274
Həmin anda Kəşvad qoyub əl döşə,
Dedi: – hazıram mən bu müşkül işə.
Dedi Zal ona: – Afərin, afərin!
Sevinc ilə keçsin sənin günlərin
Qoyub Amülə üz igid pəhləvan,
Qoşun Zabilistandan oldu rəvan,
Xəbər tutdu İğrirəs, o xeyirxah
Ki, Zal Amülə göndəribdir süpah.
Təbil vurdu, ordu çəkildi geri,
Əsirlərsə Saridə qaldı diri.
Gəlib Sariyə çatdı Kəşvad çün
O məzlumları azad etdi o gün.
Birər at verib onlara pəhləvan,
Hamı Zabilistana oldu rəvan.
Samın oğluna gəldi, çatdı xəbər
Ki, Kəşvad səfərdən zəfərlə dönər.
Verib qasidə geydiyi paltarı,
Barındırdı ehsanla yoxsulları.
Qədəm basdı Kəşvad çün Zabilə,
Qucaqlaşdı o, qəhrəman Zal ilə.
Görüncə əsirlər gəlib, Zali-zər
Salıb onların halına bir nəzər,
Pələng pəncəsində qalanlardılar,
Gəlib riqqətə ağladı namidar.
Yenə yadına düşdü Nuzər, o şah
Başa kül töküb ağladı, çəkdi ah.
Şəhərdə çox hörmət edib onlara,
Köçürtdü gözəl qəsrə, eyvanlara...
Necə Nuzərin sağlığında yenə
Hərə çatdı öz tacına, təxtinə.
Elə bir büsat qurdu Dəstan o gün
El, ordu ənamdan barındı bütün.
Reyə çatdı İğrirəs–o xeyrxah,
Onun işlərindən xəbər tutdu şah
275
Dedi: -– Bu nə işdir ki, əl atmısan,
Mənim şəhdimə sən zəhər qatmısan,
Dedim: onları öldür, ey qardaşım,
Demək, sən qədər işləmirdi başım?
Öz ağlınlamı bu işi etmisən?
Mənim əmrimin ziddinə getmisən?
Nə lazım ağıl, elm cəngavərə?
Gərək atsın heysiyyəti bir kərə.
Ağılsız gərək beyni cəngavərin,
Ağıllı olan başda axtarma kin!
Cavab verdi Əfrasiyaba belə:
Otur indi bir anlığa fikr elə!
Əlindən yamanlıq gəlirsə əgər,
Burax pisliyi, tanrıdan et həzər.
Görüb çoxları sən kimi tacü təxt,
Kimə yar olub daim iqbal, bəxt?
Dayanmışdı odla zəka üz-üzə,
Çətindi dözə o ağıllı sözə.
Dəli fil kimi coşdu Əfrasiyab,
Qılınca əl atmaqla verdi cavab.
Belindən onun vurdu, böldü yarı,
Qanında boyandı çölün daşları.
Bu işdən xəbər tutdu Zal pəhləvan
Ki, İğrirəsə div tutubdur divan.
Dedi: – Bəxti dönmüşdür indi onun,
Gərək təxtü tacı ola sərniqun.
Səfər təbli döydürdü çün Zali-zər,
Qoşun toplayıb, gəldi sərkərdələr,
Yola düşdü Parsa tərəf durmadan
Ürəkdə qəzəb atəşi qəhrəman.
Yayıldı qoşun dəryadan-dəryaya,
Tozu pərdə çəkdi Günəşlə Aya.
Tez Əfrasiyaba yetişdi xəbər:
Sam oğlu alıb ordu, Parsa gələr.
276
Çıxardı qoşun Reydə, Xarə tərəf,
İnadla vuruşma üçün çəkdi səf.
Vuruşmaqda idi qabaq dəstələr,
Deyərdin: ona yer üzü dar gələr.
Çox idi ölən hər iki ordudan,
Neçə pəhləvan şir kimi verdi can.
ZƏV TƏHMASİBİN PADŞAHLIĞI
Yığıb Zal əyanları bir gecə,
Danışdı ki, Əfrasiyabla necə
Vuruşmuş onun pəhləvan dostları,
Döyüş dostları, qəhrəman dostları
Deyirdi ki, bu, doğrudur, pəhləvan
Olar bəxt ilə, güclə xalqa həyan.
Bizə bir nəfər şahnəsəb şah gərək,
Ötən sözlərə yaxşı məna verək.
Deyərlər: gəmiysə əgər ordular,
Onun yelkəni şah təxti olar.
Şah övladı Göstəhm ilə Tus əgər
Qoçaqdırsalar da, yox onlarda fər.
Yaraşmaz heyf onlara tacü təxt,
Gərək padşahda ola nurlu bəxt.
Gərək tanrı fərri ona yar ola,
Bütün aləmə təxti də nur sala.
Fəridun soyundan çox axtardılar
Uca təxtə layiq olan hökmdar,
O, Təhmasibin oğlu Zəvdi fəqət,
Başında ağıl vardı, həm mərifət.
Qoşunla Qaren, möbid, həm mərzban,
Bamin, Gərzbandan keçib, durmadan
57
Apardı Zəvə bir belə müjdəni
Ki, gözlər İran tacü təxti səni.
Bütün ordu, başda sipəhdar Zal
277
Sənə təxtü tacı biliblər həlal.
Qaren söylədi, Zəv onu dinlədi,
Nə lazımdı, möbidlər açdı, dedi.
Qarenlə Zalın yanına gəldi Zəv,
Kəyan tacını qoydu, yüksəldi Zəv
Yeni şahı təbrikə Zal açdı dil,
Çıxıb təxtə Zəv, şahlıq etdi beş il,
Qocaydı, çatırdı yaşı həştada,
Ədalətlə dövran sürüb dünyada,
– Haramdır, – dedi, – orduya pis əməl,
Ulu tanrıdan üzmədi bir an əl.
Basıb-kəsməyə, həbsə yol vermədi,
Beş il bir kəsi bir kəs öldürmədi.
Qəhətlik fəqət aləmə vurdu od,
Nə sünbül göyərdi, nə də bitdi ot.
Yağış yağmadı, döndü torpaq daşa,
Satıldı qızılla çörək baş-başa.
Qoşunlar durub üz-üzə səkkiz ay,
Nə hay gəldi bundan, nə ondan haray.
Nə baş verdi meydanda bir gün savaş,
Nə sərkərdə etdi, nə ordu təlaş.
Elə işləri saldı aclıq dara,
Pozuldu qoşunlar, kəsildi çara.
Düşündü, daşındı hamı bir kərə,
Günahkar bizik, qətrə düşməz yerə
Yayıldı bu sözlər geniş ölçüdə,
Zəvin yanına gəldi bir elçi də
Dedi: – İndi ki, ömrümüz dünyada
Gedir yüz məşəqqətlə hər gün bada,
Gəlin torpaq üstündə az qan tökək,
Bu düşmənçilikdən tamam əl çəkək.
Usanmışdı sərkərdələr hərbdən,
Çörəksiz necə çarpışar hərb edən?
İki ordu gəldi belə sazişə:
278
Ki, qan tökməyi etməsinlər peşə.
Hərə öz yerini tutub dünyada,
Olub keçmişi salmasınlar yada.
Dedilər: – Pikənd dəryasından tutaq
Turan mülkünə həm yaxın, ham uzaq,
Xütəndən belə Çinədək hər yerə,
Sunurlar çəkib verdilər türklərə
58
Turan paytaxtı elə bir şəhər
Seçildi ki, əl atmasın Zali zər.
Elə qurdu sərhəddi iranlılar,
Hücum etməsin bir də turanlılar
Qoşun aldı, Parsa tərəf ketdi Zəv,
Qocaydı, cahanı cavan etdi Zəv.
Qoyub Zabilistana üz Zali-zər,
Götürdü hərə qismətindən bəhər.
Bulud kişnədi, dağda yağdı yağış,
Vuruldu yerə gül-çiçəkdən naxış,
Gəlintək bəzəndi dübarə cahan,
Bulaqdan su axdı, bağ oldu cahan.
Adamlar pələngə dönərsə əgər,
Cinayət üzündən zəmanə dönər.
Çağırdı Zal əyanları, getdilər,
Ulu tanrıya min dua etdilər,
Qəhətlik itib, gəldi bolluq ili,
Demək, tanrı qurtardı dardan eli,
Qurub el-oba məclis, əyləndi şən,
Silindi ədavətlə kin qəlbdən,
Bu minvalla keçdi beş il ruzigar,
Bilən olmadı qəm, kədər, ahü zar,
Yenə döndü iranlının bəxti, ah!
Vəfat etdi Zəv–rəhmdil padişah,
GƏRŞASBIN PADİŞAHLIĞI
279
Zəvin vardı bir oğlu adabə yad,
Ona şah vermişdi Gərşasb ad.
Oturdu Kəyan təxtinə o cavan,
Başa tac qoyub, oldu bir hökmran.
Ata barigahında tutdu qərar,
Cahan tapdı rövnəq, yetişdi bahar
Belə keçdi bir müddət axşam-səhər,
Bəla şaxəsi verdi kinli bəhər.
Xəbər çatdı Turana ki, Zəv ölüb,
İran təxtini boş, sahibsiz bilib,
Reyin Xarına gəldi Əfrasiyab,
Quru ya su olsun, keçib çaphaçap,
Pəşəngin yanında bir insan belə
Nəvaziş görən olmamışdı hələ...
Pəşənk tutmuş İğrirəsin yasını,
Unutmuşdu tac-təxt dünyasını.
Məhəl qoymadı oğluna bir ara,
O parlaq qılınc pasdan oldu qara.
Gedib aylar, illər boyu elçilər,
Rica etdilər, vermədi bir səmər.
Deyirdi: – Əgər işləsəydi başın,
Dayağındı, İğrirəs, öz qardaşın.
Yaxıb qardaşın qanını sən ələ
O quş bəslyəndən qaçırsan belə.
Səninlə mənim tutmaz əsla sözüm,
Səni görməyə yoxdur, anla, gözüm!
Yayıldı bütün aləmə bu səda:
İran şahının təxti getmiş bada.
Pəşəngin adından gəlib verdilər
Şahın oğlu Əfrasiyaba xəbər:
Keçib Ceyhunu ordun ilə tələs,
Macal vermə, təxtə çıxa başqa kəs!
Qoşun yığdı Əfrasiyab durmadan
Səpəncabdan həm də Rudabdan,
Dostları ilə paylaş: |