334
Bütün divlərin bağrı olmuşdu qan.
O divlər unutdu nədir el-oba,
Fərar etdilər, həm oğul, həm baba.
Qılınc vurdu Rüstəm qızan şir kimi,
Salıb torpağa divləri tir kimi.
Zəfərlə qana qərq edib hər yeri,
Qayıtdı yenə İspiruza geri.
Uladı ağacdan açıb pəhləvan,
Oturtdu ağac kölgəsində haman,
Dedi: – Söylə sən, o şəhər hardadır
Ki, Kavusun orda işi dardadır?
Uladın qulağına çatcaq bu söz,
Yerindən durub, tez yola tutdu üz.
Şəhərdə gəlib toxdadı Tacbəxş,
Durub kişnədi Rüstəm altında Rəxş.
Dedi şah Kavus: – Ey iranlılar,
Sona çatmış artıq bu bəd ruzigar.
Yetişdi qulağıma Rəxşin səsi,
Mənə ruh gətirdi onun şeyhəsi.
Turanşah ilə çarpışanda Qubad,
Nədənsə, belə kişnəməzdi bu at.
Dayandı onun qarşısında bu an,
Ağıllı, bilikli, igid pəhləvan
Görüşdükdə Kavus ilə şiri-nər
Onu dövrəyə aldı sərkərdələr.
Onu qucdu Kavus, verdi sual:
– Yoruldunmu yolda, səlamətmi Zal?
Dedi gizlicə: – Cadulardan gərək
Tapıb dalda yer, Rəxşi pünhan edək.
Gedib Ağ divə çatsa birdən xəbər;
Həlak olmuş Ərjəng, ey bixəbər!
Gəlib Kavusa çatdı Rüstəm bugün,
Yığar başına divləri o bütün.
Divin ordusuyla bu aləm dolar,
335
Bütün hümmətin, zəhmətin məhv olar.
Sən indi divin məskəninə tələs!
Kimə rast gəlsən, qılıncınla kəs!
Sənə yar ola bəlkə pərvərdigar,
Əlinlə düşə torpağa cadular.
Gedərkən yolun nəftkuhdan düşər,
67
Görərsən ki, divdir o dağ sərbəsər.
Eşitdim, var orda böyük bir kaha,
Görən istəməzdi görə bir daha.
Döyüş divlərinə salarkən nəzər,
Deyərsən: pələngdir, birər ov gəzər.
Eşit, ordadır, Ağ divin məskəni,
Odur, bu yaman hala salmış məni.
O bu divlərə başçılıq eyləyər,
Onu məhv eləsən, bizimdir zəfər.
Mənim ordumu məhv edən də odur,
Səbəbkar odur, gözlərim oldu kor.
Həkimlər deyən dərdimin dərmanı
Haman Ağ divin beynidir, həm qanı.
Belə söylədi bir ağıllı təbib:
Divin qanını hər kəs əldə edib,
Tökərsə gözə qətrə-qətrə qanı,
Sağaldar o qan kor qalan insanı.
Hazırlaşdı filcüssəli pəhləvan,
Ola Ağ divin məskəninə rəvan.
Dedi: – Sağ qalın siz, gərək mən gedim,
Əlimlə özüm Ağ divi məhv edim.
Yetişsə mənim canıma bir xətər,
Sizin ömrünüz zillət ilə bitər,
Mənə lütf əgər qılsa pərvərdigar,
Döyüşdə mənə taleyim olsa yar,
Yetər sizlərə bir daha təxtü tac,
Şirin bar verər xosrovani ağac
68
Ata dəydi Rüstəm, yanında Ulad,
336
Deyərdin uçur Rəxş, açmış qanad.
Böyük əzm ilə keçdi Rüstəm yolu
Zəfər arzusuyla ürəyi dolu.
Çatıb Rəxş ilə Həftkuhə tərəf,
Baxıb gördü: divlər durur səfbəsəf,
Ulada dedi: – Borcluyam mən sənə,
Bu doğru yolu köstəribsən mənə.
Səfərdə çatıb indi son mərhələ,
Nə etmək gərəkdir, mənə faş elə!
Ulad söylədi: – Bir belə qayda var,
Günəş qalxdımı, istidə div yatar.
Əgər istəyirsən döyüşdə zəfər,
Tələsmək bu işdə hədərdir, hədər.
Dayan, gözlə, onda ki, divlər yatar
Keşikdə qalar sayca az cadular.
Sənə tanrı yar olsa, çox tez, asan
Zəfərlə dönərsən səfərdən, inan.
Təhəmtən onun fikrini izlədi,
Günorta olunca durub gözlədi.
Günorta çatınca Uladı yenə
Tutub bağladı, mindi Rəxş üstünə.
Qılıncı qınından siyirdi o dəm,
Uca nərə çəkdi ki, mən Rüstəməm,
Hücum etdi şimşək kimi divlərə,
Div isə deyərdi ki, çatmış əcəl,
Şirin candan artıq bu gün çəkdim əl.
Qabıqdan çıxıb, qılçasız, birtəhər
Bunun pəncəsindən qutarsam əgər,
Gərək durmayıb, el gözündən itim,
Bu Mazəndaran mülkünü tərk edim.
İşi Ağ divin darda qalmışdı bərk,
Özünə özü hey verirdi ürək.
Dedi Rüstəm: – Ey tanrı, səndən mədəd!
Önündə divin dağ kimi çəkdi sədd.
337
Atıb pəncə bir də o dar peykərə,
Başa qaldırıb, güclə vurdu yerə.
Çəkib xəncəri beldən o şiri-nər,
Divin sinəsindən çıxardı ciyər.
Nə gördü: leş ilə dolubdur kaha,
Kaha qan dolu bir dənizdir daha.
Uladın açıb əl-qolundan kəmənd,
Kəməndi yığıb, tərkinə etdi bənd.
Uladın əlində o qanlı ciyər,
Şahın yanına üz tutub getdilər.
Ulad söylədi Rüstəmə: – Ey cavan
Qılıncın önündə baş əydi cahan.
Kəməndin bütün cismimə yer salıb,
Onun ağrısı, bil, canımda qalıb,
Unutma ki, verdin mənə vədə sən,
Ümid kəsmərəm verdiyin vədədən.
Cavab verdi Rüstəm ki: – Ulad, inan,
Sənindir sərasər bu Mazəndaran.
Nə arzun ola, verməyə hazıram,
Səni mən gərək şahlığa çatdıram.
Fəqət qarşıda bir mühüm iş də var,
Bizim qarşımızda çətin yol durar.
Bu Mazəndaran şahını biz gərək
Alıb təxtdən torpağa göndərək.
Biçəm divlə caduların başını,
Qana qərq edəm çöllərin daşını,
Buna nail olsam əgər, canımı
Verib, pozmaram əhdu peymanımı.
Dilində bu sözlər igid qəhrəman
Gəlib çatdı Kavus şaha haman.
Dedi: – Ey bilikli, ulu hökmdar,
Yaşa, şən yaşa! Düşmənin oldu xar!
Yıxıb şahi-Mazəndaranın evin,
Qılıncla yarıb bağrını Ağ divin,
338
Çıxardım onun sinəsindən ciyər,
Buyur bəndəyə: varsa əmrin əgər.
Dedi şah ona afərin min kərə,
Batar tac ilə təxt sənsiz yerə.
Anan ki, doğub sən kimi bir oğul,
Rəvadır, önündə cahan olsa qul.
Nə xoşdur mənim taleyim, doğrudan
Belə şir yıxan bir filim var cavan.
Dedi bir daha Keykavus Rüstəmə:
– Tez ol, xeyrxah qəhrəman, gözləmə.
Damızdır o qandan, xilas et məni,
Açılsın gözüm, ta görüm bir səni.
O qandan alıb, gözlərə çəkdilər
Sağaldı şahın gözləri müxtəsər.
Qoyub şirmayı təxti, əyləşdi şah,
Tacı asdı təxt üstə Kavus şah,
Çıxıb təxtə Mazəndaranda o gün,
Yanındaydı Rüstəm, igidlər bütün:
Fəriborz, Gudərz, Tus ilə Giv,
Roham ilə Qorgin, Fərhad, Niv,
Qurub çal-cağır bəzmi Kavusi-key,
Bir həftə tamam əylənib, içdi mey.
O bir həftə bitdikdə atlandılar
Butun ordu, sərkərdələr, şəhriyar.
Şahın əmri ilə qoşun çəkdi səf,
Yola düşdu Mazəndarana tərəf.
Ağır gürzləri əllərə-aldılar;
Bütün aləmə sanki od saldılar.
Qılınclardan od düşdü, yandı şəhər,
Kimə çatdılar, basdılar, kəsdilər.
Dedi orduya şah Kavus o gün:
-- Qisas aldınız bu şəhərdən bütün.
Qana qan alındı, uzaq getməyin,
Daha bir kəsi siz həlak etməyin!
339
Tapın siz ağıllı, mətin bir adam
Ki, bilsin sözə, həm sükuta məqam,
Gedə şahi-Məzandaran yanına,
Nəsihət verə: qıymasın canına!
Sevindirdi Zal oğlunu bu xəbər,
Onunla şərik oldu sərkərdələr.
Dedilər: – Ona yaxşı bir namə yaz,
Qara qəlbinə nur çilənsin bir az.
Qoyub ağ ipək üstə katib qələm,
Yazı verməliydi ümid həm də qəm.
Düşündü gözəl, yazdı o huşiyar,
Pisi, yaxşını eylədi aşikar
Birinci: xuda namımı etdi yad
Ki, dünya olub qüdrətiylə abad.
Qurub çərxi-gərdun, ağıl göndərib,
Bizə güc, mətanət, məhəbbət verib.
Günəşlə Ayı xəlq edən girdikar
Bizə verdi pis, yaxşıda ixtiyar.
Ədalətli, dindar olarsan əgər,
Sənə hər yetən afərin söyləyər.
O şəxsin ki, pislik olar niyyəti,
Fələklər ona yağdırar lənəti.
Ədalətli olsa əgər hökmdar,
Kim etməz onun əmrinə etibar.
Necə aldı gör tanrı səndən qisas?
Gəl, indi divə, caduya saxla yas!
Zaman hökmunü bir daha düş başa,
Ağılla düşün, məntiq ilə yaşa!
Bu Mazəndaran təxtü tacında qal,
Fəqət məndən hər işdə sən rüxsət al!
Döyüşdə deyilsən hərif Rüstəmə,
Gətir bac-xəracı, tələb gözləmə!
Əgər səndə şahlıq təmənnası var,
Kiçilmək bu yolda səni qaldırar.
Dostları ilə paylaş: |