Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə75/315
tarix29.09.2017
ölçüsü5,43 Mb.
#2407
1   ...   71   72   73   74   75   76   77   78   ...   315

İdarəetmə mədəniyyəti 

 

155



həyata keçirildiyi Akademiya yaradıldı. Dövlət idarəçiliyi aparatının yüksək 

vəzifəli şəxslərinin səlahiyyətlərinə, baş məsləhətçinin hüququnu məhdudlaşdı-

ran dəyişikliklər daxil edildi. Xüsusi imperator dəftərxanasının yaradılması, 

dövlət başçısına, ölkənin inzibati idarəçilik sistemi idarəsinin müxtəlif subyekt-

lərinin fəaliyyətinə şəxsən özünün nəzarət etməsi imkanını verdi. Hakimiyyətin 

mərkəzləşdirilməsi məqsədilə, həmçinin dövlət idarəçiliyinin mühüm vasitəsi 

olan ideologiyanın unifikasiyası cəhdinə təşəbbüs edilmişdir. Vahid dövlət ide-

ologiyası kimi konfutsiçilik qəbul edilmişdir. Xüsusilə, “idarəetmə birliyini, 

qanunların  şəffaflığını  və onun vəzifələrinin xalq üçün aydınlığını” ehtimal 

edən “altı incəsənət” konfusiya konsepsiyasından istifadə edilirdi. Bununla bə-

rabər ölkəni idarəetmə vasitəsi kimi, qanunun əhəmiyyəti haqqında legizmin 

bəzi müddəaları tətbiq edilmişdir. Daxili siyasətdəki nailiyyətlərə baxmayaraq 

qonşularla uzunsürən müharibələr iqtisadiyyata mənfi təsir göstərirdi. Özünün 

siyasi və iqtisadi qüdrətinin apogeyini yaşayan Xan imperiyası b.e.ə. I əsrin 

ikinci yarısında böhran vəziyyəti qarşısında qaldı.  

Qədim Çin dövlətçiliyinin inkişafında elm, texnika, ədəbiyyat və incəsə-

nət sahəsində  əldə edilən nailiyyətlərlə  zənginləşən ruhi mədəniyyət mü-

hüm rol oynamışdı. Artıq b.e.ə. XIV-XI əsrlərdə məlum olan, b.e.ə. II-I əsr-

lərdə Xan yazısına dəyişdirilmiş  İn yazısı, prinsipcə, müasir yazıdan az 

fərqlənirdi. Yeni eranın hüdudunda kəşf edilən və istifadəyə daxil edilən 

kağız - təhsilin, təsərrüfat həyatının və dövlət kargüzarlığının imkanlarını 

xeyli genişləndirdi.  İdarəetmənin mühüm ideoloji aləti konfutsiçilik, bud-

dizm və daosizm, Səma sitayişinə dəyişdirilmiş ali səcdəgah Diyə inam idi. 

Xüsusən riyaziyyatın inkişafında böyük nailiyyətlər var idi. B.e.ə. II əsrdə 

tərtib edilmiş “Riyaziyyat doqquz kitabda” elmi əsəri riyazi biliklərin zən-

gin xülasəsini təşkil edirdi. Astronomiya, təqvim tərtibi və tibbin inkişafı 

sahəsində  əhəmiyyətli müvəffəqiyyətlər  əldə edilmişdi. Hələ b.e.ə. IV-III 

əsrlərdə Çin təbibləri ənənəvi Çin təbabətinin məhək daşı olan iynəbatırma-

nı tətbiq etməyə başladılar.  

Baxmayaraq ki, ilk Qədim Koreya dövləti b.e.ə. III əsrdə formalaşmışdı, 

b.e.ə. V-I əsrlərə aid olan Koqure, Stilla və Pyakçe dövlətləri daha çox inki-

şaf əldə etmişdilər. B.e.ə. II-I əsrlərdə Koqure dövlətində idarə, cəmiyyətin 

siniflərə bölünməsini və xüsusi mülkiyyəti müdafiə edən hakim sinfin imti-

yazlarını möhkəmlədən qanunlara əsaslanmışdı. Van hökmdarın bütün ha-

kimiyyətindən faydalanırdı. Cəmiyyətdə  qəbilə  cəmiyyəti sonunun hərbi 

demokratiya  ənənələri aradan qaldırılmışdı. Dövlətin bürokratik aparatını 

12 dərəcəyə bölünən hərbi-xidməti zadəganlar təşkil edirdi.  

 

 

 



Fuad Məmmədov

 

 

156



Qədim Yunanıstan 

  

Balkanlarda ilk dövlətçilik mərkəzləri b.e.ə. III minilliyin sonu - II minil-



liyin  əvvəlinə aiddir. Onlar pelasqların yunan mədəniyyətinə  qədər olan 

mədəniyyəti ilə, Krit (Minoy) mədəniyyəti, Kiklad (ada) mədəniyyəti və 

Ellada (əslində yunan) mədəniyyəti ilə bağlıdırlar. Dunayın o tayından Bal-

kanlara girən axey-yunanlar, Kritin Minoy mədəniyyətini mənimsəyib və 

yaradıcılıqla inkişaf etdirib, artıq b.e.ə. II minillikdə Miken mədəniyyətini 

yaratdılar. Orta minoy dövründə Kritdə siyasi birliklər strukturu öz xarakte-

rinə görə böyük Şərq istibdad hakimiyyətlərini xatırladırdı. Ehtimala görə 

baş kahin vəzifəsini  şahın özü həyata keçirirdi, amma müəyyən mərasim 

funksiyalarını həm də kahin “iyerurq” və kahinə “kla-vi-fo-ros” yerinə yeti-

rirdi. Məbədlərin və dini birliklərin maddi əsasını onların sərəncamında 

olan torpaq və qullar təşkil edirdi.  

B.e.ə. 1700-cü ilə yaxın Krit mədəniyyətinin təsiri altında axeylər tərə-

findən miken dövlətçilik mədəniyyəti təşəkkül tapmağa başladı. Miken gil 

lövhələri təsdiq edir ki, dövlətin başında, eyni zamanda iri mülkədar olan 

“va-na-ka” titulunu daşıyan hökmdar dururdu. Var-dövlətin mənbəyi torpaq 

və əhalidən toplanan natural vergilər idi. İdarəetmə kifayət qədər inkişaf et-

miş administrasiya və saray bürokratiyası tərəfindən həyata keçirilirdi. İrsi 

torpaq mülkiyyətinə, ehtimal ki, ordu komandanı olan “la-va-ge-tas” da 

malik idi. İmtiyazlı yuxarı təbəqənin tərkibinə müxtəlif statuslu torpaq sa-

hələrinə malik “te-re-ta”lar da daxil idilər. Daha bir imtiyazlı qrup (yəqin 

ki, şahın yaxın əhatəsi, onun svita üzvləri (müşayiətçiləri) “e-kve-ta” (yol-

daşlar) adlanırdı. Paytaxtdan uzaqda olan rayonlar canişinlər və yerli mə-

murlar tərəfindən idarə edilirdi, bəzi vilayətlərdə isə hökmdarlara tabe olan 

kiçik xanlar mövcud idi ki, onların yanında “ke-ro-siya” (Ağsaqqallar şura-

sı) fəaliyyət göstərirdi.  

B.e.ə. XII-VIII əsrlərdə Yunanıstanda qəbilə quruluşundan polis tipli 

dövlət təşkilatına keçid baş verdi. Bu dövrün əvvəlindən yunan qəbilələri-

nin başında seçkili başçıla - basilevslər dururdu. F. Engels hesab edirdi ki, 

qədim Yunanıstandakı basilevslər hökumət səlahiyyətinə, bu sözün müasir 

mənasında, malik deyildilər. Qəhrəmanlıq dövründə, hərbi demokratiya şə-

raitində Basilevs sərkərdə, hakim və ali kahin idi. Qəbilə (fratriyalar) və qə-

bilə (filalar) birlikləri, basilevslərin öz hakimiyyətlərinin bir hissəsini gü-

zəştə getdikləri filobasilevslər tərəfindən idarə edilirdi. Şəhərlərin  əmələ 

gəlməsi, sosial təbəqələşmə və şəxsi mülkiyyətin inkişafı ilə əlaqədar tədri-

cən qəbilə hakimiyyətindən azad olmuş, filobasilevslərin hakimiyyətini 

məhdudlaşdırmağa və idarəni öz əllərinə almağa cəhd edən yeni zadəgan 

nümayəndələri meydana çıxdı. Ali hökmdarın irsi üstünlüklərini məhdud-



Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə