Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə63/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

194 


lən İran, Liviya və s. məsələlərdə güzəştə getməsinə görə) öz 

müttəfiqlərini və onların maraqlarını Rusiyaya güzəştə getməsi 

fikrindən ibarətdir.  Dördüncüsü, ABŞ-İran ziddiyyətlərinin 

son dövrdə kəskinləşməsi həm də regionda yeni geosiyasi və-

ziyyət yaradaraq, bölgə ölkələrini öz maraqlarını qorumaq 

üçün yeni seçim qarşısında qoymuşdur. Beşincisi, ABŞ-ın Av-

rasiya siyasəti zəiflədikcə, həm də Türkiyənin bu bölgədəki 

geosiyasi fəallığı, proseslərə müdaxilə etməsi və qoşulması 

halı müşahidə olunur. Xüsusən, son bir ildə ABŞ, İsrail və bəzi 

Avropa ölkələri ilə münasibətlərndə soyuqluq yaranması fo-

nunda Türkiyənin “fəal Avrasiya geosiyasəti” və “yeni geosi-

yasi taktikası” özünü göstərir. Hazırda bu ölkə bölgənin Rusi-

ya, İran, Yaxın və Orta Şərq, Balkanlar, keçmişdə Osmanlı im-

periyası ilə bağlı olan digər  ərazilər, xalqlar və dövlətlərlə öz 

iqtisadi-siyasi əlaqələrini, tərəfdaşlıq münasibətlərini və bəyan 

etdiyi “yeni regional lider iddiasına” uyğun gələn “məxsusi 

milli maraq və davranış normaları çərçivəsi”ni yaradır və get-

dikcə ciddi şəkildə gücləndirməyə çalışır. Türkiyə  rəhbərliyi 

bütün dünyaya açıq  şəkildə nümayiş etdirir ki, onun ölkəsi 

bundan sonra Qərbin Rusiyaya qarşı “təhlükəsizlik şiti” və ya-

xud islam dünyasında “geosiyasi təsir vasitəsi” olmaq niyyə-

tində deyil.  

 Tədqiqatçılar hesab edir ki, Türkiyənin yeni geosiyasi 

davranışı və kursu, həmin kursun son zamanlar regionda yarat-

dığı regional vəziyyət Azərbaycanın ziyanına deyil, əksinə, bu 

ölkənin güclənən geosiyasi vəziyyəti daimi və strateji müttəfiq 

kimi, həm də bilavasitə Azərbaycanın xeyirinədir. Lakin yeni 

şərait müstəqil dövlət kimi Azərbaycanın xarici siyasəti qarşı-

sında bir çox yeni vəzifələr qoyur, ondan geosiyasi və xarici 

siyasət məsələlərinə “şəraitə uyğun” operativ düzəlişlər etməyi 

tələb edir. 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 195


 İlk növbədə, fikrimizcə, dünyada baş verən son qlobal 

dəyişikliklər fonunda Cənubi Qafqazda formalaşmış geosiyasi 

reallıq və onun yeni təzahürləri ciddi təhlil olunmalı, proseslə-

rə təsir göstərən amillər, onların meydana gəlməsi səbəbləri və 

s. məsələlər araşdırılmalı, mövcud şəraitdə Azərbaycanın geo-

siyasi və geoiqtisadi addımları, transmilli layihələrlə bağlı 

prioritet vəzifələri, onların təmin olunması yolları və vasitələri 

üzərində praqmatik şəkildə bir daha düşünülməlidir. Məsələn, 

bəzi mütəxəssislər hesab edir ki, regionda Türkiyənin rolunun 

sürətlə artması  və onun həyata keçirdiyi yeni xarici siyasət 

kursu indiki vəziyyətdə Azərbaycanın mənafelərinə tam cavab 

verməyən bəzi geosiyasi proseslərə də təkan verə bilər. Çünki 

bu ölkənin bir az əvvəl Cənubi Qafqazda sülh və təhlükəsizlik 

platforması  çərçivəsində Ermənistanla yaxınlaşmaq cəhdləri 

sübut etdi ki, rəsmi Ankaranın “şərait tələb etdikdə” praqmatik 

formada Azərbaycanın milli maraqlarını “nəzərdən qaçırması” 

və daha pisi, onlar sadəcə unutması ehtimalı realdır. Heç kim 

bu cür halların nə vaxtsa Türkiyə  ərazisindən keçən tansmilli 

enerji ixracı kəmərləri, neft-qaz tarifləri və s. strateji məsələlər-

lə bağlı özünü göstərməyəcəyinə  və yaxud Bakı-Tbilisi-Qars 

dəmir yolunun təhlükəsizliyinin tam təmin ediləcəyinə  zəma-

nət verə bilməz. Yaxud, 2008-ci ilin avqustunda Rusiya ilə 

Gürcüstan arasında hərbi əməliyyatlar nəticəsində BTC vasitə-

silə neft ixracının dayandırılması və ümumiyyətlə, Gürcüstanın 

qeyri-sabit  ərazi xarakteristikasına malik olması, təkcə  Qərb 

enerji ixracı marşrutundan asılılığın Azərbaycan üçün müəy-

yən qədər təhlükəli olduğunu söyləməyə  əsas yaratdı. Digər 

tərəfdən, vaxtilə  Qərb marşrutunu işə salmaq və mövcud ma-

neələri aradan qaldırmaq üçün Azərbaycan Bakı-Novorossiysk 

kəmərinin tarifi ilə bağlı Rusiyaya, BTC-nin tarifi ilə bağlı 

Türkiyəyə ciddi güzəştə getmiş, Gürcüstanın xeyirinə isə ümu-



 

ßËÈ ÙßÑßÍΠ

 

196 


miyyətlə BTC kəmərinin Azərbaycan hissəsinin tranzit gəlirlə-

rindən imtina etmişdir. Bu gün kimsə qarantiya verə bilməz ki, 

sabah bu ölkələrin biri, yaxud hər üçü tariflərlə bağlı yeni-yeni 

tələblərlə çıxış etməyəcəklər. Beləliklə, yeni şərait və gələcək 



perspektivlər Azərbaycandan Türkiyə  və Gürcüstanla strateji 

münasibətlərə  xələl gətirmədən və regional münasibətlərin 

bütün sahələrində bu iki ölkə ilə geosiyasi müttəfiqliyi qoruyub 

saxlamaqla, öz enerji ixracı marşrutlarını yenidən dəyərləndir-

məsini, mümkün qədər bu marşrutları  şaxələndirməsini, yeni-

yeni marşrut və istiqamətlərin, dünyada enerji tərəfdaşlarının, 

satış bazarlarının tapılmasını və s. tələb edir. Bütün bu işlərlə 

bağlı real tədbirlər, geoiqtisadi axtarışlar bir an belə dayandırıl-

mamalı, vaxtilə  əsas işin xatirinə Türkiyə  və Gürcüstana ge-

dilmiş tarif güzəştləri məsələlərinə xüsusi diqqət yetirilməli və 

bu güzəştlər davamlı olaraq onların yadına salınmalı, Azərbay-

canın güzəşt limitinin bitməsi, qarşı tərəfdən hər hansı “güzəşt 

tələbinə” bir də qayıdılmayacağına dair hansısa ikitərəfli və 

çoxtərəfli dövlətlərarası qarantiya alınmalıdır. 

Hazırda Azərbaycan öz neft-qaz məhsullarını xarici bazar-

lara çıxarmaq üçün Şimal istiqaməti üzrə Bakı-Novorossiysk 

neft və Bakı-Mozdok qaz, Qərb marşrutu üzrə BTC, Bakı-Sup-

sa  kimi  neft  və BTƏ qaz, Cənub istiqaməti üzrə Bakı-Astara 

qaz kəmərlərinin xidmətindən istifadə edir. Bundan başqa, 

Azərbaycan, Qazaxıstan və Türkənistanın neft məhsulları 

Azərbaycandan dəmir yolu vasitəsilə Gürcüstanın Qara dəniz 

limanlarına, oradan da Avropaya; Xəzər dənizi vasitəsiləsə gə-

milərlə  İrana daşınır. Göründüyü kimi, Azərbaycanın karbo-

hidrogen ehtiyatların ixracında Qərb marşrutu böyük üstünlük 

təşkil edir. 

Azərbaycanın enerji nəqlinin rastlaşdığı və yaxud gələcək-

də rastlaşa biləcəyi problemlər haqqında son zamanlar təkcə 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə