22
fəaliyyəti, xeyir ilə şər arasında gedən mübarizənin
barışmazlığının qanunauyğunluğu, insan təbiətindəki ülvi və
nəcib hisslərin tərcümanı olan pak məhəbbət dastanları dahi
sənatkarın zəkası ilə ahəngdar şəkildə bir yerə toplanaraq insan
ağlını heyran edən misilsiz, vahid bir epopeyaya çevrilmişdir.
Firdovsiyə görə, şahlar, pəhləvanlar, peyğəmbərlər,
filosoflar,sənətkarlar dünyaya gəlir, gedir, xatirələrdə qalan
onların yaxşı, ya pis əməlləridir. Bu xatirələri yaşadan yeganə
bir qüvvə vardır ki,yaşayır və abədi yaşayacaqdır. Bitməz-
tükənməz qüdrət sahibi olan bu quvvə xalqdır. Yer üzünü
insanlar üçün cənnətə çevirən zəhmətkeş xalqdır!
Bu sətirlərin müəllifi xalqımızın Nizamidən başlamış M.
F Axundova, M. Ə. Sabirə, H. Cavidə qədər bir çox bədii söz
ustalarının Firdovsiyə və onun ölməz epopeyasına göstərdikləri
hörmət və məhəbbəti nəzərə alaraq hələ gənc yaşlarından
«Şahnamə»ni ana dilinə çevirmək arzusundaydı. 1943-cü ildən
S. M. Kirov adına ADU-da fars ədəbiyyatı tarixinin tədrisnə
başladıqdan sonra bu həvəs artdı və ilk tərcümə nümunəsini
1946-cı ildə «Azərbaycan» jurnalında, «Firdovsi və
Azərbaycan» sərlövhəli məqalə ilə birlikdə çap etdirdi. Elə
həmin illərdən Azərbaycan klassikləri və fars-tacik şairlərinin
əsərlərini azərbaycancaya müntəzəm tərcümə və nəşr etdirmək
vərdişi «Şahnamə»nin tərcüməsinə başlamaq üçün mütərcümə
müəyyən cəsarət verdi. İyirmi ildən artıq davam edən yorucu
zəhmətin ilk bəhəri olan «Şahnamə»nin birinci cildi hörmətli və
tələbkar oxucunun mühakiməsinə təqdim olunur.
Tərcümədə əsas götürülmüş bəzi prinsipləri əziz
oxucuların nəzərinə çatdırmaqı lazım bilirəm.
Tərcümə keçmiş SSRİ EA Şərqşünaslıq institunun farsca
hazırlayıb çap etirdiyi institutunun doqquz cilddəki elmi-tənqid
mətn əsasında orijinaldan edlmişdir.
Mütərcim Firdovsinin dediklərini eyni ilə azərbaycancaya
çevirməyə ciddi fikir vermiş, tərcümədə sərbəstliyi rəva
görməmişdir, çətin də olsa, orijinalın vəznini, əruzun
23
«mütəqarib» bəhrini saxlamışdır.Bu, ona görə zəruri idi ki, dahi
sənətkar şerin ölçüsünü əsərin məzmununa fövqəladə maharətlə
elə uyğun seçmişdir ki, özundən sonra gələn Nizami, Dəhləvi,
Xaçu, Nəvai və Cami kimi onlarca başqa görkəmli Şərq şairi
tarixi qəhrəmanlıq dastanlarını yalnız bu ölçüdə yazmışlar.
Əruzun təfiləsində (taktlarında) mütaqarib bəhrini «Fəulun,
fəulün, fəulün, fəul» sözləri ilə ölçmüşlər. Bunlar dilimizdə
«yazarsan, yazarsaı, yazarsan, yazar» sözlərinin ölçüsünə
uyğun gəlir.
"Zənimizcə, təcrübə göstərir ki, min illik tarixə malik
olan poeziyamızda heca vəzni ilə yanaşı milli şer ölçüsü kimi
işlənən əruzdan tamamilə imtina etmək lazım deyildir.
Xüsusilə, klassiklərin əsərlərini inkişaf edib büllurlaşmış
dilimizə tərcümə edərkən bu əsərlərin orijinaldakı vəznini
saxlamaq mümkündür.
Dilimizdə qarşılıqı olmayan bəzi dini, əfsanəvi, hərbi və
s.ifadə və istilahlara isə rəqəmlər əsasında kitabın sonunda qısa
izah verilmişdir.
Mübariz ƏLİZADƏ
24
ŞAHNAMƏ
25
YARADANIN ADI İLƏ
O xaliq ki vermiş bizə əqlü can,
Onun qüdrəti vəsfə sığmaz, inan.
Odur xalqa şöhrət, şərəf, şan verən,
O, ruzi verəndir, o, yol göstərən.
Yeri, göyləri xəlq edən də odur,
Onun varlığından günəş aldı nur.
Zamanda, məkanda onu gəzmə sən!
Zamanı, məkanı odur cəm edən.
Görən olmayıb xaliqi bir nəfər,
Onu görməyə cəhd qılma hədər.
Onu dərk qılmaz təfəkkür, xəyal,
Xəyala sığarmı məgər bu xəyal?
Söz ilə onu vəsfə versən qərar,
Nə ağlın çatar, nə dilin söz tapar,
Ağıl, dərkinə cəhd qılsa əgər,
Onu gördüyü bir şeyə bənzədər.
Necə olduğun kimsə etməz bəyan.
Müti bir qul ol, xidmətində dayan!
O, ruhla, ağılla olunmaz qiyas,
Onu dərk üçün yoxdur əldə əsas.
Bu fikrin, düşüncənlə sən, söylə bir,
Necə dərk edərsən ki, xaliq nədir?
Deyirlər: «O vardır!» Qəbul et, inan!
Soruşma «Nədir, hardadır?» heç zaman!
İnamla əvəz et sual-sorğunu,
Bilik əldə etsən taparsan onu.
Kimin elmi olsa o, güclü olar,
Qoca qəlbə elm ilə gənclik dolar,
Bilikdən böyük sərvət olmaz, yəqin,
Vara «yox» demək, bil, çətindir, çətin!
26
AĞLIN TƏRİFİ
Çatıb ağlı vəsf etməyin növbəsi,
Ağıl hörmətə çatdırar hər kəsi.
Nə bilsən ağıl barədə söylə sən!
Sözündən bəhərlənsin hər dinləyən.
Bizə hər nə bəxş eyləmişsə xuda,
Ağıldan əzizi nədir dünyada?
Ağıl nur saçar qəlbə, zinət verər,
Çətin gündə iqbala yol göstərər.
Ağıl ağladandır, ağıl güldürən,
Ağıl qaldırandır, ağıl endirən,
Ağıldan bəhər görməsə bir kişi,
Keçər ahü fəryad ilə hər işi...
Ağıldan bir arif danışmış gözəl,
Olub sözləri el dilində məsəl.
Deyirlar: kimin yox ağıldan payı
Kəsilməz cahanda onun ah-vayı.
Onu xalq divanə adlandırar,
Qohum, qardaş belə ondan yan durar,
Səadət ağılda, nicat ondadır,
Ağılsız olan şəxs zindandadır.
Ağıldır hər insan üçün can gözü,
Gözü yox, görərmi səadət üzü?
Ağıl əsl mənasıdır xilqətin,
Bilin qədrini bu əziz nemətin!
Ağıl hər xətərdən canı hifz edər,
Sənə hər səadət ağıldan yetər.
Bu üç nemətin qədrini bil hər an
Ki, onlardadır həm xeyir, həm ziyan.
Bilik öyrənərsə bir insan əgər,
Bununla başı göylərə yüksələr.
Ağılla canı kimdi vəsf eyləyən,
Əgər mən desəm, varmı bir dinləyən?
27
Səni dinləyən yoxsa sus, ey həkim!
Danış xilqət haqqında, mən dinləyim!.
DÜNYANIN YARANMASI HAQQINDA
Həqiqət budur, söyləyim, dinlə sən,
Bu aləm təşəkkül tapıbdır nədən.
Yoxu tanrımız döndəribdir vara,
Bununla çıxıb qüdrəti aşkara.
Düşünsən, əsası bütün aləmin
Bu dörd ünsür olmuş əzəldən yəqin.
Nə görsən, eşitsən, nə duysan, demək,
Əsası - su, torpaqdır, oddur, külək,
Ən əvvəlcə od başladı yanmağa,
O verdi hərarət soyuq torpağa.
Külək qalxdı söncək odun şöləsi,
Sərinlikdə axdı suyun çeşməsi.
Bu dörd ünsür hazır olunca, bilin,
Əsası quruldu bütün aləmin.
Yarandı əcəb maddələr durmadan,
O gövhərlər ilə bəzəndi cahan.
Yarandı, quruldu yeni bir büsat,
Bu sürətlə dövr eyləyər kainat...
Fələklər tutub yerlərində qərar,
Coşub, hərlənib, dairə vurdular,
Yarandı dəniz, çöl, çəmən, dağ, bulaq,
Bütün yer üzü oldu bir çilçıraq.
Dağın sinəsindən sular çağladı,
Yaşıl bitkidən dağ kəmər bağladı.
Qəribə bir ulduz da etdi zühur,
O ulduz qara torpağa saçdı nur.
Günəş parladı, od buraxdı yerə,
Qızışdı fəza, sel-su axdı yerə.
Göyərdi ağaclar, təzə bitkilər,
Ağaclar boy atdı, gətirdi bəhər.
Ağac öz kökü üstə sabit qalar,
Dostları ilə paylaş: |