Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə45/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

140 


həcmindədir ki, bu da dünyada ən yaxşı göstəricilərdəni biri 

hesab olunur. 

Mütəxəssislərin fikrinə görə, Xəzər regionunun hazırkı 

regional hərbi-geostrateji balansı Rusiyadan, geoiqtisadi və 

təbii enerji balansı Azərbaycan, Qazaxıstan və Türkmənistan-

dan, nəqliyyat-kommunikasiya dəhlizləri Azərbaycan, Gürcüs-

tan, Türkiyə və Rusiyadan asılıdır. Onların fikrinə görə, Rusi-

ya, İran, Orta Asiya ölkələri, Azərbaycan, Türkiyə və Gürcüs-

tanın, o cümlədən Qərb ölkələrinin iştirakı ilə formalaşan Xə-

zər hövzəsinin geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mühi-

tinin gələcək taleyində isə Azərbaycanın mövqeyi kifayət qə-

dər yüksəkdir. Bu ölkənin ayaq qoyduğu “geosiyasi tərəzi”nin 

gözü dərhal regionun əsas ağırlıq mərkəzinə çevrilir və regio-

nal münasibətlərin üstün istiqamətini təşkil edir.  

Azərbaycanın artan enerji ixracı potensialını düzgün qiy-

mətləndirən ABŞ  və Avropa İttifaqı 2007-ci ildən başlayaraq 

Avropaya qaz ixracını nəzərdə tutan “Cənub Dəhlizi” çərçivə-

sində Nabucco qaz layihəsini geniş müzakirə mövzusuna çe-

virmişlər. (Bax: Xəritə 5) Ehtimal edilirdi ki, bu layihənin ti-

kintisi 2010-2011-ci illərdə başlayarsa, artıq 2014-2015-ci il-

lərdə onun vasitəsilə  təxminən ildə 25-30 milyard kub metr 

Azərbaycan, Mərkəzi Asiya, hətta ola bilsin İran qazının Av-

ropa bazarına ixracı mümkün olacaq və Avropa alternativ ya-

nacaq mənbəyi əldə etməklə özünün enerji təhlükəsizliyi məsə-

ləsində Rusiyadan asılılığını xeyli azaldacaqdır. Ancaq 

Nabucco  ətrafında aparılan uzun və  səmərəsiz müzakirələr 

təsdiq etdi ki, bu layihənin  əsas təşəbbüskarları real addımlar 

atmaq niyyətindən uzaqdırlar və əsas maliyyə yükünü hasilatçı 

ölkələrin üzərinə yönəltmək fikrindədirlər. Üstəlik, hasilatçı-

tranzit-istehlakçı sxemi üzrə  iştirakçıların maraqlarının uzlaş-

dırılmasında ziddiyyətli məqamlar özünü açıq  şəkildə büruzə 

verirdi. Bütün bu qeyri müəyyənliklərin nəticəsi olaraq, artıq 

2012-ci ilin aprelində Macarıstanın MOL şirkəti, 2013-cü ilin 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 141


martında isə Almaniyanın RWE şirkəti Nabucco layihəsini tərk 

etdilər. 2013-cü ilin mayında isə Avstriyanın OMV şirkəti 

rəsmi şəkildə layihənin bağlandığını bəyan etdi.

63

  



 

 

 



 2010-cu ildən başlayaraq Azərbaycan “Cənub dəhlizi” la-

yihəsi ilə bağlı müzakirələrin perspektivsizliyini görərək təşəb-

büsü öz əlinə aldı və növbəti dəfə liderlik keyfiyyətlərini orta-

ya qoydu. 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında 

strateji enerji əməkdaşlığına dair memorandumun, 2012-ci ildə 

Türkiyə ilə Trans-Anadolu layihəsi üzrə sazişin imzalanması, 

2013-cü ildə isə Trans-Adriatik layihənin  əsas ixrac marşrutu 

kimi seçilməsi “Cənub dəhlizi”nə yeni nəfəs gətirdi. Nəticə eti-

barilə 2013-cü il dekabrın 17-də Bakıda “Şahdəniz-2” layihə-

sinə dair yekun investisiya qərarı qəbul edildi.

64

 Azərbaycan öz 



                                                 

63

 Bax: Vikipediya.org - Nabucco. 



64

 Bax: AzərTAc. Bülleten, 29 dekabr 2013. 




 

ßËÈ ÙßÑßÍΠ

 

142 


təşəbbüsü və praktiki addımları ilə yeni transmilli enerji layi-

hələrinin əsasını qoydu, “Cənub dəhlizi” layihəsini xilas etdi, 

eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin olun-

masında daha fəal iştirak etmək imkanı qazandı.  

Azərbaycanın geosiyasi xarakteristikasının əsas göstərici-

lərindən biri də onun zəngin insan resurslarına malik olması, 



ölkədaxili sabit daxili ictimai-siyasi, milli-etnik və dini vəziyyə-

tin hökm sürməsi və dövlətin bütün bu sahələr üzərindəki nə-

zarət imkanları ilə  sıx bağlıdır. Azərbaycanın insan resursları 

kəmiyyət və keyfiyyət baxımından digər Cənubi Qafqaz ölkə-

ləri ilə müqayisədə üstün və perspektivli görünür. Azərbayca-

nın ümumi demoqrafik göstəriciləri  (əhalinin artım sürəti, 

gənclərin ümumi əhali arasında miqdarı  və s.) müsbət istiqa-

mətdə inkişaf edir. Ölkə  əhalisinin sayı hazırda 9 milyondan 

artıqdır və artım balansı getdikcə müsbətə doğru dəyişir. Res-

publika üzrə hər kvadrat kilometrə, təxminən 96 nəfər düşür. 



Keyfiyyət göstəricilərinə görə də ölkə əhalisi dünya stan-

dartlarına yaxındır. Əhalinin yaşayış səviyyəsi, təhsili, texniki 

və peşə hazırlığı, sağlamlıq və yaş meyarları, miqrasiya, ur-

banizasya göstəriciləri həm daxili inkişaf, həm də qlobal iqti-

sadi əlaqələr baxımından mütəxəssislər tərəfindən yetərli hesab 

olunur. Burada ən mühüm kriterilərdən biri kimi 2004-cü ildən 

başlayaraq və hazırda da davam edən sosial proqramlar nəticə-

sində əhalinin yaşayış səviyyəsinin sürətlə yüksəlməsini, adek-

vat olaraq yoxsulluğun 10 dəfəyə yaxın azalmasını göstərmək 

olar. Hətta 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan 

və digər mənbələrdən ayrılmış  vəsait hesabına həyata keçiril-

miş layihələr nəticəsində qaçqın və  məcburi köçkünlərin ara-

sında yoxsulluq səviyyəsi 2003-cü ildəki 75%-dən 2013-cü il-

də 15%-ə enmişdir. Reallaşdırılan tədbirlərin miqyası isə çox 

genişdir - 2,5 milyon kvadrat metr sahəsi olan, bütün sosial-

texniki infrastruktura malik 82 müasir qəsəbə salınmış, 40 min 

ailə 180 min nəfərədək qaçqın və  məcburi köçkünün mənzil-



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə