Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə68/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

212 


Avrasiyadakı regiondaxili geosiyasi münasibətlərin mü-

rəkkəbliyi əsasən bölgə ölkələri arasındakı inkişaf istiqamətlə-



rinin fərqliliyi, regional münaqişələrin mövcudluğu, transmilli 

və milli maraqların kəsişməsi, xarici geosiyasi güclərin təsiri 

və s. amillərlə izah edilir. Region ölkələrinin qarşısında qlobal-

laşmanın irəli sürdüyü iqtisadi və sosial yeniləşmə, liberal-

laşma və demokratik transformasiya kimi tələblərin ciddi bir 

vəzifə kimi dayandığı müasir dövrdə, bölgədə geoiqtisadi in-

teqrasiyaya, vahid geostrateji struktura, ölkələrarası bərabərhü-

quqlu  əməkdaşlığa, sabit və  təhlükəsiz birgəyaşayışın forma-

laşmasına  region və beynəlxalq qüvvələrin yürütdüyü siyasət 

də müvafiq təsir göstərir. Hövzə ölkələrinin inkişafı, bölgənin 



sabitliyi və sivil birgəyaşayış normaları ilə tənzimlənən beynəl-

xalq münasibətlərə qatılması bərabərhüquqlu, qarşılıqlı fayda-

lı əməkdaşlıqdan, hər bir dövlətin beynəlxalq hüquq normala-

rına, özünün və qonşularının suveren hüquqlarına və geosiyasi 

mənafelərinə hörmətlə yanaşmasından asılıdır.  

 Göründüyü kimi, Avrasiya hazırda bir tərəfdən beynəl-

xalq güclərin, ABŞ, Avropa Birliyi, Rusiya, Türkiyə, İran, Çin 

və Yaponiya kimi böyük ölkələrin, digər tərəfdənsə Orta Asi-

ya, Cənubi Qafqaz və digər postsovet respublikalarının yerləş-

diyi və  məxsusi maraqlarının təmsil olunduğu məkan hesab 

olunur. Hazırda Avrasiya sözün həqiqi mənasında, dünyanın 

gələcək geosiyasi taleyinin müəyyənləşdiyi və beynəlxalq mü-

nasibətlərin dinamik cərəyan etdiyi əhəmiyyətli bir məkan ro-

lunu oynayır. Dünyanın artan enerji və xammal ehtiyaclarını 

ödəmək qabiliyyəti olan bu bölgə on milyardlarla dollarlıq 

xarici investisiyanın yatırıldığı,  ən qabaqcıl texnologiyaların 

tətbiq edildiyi və  nəhəng transmilli layihələrin reallaşdığı 

önəmli bir geosiyasi və geoiqtisadi mərkəzə çevirmişdir. Xüsu-

silə, Azərbaycan, Qazaxıstan və Türkmənistanın enerji mənbə-

lərinin, neft-qaz yataqlarının istismarına, sərbəst və  əlverişli 

marşrutlarla dünya bazarlarına daşınmasına və sərbəst satışına 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 213


yönəlmiş, həm Qərb, həm də  Şərq ölkələrinin cəlb olunduğu 

nəhəng transmilli layihələr dünya güclərinin əsas diqqətini bu 

regiona cəlb etmişdir.  

 Müasir  dövrdə Avrasiya regionunda dövlətlərarası bey-

nəlxalq münasibətlər və milli maraqlar uğrunda mübarizə 

əsasən bir neçə istiqamət üzrə cərəyan edir. Bunlar: 

  regionun böyük dövlətlərinin (Rusiya, İran, Türkiyə, 

Çin və s.) ayrı-ayrılıqda təzahür edən maraqları;  

  dünyanın digər böyük dövlətləri və dövlət birlikləri-

nin maraqları: Buraya ABŞ, Avropa İttifaqı  və onun 

bəzi üzv dövlətlərini (Böyük Britaniya, Fransa, Alma-

niya), Yaponiya və Çini aid etmək mümkündür;  

  regionun mühüm geosiyasi və geostrateji əhəmiyyət 

kəsb edən dövlətlərinin milli maraqları: Bu sıraya 

Azərbaycan, Ukrayna, Qazaxıstan, Gürcüstan, Özbə-

kistan, Türkmənistan və digər region dövlətlərini aid 

etmək olar. 

 Qeyd etmək lazımdır ki, SSRİ-nin süqutuna qədər, bölgə-

nin geosiyasi həyatında hazırkı dövlətlərarası  gərginlik müşa-

hidə olunmurdu. Bunun əsas səbəbi yuxarıda qeyd olunduğu 

kimi, Sovet İttifaqı dağılana qədər bu region onun tam təsiri 

altında olması idi. ABŞ  və NATO ölkələri regionda Türkiyə 

vasitəsilə öz maraqlarını reallaşdırmağa çalışsalar da, bu sahə-

də ciddi müvəffəqiyyət qazana bilmirdilər. Öz regional siyasə-

tində SSRİ ilə gərginlik yaratmamaq və onunla razılaşdırılmış 

siyasət yürütməyə üstünlük verən Çin, İran və s. kimi böyük 

ölkələr isə Avrasiyanın bu bölgəsində müstəqil faktor kimi 

çıxış etmirdilər. 

 Sovet  İttifaqının süqutundan sonra Avrasiya bölgəsinin 

geosiyasi vəziyyətinin xarakteri və inkişaf meyilləri köklü şə-

kildə dəyişdi. Artıq böyük dövlətlərlə yanaşı, müstəqillik əldə 

etmiş və beynəlxalq hüququn subyektinə çevrilmiş keçmiş so-

vet respublikaları da, bölgənin tamamilə Rusiyanın nəzarətində 



 

ßËÈ ÙßÑßÍΠ

 

214 


olması faktı ilə razılaşmayaraq daha aktiv siyasət yürütməyə 

başladılar ki, bu da regionun geostrateji münasibətlərini mü-

rəkkəbləşdirdi və beynəlxalq əhəmiyyətini bir qədər də artırdı. 

Regionun böyük dövlətləri təmsil olunduqları bütün bölgə 

təşkilatlarında bir qayda olaraq, üstün statusla çıxış edir və əsa-

sən, öz milli maraqlarının qayğısına qalırlar. Bu ölkələr istər 

milli maraqlar, istərsə  də regional təhlükəsizlik baxımından 

özləri üçün bəzi siyasi və iqtisadi dayaqlar yaradaraq geosiyasi 

hədəflərini müəyyənləşdiriblər. Lakin XX əsrin sonlarından 

etibarən dünyada geosiyasi vəziyyət elə sürətlə dəyişir ki, döv-

lətlər öz dayaq və  hədəflərinə mütəmadi olaraq çevik dəyi-

şikliklər etmək məcburiyyətində qalırlar. Bəzi ölkələrin cəmi 

bir neçə il ərzində tamamilə fərqli prinsip və maraqlar əsasında 

qurulmuş  təşkilatlarda təmsil olunması, mütəmadi olaraq öz 

xarici siyasi kursunu, prioritetlərini və  hədəflərini dəyişməsi 

artıq adi hala çevrilib.  

Avrasiyanın regional geosiyasi vəziyyətini və ölkələrarası 

münasibətlərin xarakterini müəyyən edən səciyyəvi cəhətlər-

dən və meyillərdən biri də region çərçivəsində mürəkkəb geo-

siyasi mühitin və arxasında müxtəlif maraqlı dövlətlərin da-

yandığı geostrateji qruplaşmaların gizli mübarizəsinin möv-

cudluğudur. Regionun Rusiya, Türkiyə, Çin və İran kimi ölkə-

lərinin müxtəlif maraq çərçivəsi, fərqli hədəflərə malik döv-

lətlərin mövcudluğu və s. amillər istər-istəməz geosiyasi, geo-

iqtisadi və inteqrasiya proseslərində qruplaşmaya  şərait yara-

dır. Bu dövlətlərin hər biri Avrasiyada öz məqsədi və marağına 

müvafiq olaraq, digər ölkələri ətrafında, yaxud təsir dairəsində 

saxlamağa cəhd göstərir. Məsələn, Rusiya özünün böyük döv-

lət statusu və keçmişdə «SSRİ-nin yaratdığı iqtisadi, siyasi, so-

sial və  mədəni reallıqlar»dan çıxış edərək xüsusi statusa və 

ondan irəli gələn üstünlüyə can atdığı halda, İran özünəməxsus 

üsullarla “islamyönlü” siyasət yürüdərək, bölgənin müsəlman 

əhalisinin say üstünlüyündən öz maraqları naminə istifadə 




Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə