Microsoft Word geosiyaset son doc



Yüklə 21,71 Mb.
Pdf görüntüsü
səhifə21/318
tarix15.07.2018
ölçüsü21,71 Mb.
#55988
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   318

 

ßËÈ ÙßÑßÍΠ

 

64 


göstərilirdi ki, bu bütün Qafqazın 247.376,15 kv.km olan 

ərazisinin 30 faizini təşkil edirdi. 

 Sənədin 4-cü bölməsində Azərbaycan Respublikasının 

müstəqil dövlət quruculuğu istiqamətindəki fəaliyyətində müt-

təfiq dövlətlərin mənəvi yardımına arxalandığı qeyd edilirdi. 

Vurgulanırdı ki, “biz Qafqazda artıq de-fakto mövcud olan 

dövlətlərin tanınması  məsələsini qoyuruq ki, onlardan da biri 

müstəqil Azərbaycan Respublikasıdır”.  

Azərbaycan nümayəndə heyətinin üzvləri V. Vilsonla 

görüşdən ümidsiz çıxsalar da ABŞ ilə təmas qurmağın özünün 

o dövr üçün mühüm hadisə olduğunu anlayırdılar. Vilsonun 

Azərbaycan nümayəndə heyətini qəbul etməsi əslində ölkənin 

müstəqilliyə can atmasına onun göstərdiyi hörmətin nümunəsi 

idi və  gələcəkdə yeni-yeni əlaqələrin qurulması üçün təməl 

rolunu oynayırdı. Bu görüşün baş tutması Azərbaycan diplo-

matiyasının uğurlarından sayıla bilərdi. Ə. Topçubaşovun özü 

də sonralar bəhs olunan görüşlə bağlı bildirirdi ki, “bizim 

nümayəndə heyətinin prezident Vilson tərəfindən qəbulu çox 

böyük hadisə idi. Çünki başqa Antanta dövlətlərinin başçıları 

kimi, Vilson da heç bir nümayəndə heyətlərini qəbul etmirdi”.  

 Parisdə olarkən Azərbaycan nümayəndə heyətinin üzləş-

diyi növbəti problem mayın 26-da Antanta ölkələri və Yapo-

niya dövlət başçılarının admiral A. Kolçak başda olmaqla 

Omsk hökumətini Ümumrusiya hökuməti kimi tanıdıqlarını 

bəyan etmələri və ona nota ilə müraciət etmələri oldu. 

Kolçakın Ümumrusiya hökuməti kimi tanınması yeni yaranmış 

digər müstəqil dövlətlər kimi Azərbaycanın da mövcudluğunu 

və tanınmasını sual altında qoyurdu. Bu əslində onların 

Rusiyanı əvvəlki sərhədləri çərçivəsində bərpa etmək cəhdi idi. 

Ə.Topçubaşov dərhal bu hadisəyə etiraz etdi və mayın 31-

də Azərbaycan nümayəndə heyəti adından bəyanatla çıxış etdi. 

Bəyanatda deyilirdi ki, admiral Kolçak hökumətinin Ümum-

rusiya hökuməti kimi tanınması çar Rusiyasından ayrılaraq 



 

ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ  

 

 65


istiqlaliyyətini əldə etmiş xalqların, o cümlədən Azərbaycanın 

milli maraqlarına ziddir və Azərbaycan Respublikasının ərazisi 

gələcək Rusiya dövlətinin tərkibinə daxil edilə bilməz.    

Azərbaycan nümayəndə heyəti bununla kifayətlənmədi. 

İyunun 5-də sülh konfransının sədrinə və Antanta dövlətlərinə 

etiraz notası göndərildi. Sənəddə Kolçak hökumətinin keçmiş 

çar Rusiyasının hüdudlarında tanınmasına etiraz edilir, Azər-

baycanın bu dövlətin tərkibindən birdəfəlik çıxdığı göstərilirdi. 

Notada qeyd olunurdu ki, “Rusiyada hansı hökumətin tanınma-

sından asılı olmayaraq, Azərbaycan Rusiyanın  ərazisinə daxil 

edilməməlidir”.  

Azərbaycan bu etirazlarını təkbaşına etmədi. Digər ölklə-

rin də səylərini birləşdirmək üçün cəhdlər edildi. İyunun 17-də 

admiral Kolçakın hökumətinə etiraz əlaməti olaraq, Parisdə 

Azərbaycan, Estoniya, Gürcüstan, Latviya, Şimali Qafqaz, 

Belorusiya və Ukrayna nümayəndələri adından birgə  bəyan-

namə imzalandı. Bəyannamədə bildirilirdi ki, sənədi imzalayan 

respublikalar Sülh Konfransının qarşısında böyük dövlətlərin 

tezliklə onların siyasi müstəqilliyini tanıması xahişi ilə  çıxış 

edirlər.  

Admiral Kolçakla yanaşı o dövrdə Denikinin də fəaliyyəti 

Qafqaz respublikalarının müstəqilliyi üçün ciddi problemlər 

yaradırdı. Bunu nəzərə alaraq, iyunun 23-də Azərbaycan, Gür-

cüstan və Şimali Qafqaz Respublikalarının nümayəndələri sülh 

konfransına 7 maddədən ibarət etiraz notası  təqdim etdilər. 

Notada Kolçakla yanaşı Denikinin də Qafqaz respublikalarının 

istiqlaliyyətinə qarşı  təhlükə törədə biləcəyi vurğulanırdı. 

Sənəddə Qafqaz respublikalarına siyasi vahid kimi baxıldığı 

təqdirdə, Rusiya ilə onun ərazilərinin gələcək siyasi quruluşu 

və  sərhədlər haqqında qarşılıqlı saziş bağlamağın mümkün 

olduğu qeyd olunurdu. Bu sənədi ermənilərdən başqa Rusi-

yadan ayrılmış bütün ölkələrin nümayəndələri imzalamadılar. 

Ermənilərsə o zaman Kolçak və Denikinlə gizli əlaqələr 



 

ßËÈ ÙßÑßÍΠ

 

66 


yaradaraq onların köməyi ilə Bakını  və digər Azərbaycan 

torpaqların  ələ keçirməyə ümid bəslədiklərinə görə  şimaldan 

gələn bu təhlükəyə qarşı birgə mübarizə aparmaqdan imtina 

edirdilər. Ermənilərin Cənubi Qafqazda yaratdığı qarşıdurma 

və millətlərarası ziddiyyətlər Rusiyanın yenidən regionu öz 

təsiri altına almasına əlverişli şərait yaradırdı. 

Cümhuriyyət hökumətinin xarici siyasətinin  əsas istiqa-

mətlərindən birini Fransa, İtaliya və Böyük Britaniya dövlət-

lərin mandatı altında (qəyyumluğu ilə) fəaliyyət göstərmək 

məsələsinə Azərbaycanın münasibətini müəyyənləşdirmək və 

müvafiq addımlar atmaq məsələsi təşkil edirdi. Millətlər Cə-

miyyəti yaradıldıqdan sonra meydana gələn mandat məsələsi 

Paris sülh konfransında da əsas müzakirə mövzularından biri 

idi. Bu məsələnin mahiyyətini dünyanın aparıcı dövlətlərinin 

Millətlər Cəmiyyətindən mandat aldığı ərazinin sosial-iqtisadi, 

siyasi və  mədəni inkişafı üçün həmin qurum qarşısında 

məsuliyyət daşıması təşkil edirdi.  

Azərbaycan hökuməti özünün milli təhlükəsizliyini, hər 

şeydən  əvvəl, müstəqilliyini qoruyub saxlamaq üçün həmin 

dövrdə dünyada böyük nüfuzu olan dövlətlərdən biri ilə strateji 

tərəfdaşlıq münasibətləri qurmağı  və ondan yardım almağı 

məqsədəuyğun hesab edirdi. Sözsüz ki, bu məsələdə Azərbay-

cana Osmanlı Türkiyəsindən yaxın dövlət ola bilməzdi. Lakin 

Osmanlı imperatorluğunun Birinci dünya müharibəsindəki 

məğlubiyyəti bu strateji tərəfdaşlığı çətinləşdirmişdi. Eyni za-

manda, Millətlər Cəmiyyətinin mandatlıq sisteminin özü 

Almaniya və Osmanlının məğlubiyyətindən sonra bu ölkələrin 

keçmiş müstəmləkələrini idarə etmək zərurətindən yaranmışdı.  

Paris sülh konfransında ABŞ və Fransa nümayəndələrinin 

çıxışlarında onların Cənubi Qafqazda gedən ictimai-siyasi pro-

seslərlə yaxından maraqlandıqları, habelə bu bölgəyə xüsusi 

diqqət yetirdikləri özünü açıq  şəkildə göstərirdi.  İtaliya höku-

məti də bu baxımdan həmin dövlətlərdən geridə qalmırdı. Bu 



Yüklə 21,71 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   318




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə