ßËÈ ÙßÑßÍÎÂ
176
məqamları aradan qaldırmışdır. Məsələn, Azərbaycanın da iş-
tirak etdiyi tarixi «İpək yolu»nun bərpası ilk dövrdə Rusiyanı
razı salmasa da, sonrakı dövrdə Azərbaycan dövlətinin yürüt-
düyü siyasət nəticəsində bu ölkə rəsmiləri bəhs olunan dəhlizin
bütün regiona, o cümlədən də Rusiyaya mənfəət gətirəcəyinə
inandıra bilmişdir. Çünki sözün həqiqi mənasında bu layihə
təkcə planetin fərqli qütblərində yerləşən xarici ölkələrin öz
məhsullarını bir-birinə idxal-ixrac etmək baxımından deyil,
həm də Avrasiya bölgəsinə nəqliyyat-infrastruktur sahəsində
yüksək texnologiyalar gətirmək, yeni iş yerləri açmaq, dövlət-
lərarası iqtisadi bağlılığı intensivləşdirmək, xarici investisiya
yönəltmək və s. anlamında mühüm əhəmiyyət kəsb edir. Azər-
baycan öz səmərəli və müsbət mahiyyətli geosiyasəti ilə Şərq-
Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin açılmasında mühüm
rol oynayaraq, transqafqaz və transasiya nəqliyyat dəhlizlərinin
fəaliyyət göstərməsində təkcə öz milli maraqlarını deyil, Rusi-
ya da daxil olmaqla bütün region ölkələrinin maraqlarını təmin
etmiş, bölgəni dünyanın əsas tranzit mərkəzlərindən birinə çev-
rilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu da bu anlamda təkcə
Azərbaycanın deyil, bütün bölgənin geoiqtisadi maraqlarının
təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcəkdir.
Ciddi transmilli layihələri həyata keçirərkən Azərbayca-
nın geosiyasi və geoiqtisadi maraqlarının gələcək perspektiv-
ləri bundan sonra da, hər hansı qarantiyalı inkişaf və tərəqqiyə
nail olmaq, əsas strateji həyati ehtiyacları təmin etmək məqsə-
dilə ölkənin geosiyasi addımlarını nüfuzlu regional və beynəl-
xalq dövlətlərlə, hövzədə geosiyasi maraqları ölkəmizlə üst-
üstə düşən transmilli aktorlarla, güc mərkəzləri ilə uzlaşdırma-
ğı tələb edir. Hazırda Azərbaycan yeni müstəqillik əldə etmiş
dövlət kimi, öz milli mənafelərini mövcud geosiyasi reallıqlara
adekvat olaraq müəyyənləşdirməyə, regionda marağı olan əsas
ölkələrlə uzlaşdırmağa məcburdur. Yaranmış vəziyyətdə bəzən
Azərbaycan da başqa hövzə ölkələri kimi öz milli mənafelərin
ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
177
qeyri əsas hesab olunan bir qismini kiməsə güzəştə getməyə,
yaxud hansısa “milli dividentləri” kiminləsə bölüşməyə məc-
bur olur. Əsas odur ki, bu prosesdə dövlət mövcud imkanlar
daxilində öz milli və geosiyasi maraqlarının ən vacib, strateji
sahələrini kiməsə güzəştə getməsin. Dünya siyasətşünasları
belə fəaliyyəti planetin geosiyasi və beynəlxalq münasibətləri-
nin hazırkı vəziyyətində doğru addım hesab edir və Azərbay-
canın bundan sonra da məhz belə davranış nümayiş etdirəcə-
yini proqnozlaşdırırlar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllinə dinc yolla nail olunması
Xəzər hövzəsi və Cənubi Qafqazın geosiyasi perspektiv-
ləri ilə bağlı bütün beynəlxalq dəyərləndirmələrdə regional
sülh və təhlükəsizlik məsələsi əsas şərt kimi irəli sürülür. Ha-
zırda regionun inkişafı və dünyada gedən inteqrasiya proseslə-
rinə qatılması məhz yerli ölkələr arasındakı sivil, dinc birgəya-
şayış münasibətlərinin bərqərar olmasından, regional sülhün
yaradılması və bölgədəki sabitliyin saxlanılmasından asılı və-
ziyyətə düşməkdədir. Bu gün Qafqazdakı postsovet ölkələrinin
dördü də daxili etnik-separatist münaqişələrə cəlb olunmuşdur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, Gürcüstan Abxazi-
ya, Gürcüstan Cənubi Osetiya və Rusiya Çeçenistan münaqişə-
ləri regionun sabitliyini hər an poza biləcək potensial təhlükə
mənbələridir. Qloballaşma dövründə istənilən ölkənin daxili
həyatındakı münaqişə təkcə həmin ölkənin deyil, həm də ümu-
milikdə regionun və dünyanın geosiyasi və təhlükəsizlik mü-
hitinə mənfi təsir göstərir, ölkələrin müxtəlif yönlü maraqlarına
zərbə vurur.
Hazırda rəsmi Bakı Azərbaycanın və ümumilikdə, regio-
nun geosiyasi, geoiqtisadi maraqları və perspektivi baxımın-
dan, bütün daxili və xarici münaqişələrin tezliklə, yeni mühari-
ßËÈ ÙßÑßÍÎÂ
178
bəyə əl atmadan- sülh yolu ilə nizamlanmasının tərəfdarı kimi
çıxış edir. Lakin eyni zamanda, “nə sülh, nə müharibə” vəziy-
yətinin də sonsuza qədər uzanmasına göz yuma bilməyəcəyi,
“sülh danışıqları nəticəsiz yekunlaşacağı təqdirdə digər vasitə-
lərlə öz beynəlxalq və milli haqlarını təmin edəcəyi” haqqında
ara-sıra bəyanatlar səsləndirir. Əlbəttə, bu beynəlxalq münasi-
bətlərin hazırkı vəziyyətində ən doğru və optimal mövqedir.
Çünki Cənubi Osetiya ətrafında Rusiya-Gürcüstan müharibə-
sindən sonra yaranmış beynəlxalq və regional hərbi-geostrateji
vəziyyət göstərir ki, yaxın zamanlarda nə müharibə, nə də ki,
sülh yolu ilə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü
bərpa etmək o qədər də asan olmayacaq. Hazırda Ermənistan
dünya dövlətlərinin ikili siyasətindən, BMT-nin və ATƏT-in
səmərəsiz fəaliyyətindən, Minsk qrupunun və həmsədr ölkələ-
rin neçə illərdir ki, ciddi bir mövqe ortaya qoya bilməməsin-
dən, dünyadakı erməni diasporunun aparıcı ölkələrin rəsmi
siyasətinə göstərdiyi ciddi təsirdən, Rusiya və başqa ölkələrin
hərbi-iqtisadi dəstəyindən bəhrələnərək öz işğalçı siyasətindən
əl çəkmək istiqamətində hər hansı ümidverici mövqe sərgi-
ləmir. 2009-cu ildə ATƏT-in Minsk qrupunun aktivləşməsinə
baxmayaraq, hələ də münaqişənin ədalətli həllinə səbəb olacaq
prinsipial mövqe nümayiş etdirməməsi, əlbəttə, haqlı olaraq 20
ilə yaxın bir müddətdə sülhə ümid edərək gözləmə mövqeyi
tutmuş Azərbaycanın təkcə səbrini tükətmir, həm də getdikcə
müharibəyə başlamaq ehtimalını artırır.
Bu gün Dağlıq Qarabağ problemi təkcə iki ölkə arasında
yaşanan lokal münaqişə deyil, bütün regionun ciddi geosiyasi
böhrana sürüklənməsidir və ayrı-ayrılıqda hər iki ölkənin
sosial-iqtisadi inkişafı yolunda böyük maneədir. Beynəlxalq
iqtisadi institutların hesablamaları göstərir ki, münaqişənin
mövcudluğu region ölkələrinin iqtisadiyyatına qoyulan xarici
sərmayələrin həcmini dəfələrlə azaltmışdır. Beynəlxalq təşki-
latlar, ayrı-ayrı dövlətlər və nüfuzlu şirkətlər region ölkələri ilə
Dostları ilə paylaş: |