Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə60/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 185


sək qiymətləndirir və Cənubi Qafqaz, Orta Asiya kimi strateji 

əhəmiyyətli regionda Azərbaycana «dayaq elementi» kimi ya-

naşır. Amerikalı strateqlərin fikrincə, Orta Asiya, İran, Yaxın 

Şərq, Cənub-Qərbi Rusiya və ümumilikdə bütün Qafqaz re-

gionuna «körpü» rolunu oynayan Azərbaycan, ABŞ-ın xarici 

siyasətində  əhəmiyyətli yer tutur. Qeyd etmək lazımdır ki, 

Bakı-Tbilisi-Ceyhan neft və Baki-Tbilisi-Ərzurum qaz kəmər-

lərininin işə düşməsi ilə Birləşmiş Ştatlar regiondakı əsas məq-

sədlərinin birinə nail olmuş- Rusiyanın bölgədəki enerji mono-

poliyasına son qoymuş, bölgə ölkələrinin, xüsusən, Gürcüsta-

nın Moskvadan enerji asılılığını minimuma endirmiş  və  kə-

mərin  ərazisindən keçdiyi ölkələr arasında (Azərbaycan, Gür-

cüstan, Türkiyə) strateji tərəfdaşlıq münasibətləri yaratmışdır. 

Bu layihə, eyni zamanda Xəzər hövzəsinin zəngin karbohidro-

gen resurslarının Avropa bazarlarına çıxarılmasına və bu ölkə-

lərin enerji təhlükəsizliyinin təmin edilməsinə  də  əlverişli 

şərait yaratmışdır.  

Məlum olduğu kimi, Azərbaycan paralel olaraq Bakı-

Novorossiysk kəməri ilə Rusiya ərazisindən də neft nəqlini 

davam etdirir, Şimali Qafqaz və Çeçenistan məsələsində rəsmi 

Moskvanın mövqeyini dəstəkləyir, Müstəqil Dövlətlər Birliyi 

çərçivəsində onunla iqtisadi inteqrasiya proseslərində  iştirak 

edir, regional terrorizmə qarşı mübarizədə öz fəallığı ilə seçilir, 

beynəlxalq təşkilatlarda Rusiya ilə bağlı istənilən müzakirələr-

də onun əleyhinə olan bloklara qoşulmur və s. Bütün bunlar öz 

növbəsində, Rusiyanı da Azərbaycanın “tam neytral və taraz-

laşdırılmış siyasət yürütmək gücündə olan” dövlət kimi qalma-

sında maraqlı edir. Bu həm də, rəsmi Bakının Rusiyanın rəqibi 

rolunda çıxış edən digər güc mərkəzlərindən “asılı  vəziyyətə 

düşməməsinə” əlavə təminatdır. Azərbaycanın Cənubi Qafqaz-

da rəqabət aparan hər üç mərkəzlə münasibətlərinin yüksək sə-



 

ßËÈ ÙßÑßÍΠ

 

186 


viyyədə qurulmasının əsas səbəbi də məhz yuxarıda göstərilən 

amillər və Azərbaycan prezidentinin indiyə  qədər çevik 

manevr imkanlarından yetərincə bəhrələnə bilməsi olmuşdur. 

Lakin “güclü Azərbaycan dövləti yaratmaq” və “heç kim-

dən asılı olmayan siyasət yürütmək” bəhs olunan ölkələrdən 

daha çox Azərbaycanın özünə lazımdır. Ötən müddətdə region-

da formalaşmış geosiyasi mənzərə fonunda Azərbaycanın hər-

tərəfli və sürətli iqtisadi inkişafı, ölkədaxili milli-vətəndaş 

birliyi və ictimai-siyasi sabitlik onu gücləndirən, söz sahibinə 

çevirən əsas amillərdəndir. Azərbaycan artıq beynəlxalq aləm-

də  və xüsusən də regionda oturuşmuş dövlətə, sabit, nüfuzlu, 

rəyi nəzərə alınan, bir çox hallarda isə  həlledici sözə malik 

geosiyasi aktora, öz mənafeləri naminə istənilən qüvvəyə mü-

qavimət göstərməyi bacaran ölkəyə çevrilmişdir. Məsələn, 

2009-cu ildə ABŞ və Avropa İttifaqının təhriki ilə Türkiyə-Er-

mənistan yaxınlaşmasının sonda iflasa uğramasında, Türkiyə-

nin bu ölkə ilə sərhədləri açmaq fikrindən vaz keçməsində və 

əvvəlki mövqeyinə qayıtmasında Azərbaycanın ciddi müqavi-

mət göstərməsi həlledici rol oynamışdır. Müasir dövrdə Azər-

baycanın maksimum müstəqil siyasət həyata keçirməsi, xarici 

aktorlardan və amillərdən öz asılılığını minimuma endirməsi, 

fövqəlgüclər də daxil olmaqla ona olan beynəlxalq marağın 

güclənməsinə, onunla əməkdaşlıq və tərəfdaşlıq etmək istəyən-

lərin sayının artmasına gətirib çıxarmışdır. Ölkənin bundan 

sonrakı geosiyasi maraqları da, balanslı və tərəfsiz xarici siya-

səti pozmadan, Türkiyə istisna olmaqla, Xəzər hövzəsi və 

Cənubi Qafqazda maraqları təmsil olunan böyük ölkələrin heç 

birinə ciddi üstünlük vermədən, əvvəlki tarazlı və çevik geosi-

yasi xəttin davam etdirilməsini tələb edir. Ölkənin milli maraq-

larına söykənərək, bu mərkəzlərin hər biri ilə mövcud tərəf-

daşlıq münasibətlərinin qorunub saxlanması və yaxud yenidən 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 187


yaradılaraq, inkişaf etdirilməsi Azərbaycanın növbəti onillik-

lərdəki əsas geosiyasi vəzifələrindən biri hesab olunur.  



 

ABŞ-İran geosiyasi ziddiyyətləri fonunda  

hər iki dövlətlə dostluq və tərəfdaşlıq  

münasibətlərinin qorunması 

 

1979-cu il İran islam inqilabından sonra dünyanın siyasi 



xəritəsində yeni bir ziddiyyətli geosiyasi qarşıdurmanın  əsası 

qoyulmuşdur. 30 ildən artıq dövr keçməsinə baxmayaraq, ABŞ 

və  İran münasibətlərinin tənzimlənməsi istiqamətində heç bir 

müsbət nəticə  əldə edilməmişdir. 2007-ci ildən sonra İranın 

nüvə proqramı Tehranla Vaşinqton arasındakı ziddiyyətlərin 

daha də kəskinləşməsinə səbəb olmuş və yeni geostrateji mü-

naqişə ocağının alovlanmasına şərait yaratmışdır. Bu məsələdə 

müasir dünyanın hərbi-strateji güc mərkəzləri uzun müddət va-

hid mövqeyə gələ bilməmiş və nəticədə problem getdikcə də-

rinləşərək kəskinləşmişdir. ABŞ, Avropa İttifaqı və İsrail ciddi 

cəhdlə  İrana qarşı sanksiyaları gücləndirməyə, rəsmi Tehranı 

nüvə proqramından əl çəkməyə məcbur etməyə çalışır, Rusiya 

və Çin isə bu məsələnin danışıqlar yolu ilə  həll edilməsinə 

tərəfdar çıxaraq, tələb olunan sərt metodlara etiraz edirlər.  

İran-ABŞ qarşıdurmasında Azərbaycanın indiyə qədər nü-

mayiş etdirdiyi mövqe daha çox İran və ABŞ-ın istək və  tə-

ləbləri, yaxud hansısa əsassız ambisiyaları üzərində deyil, daha 

çox müstəqil dövlət olaraq Azərbaycanın maraq və mənafeləri 

üzərində qurulmuşdur. Lakin, Azərbaycan eyni zamanda həm 

İranla dost, ədalətli və etibarlı qonşu kimi, həm də ABŞ-la eti-

barlı və ciddi tərəfdaş kimi- qarşılıqlı-faydalı əlaqələr qurmağa 

və ikitərəfli münasibətləri inkişaf etdirməyə çalışmış, onların 

bir-biri və digər xarici aktorlarla münasibətlərinə müdaxilə et-



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə