62
3.
Budları irəliyə aparmaq üçün gövdənin yuxarı hissəsi azacıq qaldırılır. Və
beləliklə bədən yerəenmə nöqtəsindən irəliyə keçirilir.
4.
Çanaq enmə sahəsinə toxunmur.
5.
Hər iki ayaq eyni xətt üzrə enmə səthinə toxunur. Əgər
siz yerəenmə
zamanı bədəninizi düz istiqamətdə hərəkət etdirə və ya enmə nöqtəsindən irəlidə
yan tərəfə aşa bilirsinizsə, o halda yerəenmə uğurlu sayılır (Şəkil 14, Vəz. 3).
6.
Yerəenmənin əvvəlində qollar aşağıya-arxaya hərəkət etdirilir, sonra isə
irəliyə holaylandırma ilə gövdənin hərəkətinə kömək edir.
7.
Enmə sahəsindən yalnız irəli istiqamətdə çıxmağa icazə verilir.
1
2
3
Şəkil 14. Uzunluğa tullanmada yerəenmə fazası
Qaçaraq uzunluğa tullanmanın təkmilləşməsi üçün hərəkətlər:
-
xüsusi hazırlayıcı hərəkətlər (Şəkil 15, vəz. 1)
-
qaçaraq müxtəlif hündürlüklü sədlər üzərindən tullanmalar (səddin
hündürlüyü və aralarındakı məsafə şagirdlərin hazırlıq
səviyyəsinə müvafiq
seçilir);
-
qaçaraq platforma üzərindən təkan (Şəkil 15, vəz. 3);
-
qısa qaçışdan təkanlar (Şəkil 15, vəz. 2);
-
təkan yerindən əks istiqamətə qaçaraq maksimal sürət əldə etmək məsa-
fəsini təyin etmək;
-
bir addımdan tullanma;
-
tullanaraq «addım» vəziyyətində sərbəst ayaq üzərinə enmək;
-
üç addımdan tullanmaq;
-
müxtəlif əşyalardan istifadə etməklə təkan bucağını dəyişməklə tullan-
malar (Şəkil 15, vəz. 4);
-
9,11,13 qaçış addımından qaçışlarla təkanın imitasiyası;
-
13-15 qaçış addımından uzunluğa tullanmanın tam icrası.
Çap üçün deyil
64
A, B
– Xüsusi hazırlayıcı hərəkətlər, yanlara və arxaya əyilmələr,
dönmələr.
1.
Döşəklər üzərindən tullanmalar (6-8 dəfə).
Sürətli qaçışdan sonra döşəklər üzərindən tullanaraq keçmək. döşəklərin
arasında məsafə elə seçilməlidir ki, onların üzərində yalnız bir aralıq addım icra
edilsin.
2.
Körpülər üzərindən tullanmalar. Əvvəlki hərəkət kimi yerinə yetirilir,
lakin körpülərin arasındakı məsafəni artırdıqda ehtiyatlı olmaq lazımdır.
3.
Bir «adadan» digərinə tullanmaq (6-8 dəfə).
Bu hərəkət əvvəlki iki
hərəkətin sadələşdirilmiş formasıdır. Döşəmədə aralarında müxtəlif məsafələr olan
«adalar» çəkin və aralarında «su səthini» qət etməyə imkan verən «adacıqları»
tullanaraq keçin.
1.
Dartılmış rezin iplər üzərindən tullanmalar (6-8 dəfə).
İki və daha çox rezin ipi qaçış yolundan 25-30 sm hündürlükdə və biri-
birindən 1,5-2 m məsafədə, yolda köndələn dartaraq qoyun və onların üzərindən
sürətlə qaçaraq keçin. Maneənin eni onun üzərindən tullanaraq keçməyə imkan
verməlidir.
2.
Qaçış yolunda düzülmüş qumbara cərgəsi üzərindən tullanaraq keçmək
(6-8 dəfə). Cərgələr arası məsafə hazırlığa müvafiq seçilir.
3.
Körpülər üzərindən tullanmalar (6-8 dəfə).
Bu halda
siz körpünün üzərinə deyil, tullanaraq körpü üzərindən keçməklə
məsafəni qət edirsiniz. Körpülər arasında məsafə sürətlə qət olunmalıdır.
Qaçaraq nəzarət xəttindən tullanmalar.
A, B – gimnastika hərəkətləri: şpaqat vəziyyətində yayvari enib qalxmalar,
«körpü» vəziyyəti almaq.
1.
Şəkildəki şagirdlər (idmançılar) müxtəlif cür tullanırlar. Sağ tərəfdəki
şagird düzgün tullanır, çünki o hərəkət istiqamətinə, irəliyə baxır.
Sol tərəfdəki
şagird səhfə yol verir. O bütün diqqətini təkan yerinə yönəltmişdir.
2.
Körpü üzərinə tullanmalar (8-10 dəfə).
Əvvəlcə körpüdən 0,7-1 metr məsafədən çəkilmiş nəzarət xəttindən
körpünün üzərinə tullanılır. Sonra nəzarət xəttini tədricən körpüdən uzaqlaşdırın və
həmişə körpünün ortasına düşməyə çalışın.
3.
Bir nəzarət xəttindən digərinə tullanmaq (10-15 dəfə).
Təkan yerinin eni 40-50 sm olmalıdır, enmə sahəsi isə ondan bir qədər kiçik
çəkilir. Bu sahələr arasında məsafə elə seçilməlidir ki, siz onu kiçik qaçış
məsafəsindən sürətlə qaçaraq dəf edə biləsiniz. Tədricən bu məsafəni artırmaq
lazımdır.
Çap üçün deyil
65
Şəkil 17. Tullanma hərəkətləri
Qaçaraq «fosbyuri-flop» üsulu ilə hündürlüyə tullanma
«Fosbyuri-flop» üsulu (sadəcə «flop») hündürlüyə tullanmanın ən səmərəli
üsulu hesab olunur. Hərəkətin icra texnikası tullanma zamanı hündürlük plankasına
daha yaxından keçməyə imkan verir ki, bu da hündürlüyə tullanmanın digər
üsulları ilə müqayisədə daha əlverişlidir. Bu üsulla tullanma zamanı hər bir id-
mançı (şagird) öz hazırlığına müvafiq hərəkət trayektoriyası seçir.
Sürət qabiliyyəti
nə qədər yüksəkdirsə, qövsvari qaçış hissənin radiusu da bir o qədər böyükdür.
«Fosbyuri-flop» üsulu ilə tullanmada qaçış hissəsi 9-11 qaçış addımı məsafəsindən
icra olunur.
İcra texnikası:
(Şəkil 18) Qaçışın əvvəlində gövdə xeyli irəliyə əyilmiş,
pəncə «dırmaqvari» (yuxarıdan- aşağıya-geriyə) olaraq dayağa qoyulur. Qaçış ad-
dımları sərbəst, elastik və yüksək pəncə üzərində yerinə yetirilir. Qaçış məsafəsinin
sonuna yaxın sürət artır. Yüksək dərəcəli idmançılarda bu göstərici 7,5-8,3m. san.
çatır. Qaçış məsafəsinin sonuncu 3-5 qaçış addımı qövsvari xətt üzrə yerinə
yetirilir. Pəncə dayağa bütün səthi ilə qoyulur, qollar asimmetrik olaraq işləyir:
holaylanma qolu bir az daxilə olmaqla irəliyə hərəkət edir,
təkan qolu isə arxaya
hərəkət etdikdə kürəyə yaxınlaşdırılır.
Hündürlüyə tullanmanın ən mühüm elementindən biri təkana hazırlıqdır. Bu
sonuncu iki qaçış addımında icra olunur. Sərbəst qıç çox yumşaq dayağa qoyulur
və idmançı (şagird) sanki onun üzərindən yuvarlanaraq bədənini təkan ayağı
üzərinə fəal itələməklə onun dayaq yerinə effektli qoyulmasını təmin edir (Şəkil
Çap üçün deyil