328
Gözümə görün öz qiyafəndə sən!
Nə gördü, kəmənddə bir ifritədir,
Bütün varlığı hiylədir, fitnədir,
Onu bir qılıncla bölüb tən yarı,
Bu zərbəylə qorxutdu caduları,
Yola düşdü, o mənzili etdi tərk,
Bu bir qaydadır: yolçu yolda gərək.
Gedib bir yerə çatdı ki, pəhləvan,
Qaranlıqda qərq olmuş idi cahan.
Sanardın: Günəş göydə bəndə düşüb,
Ay itmişdir, ulduz kəməndə düşub.
Buraxmışdı Rəxşin başını azad
Keçirdi qaranlıq dərə, dağdan at.
Nəhayət, göründü işıqlı diyar,
Yaşıl xalça idi deyən tarlalar.
Sanardın: cahan bir gəlindir, baxır,
Yaşıllıqlar içrə bulaqlar axır.
Geyim Rüstəm əynində olmuşdu su,
Yuxuydu rahatlıqdı hər arzusu.
Yuyub gördü bəbri-bəyanı təri,
Çıxardı onu, həm də yaş məğfəri.
66
Günə sərdi onları, verdi yelə,
O istərdi bir az yatıb dincələ.
Götürdü o, Rəxşin başından yüyən,
Buraxdı, dedi:-Tarlada otla sən!
Qurutdu libası geyib əyninə,
Ot üstə o şir tək uzandı yenə.
Yorulmuşdu, tez yatdı o şiri nər,
Özündən, atından belə bixəbər.
Qoruqçu görüncə atı tarlada,
Qaçıb gəldi tez, başladı fəryada
Görüb Rüstəmi, Rəxşi artdı qəmi,
Ağacla qıçından vurub Rüstəmi.
Təhəmtən oyandı ağır zərbədən,
329
Qoruqçu bağırdı ki: – Ey Əhrimən,
Niyə salmısan bu atı tarlaya?
Çıxardır elin zəhmətini zaya.
Bu sözdən acıqlandı Rüstəm yaman,
Qulaqlarını tutdu, verdi təkan.
Qopardı yerindən, qoyub ovcuna,
Cavab vermədən bircə söz də ona.
Qoruqçu əlində qulaq, üzdə qan,
Baxıb Rüstəmə, saldı şivən, fəqan.
Ulad adlı vardı igid bir nəfər,
Cavan pəhləvan idi, səhibhünər.
Qoruqçu düzəldi onun yanına,
Əlində qulaqlar boyanmış qana,
Dedi: – Bir kişi var, qara, div kimi,
Yaman qorxuludur onun görkəmi.
Tutub tarlanı sanki bir Əhrimən,
Zirehdə yatan əjdəhadır, deyən.
Atın istəyirdim qovam tarladan,
Hələ mən ata, tarlaya çatmadan,
Durub demədən bircə söz də mənə,
Qulaqlarımı üzdü, yatdı yenə.
Bu sözlər elə tutdu ki, Uladı,
Yerindən qığılcım kimi sıçradı.
Düşündü ki, kimdir görən bu kişi?
Niyə işləmişdir bu çirkin işi?
Gəzirdi çəmənlikdə o namidar,
İgidlərlə bahəm edirdi şikar.
Qoruqçu deyən sözləri dinlədi,
Bu ovlaqda aslan izi var dedi.
Qoşunla bərabər dönüb durmadan
Təhəmtən olan səmtə oldu rəvan.
İki pəhləvan oldular üzbəüz,
Təhəmtən yetirdi özün Rəxşə tez.
Minib Rəxşi, aldı qılıncı ələ,
330
Səsi ildırımtək yayıldı çölə.
Soruşdu Ulad: – Kimsən, ey namidar
Sənə arxadır hansı bir hökmdar?
Bu yol yırtıcı divlərin yurdudur,
Bu yoldan keçən baş qoyur, qan udur.
Dedi Rüstəm: – Adım buluddur, əgər
Olarsa bulud güclü aslan qədər,
Buluddan qılınc, nizə, zubin yağar,
Hamı başçılar onda başsız qalar.
Mənim adımı sən eşitsən əgər,
Ürək yox, canın da, qanın da əsər.
Məgər bilmədin, bu kəmənd, bu kaman
Kimindir? Mənəm filyıxan pəhləvan.
Səni kim doğubdur– xəbər ver ona,
Tutub yas, kəfən tiksin öz oğluna.
Qoşunla mənim üstümə gəlmisən?
Qozu günbəz üstə çalış saxla sən!
Qılıncı çəkib, qaldırıb başına,
Kəməndi keçirdi yəhər qaşına,
Sürü içrə sanki bir aslan idi,
O meydanda leş–dağ, qan–ümman idi.
Vurub başları tökdü cüt-cüt yerə,
Bölüb atlı ilə atı dörd yerə.
Qana qəltan oldu çölün daşları,
Ayaq altına saldı çox başları.
O səhranı toz tutdu başdan-başa,
Dağıldı qoşun, qoydu üz dağ-daşa.
O meydanı Rüstəm gəzib bənd-bənd
Qolu üstə altmış qulac bir kəmand,
Yaxın sürdü Ulada Rəxşi necə
Deyərdin: işıqlı gün oldu gecə
Kəmənd atdı Rüstəm qəzəblə ona,
İlişdi kəmənd halqası boynuna.
Atından salıb, əllərin bağladı,
331
Onu at döşündə qayım saxladı:
– Mənimlə,–dedi,–düz danışsan əgər,
Yalan söyləyib, olmasan hiyləgər,
Desən, harda mən axtarım Ağ divi,
Hayanda Pulad, Qındi, Bidin evi,
Desən, Keykavus hansı zindandadır,
O kəs ki, günahlar bütün ondadır,
Açıb haqqı, doğru yolu atmasan,
Mənə əyriliklə yalan satmasan,
Mən o təxtü tac ilə bu yerləri,
Alıb şahi-Mazəndarandan geri,
Səni eylərəm şah bu ölkəyə,
Dilinə yalan söz gərək gəlməyə.
Ulad söylədi: –Bəsləmə kin mənə,
Qulaq ver, deyim bir neçə söz sənə.
Mənim canıma qəsd qılma hədər,
Hər iş, bil, sənin istəyincə gedər
Mənə təxtü tac vədəsi vermisən,
Sənə göstərim Ağ divi, Bidi mən.
Deyim harda Kavus şah dardadır,
Şəhərbəşəhər, yolbayol hardadır.
O yerdə ki, Kavusi-key saxlanar,
Bu yerdən ora yüz ağac yol olar.
Divin məskənin axtarırsan əgər,
Daha yüz ağac çox çətin yol gedər.
Bu yüzlər arasında var bir quyu,
Dərindir çox, ölçülməz əsla suyu.
İki dağ arasında qorxunc dərə,
Çəkər qartalı asimandan yerə
Gecə div gələr on iki min nəfər,
Quyu çevrəsində keşikdə gəzər.
Pulad, Qındi sərkərdədir Ağ divə,
Kömək Bid ilə Səncədir Ağ divə.
Boyu, cüssəsi sanki dağdır, durar,
332
On örkən boyunda döşü, çiyni var.
Bu boyla, buxunla, bu qollarla sən,
Qılınc, nizə, gürz əldə, bir də yüyən
Gedirsən əbəs Ağ divin üstünə,
Bu işdən çək əl düşmədən pis günə!
Çıxar sonra yol daş dolu bir çölə,
O yoldan keçə bilməz ahu belə.
Yolun üstə sonra böyük çay çıxar,
İki mil enində dərin su axar,
Keşik orda hakim olan div çəkər,
Ona vəhşi divlər hamı baş əyər.
Gəlir sonra Bozquş ta Nərminay,
Var üç yüz ağac sahəsi bir saray,
O yerdən şahın məskəninə qədər
Ağaclar boyu bir çətin yol gedər.
Şahın xidmətində üç yüz min səvar,
Hamı at belində keşikdə durar.
Baxarsan, şəhərdə tutub hər yeri
Onun min iki yüz döyüş filləri.
Gücün çatmaz, olsan dəmirdəl belə,
Yonar div səni sərt suhan ilə.
Verər orduya həm silah, həm də zər,
Qoşun əhli bilməz nədir qəm, kədər,
Ona güldü Rüstəm, dedi: –Az danış!
Məni sən o yerlərlə etsən tanış,
Görərsən ki, filcüssəli bir nəfər
Necə onları yerlə yeksan edər?
Zəfər göndərən tanrı etsə kömək,
Qılıncım, gücüm, bəxtim ilə gərək
Döyüşdə elə toy tutam onlara,
Bu gürz ilə qan udduram onlara.
Gərək qorxudan partlasın hər sinə,
Qaçanlar minə atları tərsinə.
Sən isə dayanma, uzaqdırsa yol,
333
Məni şah Kavusa çatdır, tez ol!
Onlar gecəni gündüzə qatdılar.
Gəlib İspiruz dağına çatdılar.
O yerdə ki, Kavus edəndə hücum
Onu divlar əzmişdilər sanki mum
Qaranlıq gecə vaxtı birdən-birə
Yayıldı dəf, avaz səsi hər yerə
Oda sanki qərq etdilər dağ-daşı,
Birər şam yaxıldı hər addımbaşı.
Təhəmtən soruşdu: – Nə yerdir bu yer
Onun hər yanından alov yüksəlir?
Cavab verdi: – Mazəndarandır ki, var,
Şəhər əhli yatmaz gecə, tez durar.
O səs yüksələn yerdə vardır bir ev,
Haman evdə sakindir Ərjəng div.
Yatıb ordaca Rüstəmi-namidar,
Günəş doğcağın qalxdı olsun səvar,
Kəməndə çəkib qısqayım Uladı,
Ağac gövdəsində onu bağladı.
Əlində ağır gürz getdi yolu
Başında fikir, qəlbi kinlə dolu.
Atı çapdı Ərjəng olan səmtə düz,
Onun ordusuyla gəlib üzbəüz,
Çəkib nərə, saldı nəzər divlərə,
Səsindən onun titrədi dağ-dəra.
Elə qorxdu Ərjəng bu nərədən,
Sərapərdəni tərk qıldı həmən.
Təhəmtən onun üstünə sürdü at,
Sanardın ki, qartaldır açmış qanad
Keçirdi divin bir qulağın ələ,
Ayırdı başın zərbi-şəmşir ilə,
Qəzəbdən o dönmüşdü bir aslana,
O qanlı başı tulladı meydana.
İgid Rüstəmi görcəyin, qorxudan
Dostları ilə paylaş: |