ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
173
baycanın milli iqtisadiyyatına ciddi təkan vermiş və ölkənin
müstəqil iqtisadi gələcəyinə təminat yaratmışdır.
81
Tədqiqatçılar hesab edir ki, dünyanın aparıcı ölkələrinin
və şirkətlərinin BTC-nin reallaşmasındakı iştirakı təkcə Azər-
baycanın deyil, həm də bölgənin enerji resursları ilə zəngin
digər ölkələrinin geoiqtisadi gücünü artırmış, bəzi regional
qüvvələrin geosiyasi təsirlərdən azad etmiş və beynəlxalq
aləmdə onların reallaşdırdığı transmilli enerji layihələrinə dəs-
tək olmuşdur. Layihə iştirakçısı olan əksər dövlətlər həm də re-
gionun geosiyasi proseslərinə daha fəal cəlb olunmuş və ona
təsir göstərmək imkanı qazanmışdır. Azərbaycan tərəfindən
davamlı şəkildə həyata keçirilən bərabərhüquqlu, qarşılıqlı
faydalı əməkdaşlıq, bütün tərəflərin ortaq maraqlarının nəzərə
alınması və s. bu ölkənin xarici müttəfiqlərinin sayının artma-
sını şərtləndirmişdir.
Lakin Azərbaycana çoxsaylı müttəfiqlər qazandıran BTC,
BTƏ kəmərləri, TRASEKA və s. transmilli layihələr həm də
onu ciddi geosiyasi təzyiqlərlə üz-üzə qoymuşdur. Burada
söhbət ilk növbədə regiondakı əsas geosiyasi oyunçulardan
olan Rusiya və İrandan gedir. Moskva ilk gündən Rusiya ərazi-
sindən yan keçməklə Şərq-Qərb nəqliyyat-kommunikasiya və
enerji ixracı layihələrinə “özünün regiondakı maraqlarına zidd
təşəbbüs” kimi yanaşmış və mübarizə aparmışdır. Çünki, əv-
vəlki dövrlərdə davamlı şəkildə Xəzər hövzəsində istehsal olu-
nan enerji resurslarını, neft və qaz marşrutlarını nəzarətdə sax-
layan Rusiya, Xəzəryanı ölkələrin öz milli sərvətlərinə sahib
çıxması və BTC-nin reallaşmasından sonra əvvəlki gəlirlərinin
bir qismindən məhrum olmuşdur. Yaxud, TRASEKA-nin yeni-
dən bərpa olunması ilə bərabər, bu ölkə həm də bölgədə əsas
tranzit-daşıma statusunu, region ölkələrinə geosiyasi təsir me-
xanizmlərini itirmişdir. Hətta, BTC və BTƏ neft-qaz kəmərləri
81
Bax: “Şərq” qəzeti, 20 fevral 2010.-N32.
ßËÈ ÙßÑßÍÎÂ
174
layihəsini geosiyasi tədqiqatçılar içərisində «Rusiyanın Xəzər-
dəki açıq məğlubiyyəti» adlandıranlar da mövcuddur. Lakin
rəsmi Bakının tarazlaşdırılmış siyasəti və bölgə ölkələrinin ma-
raqlarının maksimum nəzərə alınması ilə bağlı reallaşdırdığı
tərəfdaşlıq tədbirləri bu ölkə ilə problemin kəskinləşməsinə və
açıq münaqişəyə keçməsinə mane oldu. Qərb şirkətləri ilə
«Əsrin müqaviləsi»ni imzalayan, BTC və BTƏ-nin reallaşma-
sına nail olan Azərbaycanın, hər üç layihəni özünün maraqla-
rına zərbə kimi qəbul edən Moskva ilə münasibətlərinin kəs-
kinləşməsinə və tam pozulmasına imkan vermədi və onunla
ortaq dil tapa bildi.
Azərbaycan hazırda beynəlxalq aləmlə iqtisadi, enerji,
nəqliyyat və s. əlaqələrini heç bir kənar təsirə məruz qalmadan,
müstəqil şəkildə reallaşdırmağa çalışır. Bunun üçün ölkə rəs-
miləri qarşıdan gələn illərdə həm mövcud transmilli nəqliyyat-
kommunikasiya və enerji kəmərlərinin sabit fəaliyyətini, öz
məhsullarının bu dəhlizlərlə sərbəst ixracını təmin etməli, həm
də yeni-yeni alternativ bazarların axtarılmasını, kəmərlərin çə-
kilməsini və enerji ixracının şaxələndirilməsini davam etdir-
məlidir.
Geosiyasi mövqelərin möhkəmləndirilməsi
taktikasının çevikləşdirilməsi və sistemli təminatı
Azərbaycan Respublikasının bugünkü əsas strateji məna-
feləri və geosiyasi maraqları ilk növbədə onun dövlət suveren-
liyinin qorunub saxlanılmasını, ərazi bütövlüyünün bərpa edil-
məsini, əhalisinin həyat şəraitinin yaxşılaşdırılması və təhlükə-
sizliyinin təmin olunmasını, ölkə daxilində dayanıqlı siyasi və
liberal iqtisadi sistemin formalaşdırılması və inkişafını, sosial-
iqtisadi tərəqqinin davam etdirilməsini, xarici aləmlə ortaq
maraqların tapılması və uzlaşdırılmasını, ölkənin milli maraq-
larının təminatı ilə bağlı qazanılmış beynəlxalq dəstəyin get-
ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
175
dikcə artırılması və s. vəzifələrin reallaşmasını tələb edir. Bu
məsələlər Azərbaycanın bir dövlət kimi mövcudluğunu, Xəzər-
Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı mövqelərinin güc-
lənməsini şərtləndirən əsas strateji vəzifələr hesab olunur.
Müstəqillik əldə etdikdən sonra Azərbaycan diplomatiya-
sının bütün səyləri planetin mürəkkəb siyasi münasibətlər sis-
temində ölkənin müharibədən çıxarılmasına, pozulmuş ərazi
bütövlüyünün bərpa olunmasına, milli, regional və beynəlxalq
maraqlarının təmin edilməsinə, xarici aləmlə dinc əməkdaşlıq
mühitinin yaradılmasına yönəlmişdir. Prezident Heydər Əliye-
vin diplomatik məharəti, Azərbaycanın mühüm coğrafi mövqe-
yi, zəngin təbii ehtiyatları, dünya üçün kəsb etdiyi geosiyasi
önəm və s. həmin vəzifələri həll etməyə şərait yaratmışdır.
Azərbaycanın Avrasiyadakı əhəmiyyətli strateji mövqeyi və
geosiyasi dəyəri məşhur dünya politoloqları, aparıcı tədqiqat
mərkəzləri tərəfindən də etiraf olunmuşdur. Politoloq Z.Bjezin-
ski bildirmişdir ki, «Müstəqil Azərbaycan Qərbin Xəzər hövzə-
sinin və Orta Asiyanın zəngin enerji resurslarına çıxışı üçün
dəhliz ola bilər. Və əksinə, asılı Azərbaycan Orta Asiyanın
dünyadan təcrid edilməsi deməkdir».
82
Digər tərəfdən, bir çox mütəxəssislər hesab edirlər ki,
Azərbaycanın dünyadakı geosiyasi mövqeyinə müsbət təsir
edən amillərdən biri, bəzi hallarda onun mövqeyinin digər
region ölkələrininki ilə üst-üstə düşməməsidir. Lakin bu geosi-
yasi uyğunsuzluq mövcud milli resursların bölüşdürülməsi və
ortaq maraqlar naminə reallaşdırılan “kompromis siyasət” va-
sitəsilə aradan qaldırılır. Azərbaycanın dünyanın mühüm trans-
milli geosiyasi və geoiqtisadi maraqların kəsişmə nöqtəsində
yerləşməsi və ölkə rəhbərliyinin indiyə qədər bu üstünlükdən
məharətlə istifadə etməsi region ölkələri ilə yaranan ziddiyyətli
82
Bax: Бжезинский З.K. Великая шахматная доска. Господства Америки
и его геостратегические императивы. М., 1998.s. 232-234.
Dostları ilə paylaş: |