Microsoft Word Fiziki terbiye 9 derslik fin+. docx



Yüklə 32 Kb.
Pdf görüntüsü
səhifə29/55
tarix24.06.2018
ölçüsü32 Kb.
#50968
1   ...   25   26   27   28   29   30   31   32   ...   55

 
87 
 
Ümumiyyətlə, topun səbətə atılmasının aşağıdakı üsullardan istifadə etmək 
mümkündür:   
 
Sinə səviyyəsində olan topun bir əllə atılması.
 
 
Bu üsulla topun atılması zamanı atan əl topun üstündə yerləşir, digər əl isə 
topu yandan, aşağıdan saxlayır. Atma qolu tərəfində yerləşən ayaq biraz irəli 
qoyulur, hər iki qıç dizlərdən azacıq bükülür. 
Əvvəlcə top yuxarı çiyinə qaldırılır, atma qolunun dirsəyi bir qədər irəli-
yana hərəkət edir və top baş səviyyəsinə çatdıqda yuxarı və irəliyə hərəkət edən tək 
əl üzərində qalır. Qol dirsəkdən tam açılıb  şaquli vəziyyət aldıqda, barmaqların 
yumşaq hərəkəti ilə müşayiət olunan top əldən ayrılır. Bu an ovuclar aşağıya 
istiqamətlənir. Qıçlar bütün oynaqlardan düzəldilir. 
 
Tullanaraq topun bir və ya iki əllə atılması. 
 
 
 
Şəkil 48 
 
Topatmanın bu üsuluna xüsusi diqqət yetirmək lazımdır. Atmadan əvvəl 
aldadıcı hərəkətlərdən istifadə etməyə çalışın. Atma topaparmadan, dayanmadan və 
ya fint komplekslərindən sonra icra edilir. 
Çap üçün deyil


88  
 
 
 
İki addımdan qısa və orta məsafədən tullanaraq topun atılması. 
 
Şəkil 49 
 
Basketbolda bu atma üsulu daha çox digər texniki fəndlərlə  əlaqədə  tək-
milləşdirilir. Məsələn, 1. keçid üçün fənd – lövhənin altına keçid – atma; 2. atma 
üçün fənd – keçid tullanaraq atma; 3. sürətli keçid – hərəkətdə topu qəbul etmək – 
atmaq. 
 
Atmanın təkmilləşdirilməsi üçün hərəkətlər: 
-
 
Oyuncu cütlükləri  şitdən 5-6 metr məsafədə topla dayanırlar. Növbə ilə 
hər bir idmançı hərəkətdən və ya iki addım ritmində topaparmadan topu səbətə atır, 
atmadan sonra topu özü götürür və yoldaşına ötürür; 
-
 
Eyni hərəkət icra edilir, atma tullanmada yerinə yetirilir
-
 
Atmadan sonra oyunçu topu yoldaşına qaytarır, özü isə müdafiəçi rolunu 
yerinə yetirir. Topla olan oyunçu müdafiəçini keçmək üçün fint icra edir və ya 
keçid yerinə yetirir, atma icra edir; 
-
 
Sərbəst oyunçu əvvəlcə 
sürətlənmə ilə lövhəyə yaxınlaşır 
tərəf müqabilindən topu qəbul 
edir, müdafiəçidən ayrılmaq üçün 
fint icra edir və atmanı yerinə 
yetirir; 
-
 
Oyunçu topaparma isti-
qamətinin  əksinə ötürməni imi-
tasiya edir, sonra sürətlə ötürmə-
nin 
-
 
istiqamətini dəyişir və 
müdafiəçini keçərək, səbətə atma 
icra edir (Şəkil 50). 
 
 
 
 
 
Şəkil 50 
Çap üçün deyil


 
89 
 
-
 
Oyunçu düz istiqamətdə geniş addımla topaparmanı imitasiya edir, sonra 
cəld əvvəlki vəziyyətə qayıdır və atmanı yerinə yetirir (Şəkil 51). 
 
 
 
 
Orta və uzaq məsafələrdən topun səbətə atılması. 
 
Belə atmalar daha çox baş  səviyyəsindən bir və ya iki əllə icra olunur. 
Atmanın bu üsulundan rəqibin yaxında fəal müqaviməti zamanı istifadə olunması 
daha məqsədəuyğundur. Bu zaman atmadan əvvəl top mümkün qədər hündürdə 
saxlanılır və bu müdafiəçiləri hücumçuya daha yaxına gəlməyə  məcbur edir və
beləliklə də, atış və ya keçid üçün əlverişli şərait yaranır. 
 
Atmanın təkmilləşdirilməsi üçün hərəkətlər: 
-
 
Iki oyunçu lövhədən 5-6 metr məsafədə aralarında 3-4 addım məsafə 
olmaqla dayanırlar. Onların qarşı tərəfində müdafiəçilər dururlar. Hücumçular topu 
bir-birinə ötürməklə, onun səbətə atılması üçün əlverişli an seçməyə çalışırlar. 
-
 
Lövhə qarşısında 3-5 nəfərdən ibarət sıra düzlənir, istiqamətləndirici topu 
səbətə atır, qaçır, zəruri halda atmanı tamamlayır və topu götürərək sırada öndəki 
oyunçuya ötürür, özü isə sıranın sonuna keçir. Hərəkət digər oyunçular tərəfindən 
təkrar edilir. 
-
 
Cütlükdə müxtəlif nöqtələrdən atmalar. Şitdən 5-6 metr məsafədə 5 atma 
sahəsi nişanlanır. Hər bir oyunçu bu nöqtələrin hər birindən baş səviyyəsindən bir 
əllə topu səbətə atmağa çalışır. 
-
 
Eyni hərəkət baş səviyyəsindən iki əllə yerinə yetirilir. 
-
 
Eyni hərəkət iki əllə tullanaraq yerinə yetirilir. 
 
Şəkil 51 
Çap üçün deyil


90  
 
 
 
Cərimə atmaları. 
 
Bu atmalar daha çox baş səviyyəsindən bir və iki əllə icra olunur. Atmadan 
əvvəl qolu aşağı salmaq, əzələləri boşaltmaq, nəfəs alıb-vermək, 1-3 dəfə topu 
döşəməyə vurmaq, bütün diqqəti səbətin ön dairəsinə yönəltmək və atmanı icra 
etmək lazımdır. Bu zaman gövdə və qollar sanki səbətə tərəf uzanır. Atma ovuc və 
barmaqların hərəkəti ilə tamamlanır. 
 
Atmanın təkmilləşdirilməsi üçün hərəkətlər: 
-
 
Topun seriyalarla (hər birində 5-10 atma olmaqla) bir əllə baş 
səviyyəsindən səbətə atılması; 
-
 
Baş səviyyəsindən iki əllə topun səbətə atılması; 
-
 
Uğursuz cəhdə qədər atmalar. Variantlar: a) müəyyən sayda atmadan kim 
daha çox səbətə düşür; b) kim daha tez müəyyən sayda atma ilə səbətə düşür; c) hər 
bir oyunçu bir cərimə atışı yerinə yetirir, uğursuz cəhd edən idmançı oyundan çıxır; 
-
 
Cütlükdə, üçlükdə, komandalı atışlar. Hər bir komandanın oyunçusu iki 
atış yerinə yetirir, hansı komanda daha tez, məsələn, 10 ball yığdıqda qalib sayılır. 
 
Müdafiə texnikasının təkmilləşdirilməsi. 
Müdafiədə topun ələ keçirilməsinin 2 əsas üsulu mövcuddur: dartaraq topu 
ələ keçirmək və topu vuraraq ələ keçirmək. 
Topu dartaraq ələ keçirilməyin özü iki üsulla icra edilir: topu özünə  tərəf 
dartaraq ələ keçirmək və topu rəqibə tərəf irəli-aşağı itələməklə ələ keçirmək. 
Birinci üsul aşağıdakı kimi icra olunur: topu iki tərəfdən tutaraq kəskin 
hərəkətlə özünə tərəf dartmaq və eyni zamanda, kürəyi rəqibə tərəf çevirmək. Topu 
dartma istiqaməti digər rəqibin onun ələ keçirilməsinə imkan verməməlidir. 
Topun dartaraq ələ keçirməyin ikinci üsulunda oyunçu topu hər iki tərəfdən 
tutur və sanki onun üzərinə  yıxılaraq, topu rəqibdən boş sahəyə, irəli-aşağı 
hərəkətlə itələyir və eyni vaxtda gövdəni döndərərək kürəyini rəqib tərəfə çevirir. 
Oyunçunun yerində dayandığı, topu saxladığı, topaparma zamanı və bu kimi 
bütün hallarda topu vuraraq ələ keçirmək üsulundan istifadə edilir. Topun əldən 
vurulması  əlin qısa kəskin hərəkəti ilə  və barmaqların bir yerə  sıxılmış 
vəziyyətində icra olunur. Zərbə topa yuxarıdan və ya aşağıdan tutmadan boş olan 
sahəyə endirilir. Topaparma zamanı topun vurulması  aşağıdakı  tərzdə  həyata 
keçirilir: topu aparan rəqibin qarşısında geri çəkilərək onu azacıq yandan irəli 
buraxır və əlin yana hərəkəti ilə topu vuraraq hərəkət istiqamətindən uzaqlaşdırılır. 
Topu  ələ keçirmə. 
Bu üsulun köməyi ilə  rəqibin ötürmələrini və topapar-
masını dayandırmaq mümkündür. Topun ötürülməsi zamanı onu ələ keçirməyi 
üçün topun əldən ayrıldığı anda cəld irəli çıxmaq, ötürmənin qarşısını almaq və 
topu tutaraq ələ keçirmək lazımdır. Topaparma zamanı topun ələ keçirməsi 
aşağıdakı  tərzdə yerinə yetirilir: topu aparan rəqiblə yan-yana qaçaraq, topun 
fəzada olduğu anda cəld hərəkətlə topa çıxmaq,  əli rəqibdən daha tez topu qarşı-
lamağa uzatmaq və topaparmanı ələ keçirmək. 
Çap üçün deyil


Yüklə 32 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə