84
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
Müəllim sual verir: – Kompyuterdə şəkillərin saxlamasının nə kimi üstünlükləri var? Müəllim şagirdlərin
cavablarını ümumiləşdirib onların fəal iştirakı ilə nəticələr çıxarır: – Paint proqramında hazırlanmış şəkilləri
kompyuterin yaddaşında saxlamaq olar. Əgər şəkil tamamlanmayıbsa, onu yenidən həmin proqramda
açaraq dəyişiklik etmək lazım gələrsə, onda şəkli kompyuterdə saxlamaq çox əhəmiyyətlidir. İkincisi, öz
şəklinizi başqalarına göstərmək üçün, çap etmək üçün, kiməsə göndərmək üçün onu kompyuterdə mütləq
saxlamaq lazımdır. Bunun üçün dərslikdəki alqoritmdən istifadə etmək lazımdır. Müəllim dərsin əvvəlində
tədqiqat sualına aid irəli sürülən fərziyyələrə qayıdır və onları uşaqlarla birlikdə əldə edilən yeni biliklərlə
müqayisə edir.
YARADICI TƏTBİQETMƏ
İş dəftərindəki 2-ci çalışmanın yerinə yetirilməsi.
QİYMƏTLƏNDİRMƏ
Müəllim müşahidəyə əsasən aşağıdakı meyarlar üzrə formativ qiymətləndirmə apara bilər.
№ Meyarlar
Qiymət
(+ və ya –)
1
Şəklin fraqmentinin çoxaldılması
2 Rənglər qutusundan lazımi rənglərin seçilməsi
3
Şəklin kompyuterin yaddaşında saxlanması
4
Şəklin monitorun ekranına çıxardılması
5
Şəklin Paint proqramında yenidən açılması
Ümumi:
Ev tapşırığı. İş dəftərindəki 2-ci çalışmanın yerinə yetirilməsi.
Dərs
24
/ Mövzu:
WORDPAD PROQRAMI
MOTİVASİYA
Müəllim lövhədə hər hansı bir səhv cümlə yazır. Məsələn:
Men kompyuteldə işləqirəm.
DƏRSİN MƏQSƏDİ
• mətn redaktorunun təyinatını izah etmək;
• istənilən kağız vərəqin istiqamətini və ölçülərini əyani olaraq müəyyən etmək;
• Mətn redaktorunda səhifənin ölçü və istiqamətini dəyişmək;
• mətni kompyuterin yaddaşında saxlamaq;
• Saxlanılmış mətni kompyuterin ekranına çıxarmaq.
Əsas ANLAYIŞLAR
Mətn redaktoru, səhifənin parametrləri, səhifənin istiqaməti, səhifənin ölçüsü, Save,
Save as, Open düymələri.
Dərsin TİPİ
Empirik (praktik)
İstifadə olunan
İŞ FORMALARI
Bütün siniflə iş, cütlüklərlə iş
İstifadə olunan
ÜSULLAR
Müsahibə, mini mühazirə, kompyuterdə praktik iş
Fənlərarası
İNTEQRASİYA
A-d. – 3.1.1, 3.1.2, 3.1.3, 3.1.5, H-b. – 4.2.1, X-d. – 4.1.1, 4.1.2
Təchizat
Kompyuter otağı, noutbuk, proyektor, kompyuter
Proqram təminatı
WordPad mətn redaktoru, öyrədici kompyuter proqramları, klaviatura trenajoru
85
Şagirdlərdən birini lövhəyə çağırıb səhvləri pozmadan, yəni yazının üstündə xətt
çəkməklə düzəltməyi
tapşırır.
Müəllim sinfə müraciət edir: – Bu mətni dəftərinizdə yazsaydınız, buraxdığınız səhvləri necə düzəldərsiniz?
(üstündən xətt çəkməklə, mötərizəyə almaqla, qaralamaqla) Bəs lövhədə iz qoymadan necə düzəltmək olar?
(silgi ilə silib hərfi düzəltməklə) Bəs yeni söz artırmaq lazım gələrsə, məsələn, “Mən kompyuterdə yaxşı
işləyirəm” (sonuncu sözü silib əlavə sözlə birlikdə təzədən yazmaq lazımdır). Kağızda yazılmış hər hansı
bir yazı sizin üçün vacibdirsə, onu itirməmək üçün nə edirsiniz?
Müəllim şagirdlərin cavablarını dinləyib sinfə müraciət edir:
– Kompyuterdə xüsusi proqramların köməyi ilə mətnləri yığıb, onlarda iz qoymadan düzəlişlər etmək və
kompyuterdə saxlamaq olar.
Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır.
Tədqiqat sualı:
Yığılmış mətnləri kompyuterin yaddaşında necə saxlamaq olar?
TƏDQİQATIN APARILMASI
Müəllim dərslikdən istifadə edərək, şagirdlərin fəal iştirakı ilə “Mətnin parametrlərinin təyin edilməsi”,
“Mətnin kompyuterdə saxlanılması”, “Kompyuterdə saxlanılmış mətnin açılması” alqoritmlərini şərh edir.
Bu zaman o, proyektordan istifadə etməklə, mətn sənədinin yönünü (potrait və ya lanscape), mətn sənədinin
açılması və saxlanmasını şagirdlərə izah edir.
Tədqiqatı aparmaq üçün şagirdlər cütlüklərə ayrılır və kompyuterin qarşısında əyləşirlər. Müəllim
şagirdlərlə kompyuterdə iş və texniki təhlükəsizlik qaydalarını təkrarlayır. Tədqiqat zamanı müəllim xüsusi
qayğıya ehtiyacı olan şagirdlərə xüsusi həssaslıqla yanaşmalıdır. Şagirdlərin kompyuterdə azərbaycanca
mətn yığa bilmələri üçün müəllim qabaqcadan klaviaturanı Azərbaycan əlifbasına keçirməlidir. Müəllim
cütlüklərə İş dəftərindəki 1-ci tapşırığı yerinə yetirməyi tapşırır. Tapşırıqda verilmiş şeirin hamısını yazmaq
çox vaxt tələb edərsə, iki sətri yazmaqla da kifayətlənmək olar.
Şagirdlər kompyuterdə işi bitirdikdən sonra müəllimin göstərişi ilə İş dəftərinin axırıncı səhifəsində
verilmiş “Gözlər üçün gimnastika” təmrinlərini yerinə yetirirlər.
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
Müəllim tədqiqat zamanı şagirdlərin işlərinə baxış keçirir və işin sonunda suallar verir:
– Növbəti sətrə keçmək üçün hansı klavişi basmaq lazımdır? Bu mətnə hansı adı verdiniz? Nə üçün bu
mətni “Qatar” adlandırdınız?
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
Müəllim sinfə müraciət edir
:
– Yığılmış mətnləri nə üçün kompyuterin yaddaşında saxlayırlar? Yığılmış
mətnləri kompyuterin yaddaşında necə saxlamaq və yenidən açıb dəyişikliklər aparmaq olar? Nə zaman
sənədi yenidən açmaq lazım gələ bilər? (səhvləri düzəltmək, əlavələr etmək, çapa vermək və digər
məqsədlər üçün)
Müəllim şagirdlərin cavablarını ümumiləşdirib onların fəal iştirakı ilə nəticələr çıxarır: – Mətn redaktoru
vasitəsilə kompyuterdə mətn yığmaq və onlarla müxtəlif işlər görmək olar. Mətni yaddaşda saxlamadan
kompyuteri elektrik şəbəkəsindən ayırsanız, bu sənəd itə bilər. Sənədi kompyuterin yaddaşında saxlamaq və
saxlanılmış sənədi açmaq üçün dərslikdəki alqoritmdən istifadə etmək lazımdır.
Müəllim dərsin əvvəlində tədqiqat sualına aid irəli sürülən fərziyyələrə qayıdır və onları uşaqlarla birlikdə
əldə edilən yeni biliklərlə müqayisə edir.
YARADICI TƏTBİQETMƏ
Müəllim siçan və klaviaturada iş
vərdişlərini formalaşdırmaq məqsədilə
http://softfree.ru/content/view/1845/118/
ünvanından klaviatura trenajorunu (pulsuz) yükləyə bilər.
Uşaqların kompyuterdə mətn yazmaq texnikasını inkişaf etdirmək məqsədilə 3
–
5 dəqiqə bu trenajorda
işləmələri faydalı olardı.
İş dəftərindəki 2
–
4-cü çalışmaların yerinə yetirilməsi.