ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
191
rasiya bölgəsində qazanacağı mövqedən, planetin əsas geosiya-
si aktorları ilə yarada biləcəyi münasibətlərdən asılı olacaqdır.
Yeni geosiyasi reallıqlara və bundan irəli gələn qlobal
çağırışlara operativ reaksiya verilməsi, strateji
tərəfdaşlarla geosiyasi münasibətlərə xələl gətirmədən
daha praqmatik xarici siyasətin yürüdülməsi
Azərbaycan keçən illərdə öz strateji tərəfdaşları ilə nəhəng
transmilli enerji və nəqliyyat layihələri reallaşdırmaqla Avrasi-
yanın geosiyasi xarakteristikasını ciddi şəkildə dəyişmişdir.
Yeni enerji-ixrac marşrutları və yeni geoiqtisadi şərtlər çərçi-
vəsində Xəzər hövzəsinin və Orta Asiyanın zəngin karbohidro-
gen resurslarının dünya bazarlarına çıxarılması təmin edilmiş
və faktiki olaraq bölgənin ənənəvi enerji ixracının şaxələndiril-
məsinə (diversifikasiyasına) nail olunmuşdur. Azərbaycanın tə-
şəbbüsü və dünyanın ən aparıcı ölkə və şirkətlərinin iştirakı ilə
yaradılan transmilli enerji konsorsiumu, yeni istehsal, ixrac
marşrutları və s. infrastrukturlar Cənubi Qafqaz və Xəzər re-
gionunun inkişafına ciddi təsir göstərmiş, bölgəni Avropa və
dünya ölkələrinin güclü maliyyə və qabaqcıl texnologiyalarının
üzünə açmışdır. Prezident Heydər Əliyevin qətiyyəti və böyük
səyləri, tərəqqipərvər dünyanın hərtərəfli dəstəyi nəticəsində o
dövrdə bəzi ölkələrin və maraqlı qüvvələrin bu işə mane olmaq
cəhdləri müvəffəqiyyətlə neytrallaşdırılmışdır. Artıq Avropa-
nın enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli rol oynamağa
başlayan Transqafqaz enerji ixracı kəmərləri həm də Mərkəzi
Asiya və Xəzər hövzəsi ölkələrinin geosiyasi və geoiqtisadi
müstəqilliyinə ciddi təsir göstərmiş, onların Qərblə yaxınlaş-
ması yolunda əsas maneələri aradan qaldırmışdır.
ßËÈ ÙßÑßÍÎÂ
192
Bəzi region ölkələrindən fərqli olaraq, Azərbaycan bəhs
olunan şəraitdən ciddi şəkildə bəhrələnmiş, regionla əlaqəyə
can atan bütün transmilli şirkətlərlə, xarici dövlətlərlə, güc
mərkəzləri ilə yaxından əməkdaşlıq etməyə, ABŞ, Avropa İtti-
faqı ölkələri, Türkiyə, Rusiya, Gürcüstan kimi dövlətlərlə stra-
teji əlaqələr qurmağa, bu əməkdaşlıqdan milli maraqlar naminə
yararlanmağa müvəffəq olmuş və eyni zamanda öz müstəqil si-
yasətini də qoruyub saxlaya bilmişdir. Ekspertlər hesab edirlər
ki, Azərbaycan bütün fəaliyyəti və geosiyasi addımları ilə
Xəzər hövzəsi və Cənubi Qafqazda sabitləşdirici rol oynamış
bir ölkədir.
Son bir neçə ilə nəzər saldıqda, Avrasiyanın bəzi bölgələ-
rində, Xüsusən Xəzər-Qara dəniz hövzəsi, Orta Asiya və Cənu-
bi Qafqazda yeni geosiyasi reallıq formalaşmaqdadır. Bu
reallığın bəzi əlamətləri açıq, bəziləri isə dolayısı ilə Azərbay-
canın da geosiyasi maraqlarına toxunur və onu çevik, operativ,
adekvat fəaliyyətə sövq edir.
Avrasiyanın yeni geosiyasi reallığının ilk gözə çarpan gö-
rüntüləri aşağıdakı kimi görünür: Birincisi, ABŞ-ın keçmiş
prezidentləri B.Klinton və C. Buşun dövründə Avrasiyada- bir
tərəfdən ABŞ, Avropa Birliyi və onların Avrasiya tərəfdaşları
(Türkiyə, Ukrayna, Azərbaycan, Gürcüstan və b.), digər tərəf-
dənsə Rusiya və geosiyasi maraqları onunla üst-üstə düşən İran
kimi bəzi region ölkələri arasında güclü geosiyasi və geoiqtisa-
di rəqabət mövcud idi. Bu rəqabətdən qalib çıxan birinci tərəf
bölgənin əksər transmilli proseslərini öz nəzarəti altında saxla-
yaraq, həm özünün, həm də tərəfdaşlarının mövqelərini güc-
ləndirməyə çalışmış və buna əsasən nail olmuşdur. Hazırda isə
ABŞ-ın Barak Obama administrasiyası özünün Avrasiya və
Rusiya siyasətinə yenidən baxaraq, Vaşinqtonun regional ma-
raqları ilə bağlı fərqli meyarlar və ölçülər ortaya qoymuşdur.
ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
193
Vaşinqtonun regiona öz marağını azaltması müvafiq olaraq
bölgədəki geosiyasi duruma, regionun böyük və kiçik ölkələri-
nin geosiyasi vəziyyətinə və mövqelərinə təsirsiz ötüşməmiş-
dir. İkincisi, ABŞ-ın yeni Avrasiya geosiyasəti həm də region-
dakı əsas geosiyasi aktorlar arasındakı müttəfiqlik və rəqiblik
əlaqələrinin bir qədər əvvəlki ənənəvi nizamını pozmuşdur.
Məsələn, hazırda bəzi sahələrdə ABŞ-la bir çox Orta Asiya öl-
kələri, Ukrayna, Azərbaycan və s. bölgə dövlətləri arasında bə-
zi anlaşılmaz münasibətlər ortaya çıxır. Əvəzində bu ölkənin
Rusiya ilə əvvəlki “Avropanın strateji müdafiəsinə yönəlmiş
hərbi-geostrateji problemləri” aradan qalxır. Yaxud, son za-
manlar Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı strateji
əməkdaşlıq münasibətlərində- enerji dəhlizləri, satışı, ixrac
marşrutları və tariflər, nəqliyyat-tranzit keçidləri, onların təhlü-
kəsizliyi və s. məsələlərdə bir çox əsassız iddialar ortaya çıxır.
Bu ölkələrin bəzi geosiyasi, geoiqtisadi və hərbi-geostrateji
dairələri qarşılıqlı maraqları nəzərə almadan müəyyən nizam-
sız və plansız meyillər sərgiləyir. Eyni zamanda, əvvəllər bir-
birinə enerji sahəsində rəqib kimi yanaşan Rusiya və Azərbay-
can arasında elektrik enerjisi mübadiləsi, maye qazın nəqli və
s. sahələrdə əməkdaşlıq haqqında saziş imzalanır. Üçüncüsü,
son zamanlar Rusiyanın bütövlükdə Avrasiya regionu ölkələ-
rinə, xüsusən də Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaza
geosiyasi və geoiqtisadi təzyiqlərinin güclənməsi və Moskva-
nın bölgədəki proseslərdə aktivliyinin artması fonunda, ABŞ
və Avropa birliyinin həmin mövqelərdən geri çəkilməsi müşa-
hidə olunur. Bunu son illərdə Ukraynada, Şərqi Avropada,
Gürcüstanda, Türkiyədə və b. ölkələrdə yaşanan proseslərdə
bəhs olunan aktorların öz əvvəlki prinsipial mövqelərindən
asanlıqla imtina etmələri də sübut edir. Mütəxəssislərin bu və-
ziyyətlə bağlı gəldiyi ilk qənaət ABŞ-ın nəyinsə xətrinə (məsə-
Dostları ilə paylaş: |