86
QİYMƏTLƏNDİRMƏ
Müəllim müşahidəyə əsasən aşağıdakı meyarlar üzrə formativ qiymətləndirmə apara bilər.
№ Meyarlar
Qiymət
(+ və ya –)
1 Klaviaturanın klavişlərinin təyinatını bilir
2 Səhifənin parametrlərini müəyyən edə bilir
3 Sənədi kompyuterin yaddaşında saxlayır
4 Sənədi kompyuterin yaddaşından aça bilir
5 Sənəddə aparılan dəyişiklikləri yaddaşda saxlayır
Ümumi:
Ev tapşırığı. İş dəftərindəki 5-ci çalışmanın yerinə yetirilməsi.
Dərs
25
/ Mövzu:
MƏTNLƏRLƏ İŞ
MOTİVASİYA
Müəllim lövhədə Abdulla Şaiqin “Can, gülüm, can, can” şeirini aşağıdakı kimi yazır:
Can, gülüm, can, can!
Doğdu günəş qırmızı,
Topladı oğlan, qızı,
Hər birimiz bir çiçək,
Bir bağçanın ulduzu,
Qaçdı ayaz, qar-boran,
Bizə qaldı çöl, orman,
O, sinfə müraciət edir: – Siz 2-ci sinifdə Abdulla Şaiqin “Can, gülüm, can, can” şeirini keçmisiniz. Lövhədə
yazılmış şeiri olduğu kimi necə bərpa etmək olar? (1-ci sətri pozub, həmin sətri hər sətirdən sonra əlavə
DƏRSİN MƏQSƏDİ
• mətn redaktorunun əsas menyusunu tanımaq;
• mətnin fraqmentinin nə üçün seçdirilməsini izah etmək;
• mətnin fraqmentini seçdirmək;
• mətnin fraqmentini kəsib götürmək;
• mətnin fraqmentinin surətini çıxarmaq;
• Copy-Paste komandalarının mənasını izah etmək.
Əsas ANLAYIŞLAR
Mətnin tam seçilməsi, mətnin fraqmenti, mətnin surəti
Dərsin TİPİ
Empirik (praktik)
İstifadə olunan
İŞ FORMALARI
Bütün siniflə iş, cütlüklərlə iş
İstifadə olunan
ÜSULLAR
Müsahibə, mini mühazirə, kompyuterdə praktik iş
Fənlərarası
İNTEQRASİYA
A-d. – 3.1.1, 3.1.2, 3.1.3, 3.1.5, H-b. – 4.2.1, X-d. – 4.1.1, 4.1.2
Təchizat
Kompyuter otağı, noutbuk, proyektor, iş vərəqləri
Proqram təminatı
WordPad mətn redaktoru
87
etmək lazımdır.) Biz eyni hərəkəti neçə dəfə təkrarlamalıyıq? (Hər sətrin sonuna “Can, gülüm, can, can”
sözləri 6 dəfə artırılmalıdır.)
Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır.
Tədqiqat sualı:
Kompyuterdə mətnin bir hissəsinin surətini necə almaq olar? Mətnin hissəsini bir
yerdən başqa yerə necə köçürmək olar?
TƏDQİQATIN APARILMASI
Müəllim dərslikdən istifadə edərək, şagirdlərin fəal iştirakı ilə “Mətn fraqmentinin seçdirilməsi”, “Mətn
fraqmentinin yerinin dəyişdirilməsi”, “Mətn fraqmentinin çoxaldılması” alqoritmlərini şərh edir. Bu zaman
o, proyektordan istifadə etməklə fraqmentin seçdirilməsini, kəsilməsini, surətinin çıxarılmasını, yerinin
dəyişdirilməsini şagirdlərə izah edir. Tədqiqatı aparmaq üçün şagirdlər cütlüklərə ayrılır və kompyuterin
qarşısında əyləşirlər. Müəllim şagirdlərlə kompyuterdə iş və texniki təhlükəsizlik qaydalarını təkrarlayır.
Tədqiqat zamanı müəllim xüsusi qayğıya ehtiyacı olan şagirdlərə həssaslıqla yanaşmalıdır.
Şagirdlərin kompyuterdə azərbaycanca mətn yığa bilmələri üçün müəllim qabaqcadan klaviaturanı
Azərbaycan əlifbasına keçirməlidir.
Şagirdlər kompyuterdə işi bitirdikdən sonra müəllimin göstərişi ilə İş dəftərinin axırınсı səhifəsində
verilmiş “Gözlər üçün gimnastika” təmrinlərini yerinə yetirirlər.
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
Müəllim tədqiqat zamanı şagirdlərin işlərinə baxış keçirir və işin sonunda suallar verir:
– Növbəti sətrə keçmək üçün nə etmək lazımdır? “Deyir” sözünü hər dəfə yığmamaq üçün asan yolla onu
mətnə necə daxil etmək olar? Hansı daha tez alınar: bu sözü hər dəfə yazanda, yoxsa surətini çıxarıb lazımi
yerə köçürəndə? Mətni kompyuterin yaddaşında necə saxladınız?
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
Müəllim sinfə növbəti suallar verir:
– Mətnin bir hissəsinin surətini necə çıxarmaq olar? O nə zaman lazım ola bilər? Bəs mətnin bir hissəsini
başqa yerə necə köçürmək olar?
Müəllim şagirdlərin cavablarını ümumiləşdirib onların fəal iştirakı ilə nəticələr çıxarır:
– Mətni kompyuterdə yığarkən çox vaxt onun bir hissəsini çoxaldıb bir neçə dəfə təkrarlamaq, yaxud bu
hissəni başqa bir yerə köçürmək lazım gəlir. Bunun üçün dərslikdəki alqoritmləri yerinə yetirmək lazımdır.
Müəllim dərsin əvvəlində tədqiqat sualına aid irəli sürülən fərziyyələrə qayıdır və onları uşaqlarla birlikdə
əldə edilən yeni biliklərlə müqayisə edir.
Tapşırıq:
1. Dərslikdə verilmiş mətndəki hansı sözlərin yerini dəyişmək lazımdır ki, fikirlər doğru alın-
sın?
Əkinçi deyir: – Qızıl göldədir.
Balıqçı deyir: – Qızıl çöldədir.
2. Bu mətni kompyuterdə yığın.
3. “Mətn fraqmentinin seçdirilməsi” və “Mətn fraqmentinin yerinin dəyişdirilməsi” alqo-
ritmlərindən istifadə etməklə mətni elə dəyişdir ki, fikirlər doğru olsun.
4. Mətni kompyuterdə saxlayın.