346
Acıqla o, dərgahı tərk eylədi:
– Dönübdür bunun taleyi,–söylədi.
Çıxıb getdi Mazəndarandan kənar,
Acı söz qılıncdan kəsərli olar.
Qəzəbdən düşüb sanki od canına,
Gəlib çatdı Kavus şahın yanına.
İran şahına ərz-hal eylədi,
Görüb dinləmişdi nələr, söylədi.
Dedi sonra:--Ey şahım, olma məlul,
Qırıb çatmağa divləri hazır ol
Onun ordusu, pəhləvanları, bil,
Gözümdə göründü zəlildən zəlil.
Bəyəndi Təhəmtən deyən fikri şah,
Haman gün döyüş əmri aldı sipah.
Sərapərdə köçdü şəhərdən çölə,
Qoşun çöldə döndü axan bir selə.
Yürüş vaxtı qopdu ela toz-dumaı,
Tozun içrə itdi Günəş, asiman
Deməzdin nədir çay, dəniz, dağ, dərə,
Atın dırnağı lərzə salmış yerə.
Hücum çəkmiş ordu gedir, hey gedir.
Qoşun bilməyir istirahət nədir?
Yetişdi, nəhayət, qoşun bir yerə,
Xəbər tutdu Kavus, çatıb divlərə,
Dedi Rüstəmə–Zali-zər oğluna
– Birinci: özün Rəxşi sal meydana. –
Buyurdu ki:–Kəşvad Qorgin ilə.
Gələ Givü Gudərz, Tus kin ilə,
Sala sahmana ordunu, meydanı,
Silib sazlaya nizəni, qalxanı.
Sərapərdəsin padşahın yenə
Çəkə ordu Mazəndaran dəştinə.
Rəis oldu çün Tusi-Nuzər sağa,
Təbil gurladı, lərzə saldı dağa.
347
Sola oldu Kəşvadla Gudərz əmir,
Qalandı, deyən, dağdı çölda dəmir.
Özü şah mərkəzdə tutdu qərar,
Çəkib sədd qoşun, durdu sanki hasar,
Qabaq səf önündə durub Piyltən,
Ona bu iki orduda yoxdu tən.
Çıxıb gəldi Mazəndarandan haman,
Ağır gürz çiynində bir pəhləvan,
Hərif axtaran--adı Cuyan idi,
Gücü, gürzü dillərdə dastan idi.
Onu divlərin şahı saldı yola
Ki, İran şahından gəlib kam ala.
Parıldardı əynindəki covşəni,
Qılıncı yerə saldı od xərməni,
İran ordusuyla durub üzbəüz,
Səsindən onun titrədi dağ və düz.
—
Kim istər mənimlə, – dedi, – çarpışa?
Buyursun, kimin ömrü çatmış başa.
Yerindən bir iranlı tərpənmədi,
Damarlarda qan dondu, dil dönmədi.
Tutub orduya üz, dedi şəhriyar:
Siz, ey pəhləvanlar, susursuz, nə var?
Bu divdən niyə dəhşətə gəldiniz?
Onun nərəsindən qaçıb rənginiz?
Şaha vermədi pəhləvanlar cavab
Daha qalmamışdı ürəklərdə tab.
Əlində iti nizə Rüstəm, budur,
At üstündə şahın önündə durur.
Deyir: – Şah əgər versə rüxsət mənə,
Müqabil durardım bu Əhrimənə.
Dedi şah: – Get, çarpış, ey namidar,
Bu divdən yaman qorxur iranlılar.
Eşitcək icazə verir hökmran,
Bir aslan kimi Rüstəm oldu rəvan.
348
Polad nizə əldə girib meydana,
Salıb Rəxşini şir kimi cövlana,
Fil üstündə əldə tutub əjdəha,
Gəzib fil kimi meydanı bir daha,
Dəyərkən ata qalxdı toz göylərə,
Səsindən onun gurladı dağ, dərə.
Dedi Cuyana: – Ey uğursuz, bu gün
Gedir canın əldən quru ad üçün.
Əcəl çəkdi, saldı səni meydana,
Ölərkən bir allaha yalvarsana.
Gərək ağlasın matəmində anan
Ki, doğmuş sənintək zəhərli ilan.
Cavab verdi Cuyan: – Dayan, az danış!
Qılıncımla yoxsa deyilsən tanış?!
Anan indicə köksünü parçalar,
Qucar covşənin, ərşə şivən salar
Bu sözlər elə Rüstəmə etdi kar,
Bir aslan kimi qızdı, o namidar
Hücum eylədi Cuyana arxadan,
Belindən alıb nizə ilə nişan,
Elə vurdu ki, parçalandı zireh,
Zirehdə nə qaldı düyüm, kit, nə zeh.
Yəhərdən onu aldı, bir bax işə,
Sanardın ki, quşdur, taxılmış şişə
Yerə tulladı, ağzına doldu qan,
Səsi çıxmadı, titrədi, verdi can.
Onu gördü Mazəndaran divləri,
Tutuldu həmən qorxudan dilləri.
Ürəklər qırıq, üzləri sapsarı,
Qoyub qaçmaq istərdi bir çoxları.
Dedi Şahi-Mazəndaran orduya:
– Durun cərgəyə, düşməyin qorxuya.
Hücuma keçin, çarpışın, qan tökün
Bu meydanda qızmış pələnglər təkin.
349
Təbil gurladı hər iki ordudan,
Fəzanı qaraltdı qopan toz, duman.
Toxundu qılınclar yenə gürzlərə,
Çaxıb şimşək, od yağdı sanki yerə
Ucaldanda bayraqları rəngbərəng,
Qara, qırmızı göy göründü fələk.
O meydan dönüb oldu qan dəryası,
Qılınc, gürz, ox, nizədən dalğası.
Yağır başlara gürzlər, dağ çökür,
Xəzandır, ağac sanki yarpaq tökür.
İki ordu bir həftə axşam, səhər
Ölüb, öldürüb, çoxlu qan tökdülər.
Ötüb keçdi bir həftə, Kavus şah
Apardı açıq başla həqqə pənah.
Əl açdı göyə, ağladı zar-zar.
Diz üstə çöküb qul kimi hökmdar,
Dedi: – Ey suyu, torpağı xəlq edən,
Tutaşdım, vuruşdum bu divlərlə mən,
Kömək et özün ta ki, qalib gəlim,
Çıxıb təxtə şahlıq edim, yüksəlim,
Dua bitdi, qoydu dəbilqə başa,
Qayıtdı qoşun səmtinə birbaşa.
Çalındı təbil, gurladı kərranay,
Qoşun ağnadı dağ kimi laybalay.
Şahənşah əmr etdi, Giv Tus ilə
Qoşun arxasında gedə kus ilə.
O Gudərz ilə Zəngeyi-Şavəran,
O Röhham, Qorgin kimi pəhləvan,
Gərazə qürur ilə qıvraq gedir,
Tutub yeddi gəz əldə bayraq gedir.
Gedir Giv, Bərzin, Xarrad ilə,
Yenilməz, şücaətli Fərhad ilə.
Qoşun mərkəzində Təhəmtən durur,
Yerə su yerinə o qan hopdurur.
350
Durub sağda Gudərz Kəşvad ilə,
Silahla, təbillərlə, sursat ilə.
Bir ac ğurd kimi Giv düşdü yola,
Qırıb düşməni çatdı sağdan sola.
Səhər dan sökəndən qüruba qədər,
O səhranı qan çulğadı sərbəsər.
Ağır gürzlər qalxaraq hey enir,
Vuranlar gəlib rəhmə, bəsdir demir.
Leş üstə düşən leşlə meydan dolur,
Bütün otlar beyinlərlə qərq olub.
Təbil, buq şimşək kimi səslənir,
Tozun arxasında Günəş gizlənir?
Bir ordu çəkib Rüstəm ardınca səf,
Səyirtdi atı padişaha tərəf.
O isə bunu gördü, sarsınmadı,
Dayandı döyüşmək üçün, sınmadı.
Durub div kimi, fil kimi üz-üzə,
Macal yoxdu nə qaçmağa, nə sözə.
Dedi Rüstəm: –Ey tanrı, hifz et məni!
Verib nizədara uca nizəni,
Alıb gürzü, nərə çəkib kükrədi,
Səsindən onun asiman titrədi.
O şah öldürən gürzü saldı işə,
Yıxıb divləri, filləri döş-döşə.
Ölən fillər altında itdi o çöl,
Neçə mil boyunca meyitdi o çöl.
Hücum etdi, nizə alıb dəstinə,
O Mazəndaran şahının üstünə,
Baxıb əldə nizə gələn Rüstəmə
Şahın canına çökdü bir vahimə.
Atıb nizə Rüstəm şahın qəsdinə,
Yamandı kəmərbənd zireh üstünə,
Dönüb oldu bir parça dağ hökmdar,
Bu caduya mat qaldı iranlılar,
351
Təhəmtən təəccüblə baxdı ona,
Alıb nizə ilə onu boynuna,
Gəlib çatdı Kavusa rövnaq ilə,
Təbil, fil, qoşunlarla, bayraq ilə.
Dedi Rüstəmə: – Ey igid qəhrəman.
Nə oldu, hücumda gecikdin yaman?!
Cavab verdi Rüstəm ki: – Ey hökmdar!
Çətindi döyüş, taleyim oldu yar.
Məni gördü Mazəndaran şahı çün,
Çaşıb heybətindən ağır gürzümün,
Salıb Rəxşi cövlana, çəkdim yüyən,
Vuranda kəmərbəndinə nizə mən,
Düşündüm ki, bu zərbədən xar olar,
Yəhərdən qopub, torpaq üstə qalar.
Budur, döndü qarşımda birdən daşa,
Bu sirri düşə bilmədim mən başa.
Görürsən, dönüb sıldırım bir dağa,
Döyüşdə təlaş etməz əl açmağa.
Onu ordugaha aparsaq əgər,
Güman ki, çıxar daşdan o cadugər.
Yığıldı qoşundan hamı zorlular,
Ona hər tərəfdən təkan vurdular,
Yox idi yerindən daşı qaldıran,
İçində daşın – şahi-Mazəndaran.
Bunu gördü Rüstəm, gəlib birbaşa
Əl atdı özü o dəbərməz daşa.
Elə qıs-qıvraq götürdü onu
Ki, saldı bu iş heyrətə ordunu.
Yola düşdü çiynində dağ, pəhləvan.
Qoşun əhli ardınca oldu rəvan.
Səpib Rüstəmin zər ayaqlarına,
Oxutdu xudavəndə həmdü səna.
Sərapərdəyə çatdı çiynində daş,
İran şahına Rüstəm endirdi baş.
Dostları ilə paylaş: |