s. nəzərə alaraq çağdaş dövrümüz üçün milli 
ideologiyamızın müxtəlif (milli, iqtisadi, siyasi-hüquqi, fəlsəfi 
və dini) məsələləri sistem şəklində araşdırılmış, müəyyən 
fikirlər və qənaətlər irəli sürülmüşdür. 
Kitabın üçüncü bölməsində milli ideologiyamızda  əsas 
məsələlərdən olan milli mənəvi dəyərlərimizi (MMD) qoruyub-
yaşatmaq və yüksəltmək problemləri, o cümlədən onların 
tədqiqi və  təbliğinin mövcud durumu, həmçinin MMD-imizin 
ictimai əhəmiyyəti – cəmiyyətin həyatında və inkişafındakı ro-
lu haqqında geniş söhbət açılmışdır. 
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulduğundan, 
hadisələri, fikirləri, çıxarılan nəticə  və  qənaətləri mümkün 
qədər qısa və sadə elmi-məntiqi dildə ifadə etməyə çalışmışıq.     
 
 
 
 
 
 
 
 


  8
I  BÖLMƏ. İdeologiya anlayışı, ideologiyaların 
təsnifatı və tarixən yaranmış 
ideologiyalar 
 
1. İdeologiya anlayışı 
 
İdeologiya ifadəsi (yun. “idea” – anlayış, təsəvvür, “loqos” 
– söz, təlim) hərfi baxımdan “ideya haqqında elm” mənasını 
verir. Lakin elmi termin kimi ideologiya çox geniş və çoxsahəli 
anlayışdır. O, elmin müxtəlif sahələrinin, təbiət və  cəmiyyət 
qanunlarının, burada qarşıya çıxan ziddiyyətlərin öyrənilməsini 
və  bəşəri problemlərin həlli yollarının müəyyən edilməsini 
özündə ehtiva edir. Ta qədimdən filosoflar, mütəfəkkirlər, 
alimlər dünyanı, varlığı, materiyanı  dərk etməyə, təbiət və 
cəmiyyət qanunlarını öyrənməyə, ictimai ziddiyyətləri, prob-
lemləri həll etməyə, cəmiyyətdə  əmin-amanlığa, bəşəriyyətin 
xoşbəxtliyinə nail olmağa çalışmış  və bununla da müxtəlif 
sahələrdə görüşlər, təlimlər, ideyalar meydana çıxmışdır. Bu 
cür çoxsahəli görüşlər və ideyaların elmi sistemi sonralar (XIX 
əsrin  əvvəllərindən)  ideologiya  termini ilə ifadə edilmişdir. 
Lakin bu anlayışa bu günə  qədər də vahid baxış yoxdur və 
müxtəlif cür təriflər verilir. İdeologiyaya  ən ümumi şəkildə 
aşağıdakı kimi tərif vermək olar: 
İdeologiya – ictimai problemlərin həllinə və inkişafa yö-
nəldiyi  əsaslandırılan fəlsəfi, iqtisadi, siyasi, hüquqi, dini, 
əxlaqi və s. görüşlərin və ideyaların bütöv sistemidir. 
İlk növbədə onu qeyd etmək lazımdır ki, ideologiya elə bir 
bütöv sistemə malik olmalıdır ki, oradakı görüşlər biri-biri ilə 
ziddiyyət təşkil etməsin, biri-birini tamamlasın və vəhdət təşkil 
etsin. İdeologiyalarda son məqsəd kimi bir qayda olaraq ictimai 
problemlərin həlli, bəşəriyyətin xoşbəxtliyi göstərilir. Düzdür, 
əsl məqsədi mürtəce (işğalçılıq, müstəmləkəçilik, istismarçılıq, 
və s.) xarakter daşıyan ideologiyalar da var. Lakin belə 
ideologiyaların nəzəri  əsaslarında adətən həqiqi məqsəd giz-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə