Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə52/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 161


sərhədləri birləşdirir.

75

 Ölkənin geosiyasi kodunun əsasını da 



məhz bu dövlətlərlə  sərhəd və  sərhədboyu  ərazilərin xarakte-

ristikası,  ərazidaxili  əhali göstəriciləri, eyni zamanda ətraf 

ölkələrin geosiyasi fəaliyyətinin xüsusiyyətləri təşkil edir. Bu 

mənada, Azərbaycanın geosiyasi kodunun müəyyənləşməsində 

təsir göstərən əsas regional və yerli amillər aşağıdakılar hesab 

oluna bilər: 

  Rusiya, Türkiyə  və  İran kimi iddialı regional lider 

statuslu ölkələrlə quru və dəniz sərhədlərinə malik ol-

ması  və ondan irəli gələn geosiyasi, geoiqtisadi və 

hərbi-geostrateji, sərhəd-keçid təhlükəsizliyi məsələ-

ləri, həmin dövlətlərin sərhədboyu yaşayış məskənlə-

rində yaşayan  əhaliyə siyasi, informasiya, dini və s. 

təsirindən yaranan problemlər;  

  Xəzər dənizi vasitəsilə Rusiya, İran və Orta Asiya 

ölkələri ilə, quru məkanda isə tamamilə  fərqli geosi-

yasi statusa, davranışa, geoiqtisadi, hərbi-geostrateji 

maraq və mənafeyə malik, Azərbaycana və onun böl-

gədə reallaşdırdığı transmilli layihələrə fərqli münasi-

bəti və yanaşması ilə seçilən Türkiyə, Cənubi Qafqa-

zın Gürcüstan və Ermənistan kimi ölkələri ilə  həm-

sərhəd olması;  

  əhəmiyyətli geosiyasi əraziyə - geosiyasi anlamda 

“acar məkan” və tranzit-keçid xarakteristikasına malik 

olması və əksər transmilli aktorların diqqət mərkəzinə 

çıxması;  

  fərqli hərbi-geostrateji blokların sərhədlərində, təhlü-

kəsizlik baxımından həssas regionda yerləşməsi və 

əhəmiyyətli strateji ərazi xarakteristikasına - xüsusi 

hərbi-strateji və coğrafi məkana malik olması;  

                                                 

75

 Bu haqda daha ətraflı materialla kitabın sərhəd təhlükəsizliyi bölməsində 



tanış olmaq olar.  


 

ßËÈ ÙßÑßÍΠ

 

162 


  zəngin geoiqtisadi, hərbi-geostrateji potensiala (kar-

bohidrogen ehtiyatlarına və  İran, Orta Asiya, Rusiya 

və Cənubi Qafqazın hərbi-geostrateji təhlükəsizliyinə 

təsir gücünə) malik olan Xəzər dənizi hövzəsində 

əhəmiyyətli coğrafi mövqedə yerləşməsi;  

  regionun və dünyanın geoiqtisadi əlaqələrində istifadə 

olunan enerji və nəqliyyat dəhlizlərinin mərkəzi hissə-

sində yerləşməsi və üstün nəqliyyat-infrastrukturla-

rına, inkişaf etmiş kommunikasiyalara malik olması, 

  onun torpaqlarını işğal edən və bundan sonra da ona 

daim ərazi ekspansiyası təhlükəsi törədən Ermənistan 

kimi işğalçı dövlətlə həmsərhəd olması, 

  ölkənin ərazi bütövlüyünü, geosiyasi uğurlarını, milli 

inkişafını, demokratik dövlət quruculuğu və ondan 

irəli gələn bütün rəsmi fəaliyyətini açıq və yaxud gizli 

şəkildə  təhdid edən digər geosiyasi aktorlarla qonşu-

luğu və s. 

Bu amillərin hər biri müəyyən məqamlarda Azərbaycana 

geosiyasi üstünlüklər qazandırsa da, əksər hallarda ciddi prob-

lemlər yaradır və milli təhlükəsizlik sahəsində ona əlavə qayğı-

lar gətirir. Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycan-

da da ölkənin geosiyasi vəziyyəti və statusu ilə bağlı məsələlər, 

yaxın, uzaq geosiyasi ortam, yaxın ətraf və s. davamlı şəkildə 

öyrənilməli, gündəlik fəaliyyətdə  nəzərə alınmalı, yürüdülən 

rəsmi xarici və daxili siyasət, həyata keçirilən geosiyasi fəa-

liyyət səbatlı olmalıdır. 

Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanda 

dünyanın və region ölkələrinin geosiyasi, geoiqtisadi, milli-

mənəvi, ekoloji, informasiya və s. maraqlar sisteminin öyrənil-

məsi və təmin olunması, xarici dövlətlərlə, geosiyasi aktorlarla 

münasibətlərinin strategiya və taktikasının müəyyənləşdirilmə-

si və  həyata keçirilməsi istiqamətində mühüm addımlar atıl-

mışdır. Lakin yerləşdiyi Avrasiya məkanının yerli, regional və 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 163


beynəlxalq əhəmiyyətli hadisələrinin dinamik xarakteri ölkənin 

geosiyasi kodu və  fəaliyyət kodeksi üzərindəki analitik və 

praktiki işin mütəmadi  şəkildə aparılmasını  tələb edir. Çünki 

bu iş ölkənin  geosiyasi vəziyyəti və geosiyasi təhlükəsizliyi 

ilə bilavasitə bağlıdır və dövlətin  əsas milli vəzifələrindən 

hesab olunur. Mütəxəssislər hesab edir ki, geosiyasi kodun 

yaradılması  və  fəaliyyət kodeksinin hazırlanması ilə bağlı 

həyata keçirilən milli siyasətin uğuru, ilk növbədə geniş elmi-

siyasi təhlil  əsasında  bütün həmsərhəd ölkələrin, dünya 

güclərinin Cənubi Qafqaz və Xəzər hövzəsində üst-üstə düşən, 

kəsişən və müvafiq ölkənin nöqteyi-nəzərindən dəyərləndirilən 

geosiyasi, geoiqtisadi və geostrateji maraqlar sisteminin təhlil 

olunması və qiymətləndirilməsindən asılıdır.  

Azərbaycanın ətraf aləmlə mövcud geosiyasi əlaqələrinin, 

məkan təmaslarının taktikasının müəyyən olunması, bölgədəki 

və dünyadakı potensial tərəfdaşlar və  rəqiblərin düzgün qiy-

mətləndirilməsi, onların təsir və müdaxilə imkanlarının, bu iş-

də istifadə edə biləcəyi geosiyasi ehtiyatların və mexanizmlə-

rin obyektiv dəyərləndirilməsi, bu fonda ölkənin geosiyasi fəa-

liyyət konsepsiyasının və proqramının yaradılması  təhlükə-

sizlik və xarici siyasət fəaliyyəti ilə məşğul olan müvafiq döv-

lət qurumları qarşısında mühüm vəzifələr qoyur. 

 

 



§ 3.3. XXl əsrdə Azərbaycanın qarşısında dayanan əsas 

geosiyasi vəzifələr və perspektivlər 

 

Müstəqillik illərində Azərbaycanın təşəbbüsü ilə  Cənubi 



Qafqazda reallaşdırılan transmilli enerji, nəqliyyat-kommuni-

kasiya və  dəhliz layihələrinin işə düşməsi faktiki olaraq önu 

Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın lider dövlətinə 

çevirdi. Bəzi nüfuzlu qərb tədqiqatçıların fikri ilə ifadə etsək: 

“Azərbaycana Cənubi Qafqazda ətraf ölkələrin geosiyasi 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə