Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə53/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   49   50   51   52   53   54   55   56   ...   78

 
304 
Xoş avazlı ustad bərbətçalan. 
Buyurdu: – Onu məclisə, get, gətir! 
Çalanlar yanında ona verdi yer, 
Alıb köklədi bərbəti nəğməsaz, 
Göyə qalxdı Mazəndarani avaz. 
Mazəndaranı gəlin, yad edək, 
Həmişə ana yurdunu abad edək! 
 Gül ilə, çiçəklə dolur bağları, 
Bürünmüş qızıl laləyə dağları. 
Havası şəfadır, yeri laləzar, 
Nə isti, nə şaxta, həmişə bahar. 
Bütün il boyu bağda bülbül ötər, 
Çəmənlərdə ceyran gəzər, gül bitər. 
Yeyib dincələr daima elləri, 
Ətirdir, naxışdır bütün çölləri. 
Axar çeşməsində gülab ətri var, 
Sudan kim içər, ruhu pərvazlanar. 
Payız, qış, bahar, fərqi yox, hər zaman 
Olar laləyə qərq Mazəndaran. 
Yaşıl çay kənarında, dağda hər ay 
Salar il boyu göydə şahin haray. 
Bürünmüş bütün ölkə başdan-başa 
Zərə, atlasa, inciyə, daş-qaşa, 
Sənəmlər qoyar başına taci-zər 
İgidlər hamı beldə altun kəmər. 
Eşitdikdə Kavus belə sözləri, 
Tamahdan bərəldi onun gözləri.  
Savaş axtaran qəlbi coşdu onun 
Ki, Mazəndarana yeritsin qoşun. 
Dedi. – Ey şücaətli sərkərdəlar, 
Mey içməklə əylənmək artıq yetər! 
Peşə etsə tənbəlliyi qəhrəman, 
Yorulmaz o əyləncədən heç zaman. 
Ağılda, fərasətdə, taledə mən, 
 
305 
Qubad ilə Zöhhak, Cəmşiddən, 
Bilin, artığam çox: odur ki, gərək 
Hünər göstərəm, çarpışam şirtək. 
Böyüklər bu sözdən gəlib heyrətə
Şərik olmadı kimsə bu söhbətə 
Saraldı hamı qorxudan, qaldı çaş, 
Necə yəni divlərlə olsun savaş. 
Şaha vermədi kimsə düzgün cavab, 
Çəkirdi hamı gizli-gizli əzab. 
Hamı: Tus, Gudərz, Kəşvad, Giv 
Və Xərrad, Qorgin, Röhham, Niv 
Baş əydi, dedi: – Biz kiçik qullarıq, 
Şahın hər nə fərmanı olsa, varıq. 
Ürəkdən hamı dərd çəkib yandılar, 
Gedib sonra xəlvətdə toplandılar. 
Hamı fikrini söylədi birbəbir, 
Məgər bəxt bizdən küsübdür, nədir? 
Bu sözlər ki, sərxoş dedi hökmdar, 
Ayıldıqda əl çəkməsə, aşikar, 
Nə İran, nə bizdən qalar bir əsər, 
Gözəl ölkə bərbad olar sərbəsər. 
Üzük sahibi, hətta Cəmşid ki var, 
Ona tabe idi bütün canlılar, 
O Mazəndaran adını çəkmədi, 
Vuruşlarda divlərlə qan tökmədi. 
Fəridun o idrakla, o elmlə 
Düşünməzdi bu haqda bir an belə. 
Zər ilə, zor ilə hünərlə əgər
Müyəssər olaydı bu işdə zəfər, 
Mənuçehr iqdam etməzdimi? 
Bu qovğa o vaxtlarda bitməzdimi? 
Gəlin, axtaraq indi biz bir çara 
Ki, bəlkə bəladan İran qurtara. 
Dedi Tus: – Ey şanlı sərkərdələr! 


 
306 
Döyüşlərdə çox göstəribsiz hünər. 
Yaman yerdə işlər düşübdür düyün, 
Onu açmağa bircə yol var bugün. 
Sam oğlu Zalın yanına bir çapar 
Sifarişlə göndərməyə vaxt çatar. 
Desin qoy çapar Samın oğlu Zala 
Su içsən, əlindən qoyub düş yola. 
Şahı bu fikirdən gəlib döndərə, 
Ona yaxşı-yaxşı nəsihət verə, 
Deyə: Əhrimən felinə uyma gəl! 
Xətadır, divin üstə qaldırsan əl!.. 
Götür-qoy edib, verdilər, aldılar, 
Sifarişlə elçi yola saldılar. 
Qoyub Nimruza üz, çapıb dördnala 
O elçi çatınca baş əydi Zala, 
Dedi: – Ey böyük Samdan yadigar
Məni göndərib bir neçə namidar, 
Çıxıbdır bir iş qarşıya çox yaman, 
Asan həlli mümkün deyil heç zaman 
Deyirlər dada çatmasa Zal əgər, 
Hamı məhv olar, ölkə əldən gedər. 
Şahı Əhrimən öz dalınca çəkir, 
Salıbdır onun beyninə pis fikir. 
Sələflər yolundan çıxıbdır tamam, 
Keçən şahlara qoymayır ehtiram. 
Özündən o dəm vurmağı xoşlayır 
Ki, Mazəndarana hücum başlayır. 
İnan ki, keciksən əgər bircə an, 
Uğursuz işə əl qatar hökmran. 
Verər tez bada çəkdiyin zəhməti, 
Qubada olan xidməti, hörməti. 
Yenilməz bir aslan olub da dünən, 
Nələr etdiniz gənc Rüstəmlə sən? 
Gözündə şahın yoxdur heç qiyməti, 
 
307 
Görün şahlıq olmuş kimin qisməti 
Eşitdikdə Dəstan bu sözləri,
63 
Saraldı üzü, titrədi dizləri, 
Düşündü ki, Kavus, şah olsa da, 
O isti-soyuq görməmiş dünyada. 
O təxtin önündə əgər bir nəfər, 
Edib aylar, illərlə ömrün hədər, 
Hünər göstərib şir kimi kükrəmiş, 
Qılıncı önündə cahan titrəmiş, 
Mənəm o, gərək şah bunu anlaya, 
Ürək qan olar çıxsa səyim zaya. 
Əgər mən təlaş, səy göstərməsəm, 
Qələt fikrdən şahı döndərməsəm, 
Nə iranpərəst pəhləvanlar, nə şah, 
Nə də tanrıya xoş gedər bu günah, 
Gedim, şah məndən. öyüd dinləyər, 
Nəsihətlərimdən o görməz zərər. 
Qulaq asmasa, ondadır ixtiyar, 
Qoşunla gedər Rustəmi-namidar. 
Fikirdən gecə yatmadı sübhədək, 
Günəşdən başa tac qoyanda fələk
Hazırlaşdı, yollandı şah yanına, 
Böyüklər hamı yoldaş oldu ona, 
Xəbər çatdı Kəşvada, Tusa, Givə, 
Qoçaq Röhhama, Qorginə, həm Nivə, 
Yaxınlaşmış, İrana Dəstan gəlir, 
Uzaqdan zəfər bayrağı yüksəlir. 
Onu pişvaza çıxdı sərkərdələr, 
İgid pəhləvanlar, hərə şiri-nər. 
Gəlib çatdı Sam oğlu, qurtardı yol, 
Onu etdilər ehtiramla qəbul. 
Böyuk pəhləvanlar salam etdilər, 
Onunla şahın yanına getdilər. 
Zala söylədi Tus:–Ey qəhrəman! 


 
308 
Ağır zəhmətə sən ki, qatlaşmısan, 
Biz iranlı sərkərdələr namına, 
Qəbul etmisən zəhməti canına, 
Hamı xeyrxahıq sənə birbəbir, 
Sənin tacının vəsfi dillərdədir. 
Dedi Zal: – Ey şanlı sərkərdələr, 
Yaşı bir kəsin ötməmişsə əgər, 
Böyükdən nəsihət eşitsin gərək, 
Dolansın muradınca çərxi-fələk. 
Şahın ehtiyacı böyükdür sözə, 
Nəsihətçilik vacib olmuş bizə. 
Ağıllı öyüddən qaçırsa boyun, 
Peşiman olar başlayanda oyun. 
Hamı söylədi: – Biz səninlə varıq, 
Nə fərmanın olsa, yerə salmarıq. 
Hamı birgə üz qoydu şah yanına, 
Onun şanlı, şövkətli astanına, 
Gedirdi qabaqda qoca Zali-zər, 
Dalınca böyüklər – hamı zərkəmər,  
Nəzər saldı Kavusa Dəstani-Sam, 
Oturmuş necə təxtdə, o şadkam. 
Əli beldədir, başsa getmiş dala
Zalı görməyir gözləri az qala. 
Dedi: – Ey cahanda böyük hökmdar! 
Bütün şahların sərvəri şəhriyar 
Sənin təxtü tacın, sənin bəxtinin 
Fələk mislini görməmişdir, yəqin. 
Zəfərlər qazan, daima şən yaşa, 
Ağılla, ədalətlə ol tən, yaşa! 
Özüylə onu təxtdə yan-yana 
Oturtdu, nəvaziş qılıb şah ona, 
Soruşdu: – Uzaq yol yorubmu səni? 
Danış, hali et işlərindən məni. 
Bütün pəhləvanlar səlamətmidir? 
 
309 
Mənə söylə, Rüstəm dilavər nədir? 
Belə söylədi şah Kavusa Zal: 

 
Cahanda zəfərlə, səadətlə qal! 
Hamı sağ-salamat, hamı bəxtiyar, 
Sənin təxtinin sayəsində durar. 
Keçib mətləbə sonra Dəstani-Sam, 
O öz fikrini etdi böylə davam: 

 
Sən ey bu cahanda olan Hökmdar! 
Xuda təxtü tacın edə payidar. 
Olub səndən əvvəl nə çox padşah, 
Belə bir işə salmamışlar tamah. 
Neçə vaxt ki, dünyada sağ qalmışam, 
 Neçə padşahı yola salmışam, 
Mənuçehr köçdü geniş dünyadan, 
Nə sərvət apardı, nə bir xaniman. 
Böyük şahları birbəbir eylə yad, 
Nə Zəv şah, nə Nuzər, nə də Keyqubad, 
Nə ordu, nə gürzü dayaq etdilər
Nə Mazəndaran üstünə getdilər. 
Ora cadugər divlərin yurdudur, 
Daşı, torpağı tilsimdir, cadudur, 
Qılınc ilə fəth etmək olmaz onu, 
Nə altun qırar, nə bilik cadunu, 
Nə də hiylə bu işdə yardım edər, 
Ağır zəhmətə, xərcə düşmə hədər! 
Belə bir səfərdən xeyir gözləmə, 
Bu yolda xətər var, onu izləmə 
Qoşun çəkmək haqqında fikri dəyiş, 
Bu fikri sələflər rəva görməmiş. 
Kiçik qullarındır bu sərkərdələr, 
Sənin əmrinə hər biri baş əyər. 
Belə başları vermə gəl sən bada, 
Elə bir ağac əkmə bu dünyada 
Ki, nifrinlə lənətlə dolsun bara 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə