14
dastanların asas mövzusunu təşkil edir.
«Şahnamə»ni ilkin Şərq intibahının ən böyük
diqqətəlayiq ədəbi abidəsi adlandırmaq olar. Bu əsatiri,
qəhramanlıq, tarixi əsərin əvvəlindən axırına qədər hər yerində
insanpərvərlik ideyası qızıl xətt ilə davam edir, insanın
əzəmətini, onun vüqarı, nəcib hissləri və ülviyyətini pozan və
ləkələyən nə varsa, hamısına qarşı dahi şairin kin və qəzəblə
dolu ittihamnaməsi oxunur. Firdovsiyə görə, insan
mənəviyyatını pozan, onu yırtıcı heyvanlar səviyyəsinə qədər
alçaldan amillərdən biri hakimiyyət ehtirasıdır. Tarix boyu baş
verən an ağır cinayətlərin, qanlı müharibələrin kökünü şair
məhz hökmdarlara xas olan bu Əhrimən sifətində görüb, bir
çox dastanlarda dönə-dönə həmin məsələdən bəhs açır, dəhşətli
səhnələr təsvir edir, hakimiyyət, taxtü tac, şöhrət və sərvət
naminə dünyanı qan dəryasına döndərən caniləri lənətlə
damğalayır. Hakimiyyət ehtirası atanın oğul, qardaşın qardaş
qanına boyanmasına gətirib çıxarır. Zöhhakın hakimiyyətə tez
çatmaq üçün şeytanın hiylə ilə atasını öldürməsi, Səlm ilə
Turun torpaq və sərvətlərini artırmaq üçün ağıllı, nəclb doğma
qardaşları İyrəcin başını namərdliklə kəsmələri, Şiruyənin ata
qatili olması və sairə quldarlıq, feodal ictimai quruluşlarına xas
olan faciələrdir ki, dahi şair ölməz əsərində bədii təfəkkürün
qüdrəti ilə ibrətamiz səhnələr yaratmışdır.
«Şahnamə»də çoxlu muharibə səhnələri təsvir olunur.
Şairin fikrincə, bəşərpyyətin ən böyük faciəsi, xalqların
dözülməz fəlakəti müharibədir. Hər bir müharibənin təsvirindən
sonra qələbənin kimin tərəfində olduğuna fərq qoymadan,
böyük insanpərvər şair sanki oxucusuna müraciətlə fəlsəfi
mühakiməyə başlayır. Yüz minlərlə insan atlı, piyada yurdunu,
ailəsini, peşəsini tərk edib, silaha sarılır, çarpışır, öldürür, ölür,
səhralar insan qanından al boyanır, leş leş üstə qalanır. Nə
üçün? Şair bu suala cavab axtarır va tapır:
Qılınc oynadan şah evlər yıxar,
15
Mənəmlik edər, aləmi qırdırar.
Şair bu çür «qılınc oynadan», ««mənəmlik edən»
hökmdarların eyni zamanda zalım, qaniçən, ağıldankəm
adamlar olduğunu göstərdiyi kimi,onların faciəli aqibətlərini də
baçarıqla və ibrətləndirici boyalarla təsvir etmişdir. Zöhhak,
Səlm, Tur, Keykavus, Bəhmən, Əfrasiyab,Dara, Kamus və
başqa hökmdarların taleyi bu cəhətdən səciyyəvi və
düşündürücüdür.
«Şahnamə»də təsviri verilmiş müharibələri məqsəd və
xarakterpnə görə iki qismə ayırmaq və onlara ədalətli və
adalətsiz vuruşmalar adı vermək olar. Şair «qılınc oynadan»,
qırğın törədən hökmdar surətlərinə qarşı, təcavüzkarlığı
məhkum edən, sulhü, dostluğu insanlar,xalqlar arasında
münasibətlərin təməli kimi müdafiə edən fədakar qəhrəman
surətləri də yaratmışdır. Bu kimi qəhrəmanlardan Turan
hökmdarı Əfrasiyabın qardaşı Əğrirəsi xüsusi qeyd etmək olar.
Əfrasiyab İrana hücum edərək böyük ərazini tutmuş, başda şah
Nuzər olmaqla minlərlə iranlını əsir almışdır. Çox keçmir ki,
yeni İran ordusunun Zalın başçılığı ilə cəbhəyə yaxınlaşması
xəbəri Turan şahına çatır. O, dərhal Nuzəri öldürür və Sari
şəhərində saxlanılan iranlı əsirləri qırmağı da qardaşına əmr
edir. Əğrirəs şah əmrini yerinə yetirmir. O, əsirləri buraxır,
başındakı atlılarla Reyə, qardaşının yanına gəlib ona təkidlə
məsləhət görür ki, nahaq qan tökməkdən əl çəksin, ordusunu
alıb öz ölkəsinə qayıtsın. Əlbəttə, Əğrirəsin hərəkəti və sözləri
Əfrasiyabı qəzəbləndirir. O, qılıncı çəkərək öz doğma
qardaşının belindən vurur və bir zərbə ilə onu iki bölür.
Firdovsi canını sülh yolunda, minlərlə silahsız insanı mütləq
ölümdən xilas etmək yolunda qurban nerən bu xeyirxah, nəcib
insanpərvərin ölümünü şərəfli ölüm hesab edir, təsirli misraları
ilə ona yas saxlayır.
Başqa bir dastanın qəhrəmanı Söhrab döyüş meydanında
görüb tanımadığı atası Rüstəmlə üz-üzə vuruşur, hətta qalib də
16
gəlir, Rüstəm al dillə onun güclü pəncəsindən qurtarır və onlar
təkbətək döyüşün davamını sabaha saxlayırlar. Döyüşdə
gücünü sınayıb qalib gələcəyinə şübhə etməyən Söhrab bütün
bu vuruşmaları mənasız hesab edir. O,atasını axtarır, adam
öldürməyi cinayət sayır. Dahi şair gənc pəhləvanın bu nəcib
hisslərini yadda qalan bir epizodda təsvir etmişdir.
Rüstəm vətənini yenilməz cəncavərin cəngindən xilas
etmək naminə şəninə yaraşmayan hiylə işlətmək qərarı ila
səhər tezdən güləş meydanına gəlib hərifi gözləyir. Söhrab at
üstə, gülər üzlə çatıb,Rüstəmi düşmən kimi deyil, sanki gecə
sübhə qədər bir məclisdə oturub qədəh tutduğu dost kimi
salamlayıb deyir.
Danış bir, necə yatmısan, durmusan?
Niyə qəlbini kinlə doldurmusan?
Əlindən o gürzü, qılıncı gəl at!
Yerə vur o qovğanı, dostluq yarat!
Gəl, atdan düşək, üz-uzə şənləşək,
Doyunca şərabdan içək, əyləşək.
Qılaq əhd, çarpışmayaq bir də biz,
Ədavətlə çırpınmasın qəlbimiz.
Əgər başqası gəlsə də meydana,
Biz, işrətlə sadiq qalaq peymana.
Söz yox ki, böyük sülh carçısı şair, gənc Söhrabın dili ilə
fikrini söyləmiş, və arzusunu qələmə almışdır. Bu kimi
epizodlar «Şahnama»də çoxdur. Müharibəni xalqların ən böyük
fəlakəti hesab edən Firdovsi ölməz əsərinin bir çox sevimli
qəhrəmanlarını sülhsevərlik bəzəyi ilə bəzəmişdir. Bu kimi
nəcib sifətə malik olan qəhrəmanlardan söz açarkən Səyavuş
surəti, haqqında qısaca danışmamaq olmaz. Səyavuş,
mübaliğəsiz demək olar ki, Firdovsi dühası ilə tipikləşdirilmiş
çoxcəhətli müsbət qəhrəman surətidir. O, şairin
yelbeyin,şəhvətpərəst, «qılınc oynadan» şahlardan biri kimi
17
qələmə aldğı Keykavusun oğlu olsa da, tərbiyəsini Rüstəmdən
almışdır.
Səyavuş, demək olar ki, şairin idealıdır. Firdovsi bu
qəhrəman surətini mənəvi paklıq, alicənablıq, insanpərvərlik,
xüsusilik, sülhsevərliyin timsalı kimi yaratmışdır. O, məhz
mənasız müharibələrin,qırğınların qarşısını almaq üçün varisi
olduğu taxt- tacdan, ata yurdundan əl çəkməyə məcbur olur,
qürbətə düşür, mənəvi əzablar çəkir, faciəli şəkildə öldürülür.
Səyavuş sülh və xalqların dostluğu ideyası yolunda qurban
gedir. Lakin feodal quldarlıq cəmiyyətində mövcud olan adətlər
bu faciəni çətin və uzun sürən vuruşmaların başlanğıcına
çevirir.
Burada bir cəhəti da qeyd etməyi lazım bilirik ki,
Firdovsi müharibə səhnələrini təsvir edərkən tam obyektiv
mövqe tutmuşdur. O, bu cəhətdən əsərini böyük məhəbbətlə
yaratmış olduğu baş qəhrəmanı Rüstəmə belə güzəştə
getməmişdir. Bunu biz Rüstəmin Səyavuş qanını almaq üçün
Turana harbi səfərinin təsvirində aydın görürük. Turan
ordusunu tarumar edib Əfrasiyabı şahlıqdan əl çəkib qaçmağa
vadar edan Rüstəm yerli əhalini qırıb çatmağı davam etdirir.
İnsanpərvər şair bunu sevimli qəhrəmanına bağışlaya bilmir və
onun hərəkətini qəzəblə mühakimə edir:
Qılınc oynadı, sel kimi axdı qan,
Yerin halına ağladı asiman.
Butün ölkəni çaldılar, çapdılar,
Nə vardı əlində elin qapdılar.
Kəsildi günahsızların başları,
Suvardı o torpağı göz yaşları.
Qırıldı qoca, həm cavan birbəbir,
Qadınlar, uşaqlar alındı əsir.
Cinayət törətmişdi Əfrasiyab,
Bütün ölkəni qoydu Rüstəm xarab.
Dostları ilə paylaş: |