Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə24/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   318

 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 73


Britaniyanın təşəbbüsü ilə Paris sülh konfransı Ali Şurasının 

sessiyasında Transqafqaz respublikaları ətrafında yaranmış və-

ziyyət geniş müzakirə olundu.

12

 Ali Şura hərbi ekspertlərin bu 



respublikalara hərbi yardım göstərilməsi barədə  təkliflər ver-

məsini vacib hesab etdi. Ali Şuranın iclasında İngiltərənin xari-

ci işlər naziri lord Kerzon çıxış edərək, Lloyd Corcun Azərbay-

can və Gürcüstanın müstəqilliyini tanımaq məsələsini müzaki-

rə etməyin tərəfdarı olduğunu bildirdi. İclasda çıxış edən Avro-

pa dövlətlərinin xarici işlər nazirləri həqiqətən də Azərbaycan 

və Gürcüstan ətrafında təhlükəli vəziyyət yarandığını vurğula-

dılar. Lord Kerzon Azərbaycan və Gürcüstan hökumətlərinin 

Antanta dövlətlərinə yardım üçün müraciətlərini nəzərə alaraq, 

onları de-fakto tanımağın vacib olduğunu bildirdi. Yanvarın 

11-də Ali Şuranın qəbul etdiyi qərarda bəyan edildi ki, “müt-

təfiq və birlik ölkələri Azərbaycan və Gürcüstan hökumətlərini 

birlikdə de-fakto səviyyəsində tanıyırlar”. Fevralın 7-də Yapo-

niya hökuməti də Ali Şuranın bu qərarını müdafiə etdi. 

 Böyük Britaniyanın bu təklifi irəli sürməsi və fəal şəkildə 

onu müdafiə etməsi bir sıra hərbi-siyasi, sosial-iqtisadi və geo-

siyasi amillərlə bağlı idi. İngiltərə iki cəbhədə - həm Türkiyəyə 

qarşı, həm də Rusiyada vətəndaş müharibəsində bolşevizmə 

qarşı döyüşən qüvvələrə kömək edirdi. Bu da ölkə daxilində 

sosial-iqtisadi vəziyyəti ağırlaşdırırdı. Müharibənin nəticələri-

nin və hərbi əməliyyatların doğurduğu çətinliklər əhalinin na-

razılığını artırırdı. Cənubi Qafqaza döğru hərəkət edən bolşe-

viklərə qarşı yeni bir cəbhə açmaq və hərbi əməliyyatlar apar-

maq  Böyük Britaniya üçün xeyli çətin idi. Britaniya hökuməti 

                                                 

12

 Notes of a Meeting of the Ministers of  Foreign Affairs, held at the Quai 



d’Orsay, Paris, Saturday, Yanuary 10, 1920, at 11: 30 a.m.- Papers Relating to 

the Foreign Relations of the United States. The Paris Peace Confenrence. Vo-

lume IX. Washington, United States Government Printing Office, 1946, p. 835.  



 

ßËÈ ÙßÑßÍΠ

 

74 


Azərbaycan və Gürcüstanın müstəqilliyini tanımaqla bu ölkələ-

rin müdafiəsi üçün məsuliyyəti də onların öz üzərinə qoyurdu. 

 ABŞ bu məsələni rəsmi surətdə dəstəkləmədiyini bildirdi. 

Amerikalıların Azərbaycanın istiqlalını tanımağa soyuq yanaş-

masının bir sıra səbəbləri var idi. Onların fikrincə, keçmiş 

Rusiya imperatorluğunun bir hissəsində yaranmış qurumların 

müstəqilliyini tanımaq müttəfiqlərlə münasibətləri pozar, bol-

şevizmə qarşı mübarizə aparan və Rusiya imperiyasını  bərpa 

etməyə çalışan qüvvələri zəiflədərdi. Belə tanınma avtomatik 

olaraq Rusiyanın digər hissəsində mövcud olan bolşevik reji-

mini tanımaq anlamına gələrdi. ABŞ diplomatları ingilislərin 

tanımaq barədə qərarını romantizm kimi qiymətləndirirdilər. 

Paris sülh konfransı Ali Şurasının yanvarın 19-da keçirilən 

iclasında Azərbaycan və Gürcüstana hərbi və maliyyə yardı-

mının göstərilməsi məsələləri müzakirə edildi. İclasın sonunda 

Qafqaz məsələsinə dair qərar qəbul edildi.

13

 Bu  qərarda müt-



təfiq hökumətlərin Cənubi Qafqaza ordu göndərmək imkanı 

olmadığı bildirilirdi. Lakin ərzaq və hərbi sursatla kömək gös-

tərilməsi nəzərdə tutulurdu. Belə bir qərarın qəbul edilməsi 

qalib ölkələrin daxilində bolşeviklərin sosialst təbliğatının ya-

ratdığı sosial narazılıqla, müharibənin aparılması  xərclərindən 

doğan iqtisadi vəziyyətlə və beynəlxalq münasibətlərdə yaran-

mış əlverişsiz şəraitlə, getdikcə güclənən bolşevik Rusiyasının 

geosiyasi planlarının həyata keçirməsinə böyük dövlətlərin 

mane olmaq imkanlarının zəifliyi ilə bağlı idi. 

Azərbaycan Respublikasının müstəqilliyinin Paris sülh 

konfransında tanınması Azərbaycan hökumətinin, xüsusilə nü-

                                                 

13

 Notes of a Meeting Held in M. Pichon’s Room, Quai d’Orsay, Paris, 



Monday, January 19, 1920, at 10: 30 a.m.- Papers Relating to the Foreign 

Relations of the United States. The Paris Peace Confenrence. Volume IX, p. 

889-904. 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 75


mayəndə heyətinin gərgin diplomatik fəaliyyəti nəticəsində 

mümkün oldu. Bu tarixi hadisə Azərbaycanda böyük təmtə-

raqla qeyd edildi. Yanvarın 14-də Baş nazir Nəsib bəy Yusif-

bəylinin ölkə vətəndaşlarına müraciətində və həmin gün Azər-

baycan parlamentinin iclasındakı çıxışlarda bildirildi ki,  Azər-

baycanın müstəqilliyinin tanınması böyük tarixi əhəmiyyət 

daşıyır. Parlamentin iclasına sədrlik edən Həsən bəy Ağayev 

qeyd edirdi: “Bu bayram yalnız bizim bayramımız deyil, bütün 

türk xalqının bayramıdır. Sübut etmək lazım idi ki, biz müs-

təqil həyata layiqik. Avropa bizim dövlətimizdə olan nümayən-

dələri vasitəsilə xalqımızın həyat qabiliyyətinə inandı və bizim 

müstəqilliyimizi tanıdı. Böyük qurbanlar bahasına biz buna 

nail olduq”.  

Azərbaycanın müstəqilliyinin tanınması sadə bir akt olma-

yıb, böyük geosiyasi əhəmiyyətli hadisə idi. Cənubi Qafqazda 

yeni müstəqil dövlətin mövcudluğunun tanınması ilə regionun 

yeni geosiyasi xəritəsi qəbul edilirdi. Bu, böyük geosiyasi 

dəyişiklik demək idi. Bütün Şərqdə  və müsəlman dünyasında 

ilk dəfə olaraq respublika formasında dövlət quran Azərbay-

canın və Azərbaycan xalqının xarici aləmə müstəqil təsir im-

kanları yaranırdı. Azərbaycan xalqı müstəmləkə zülmü altında 

inləyən başqa xalqlara, o cümlədən digər türk və müsəlmanlara 

azadlığın yolunu göstərir və nümunə rolunu oynayırdı. Əslində 

Azərbaycanın istiqlalının elan edilməsi və tanınması ilə türk-

müsəlman xalqlarının yaşadığı coğrafiyada gələcək mühüm 

geosiyasi dəyişikliklərin  başlanğıcı qoyulurdu. 

Azərbaycan hökuməti dövlət müstəqilliyinin tanınmasın-

dan sonra sovet Rusiyası  tərəfindən üzləşdiyi təzyiqləri dəf 

etmək yönündə öz fəaliyyətini artırdı. Azərbaycanın Xarici 

İşlər və  Hərbi nazirlikləri Respublika ətrafında yaranmış 

vəziyyəti nəzərə alaraq, ölkənin müdafiəsinin təşkil edilməsi 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə