Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə55/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

170 


enerji təhlükəsizliyində  həm tranzit ölkə, həm də neft və qaz 

təchizatçısı kimi tanınması XXI əsrdə Azərbaycanın geosiyasi 

dəyərini artırması üçün geniş perspektivlər yaradır. Bu sahədə 

onun bundan sonrakı  həlledici mövqelərinin qorunması  və 

möhkəmləndirilməsinə artıq təkcə  əvvəlki qərbyönümlü möv-

qelərdə dayanması, yaxud fərqli, müstəqil və alternativ geosi-

yasət yürütməsi bəs etməyəcəkdir.  Azərbaycanın bundan son-

rakı geosiyasi və geoiqtisadi dəyəri daha praqmatik və real 

şəkildə, dünyada kəskin rəqabət şəraitində, enerji bazarlarına 

daha ucuz qiymətə, sabit və artan miqdarda enerji resursları 

çıxarmaq qabiliyyətindən, bölgədəki xarici investisiyaların 

həcmini artırmasından, öz milli kapitalı ilə sonrakı transmilli 

enerji-nəqliyyat layihələrində xarici partnyorlarla bərabər 

hüquqlu tərəfdaşlıq əsasında iştirak etməsindən və s. asılı ola-

caqdır. Yalnız ölkənin neft və qaz hasilatını ildən-ilə artırmaq-

la və onu Qərbin artan enerji tələbatı ilə ağıllı surətdə əlaqələn-

dirməklə üçüncü minillikdə Azərbaycanın geosiyasi və geoiqti-

sadi perspektivini artırmaq, dünyada, Avrasiya regionunda və 

Cənubi Qafqazdakı mövqelərini getdikcə daha da möhkəmlən-

dirmək olar. Mütəxəssislərin fikrinə görə, yaxın on ildə ölkənin 

ixrac üçün nəzərdə tutulan neft-qaz hasilatının artırılması  və 

sonrakı iyirmi ildə sabit vəziyyətdə saxlanması təkcə onun iqti-

sadi və maliyyə  vəziyyətini yaxşılaşdırmaq anlamında deyil, 

həm də beynəlxalq geosiyasi dəyərini artırmaq baxımından va-

cibdir. Bu reallığı  nəzərə alaraq Xəzər dənizinin Azərbaycan 

sektorundakı enerji resurslarının istehsalının getdikcə artırıl-

ması və ən əsası isə, bu məhsulların məhz Avropa bazarına ix-

rac edilməsi Azərbaycanın dünya miqyasına çıxması, əhəmiy-

yətli “dünya dövlətinə” çevrilməsini şərtləndirən əsas amillər-

dən birincisidir. 

2009-2010-cu illərdə ümumdünya iqtisadi böhranı ilə əla-

qədar dünyada neftə  tələbat qismən azalsa da, 2011-ci ildən 

enerji daşıyıcılarına ehtiyacın yenidən artması və müvafiq ola-



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 171


raq qiymətlərin sürətlə yüksəlməsi, sonrakı onilliklərdə də neft 

və qazın dünya geosiyasətində əsas katalizator olacağından xə-

bər verir. Dünyanın aparıcı treyderlərinin yaxın perspektivdə 

neft və qaza olan ehtiyac, bu məhsulların dünya bazarlarındakı 

qiyməti və s. ilə bağlı proqnozları göstərir ki, planetar iqtisa-

diyyatının dirçəlməsi, xüsusilə Hindistan, Çin və Yaxın Şərqdə 

neftə olan tələbatın yüksəlməsi onun yaxın gələcəkdə qiymə-

tinin də artmasına səbəb olacaq. “Barclays Capital” və “Bank 

of Amerika”nın proqnozlarına görə, 2011-2013-cü illərdə nef-

tin bir barelinin qiyməti, təxminən 100, 2014-2015-ci illərdə 

isə 135-150 dollara qədər yüksələ bilər.

80

  



Göstərilən əsaslı arqumentlər Xəzər hövzəsinin və konkret 

olaraq, Azərbaycanın gələcək geosiyasi perspektivlərini tam 

təsəvvür etməyə imkan verir. Deməli, gələcəkdə Azərbaycan 

bir tərəfdən öz karbohidrogen resursları ilə dünyanın enerji ası-

lılığında həlledici həlqə rolunu qoruya biləcək, həm də bu 

məhsulların satışından külli miqdarda gəlir  əldə etmək imka-

nını saxlayacaqdır ki, bu da 2009-cu ilin sonunda öz iqtisadiy-

yatında keçid dövrünü başa çatdırmış bir ölkənin gələcək di-

namik inkişafının yeni mərhələsinə çevrilə bilər. 

  

Enerji ixracı marşrutlarının şaxələndirilməsi və yeni 

bazarların axtarışı siyasətinin davam etdirilməsi 

  

Azərbaycan Avropa və Asiyanın nəqliyyat-kommunika-



siya dəhlizlərinin və neft-qaz ixracatı marşrutlarının üzərində 

yerləşir. Ölkənin dünyada önəmli rol oynayan dövlətlərlə geo-



iqtisadi münasibətlərinin taktikasının düzgün müəyyənləşdiril-

məsi, neft-qaz ixracı marşrutlarının şaxələndirilməsi və səmə-

rəli istifadəsinin təşkili, xarici aləmlə mövcud nəqliyyat-tranzit 

əlaqələrinin genişləndirilməsi, dünyada yeni-yeni satış bazar-

                                                 

80

 Bax: “Yeni Müsavat” qəzeti.-24 fevral 2010.-N49. 




 

ßËÈ ÙßÑßÍΠ

 

172 


larının axtarılması  və  mənimsənilməsi onun 2010-2020-ci il-

lərdə reallaşdıracağı əsas geosiyasi və geoiqtisadi vəzifələr sı-

rasına daxildir. Bu məqsədlə xarici aləmlə Azərbaycanı birləş-

dirən transmilli və ölkədaxili strateji tranzit-nəqliyyat infra-

strukturlarının, neft-qaz kəmərlərinin yenidən qurulması, bura-

xılış  və daşıma gücünün bir neçə  dəfə artırılması xüsusi əhə-

miyyət kəsb edir. 

 Rəsmi məlumatlara görə, keçən illərdə 34 beynəlxalq 

transmilli şirkət və 16 nüfuzlu dövlət Azərbaycanın təşəbbüsü 

ilə  Xəzər regionundakı  nəqliyyat-kommunikasiya dəhlizi və 

ixrac kəmərlərinin çəkilişi, yenidən qurulması və s. layihələri-

nə qatılmış, onların reallaşmasında iştirak etmişdir. Bu layihə-

lərdən  ən vacibi, şübhəsiz ki, artıq istifadəyə verilmiş Bakı-

Tbilisi-Ceyhan (BTC) əsas neft və Bakı-Tbilisi-Ərzurum (BTƏ) 

qaz kəməri, eyni zamanda Avropa Birliyinin TRASEKA 

layihəsı çərçivəsində yenidən qurulmuş və bərpa edilmiş Trans 

Qafqaz nəqliyyat-kommunikasiya dəhlizi (“İpək yolu”) və ti-

kilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Bun-

lardan Azərbaycanın memarı olduğu BTC, BTƏ ixrac kəmər-

ləri və AB-nin təşəbbüsü ilə bərpa olunan TRASEKA ölkənin 

və regionun geosiyasi vəziyyətini köklü şəkildə  dəyişmək 

gücündə olan qlobal layihələrə çevrilmişdir. Region ölkələrinin 

müstəqilliyinin gücləndirilməsi, iqtisadiyyatının, sosial həyatı-

nın, ölkədaxili milli-vətəndaş birliyinin, siyasi plüralizm, və-

təndaş cəmiyyəti və demokratik dəyərlərin inkişaf etdirilməsin-

də və ən əsası, regional, beynəlxalq enerji təhlükəsizliyinin tə-

min olunmasında BTC-nin rolu bütün dünyada, hətta rəqib 

ölkələrdə belə yüksək qiymətləndirilir. Məsələn, ABŞ Dövlət 

katibinin müavini Uilyam Berns 2010-cu ilin fevralında Bakı-

ya səfəri çərçivəsində Xarici İşlər Nazirliyinin Diplomatiya 

Akademiyasında çıxış edərkən bildirmişdir ki, BTC Xəzərin və 

Orta Asiyanın enerji resurslarını bütün dünyaya açmış, Azər-



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə