Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə47/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

146 


artırmış, planetar imicinə və geosiyasi xarakteristikasına müs-

bət təsir göstərmişdir. Hazırda Azərbaycan öz ictimai-siyasi və 

sosial-mənəvi vəziyyəti, yekdil milli-dini-vətəndaş birliyi, tole-

rant daxili vəziyyəti və s. ilə Cənubi Qafqazın ən sabit və lider 

ölkəsi hesab olunur. 

 Azərbaycan Cənubi Qafqazda həm də xristianıqla islamın 

sərhədlərinin bitdiyi və sivilizasiyaların qovuşduğu, müxtəlif 

millətlərin, dinlərin və mədəniyyətlərin bir arada inkişaf etdiyi, 

dini dözümlülüyün hökm sürdüyü coğrafi məkan olaraq, öz 

multikulturalist və  tolerant cəmiyyəti, sabit ictimai mühiti  ilə 

seçilir. Bu istiqamətdə ölkə  rəhbərliyinin yürütdüyü ardıcıl 

siyasət ölkənin regionda geosiyasi nüfuzunu artırmaqla yanaşı, 

həm də  Cənubi Qafqaz və  Xəzər hövzəsində regional sabitlik 

və təhlükəsizliyin təmin olunmasına ciddi təsir göstərir. Bütün 

bunlar da Azərbaycanın xarici aləmlə geosiyasi tərəfdaşlığına 

müsbət təsir göstərən əsas amil hesab olunur.  

 Tədqiqatçılar Azərbaycanın üstün geosiyasi resursları sı-

rasına, həmçinin  azərbaycanlıların ölkədaxili və beynəlxalq 



aləmdə nümayiş etdirdiyi vətəndaş birliyini, hakimiyyətin siya-

sətinə xalqın etimadı və dəstəyini, milli maraqların və ölkəda-

xili sabitliyin qorunması üçün əhalinin, xüsusən, ziyalıların nü-

mayiş etdirdiyi güclü milli iradəni, vətəndaş əzmini və dövlət-

çilik təfəkkürünü və s. də aid edirlər. Müstəqilliyinin müəyyən 

mərhələlərində Azərbaycanın ictimai-siyasi və  mənəvi resurs-

larının təsir gücünü azaltmaq, vətəndaş birliyini pozmaq, yürü-

dülən siyasətə etimadsızlıq yaratmaq istiqamətində həm xaric-

dən, həm də daxildən göstərilən bütün cəhdlərə baxmayaraq, 

bu gün Cənubi Qafqazın ən sabit ölkəsi Azərbaycandır. Tədqi-

qatçıların fikrinə görə, bölgədə ən sabit cəmiyyət, milli, etnik, 

dini icmalar arasında sülh və tolerantlıq mühiti də məhz Azər-

baycanda hökm sürür. Bütün bunlar da öz növbəsində Azər-

baycanın Cənubi Qafqazdakı geosiyasi liderliyindən xəbər ve-

rir və ölkənin daxili və xarici siyasətində mühüm amil kimi 

çıxış edir.  



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 147


Hər bir dövlətin siyasi, iqtisadi və s. fəaliyyətinin ölçü 

meyarı, göstəriciləri və müvəffəqiyyəti həm də onun beynə-



lxalq nüfuzundan, geosiyasi imicindən, qazanılmış reputasiya-

sından, onu təmsil edən rəhbərlərin (yaxud rəhbər işçilərin) 

təsdiq olunmuş nüfuzundan, daxildə və beynəlxalq aləmdə nü-

mayiş etdirdiyi fəaliyyətdən, xalqının mədəni və intellektual 

səviyyəsindən və s. asılıdır. Bu baxımdan Azərbaycan özünün 

regional imicinə, daxili ideoloji-mədəni resurslarına görə dün-

yada seçilən yerlərdən birini tutur. Bu yer bir tərəfdən keçmiş 

Azərbaycan prezidenti, dünyada nüfuzlu ictimai-siyasi və döv-

lət xadimi imici qazanmış Heydər Əliyevin uzun müddət ölkə-

ni beynəlxalq aləmdə  təmsil etməsi, müsəlman ölkələri içəri-

sində Azərbaycanın daha çox Avropa dəyərlərinə, dünyəvi və 

hüquqi dövlət quruculuğu yoluna üstünlük verməsi, xalqın təh-

sil, mədəni və intellektual səviyyəsinin yüksək olması, dünya-

nın elm, mədəniyyət və incəsənət xəzinəsinə verdiyi qabaqcıl 

töhfələrlə, digər tərəfdənsə hazırda prezident İlham  Əliyevin 

yürütdüyü tam müstəqil və prinsipal xarici siyasət kursu ilə 

bağlıdır.  

Dövlətlərin geosiyasi gücünün və beynəlxalq aləmə  təsir 

imkanlarının  əsas göstəriciləri həm də onun bütün dünyanın, 

ayrı-ayrı regionların ictimai-siyasi, iqtisadi, sosial, təhlükəsiz-

lik mühitinə, beynəlxalq aləmin rəsmi və ictimai rəyinə  təsir 

etmək imkanları, transmilli proseslərdə  iştirakı və s. ilə ölçü-

lür. Bu baxımdan Azərbaycanın dünya ölkələrinin alternativ 

enerji təminatı, transmilli enerji, nəqliyyat-kommunikasiya la-

yihələrində iştirakı ilə yanaşı, həm də son illərdə digər planetar 

qlobal proseslərdə - beynəlxalq terrorizmə, narkoticarətə qarşı 

mübarizədə, dünya siyasətinin demokratik transformasiyasın-

da, regional inteqrasiya və s. fəal iştirakı da onun bölgədəki 

geosiyasi gücünü və  təsirini, beynəlxalq aləmdəki nüfuzunu, 

rolunu və dəyərini xeyli yüksəltmişdir. 2012-ci ildə 155 ölkə-

nin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv 




 

ßËÈ ÙßÑßÍΠ

 

148 


seçilməsi və bu qurumun çərçivəsində səmərəli fəaliyyəti onun 

qlobal müstəvidə  məqsədyönlü, prinsipial və aktiv fəaliyyətin 

məntiqi nəticəsi kimi izah oluna bilər. Azərbaycan BMT 

Təhlükəsizlik  Şurasında iki illik fəaliyyəti ilə bir daha təsdiq 

etmişdir ki, bu ölkə qlobal təhlükəsizliyə, dünyada sabitliyin, 

sülhün və  əmin-amanlığın bərqərar olmasına, sivilizasiyalar-

arası  və  mədəniyyətlərarası dialoqun inkişafına töhfə vermək 

iqtidarındadır və bu işdə əlindən gələni edir. Bu müddət ərzin-

də Azərbaycan BMT-nin üzv dövlətləri, qurumun rəhbər or-

qanları, digər beynəlxalq təsisatlarla sıx işbirliyi, sağlam əmək-

daşlıq münasibətləri yaratmış  və inkişaf etdirmişdir. BMT 

Təhlükəsizlik Şurası həm də Azərbaycan üçün öz həqiqətlərini 

dünya ictimaiyyətinə çatdırmaq, Ermənistan-Azərbaycan, Dağ-

lıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq çərçivə-

sində həllini diqqətdə saxlamaq üçün bir vasitə olmuşdur. 

Bundan başqa, Azərbaycan öz vətəndaş cəmiyyəti institut-

ları, KİV-ləri və QHT-ləri vasitəsilə dünyanın qlobal ictimai və 

informasiya məkanında arzuolunan səviyyədə təmsil olunmasa 

da, ölkə daxilində qeyri-hökumət qurumlarına, mediaya yarat-

dığı sərbəst və azad mühitə, göstərdiyi maddi və mənəvi dəs-

təyə, dünyanın qlobal informasiya vasitələrinə, aparıcı xarici 

mətbuat orqanlarına və nümayəndəliklərinə yaratdığı  əlverişli 

şəraitə  və s. görə  də dünyada vətəndaş  cəmiyyəti və siyasi 

plüralizmin hökm sürdüyü bir dövlət imici qazana bilmişdir. 

Bu amil də ölkənin beynəlxalq imici və geosiyasi gücünə fəal 

təsir göstərir. 

Azərbaycanın geosiyasi təsir və diplomatik resursları sıra-

sına xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndə-

likləri, dünyada yaşayan azərbaycanlıları və s. aid etmək olar. 

Azərbaycan bu resurslar vasitəsilə dünyanın siyasi, mədəni, 

diplomatik və s. həyatında iştirak edir və müvafiq sahələrdə öz 

geosiyasi maraqlarını  təmin etməyə çalışır. Xarici siyasət re-

surslarının gücünə, xarici ölkələrdəki səfirliklərinin və diplo-



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə