Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə26/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 79


ölkəni təhdid edən yabançı imperializmə qarşı birlikdə müba-

rizə aparacaqlarını, sovet hökuməti Gürcüstan menşevikləri 

üzərinə hücum edəcəyi təqdirdə türk qüvvələrinin də 

Ermənistandakı daşnaklara hücum edə biləcəyini, Azərbaycanı 

isə bolşeviklərə təslim edəcəyini bildirdi”.

16

 

Müraciətdə Türkiyə  tərəfi Azərbaycan və Gürcüstanın 

müstəqilliyinin bolşevik hakimiyyətinə güzəştə gedilməsi 

müqabilində Rusiyadan Ermənistandakı daşnakların hakimiy-

yətdən uzaqlaşdırılmasını, onların Türkiyə  ərazilərinə olan 

iddialarının geri götürülməsini və Türkiyənin  ərazi bütövlü-

yünün tanınmasına bolşeviklərin dəstək verməsini təkilf edirdi.  

 RSFSR xalq xarici işlər komissarı G.Çiçerin bu müraciətə 

iyunun 3-də cavab verdi.

17

 Cavab  məktubunda Türkiyə ilə 



müttəfiqlik üçün tələb olunan bir sıra siyasi və ərazi məsələləri 

ilə yanaşı, Cənubi Qafqazın gələcəkdə Rusiyanın tam təsir 

dairəsinə verilməsi tələbi qoyulurdu. 

Atatürkün müttəfiqlik təklifi səbəbsiz deyildi. O dövrdə 

ərazi bütövlüyünün qorunması, sinfi və milli maraqların ümu-

miliyi və oxşar geosiyasi vəziyyət hər iki ölkəni birləşdirirdi. 

Onların hər ikisi keçmiş Antanta ölkələrinin təcavüzünə qarşı 

vuruşurdular. Atatürk başa düşürdü ki, bolşevik hakimiyyəti ilə 

əməkdaşlıq Türkiyə üçün qorxulu deyildir. Düzdür, islam və 

bolşevizm prinsipləri bir-birinə zidd idi, lakin o zaman Ata-

türkü daha çox Türkiyənin və türklərin milli maraqları düşün-

dürürdü. O ki, qaldı Rusiyaya bəhs olunan dövrdə onun 

Avropa ölkələri kimi öz gücü ilə  Şərqin müsəlman xalq və 

                                                 

16

 Sitat götürülmüşdür: Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi. B., 



Azərnəşr, 1992, s. 262. 

17

 Письмо народного комиссара иностранных дел РСФСР председателью 



Великого  Национального  Собрания  Турции  Мустафе  Кемал-Паше. 3 

июня 1920 г. -  Документы внешней политики СССР. T.II. M., Политиз-

дат, 1958, с. 554-555; Газ. «Известия», 1920, 9 июня, N: 123 (970). 



 

ßËÈ ÙßÑßÍΠ

 

80 


ölkələrini öz nüfuz dairəsinə salmaq imkanları yetərincə 

deyildi və bu məsələdə Türkiyənin nüfuzlu dəstəyinə ehtiyacı 

var idi. Odur ki, Atatürkün müttəfiqlik barədə təkliflərini sovet 

Rusiyası hökuməti göydəndüşmə imkan kimi, tərəddüd etmə-

dən qəbul etdi. Lenin başa düşürdü ki, əgər Böyük Britaniya 

Türkiyə üzərində qələbə qazansa, onda Bakı neftinə də ingilis-

lər yiyələnəcək, Xəzər dənizi və bütün Qafqaz üzərində nəzarət 

imkanı  əldə edəcək, Orta Asiyaya gedən dəniz yolunu öz 

üzünə açacaq və Moskvaya hücum üçün Qərb dünyası əlverişli 

fürsət qazanacaqdır. Bundan sonra isə Rusiyada bolşevik 

hakimiyyətinin devrilməsi çox asan bir iş olacaqdır. O bilirdi 

ki, ingilislər Cənubi Qafqaza kifayət qədər yaxşı  bələddirlər. 

Azərbaycandan ordu hissələrini çıxarsalar da, Gürcüstanda onu 

saxlamışdılar. 

Beləliklə, müsəlman-türk dünyası üçün ciddi itki bahasına 

baş versə  də Rusiya-Türkiyə müttəfiqliyi baş tutdu. Ümumi 

maraqlar Rusiya ilə Türkiyəni birləşdirdi. Bu müttəfiqlik Avro-

pa və dünya ölkələri tərəfindən yenicə tanınmağa başlayan 

Azərbaycanın müstəqilliyinin taleyinə və sonrakı geosiyasi və-

ziyyətinə  həlledici təsir etdi. Azərbaycanın geosiyasi vəziy-

yətinin dəyişməsinə beynəlxalq amillərin biganəliyinin də 

ciddi təsiri oldu. 

 Biri-biriləri ilə düşmən olmalarına baxmayaraq, Böyük 

Britaniya, Rusiya və Türkiyə Azərbaycanın müstəqilliyinə  və 

onun hökumətinə eyni dərəcədə  mənfi münasibət sərgilədilər. 

Bu məsələdə ingilislərin də öz haqq-hesabı var idi. Onlar belə 

hesab edirdilər ki, azərbaycanlılar türk, müsəlman olaraq Tür-

kiyəni istiqlal savaşında müdafiə edirlər. Həqiqətən də, azər-

baycanlılar türk dünyasının və islamın mərkəzi hesab edilən 

Türkiyənin istiqlal müharibəsində  məğlub olmasını istəmirdi 

və türklərə canı-dildən dəstək verirdi. Minlərlə azərbaycanlı 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 81


istiqlal savaşında türklərlə çiyin-çiyinə vuruşurdu. Bir neçə 

azərbaycanlı ziyalı Türkiyə Böyük Millət Məclisi hökumətində 

çalışaraq yeni Türkiyənin qurulmasına öz töhfələrini verirdilər. 

 İngilis hökumətinin Azərbaycana olan inamının azalma-

sına başqa amillər də təsir edirdi. Britaniya hərbi komandanlığı 

türk ordu hissələri Bakıdan çıxdıqdan sonra Azərbaycanda 

yaşayan Nuru Paşanı müharibə  təqsirkarı kimi təslim almaq 

istəsə  də, Nəsib bəy Yusifbəyli hökuməti təkidlə onu təslim 

etməkdən imtina edirdi. Bu isə ingilislərin azərbaycanlılara 

qarşı münasibətini pisləşdirir və inamsızlığını daha da artırırdı. 

Bolşevik Rusiyası Azərbaycan istiqlalını  qətiyyən qəbul 

etmirdi. Çünki Azərbaycan hökumətinə 1918-ci ildə Denikinin 

təhlükəsinə qarşı birgə mübarizə etmək təklifini versə  də, 

Avropa ölkələrinin təsiri altında rədd cavabı almışdı. Bu da 

bolşevikləri hiddətləndirirmişdi. Amma bu bir bəhanə idi.  

Müharibədən çıxan bəzi Avropa ölkələri də bolşevizmin 

Şərqə doğru genişlənməsində maraqlı idilər. Bu ölkələrin bir 

çoxunun sosial-iqtisadi həyatı  gərginliklərlə müşayiət olunur-

du. Hökumətlər ölkələrinin təsərrüfat həyatlarını bərpa etmək-

də  çətinlik çəkirdilər. Yaranmış  ağır vəziyyətdə ölkələrdə 

sosialist yönlü sol meyillər güclənirdi və rus inqilabını dəstək-

ləyirdilər. Bir çoxlar isə hesab edirdi ki, Rusiya parçalanardısa, 

keçmiş borcları ondan almaq daha çətin olardı. Həm də belə 

hesab edirdilər ki, cəlbedici bolşevizm  şüarları  qərb ölkələri 

üçün dağıdıcı olduğundan onu prinsipləri ilə ziddiyyət təşkil 

edən müsəlman ölklərinə yönəldib zəiflətmək və dünya 

inqilabi prosesini dayandırmaq olar.  

Türkiyə  də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə 

etibar etmirdi. Türk hökumətinin ingilislərə qarşı döyüşmək 

təklifinə Azərbaycanın bir qədər praqmatik və soyuq yanaş-

ması bu etimadsızlığı daha da artırmışdı. Atatürk hökuməti 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə