88
YARADICI TƏTBİQETMƏ
İş dəftərindəki 2 və 3-cü çalışmaların yerinə yetirilməsi.
QİYMƏTLƏNDİRMƏ
Müəllim müşahidəyə əsasən aşağıdakı meyarlar üzrə formativ qiymətləndirmə apara bilər.
№ Meyarlar
Qiymət (+ və ya –)
1 Mətnin hissələrini seçdirir
2 Yığılmış mətni tam seçdirir
3 Copy-Paste
komandalarının mənasını izah edir
4 Mətnin hissəsinin surətini ala bilir
5 Mətnin hissəsini bir yerdən digər yerə aparır
Ümumi:
Ev tapşırığı. İş dəftərindəki 4 və 5-ci çalışmaların yerinə yetirilməsi.
Dərs
26
/ Mövzu:
MƏTNƏ ŞƏKLİN ƏLAVƏ EDİLMƏSİ
MOTİVASİYA
Müəllim sinfə suallarla müraciət edir:
– Hansı kitablara baxmaq daha maraqlıdır: şəkilli, yoxsa şəkilsiz?
– Kitabda şəkillər bizə nə üçün lazımdır?
– Kitablar, jurnallar və digər çap məhsulları nədə hazırlanır? (kompyuterdə)
Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır.
Tədqiqat sualı:
Kompyuterdə yığılmış mətnə şəkli necə əlavə etmək olar?
TƏDQİQATIN APARILMASI
Müəllim dərslikdən istifadə edərək, şagirdlərin fəal iştirakı ilə “Mətnə şəklin daxil edilməsi” alqoritmini
şərh edir. Tədqiqatı aparmaq üçün şagirdlər cütlüklərə ayrılırlar və kompyuterin qarşısında əyləşirlər.
Müəllim şagirdlərlə kompyuterdə iş və texniki təhlükəsizlik qaydalarını təkrarlayır. Tədqiqat zamanı
müəllim xüsusi qayğıya ehtiyacı olan şagirdlərə böyük həssaslıqla yanaşmalıdır.
Şagirdlərin kompyuterdə azərbaycanca mətn yığa bilmələri üçün müəllim qabaqcadan klaviaturanı Azər-
baycan əlifbasına keçirməlidir.
DƏRSİN MƏQSƏDİ
• yazılmış sadə mətni formatlaşdırmaq;
• müxtəlif proqram pəncərələrini iş masasında yanaşı qoymaq;
• bir proqram pəncərəsindən digərinə keçmək;
• Copy-Paste komandalarının köməyi ilə mətnə şəkil əlavə etmək.
Əsas ANLAYIŞLAR
Mətn redaktoru, şriftin ölçüsü, rəngi, yazının üslubu, menyu sətri
Dərsin TİPİ
Empirik (praktik)
İstifadə olunan
İŞ FORMALARI
Bütün siniflə iş, cütlüklərlə iş
İstifadə olunan
ÜSULLAR
Müsahibə, mini mühazirə, kompyuterdə praktik iş
Fənlərarası
İNTEQRASİYA
A-d. – 3.1.1, 3.1.2, 3.1.3, 3.1.5, H-b. – 4.2.1, X-d. – 4.1.1, 4.1.2
Təchizat
Kompyuter otağı, noutbuk, proyektor, iş vərəqləri
Proqram təminatı
WordPad mətn redaktoru
89
Şagirdlər kompyuterdə işi bitirdikdən sonra müəllimin göstərişi ilə İş dəftərinin axırıncı səhifəsində
verilmiş “Gözlər üçün gimnastika” təmrinlərini yerinə yetirirlər.
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
Müəllim tədqiqat zamanı şagirdlərin işlərinə baxış keçirir və işin sonunda suallar verir: – Hansı mətn daha
yaxşı görünür: şəkilli, yoxsa şəkilsiz? Mətnin sözlərinə necə bəzək vermək olar? Şəkli necə çəkdiniz? Şəkli
mətnə necə daxil etdiniz? Şəkli mətnə əlavə edəndə nəyi nəzərə almaq lazımdır? (mövzuya uyğunluğunu)
Bu mətnə daha hansı şəkilləri əlavə etmək olardı? (ananızın sevdiyi şəkli, ona hədiyyə etmək istədiyin
əşyanın şəkli və s.) Şəklin ölçülərini necə dəyişdirdiniz?
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
Müəllim sinfə suallar verir: – Kompyuterdə yığılmış mətnə şəkli nə üçün daxil edirlər? WordPad
proqramında yığılmış mətnə şəkli necə daxil edirlər?
Müəllim şagirdlərin cavablarını ümumiləşdirib onların fəal iştirakı ilə nəticələr çıxarır:
– Ancaq mətndən ibarət olan səhifələri oxumaq darıxdırıcıdır. Mətni daha anlaşıqlı etmək üçün mətnlərə
şəkillər daxil edilir. Paint proqramında çəkilmiş şəkli WordPad proqramında yığılmış mətnə əlavə etmək
üçün dərslikdəki alqoritmi icra etmək lazımdır.
Müəllim dərsin əvvəlində tədqiqat sualına aid irəli sürülən fərziyyələrə qayıdır və onları uşaqlarla birlikdə
əldə edilən yeni biliklərlə müqayisə edir.
YARADICI TƏTBİQETMƏ
İş dəftərindəki 1 və 4-cü çalışmaların yerinə yetirilməsi.
QİYMƏTLƏNDİRMƏ
Müəllim müşahidəyə əsasən aşağıdakı meyarlar üzrə formativ qiymətləndirmə apara bilər.
№ Meyarlar
Qiymət (+ və ya –)
1 Mətndə hərflərin ölçülərini, rəngini dəyişə bilir
2 Paint
proqramında alətlərdən istifadə edib, şəkli çəkə bilir
3
Alətlər zolağında
düyməsini tanıyır
4
Şəklin surətini ala bilir
5
Şəkli mətnə daxil edə bilir
6 Copy-Paste
komandalarından istifadə edə bilir
Ümumi:
Ev tapşırığı. İş dəftərindəki 2 və 3-cü çalışmaların yerinə yetirilməsi.
Tapşırıq:
Dərslikdə verilmiş açıqcanı öz adından yaz. Paint proqramında çiçək şəkli çəkib, mətnə əlavə et.