Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə28/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   24   25   26   27   28   29   30   31   ...   55

 
83 
 

 
Üzü divara tərəf 2-3 m məsafədən paralel duruşda dayanmaq, sağ və sol 
əllə topu kürək arxasından divara vurmaq və qayıdan topu tutmaq. 

 
Eyni hərəkətlə top divara elə vurulur ki, qayıdan top döşəməyə  dəyib 
qalxır və tutulur (Şəkil 39). 
 
Şəkil 39 
 
Topaparma texnikasinin təkmilləşdirilməsi 
Basketbolda oyunçu topu orta və uzaq məsafələrdən səbətə ata bilər. Eyni 
zamanda o, topaparma ilə  səbətə maksimum yaxınlaşmağa cəhd göstərə bilər. 
Bunun üçün o, müdafiəçiləri keçmək üsullarına yiyələnməlidir. Bu üsullar addımla 
yerdəyişmədən, çarpaz addımdan və dönmələrdən istifadə etməklə yerinə yetirilə 
bilər. Qeyd olunanlar sxematik olaraq aşağıdakı şəkildə verilmişdir. 
 
Addımatma 
 
Hücumçu irəli addım etməklə müdafiəçini geri çəkməyə məcbur edir, sonra 
özü arxaya hərəkət edir və bununla müdafiəçinin irəliyə  hərəkət etməsinə imkan 
yaradır. Bunun ardınca  əvvəlki istiqamətə uzun addım etməklə topu çiləyərək 
aparır və ya səbətə atiş yerinə yetirilir (Şəkil 40). 
 
 
 
Şəkil 40 
Çap üçün deyil


84  
 
 
 
Çarpaz a dım

Hücumçu irəliyə-yana addım etməklə (keçib 
getmək üçün fint) müdafiəçinin hərəkət istiqamətindən 
çəkilməyə məcbur edir, sonra irəliyə qoyulmuş ayaqla 
kəskin təkan verir, çarpaz addım icra edir və başqa bir 
istiqamətə topaparmanı yerinə yetirir (Şəkil 41). 
 
Dönmə. 
Hücumçu irəliyə-yana addım atmaqla müda-
fiəçinin hərəkət istiqamətdə yerdəyişməyə  məcbur 
edir, dərhal arxaya dönür, topu döşəməyə buraxır və 
müdafiəçidən uzaqda yerləşən əli ilə topaparma yerinə 
yetirir (Şəkil 42). 
 
 
 
Şəkil 42 
 
Topaparma zamanı  hərəkət istiqamətini dəyişmək 
üçün daha çox topun öndən keçirilməsi üsulundan 
istifadə olunur. 
Topaparma zamanı aparma tərəfdəki ayaqla addım 
edərək, digər ayaq tərəfə güclü təkan icra olunur, topu 
çiləyən  əl xaricdən top üzərinə qoyulur və top gövdəyə 
köndələn istiqamətdə digər ayağa tərəf keçirilir. Sonra 
yeni hərəkət istiqamətində addım icra olunur (Şəkil 43).
 
 
 
Kürək arxasından topun keçirilməsi. 
 
Topaparmanın bu üsulu topun öndən keçiril-
məsindən nisbətən daha təhlükəsizdir və dönmə ilə 
müqayisədə daha sürətlidir. Oyunçu sağ ayaqla addım 
atan anda topu sağ  əli ilə sol ayaq səviyyəsində 
döşəməyə istiqamətləndirir. Sol ayaq irəli çıxdıqda 
Şəkil 43 
Şəkil 41 
d
Çap üçün deyil


 
85 
 
oyunçu topu kürək arxasından keçirir və sol əli ilə 
çiləyərək hərəkət istiqamətində irəliləyir (Şəkil 44). 
Topun kürək arxasından keçirilməsi hücum-
çuya, onu müdafiəçidən gizlətməyə, öz gövdəsin-
dən müdafiə üçün istifadə etməyə  və meydançada 
şəraitə nəzarət etməyə imkan verir. 
 
Topaparmanın təkmilləşdirilməsi üçün hə-
rəkətlər:
 
-
 
topun maneələr arasından maneədən uzaq-
da yerləşən əllə aparılması; 
-
 
topun maneə ətrafında mümkün qədər tez 
aparılması; 
-
 
eyni hərəkət maneəni sağdan, soldan keç-
məklə topun sağ və ya sol əl ilə aparılması; 
-
 
meydança köndələn olaraq 4 hissəyə bölünür və oyunçular üz xətdə topla 
dayanırlar. Start siqnalına müvafiq olaraq, topaparma məkikvari qaydada yerinə 
yetirilir. Əks tərəfdəki üz xəttə çatan oyunçu xal qazanır. 
Topaparmanın təkmilləşdirilməsi üçün aşağıdakı hərəkətlərdən istifadə töv-
siyyə olunur (Şəkil 45, 46, 47). 
 
 
Şəkil 45 
 
Şəkil 46 
 
Şəkil 44
Çap üçün deyil


86  
 
 
 
Topatma texnikasının təkmilləşdirilməsi. 
Topatma texnikanın təkmilləşdirilməsi bu məqsədlə istifadə olunan ayrı-ayrı 
icra üsullarının avtomatlaşdırılması yolu ilə  həyata keçirilir. Basketbolçunun 
meydançada bütün fəaliyyəti sonda topun səbətə dəqiq atılması ilə yekunlaşmalıdır. 
Əgər atma hərəkəti düzgün və  dəqiq icra edilmirsə, onda idmançının buna qədər 
bütün fəaliyyəti qaçış, tullanma, ötürmələr, topun ələ keçirilməsi və s. hamısı hədər 
getmiş olur. Eyni zamanda məlumdur ki, bərabər hazırlıq səviyyəsinə malik olan 
iki komanda arasında keçirilən görüşdə yarışın taleyini yalnız bir dəqiq atışla həll 
etmək mümkündür. 
 
Şəkil 47 
 
Topun səbətə atma dəqiqliyinə hansı yolla nail olunur? Bu əsasən atmanı 
həyata keçirən oyunçunun bütün fəaliyyətinin koordinasiyası,  əlaqələndirilməsi 
hesabına mümkündür. Eyni zamanda, sonuncu atış xüsusi dəqiqlik və incəlik tələb 
edir. 
Ümumilikdə topun səbətə atılmasını dəqiqliyi aşağıdakı amillərdən asılıdır: 
1.
 
Atma üsulu.
 Topun səbətə atılması isə öz növbəsində meydançada 
fəaliyyət göstərən rəqib komandanı müqavimətindən göstərmək bacarığından, 
müdafiə taktikasından asılıdır. Məsələn, əgər müdafiəçi hücum edən oyunçuya çox 
yaxında mövqe tutubsa, belə halda topun tullanaraq səbətə atılması sübutu daha 
məqsədəuyğundur və yaxud əksinə, əgər qarşıda müqavimət yoxdursa, səbətə daha 
çox yaxınlaşmalı və sonra atış həyata keçirmək lazımdır. 
2.
 
Atış texnikası.
 Məsələn, top səbətə atılarkən gövdəni yana əymək olmaz
bədən atış istiqamətinə doğru meyillənməlidir və ya atma zamanı dirsəklər yanlara 
çox açılmamalıdır. 
3.
 
Topun uçuş trayektoriyası. 
Çox hündür uçuş trayektoriyası səbətə qədər 
olan yolu uzadır və beləliklə də, səbətə dəqiq düşmə imkanını azaldır, və ya əksinə, 
çox aşağı trayektoriyalı atmalar zamanı top sürətlə uçur, bu da həmçinin, dəqiqliyə 
mənfi təsir göstərir. 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə