Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə62/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   58   59   60   61   62   63   64   65   ...   78

 
358 
Təbil döydürüb, çıxdı Nimruzdan, 
Şah alnı açıqdı, qoşun şadman. 
Dilavərlər ad qalxana yazdılar, 
Qılınclar qınında dayanmazdılar. 
Qoşun sahilə doğru oldu rəvan, 
Çıxa düşmənin üstünə dəryadan 
Deyə, saldı Kavus qayıqlar suya, 
Sudan keçmək əmri verib orduya, 
Məsafə bu sahildən o sahilə 
Azı min ağacdı, əgər ölçülə. 
Üç ölkə boyunca üzüb getdilər, 
Belə axtararlar cahandan bəhər. 
Solu Misr idi, Bərbəristan sağı. 
Qalır ortasında zireh torpağı, 
Qabaqdaydı Hamavəran dağ təkin, 
Böyük ordusu vardı hər ölkənin. 
Xəbər tutdu onlar ki, Kavus şah 
Zireh dəryasından yeritmiş sipah. 
Hamı birləşib, söz qoyub bir yerə, 
Qoşunlarla üz qoydular Bərbərə. 
Qılınc oynadan bir neçə pəhləvan 
O gün Bərbəristana oldu rəvan. 
Qoşun doldu səhralara, dağlara, 
Cahan at nalından gəlirdi zara, 
Tutulmuşdu aslanların oylağı, 
Qalıb dırnaq altında gur otlağı. 
Dənizdə balıq, dağ döşündə pələng, 
Fəzada bulud, qartala gəldi təng, 
Tutulmuşdu hər yer, gəzib meydanı 
Yol axtardılar qaçmağa, yol hanı? 
Gəlib sahilə çıxdı Kavus şah, 
Nə gördü: cahanı tutubdur sipah. 
Qılınc, covşənə qərq olub yer üzü, 
Deşər nizənin ucları ulduzu. 
 
359 
Tutub aləmi zər dəbilqə, sipər, 
Çiyinlərdə saysız-hesabsız təbər.
70 
Deyərdin: olub yer üzü asiman, 
Qılınclar buluddur, yağış isə qan. 
Qaralmış cahan görsənər abinus,
71 
Fəzanı dəbilqə edib sindrus.
72 
Təbil gurladı, saldı səs dağlara, 
Yer aldı atın dırnağından yara. 
Təbil çaldırıb Bərbəristanda şah, 
Deyən, aləmi etdi bir ordugah. 
İran ordusu çaldı şeypur, kus, 
Önə çıxdı Qorgin, Fərhad, Tus, 
O yandansa Gudərzü Kəşvad gəlib, 
İgid Giv, Şiduş, Miylad gəlib, 
Suvarmış zəhərdə hamı nizəni, 
Cilovtökmə təqib edir düşməni. 
İgidlər yəhər qaşına qoydu baş, 
Çaraqhaçaraq düşdü, qopdu savaş. 
Sanardın: daşa hey poladdır dəyir. 
Yerə göy enir, kainat titrəyir. 
Hücum etdi mərkəzdə Kavus şah, 
Qovuşdu həmən bir-birinə sipah. 
Cahanı qaranlıqda qərq etdi toz, 
Göründü o tozda Günəş, Ay da boz 
Fəzadan yerə qan yağıb jalətək, 
Qızartdı daşı, torpağı lalətək. 
Polad nizənin saçdı atəş gözü, 
Deyən, qanlı dərya idi yer üzü. 
Elə vurdu iranlılar, üç qoşun 
Pərakəndə düşdü, itirdi huşun. 
Birinci sipəhdari-Hamavəran 
Atıb gürzü, şəmşiri, çəkdi fəqan. 
Bilincə, dönüb tərsinə ruzigar, 
Aman istəyib söylədi: – Hökmdar! 


 
360 
Bizə yol ver, Hamavərana gedək, 
Xərac istəsən, verməyə əhd edək. 
Verək şah Kavusa bacü xərac 
Silah, at, xəzinə, kəmər, təxtü tac. 
Bu şərt ilə ki, şah qan tökməsin, 
Bizə qarşı heç vaxt qoşun çəkməsin. 
Eşitdikdə Kavus bu sözləri, 
Cavab verdi ki: – Razıyam, dön geri! 
Gedin, siz bilin ki, himayəmdəsiz, 
Mənim tacıma, təxtimə bəndəsiz. 
Bu oldu şaha elçinin son sözü 
Ki, var şahımın pərdədə bir qızı. 
Gözəl qaməti sərvi gözdən salar, 
Başında qara mişkdən tacı var. 
Uca qəddinə zülfüdür bir kəmənd, 
Dili şəkər olmuş, dodaqları qənd. 
Gözəllikdə təkdir o dilbər nigar, 
Camalı günəşdir, inan, parlayar, 
Ona layiq ər sənsən, ey padişah, 
Ki, xoşdur ola yar şah ilə mah. 
Döyündü şahın sinəsində ürək, 
Dedi: – Bəxtimi yoxlayım mən gərək! 
Haman anda sözdən işə keçdi şah, 
Ağıllı, mətin bir kişi seçdi şah. 
Bilikliydi, başlıydı, həm pəhləvan, 
Onu qıldı Hamavərana rəvan. 
Dedi: – Get, şirin dillə yaxşı danış, 
Onu et mənimlə yaxından tanış! 
De ki, bu cahanda kimin ağlı var, 
Qohum olmağımla edər iftixar. 
Tacım nur veribdir Günəşlə Aya, 
Olub şirmayi təxtimə Yer paya, 
Mənim sayəmə kim gətirməz pənah, 
Çırağı sönər, olsa da padişah. 
 
361 
Səninlə qohum olmağa mayiləm. 
Odur ki, günahına çəkdim qələm. 
Eşitdim ki, var pərdədə bir qızın, 
Mənim bürcümə layiq o ulduzun, 
Təmiz nəsildəndir özü, saf, təmiz, 
Bu ellər tutar xatirini əziz. 
Qubad oğlu damadın olsa əgər, 
Yəqin bil: Günəş də sənə baş əyər! 
Tutub elçi üz şah dərgahına, 
Gəlib çatdı Hamavəran şahına. 
Dil açdı, edə məqsədini ayan, 
Danışdı nəzakətlə, çox mehriban, 
Ona verdi Kavus şahdan salam, 
Açıb söylədi mətləbini tamam. 
Onu dinlədi şahi-Hamavəran, 
Acıqdan gözündə qaraldı cahan. 
Dedi: – Padişahdır o, bu, doğrudur, 
Döyüşlərdə qalib çıxan da odur, 
Gözüm nuru aləmdə var bir qızım 
Ki, candan mənimçün əzizdir qızım. 
Əgər elçini qaytarıb, yox desəm, 
Döyüşdə gərək qarşısında əsəm. 
Bu dərdə gərək göz yumub, səbr edim, 
Ürəkdə qəzəb hissini gizlədim. 
Dedi: – Ey şirindilli, bu arzunu, 
Düşünsən, nə var əvvəli, nə sonu. 
İki ən əziz şey ki, istər şahım, 
Üçüncü yoxumdur, biri allahım. 
Varım, dövlətim çoxdur, ancaq ki, mən 
Qızımla yaşardım bu dünyada şən. 
Qızım getsə, canım gedər, vallahı, 
Demək, canımı istər İran şahı. 
Aparsın, onundur qızım, həm də can, 
Sözündən onun çıxmaram heç zaman. 


 
362 
Qəmə batdı, Sudabəni istədi. 
Ona şah Kavusdan çox dedi. 
Dedi: – O böyük tacidardan bu gün 
Ki, dünyada şahlıq onundur bütün. 
Bir elçi gəlib xoş kəlam, namidar, 
Əlində «Avesta» kimi namə var. 
Budur istəyi: zəhr edə kamımı, 
Əlimdən ala səbrü aramımı. 
Nədir fikrin, aç, söylə, bu barədə 
Ki, dərd də sənindir, qızım, çarə də! 
Cavab verdi Sudabə ki, yox çara 
Bugün möhtacıq biz elə qəmxara. 
Bütün yer üzündə odur şəhriyar, 
Böyük tacidarlardan o bac alar. 
Qohum olmaq istər səninlə əgər, 
Sevinmək gərəkdir, nədir bu kədər? 
Eşitcək bunu, bildi o hökmdar 
Ki, Sudabənin bu işə meyli var. 
Şahın elçisinə dedi: – hazır ol! 
Onu sədri-məclisdə etdi qəbul. 
Öz adətləri üzrə əhd eylədi. 
Budur dinimiz, rəsmimiz, söylədi. 
Bir həftə tamam şahi-Hamavəran 
Böyüklərlə gördü hazırlıq haman. 
Şahın qəlbi qəmlə dolu bir dəniz, 
Verib qırx kəcavəylə üç yüz kəniz, 
Min at, min qatır, min dəvə seçdilər, 
Çatıb onlara tirmə, şal, simü zər, 
Kəcavədə əyləşdi o aycamal, 
Önüncə, dalınca o sərvət, o mal. 
Düzülmüş qoşun tutdu çöllə, düzü, 
Sanardın ki, lalə açıb yer üzü. 
Gəlib şah Kavusa çatdı gəlin, 
Əziz cah-cəlallı gözəl nazənin... 
 
363 
Qara müşk ziynət verib gül üzə, 
Salıb sırğatək qoşa sünbül üzə. 
İki ləli xəndan, iki gözdə nəm, 
İki qaş sütunu gümüş bir qələm. 
Görüb hüsnünü şah Sudabənin, 
Dedi: – Xaliqin şəninə afərin! 
Yığıb məclisə, başbilən harda var, 
Hazır etdi möbidləri hökmdar. 
Bilib arzusun şah, Sudabənin, 
Necə rəsm idi, kəsdirildi kəbin. 
Yanıb şahi-Hamavəran odlara, 
Ürək dərdinə axtarırdı çara. 
Bir həftə belə keçdi, bir gün səhər 
Şahın yanına elçilər gəldilər. 
Dedilər ki, minnət qoyub canıma, 
Buyursun, qonaq şah eyvanıma. 
Ucaltsa mənim başımı hökmran, 
Sevincə olar qərq Hamavəran. 
Qonaqlıq adıyla quranda tələ 
O istərdi Kavusu salsın ələ. 
Bu yolla əgər hiyləsi tutsa baş, 
Qızı verməz, illərlə etməz təlaş. 
Onun fikrini duydu Sudabə tez 
Ki, yox bu qonaqlıqda dostluqdan iz. 
Dedi şah Kavusa: – Yaxşı düşün, 
Sənin yoxdur Hamavəranda işin. 
Qonaqlıq adıyla qurarlar tələ, 
Keçərsən asanlıqla çox tez ələ. 
Mənimçindir ancaq bu söhbət, bu söz, 
Mənim halıma rəhm elə, getmə, döz! 
Məhəl qoymadı şah Sudabəyə, 
Düşündü, əsassız düşüb şübhəyə, 
Götürdü özüylə neçə pəhləvan, 
Səhər oldu Hamavərana rəvan. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə