286
Kolun adlı bir pəhləvan var idi,
O türklər içində bir əyyar idi.
Çağırdı, dedi: – Çoxlu atlı götür,
Dağın döngəsinə özünü yetir!
Sayıq ol bu işdə, sən huşyar ol,
Kəsib döngəni, düşmənə vermə yol!
Döyüşdə zirəkdir, bil, iranlılar,
Keşikdə qoşun gördü şəbxun vurar.
Çölə çıxdı şahın yanından Kolun,
Bələdçi qabaqda tutub dağ yolun,
Yeganə yolu onlara bağladı,
Yolu qızmış aslanlara bağladı.
Bu yandansa Rüstəm çapır, hey çapır,
İran şahına çatmağa can atır.
Qalan dəmdə Əlbürzə bir mil yolu,
Çəmən gördü güllə, çiçəklə dolu.
Ağaclar boy atmış axar çeşmələr,
Keçərkən içər burda su təşnələr.
Kənarında su arxının təxt var,
Səpiblər gülab, müşk-ənbər qoxar.
O təxt üstə bir aycamallı cavan
Oturmuş, ağaclar ona sayəban.
Cavan burda şahanə məclis qurub,
Behişt kimi gülzarə ziynət vurub.
Körüncə ki, yoldan ötür pəhləvan.
Ona kölgəlikdən dedilər:–Dayan!
Səni göndərib tanrı mehman bizə,
Düş atdan, əziz bir qonaqsan bizə.
Otur, şadlıq ilə qədəh dolduraq,
Böyük namivər naminə mey vuraq.
Təhəmtən təşəkkürlə verdi cavab:
– Səxavətlisiz, həm də alicənab.
Mən Əlbürzə ancaq gərək tez çatım,
O dağda böyük bir işə əl qatım,
287
Nə badə? Mənə yatmaq olmuş haram,
Gərək çox çətinlikləri qaldıram.
İran təxti şahsız qalıbdır bu gün,
Mey içmək haramdır mənə büsbütün.
Mənə Keyqubaddan verin bir xəbər,
Görən varmı sizdən onu bir nəfər?
Dilavərlərin başçısı açdı dil:
– Tanışdır mənə Keyqubad, yaxşı bil!
Düş atdan, otur, ye bizimlə çörək,
Bu məclisdə bir gül camalın görək.
Qubaddan sənə söyləyək birbəbir,
Onun görkəmi, ya nişanı nədir.
Çəkilcək Qubad adı, birdəm-birə
Təhəmtən atından atıldı yerə.
Gəlib arx kənarına o namidar,
Haman kölgəlikdə tutunca qərar
Oturtdu onu təxtə bir novcavan,
Verib əl-ələ Rüstəm ilə haman,
Şərab ilə doldurdu öz camını,
Edib zikr azadələr namını.
Uzatdı o dəm Rüstəmə başqa cam,
Dedi: – Ey igid pəhləvan, xoşməram,
Deyirsən: mənə ver Qubaddan nişan,
Sənə bu adı kim demiş, ey cavan?
Dedi: – Zali-zərdən gətirdim pəyam,
Gərək ərz edim Keyqubada salam.
Veriblər İran təxtinə min bəzək,
Deyirlər bizə şah o olsun gərək!
Atam pəhləvandır, mənə taci-sər,
Deyirlər onun adına Zali-zar,
Mənə söylədi: – Durma, Əlbürzə çap,
Dilavər Qubadı o yerlərdə tap!
Ona müjdə ver ki, İran şahısan,
Dayanma, kecikmə, fəqət bircə an!
288
Bütün pəhləvanlar səni istəyir,
Bəzənmiş bnr ölkə səni gözləyir.
Mənə, ey cavan, versən ondan nişan,
Elə bil məni şah edibsən, inan
Danışdıqca Rüstəm, cavan dinlədi,
Gülüb, sonra: – Ey pəhləvan, bil, – dedi,
Mən, o Keyqubadam, bunu yaxşı bil,
İran şahıyıq biz nəsilbənəsil.
Eşitdikdə Rüstəm bunu, əydi baş,
Qızıl təxti tərk eyləyincə yavaş,
Dedi; – Ey olan şahlara padişah,
Böyük xalqa aləmdə arxa, pənah,
İran təxti kamınca olsun sənin,
Kəməndində qalsın əsir düşmənin,
Otur şah təxtində asudə, şən,
Başını uca tut səadətlə sən!
Cahanpəhləvan Zali-zərdən sənə
Salam söyləmək tapşırılmış mənə.
Cahan şahı rüxsət verərsə əgər,
Bu qul, tapşırılmışları ərz edər,
Qubad Rüstəmi dinlədi, qaldı mat,
Onun hər sözündə görürdü səbat.
Təhəmtən dil açdı, səna eylədi,
Zalın peyqamını ona söylədi.
Maraqla Qubad dinlədi Rüstəmi,
Onun qəlbi çırpındı bir quş kimi.
Şərabla dolu cam alıb hökmran,
İçib söylədi: – Sən sağ ol, pəhləvan!
Təhəmtən dəxi mey töküb camına,
Başa çəkdi şahənşahın namına.
Telindən ucaldı sazın zilü bəm,
O gün, şənlik oldu, yoxa çıxdı qəm.
Açıb söylədi Rüstəmə Keyqubad:
– Yatıb bir yuxu görmüşəm könlüşad
289
Ki, ağ şahin uçdu İrandan qoşa,
Günəş kimi bir tac tutub baş-baş,
Uçub gəldilər, çatdılar qarşıma,
O parlaq tacı qoydular başıma.
Oyandım, ümidlə yaşardım hələ,
O ağ şahin, o parlayan tac ilə.
Görürsən, bu şahanə məclis ki, var,
O röya çin olmuşdur, ey namidar.
Təhəmtən, o ağ şahin olmuş məgər,
Gətirmiş mənə təxtü tacdan xəbər?
Belə söylədi Rüstəm: – Ey hökmdar,
Peyğəmbərlik etmiş yuxun aşikar.
Dur, indi İran mülkünə biz gedək,
Bir ölkə, bir el bizdən istər kömək.
Gətirdi igidlər onunçun bir at,
Şah əyləşdi, at açdı quştək qanad,
Qubad şah gedirdi İrana sarı,
Dalınca çapırdı onun dostları.
Gecə-gündüz at çapdı, axır, budur,
Çatıb bir yerə, gördü ki, pusqudur.
Xəbər tutdu işdən dilavər Kolun,
Çapıb qarşısında dayandı onun.
Önündə görüb düşməni Keyqubad,
Döyüşmək üçün meydana sürdü at.
Təhəmtən dedi: – Şəhriyarım, dayan!
Vuruşmaq yaraşmaz şaha heç zaman!
Bu Rəxşimlə, gürzümlə, nizəmlə mən
Qırım onları qoy, aman vermədən.
Ata çəkdi məhmiz, əli nizədə,
Yerə sərdi bir atlı hər zərbədə,
Kolun gördü Rüstəm dönüb aslana,
Cumub üstünə, nizə atdı ona.
Döşündə olub Rüstəmin nizə bənd,
Dağıldı ağır zərbədən sinəbənd.
290
Təhəmtən tutub nizəsindən onun,
Belə cürətə qaldı heyran Kolun.
Alıb nizəni Rüstəmi-namidar,
Bağırdı, sanardın ki, göy gurlayar,
Yəhərdən üzüb nizədə düşməni,
Küpündən yerə sancdı o nizəni.
Deyən, quşdu şişə taxılmış Kolun.
Bu halda onu seyr edincə qoşun,
Dağıldı bütün dəstə birdən-birə,
Dönük bəxt ilə düşdülər çöllərə.
Çevirdi bütün dəstə üz Turana,
Qaçırdı hərə qorxudan bir yana.
Təhəmtən zəfərlə keçib pusqudan,
Daqın başına çapdı at durmadan.
Bu yer bir səfalı çəmənzar idi,
Suyu saf, təmiz çeşmələr var idi.
Qubad Rüstəm ilə bura gəldilər,
Düşub atdan, asudə dincəldilər.
Günəş batdı, çökdü qaranlıq gecə,
Təhəmtən alıb xurcunu gizlicə,
Çıxartdı o şahanə paltarları,
Qubaddan xəbərsiz, gecə tən yarı.
Gətirmişdi o, şah üçün tac, əsa,
Şaha şah deməzlər tacı olmasa,
Nə lazımdı amadə etdi tamam,
Şaha gəldi, verdi ədəblə salam.
– Dayanma, – dedi, – dur, dəyiş paltarın
Libas artırar şənini şahların.
Geyincək Zalın yanına gəldilər,
Deyən olmadı: necə keçdi səfər?
Qurub məsləhət məclisi yeddi gün
O məclisdə möbidlər oldu bütün.
Başa çatdı həftə, gəlib Keyqubad
Qoyub tac, şah təxtinə çıxdı şad.
291
KEYQUBADIN PADŞAHLIĞI
Tutub şirmayi təxtin ustə qərar
Cavahirnişan tac ilə şəhriyar.
Gəlib şahı təbrikə sərkərdələr,
Döyüşkən Qaren, pəhləvan Zali-zər,
O Kəşvad, Xərrad, Bərzin yenə
Nisar etdi gövhər şahın taxtinə.
Böyüklər Qubadı başa saldılar,
Şah Əfrasiyabın hücum qəsdi var,
Dedi: – Ordu keçsin hucuma sabah,
Qopub səs-səda, titrədi barigah.
Silahlandı Rüstəm, geyindi elə
Görənlər deyirdi o bənzər filə.
Çəkib səf, dayanmışdı iranlılar,
Qılınc əldə qan tökməyə intizar.
Bir əldəydi Mehrab, Kabilxuda,
59
Digər əldə Kəjdəhm dönmüş oda.
Qaren, bir də Kəşvad, – iki namidar
Qoşun mərkəzində tuturdu qərar.
Dayanmış Qubad ilə Zal arxada,
Külək sanki durmuş müqabil oda.
Budur kaviyan bayrağı yüksəlir,
Cahan qırmızı, göy, sarı rəngdədir,
Olub yer üzü sanki Çin dəryası,
O meydan – gəmi, ordular – dalğası.
O qoşun söykəmiş qalxanı qalxana
Baxarsan qaranlıqdır hər bir yana.
Çəkilmiş qılınclarda parlardı zağ,
Deyərdin: yanır çöldə yüz min çırağ.
Bu həngamədə Qaren aslan kimi,
Çəkib nərə, püskürdü vulkan kimi.
Hücum eylədi düşmənə sanki şir,
Dostları ilə paylaş: |