Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə61/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

188 


məyəcəyini açıq  şəkildə  bəyan etmişdir. Azərbaycanın bu 

mövqeyi həm də beynəlxalq hüquq normalarına söykənir. 

 Lakin bütün bunlara baxmayaraq, İran-ABŞ  məsələsi 

Azərbaycan üçün bölgədə və dünyada müəyyən problemlər ya-

radaraq, ölkəni daha ehtiyyatlı, ardıcıl və çevik siyasət yürüt-

məyə, diplomatik və geosiyasi manevr imkanlarından bacarıqla 

istifadə etməyə məcbur edir. Məsələn, Birləşmiş Ştatların İrana 

qarşı hər hansı hərbi əməliyyatlara başlamaq niyyəti reallaşarsa 

Azərbaycanın manevr imkanları ciddi şəkildə məhdudlaşacaq-

dır. Çünki illərdir dünyada beynəlxalq terrorizmin əsas dayaq-

larından biri kimi təqdim olunan İrana BMT-nin sanksiyası 

əsasında hərbi müdaxiyə başlayacağı  təqdirdə bu plana mane 

olmaq, yaxud da onunla bağlı hər hansı dirəniş göstərmək dün-

yanın bir nömrəli güc mərkəzi olan ABŞ-la münasibətlərə 

ciddi şəkildə mənfi təsir göstərə bilər. Digər tərəfdən, Azərbay-

can regionda ən uzun müştərək sərhədə, ortaq tarixə və geosi-

yasi məkana malik olduğu dost İran dövlətinin, onun 30 mil-

yondan çoxu azərbaycanlı olan 70 milyonluq müsəlman əhali-

nin də maraqlarını zərbə altinda qoyaraq, bölgənin əsas geosi-

yasi fiqurlardan olan qonşu dövlətlə münasibətlərini korlaya 

bilməz.  

Hazırda ABŞ-la münasibətləri gərginləşən  İran region 

dövlətləri və xüsusilə Azərbaycanla əlaqələrini daha da yaxşı-

laşdırmağa çalışır və onun bu səyləri getdikcə güclənəcəkdir. 

Bəzi ekspertlər hesab edirlər ki, Təbriz şəhərində Azərbaycan 

konsulluğunun açılması və Azərbaycan vətəndaşları üçün viza 

rejiminin aradan qaldırılması, rəsmi Tehranın ölkəmizin  ərazi 

bütövlüyünü dəstəkləməsi, enerji mübadiləsi və ticarət məsələ-

lərində irəliləyiş  əldə olunması,  İran  ərazisi ilə Naxçıvana 

gediş-gəlişin açılması  həmin səylərin göstəricisidir. Butün 

bunların müqabilində  İran Azərbaycanı öz tərəfinə  çəkərək, 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 189


anti-qərb düşərgəsinə qatmağa, Tehranın mövqelərini müdafiə 

etməyə, bunlar mümkün olmayacağı təqdirdə isə tərəfsiz qala-

cağına qarantiya almağa çalışır. Ekspertlər belə qənaətdədirlər 

ki, Azərbaycanın buna qarşılıq verməsi Qərblə, verməməsi isə 

İranla münasibətlərində mənfi fəsadlar yaradacaqdır.  

ABŞ-İran münasibətlərinin getdikcə kəskinləşməsinə bax-

mayaraq, Azərbaycan öz siyasətini dəyişmək və  tərəfsizliyini 

pozmaq niyyətində deyil. Prezident İlham  Əliyev dəfələrlə 

bəyan etmişdir ki, sülhsevər dövlət kimi, Azərbaycan bütün 

dünya və region ölkələri ilə, o cümlədən də  İranla qarşılıqlı 

maraqlara cavab verən dostluq və  əməkdaşlıq  əlaqələrinin in-

kişafında maraqlıdır.  İranla Azərbaycan arasında imzalanmış 

dövlətlərarası müqavilədə  hər iki dövlətin öz ərazisindən bir-

birinə qarşı istifadənin yolverilməzliyi ilə bağlı müddəanın 

daxil edilməsi də bu məsələnin rəsmi Bakı tərəfindən ən yük-

sək səviyyədə  bəyan olunması deməkdir və Azərbaycanın sə-

mimi, etibarlı  və mehriban qonşuluq niyyətinin  əyani göstəri-

cisidir. Azərbaycan həmişə sübut etmişdir ki, o hər hansı qonşu 

və yaxud qeyri-qonşu dövlətin marağına toxunan addımlar at-

mır və bu sahədə imzalanmış bütün dövlətlərarası, beynəlxalq 

anlaşmalara hörmətlə yanaşır. Digər tərəfdən, 2006-cı ildə 

Azərbaycan Prezidenti İlham  Əliyev ABŞ-a səfəri zamanı bu 

ölkə ilə ikitərəfli münasibətləri, tərəfdaşlıq siyasətini inkişaf 

etdirmək istiqamətində müəyyən addımlar atarkən, ilk növbədə 

İranın bu və ya digər rəyini, tələblərini deyil, öz ölkəsinin və 

xalqının milli maraqlarını  rəhbər tutmuşdur. Səfər zamanı 

prezident İlham Əliyev, eyni zamanda Azərbaycan ərazisindən 

İrana qarşı  hər hansı  hərbi  əməliyyat keçirilməsinə  və bütöv-

lükdə  Cənub Qafqaz regionunun ABŞ-İran mübarizəsinin 

“poliqonuna” çevrilməsinə imkan verilməyəcəyi haqqında açıq 

bəyanat da səsləndirmişdir. Səfər ərəfəsində “Fiqaro” qəzetinə 



 

ßËÈ ÙßÑßÍΠ

 

190 


verdiyi müsahibəsində o bildirmişdi ki, “İranda sabitliyin po-

zulması bütün regiona öz təsirini göstərə bilər. Hesab edirik ki, 

münaqişə diplomatik vasitələrlə, sülh və dialoq yolu ilə, xoş 

məramla həll olunmalıdır. Azərbaycan bu ölkəyə qarşı  hərbi 

əməliyyatları  dəstəkləməyəcək. Düşünürəm ki, Vaşinqton da 

buna anlaşıqlı yanaşacaq”.

86

 

 Beləliklə, göründüyü kimi Azərbaycan indiyə qədər həm 



ABŞ  və Avropa ilə, həm də  İranla qrşılıqlı  tərəfdaşlıq müna-

sibətləri qurmaq bacarığını ən kritik məqamlarda belə nümayiş 

etdirə bilmişdir. Lakin, hərdən adı  çəkilən hər üç düşərgəni 

təmsil edən dövlət qurumları  və  rəsmilərinin Ermənistanın 

regiondakı bu və ya digər addımlarını dəstəkləməsi, bu ölkənin 

işğalçılıq və separatçılıq siyasətini müdafiə etməsi Azərbay-

canın haqlı narazılığına da səbəb olur.  

Göründüyü kimi, Cənubi Qafqaz və  Xəzər hövzəsinin 

müasir mürəkkəb geosiyasi reallıqları  çərçivəsində  və dünya 

siyasətinin qeyri-müəyyənliklərlə dolu hazırkı şəraitində Azər-

baycan ABŞ-İran münasibətlərinin xarakterindən asılı olmaya-

raq öz geostrateji mövqelərini və milli maraqlarını qorumağa 

və bir qədər də möhkəmlətməyə nail olmuşdur. Qarşıdan gələn 

illərdə eyni geosiyasi xəttin- regionda marağı olan Qərb döv-

lətləri, dünyanın aparıcı güc mərkəzləri ilə transmilli layihələ-

rin reallaşdırılması sahəsində tərəfdaşlıq əlaqələrini davam et-

dirməklə, həm də İran kimi böyük qonşu ölkələrlə tərəfdaşlıq 

əlaqələrinin qurulması və davam etdirilməsi Azərbaycana sabit 

inkişaf və perspektivli gələcək vəd edir. Siyasi və iqtisadi pers-

pektivdə ölkənin regional lider statusunun möhkəmlədirilməsi 

də onun bundan sonra həyata keçirəcəyi geosiyasi xəttdən və 

dünyanın ən əhəmiyyətli geoməkanlarından hesab olunan Av-

                                                 

86

 Bax: “Azərbaycan” qəzeti, 04 iyun 2006. 




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə