Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə28/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   24   25   26   27   28   29   30   31   ...   40

 

64

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ  

Müəllim sinfə suallar verir: 

-  Siz şərtlərə harada rast gəlirsiniz? Misallar söyləyin. 

-  Şərtlər hərəkət ardıcıllığını necə dəyişir? 

-  Alqoritmdə şərt varsa, onda bu alqoritmləri necə yerinə yetirmək lazımdır? 

(Şagirdlərin cavabları səslənir.) 

 

Müəllim cavabları ümumiləşdirib şagirdlərlə birgə nəticə çıxarır: 



1.  Biz tez-tez şərtlərdən asılı olaraq qərarlarımızı dəyişirik. 

2.  Hadisələr ardıcıllığında şərt varsa, adətən, “əgər...  onda...  əks halda...” sözlərindən istifadə 

edilir.  

3.  Bəzi alqoritmlərdə növbəti addıma keçmək üçün şərtlərdən istifadə olunur. 

4.  Belə alqoritmlər şərti və ya budaqlanan alqoritmlər adlanır. 

5.  Əgər verilmiş şərt ödənilirsə, onda bir komanda, əks halda isə digəri yerinə yetirilir.  

6.  Belə alqoritmlərin xətti alqoritmlərdən fərqi də,  şərtdən asılı olaraq, addımların 

budaqlanmasıdır.  

Müəllim dərsin əvvəlində tədqiqat sualına aid irəli sürülən fərziyyələrə qayıdır və onları uşaqlarla birlikdə 

əldə edilən yeni biliklərlə müqayisə edir. 

 

YARADICI TƏTBİQETMƏ  

------------------------------------------------------------------------------------------------------------------------------------------- 

Oyun. “Əgər... onda...” 

Müəllim cümlənin əvvəlini deyir, qrupların üzvləri isə onu tamamlamalıdırlar. Məsələn: 

- Əgər qar yağırsa, onda  ... ,      əks halda   ... . 

- Əgər çaydan qaynayırsa,  onda ... ,  əks halda ... . 

- Əgər dəftər qurtarıbsa, onda ... , əks halda ... . 

Bu halda alqoritmin bir neçə davamı ola bilər. Ona görə də daha çox variant söyləyən qrup qalib hesab olunur. 

Başqa qrupun sualına cavab verən qrup əlavə bal qazanır. 

Oyunu başqa cür də təşkil etmək olar. Bu halda, icra olunacaq addımlar söylənilir, şagirdlər isə şərti tapmalıdırlar. 

Məsələn,  

Əgər ............................... onda evdən çıxarkən qalın geyin, əks halda, yüngül geyin.  

Əyanilik üçün müəllim fikirləri lövhədə yaza bilər. 

------------------------------------------------------------------------------------------------------------------------------------------

 

Müəllim  şagirdlərlə birlikdə kompyuter otağında iş qaydalarını  təkrarlayır.  Şagirdlər kompyuterin 

qarşısında  əyləşirlər. Müəllim mövzuda nəzərdə tutulmuş bacarıqları reallaşdırmaq məqsədilə  şagirdləri 

öyrədici kompyuter proqramı olan İNFO-KO elektron vəsaitində “Labirint” bölməsindəki tapşırıqları yerinə 

yetirməyi tapşırır.  

 

İş dəftərindəki 1–4-cü çalışmaların yerinə yetirilməsi. 



 

QİYMƏTLƏNDİRMƏ 

Müəllim qrupları müəyyən  meyarlarla qiymətləndirir. 

 

Meyarlar 



I qrup 

II qrup 


III qrup 

IV 


qrup 

Hərəkətlər ardıcıllığını sözlə təsvir edir 

 

 

 



 

Şərti olan alqoritmləri icra edir 

 

 

 



 

Şərti alqoritmdə nəticələrə görə şərti müəyyən edir 

 

 

 



 

Şərti olan alqoritmi blok-sxemlə göstərir  

 

 

 



Şərti alqoritmlərdə şərtə görə nəticələri müəyyən edir 

 

 



 

 

Ümumi:  



 

 

 



Ev tapşırığı. 

İş dəftərindəki 5-ci çalışmanın yerinə yetirilməsi.



 

 

 




 

 

65



Dərs 

16

 / Mövzu:



 MƏQSƏDƏUYĞUN YOLUN SEÇİLMƏSİ  

 

MOTİVASİYA 

Müəllim şagirdlərə dərslikdə verilmiş şəklə baxmağı xahiş edir. Müəllim: 

 Alpay evə hansı yollarla gedə bilər?  



– 

Ona dərman və ya çörək almaq lazım gələrsə, onda hansı yolla getməlidir? 



– 

Gördüyünüz kimi, məqsəddən asılı olaraq, oğlanın getdiyi yollar fərqlidir.  

Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır. 

 

Tədqiqat sualı: 

Məqsədəuyğun yolu necə tapmaq olar? 

 

TƏDQİQATIN APARILMASI 

Müəllim şagirdləri kiçik qruplara bölür. Qruplara verilən sxemlər müxtəlif, tapşırıqların şərti isə eynidir.  

 

Tapşırıq: Blok-sxemdə boş çərçivələri istəyinizə uyğun olaraq doldurun.  

DƏRSİN MƏQSƏDİ 

•  sadə sxemlə verilmiş alqoritmi icra etmək

•  seçim olan hərəkət fəaliyyətini izah etmək;  

•  məqsədə çatmaq üçün lazım olan yolu müəyyən etmək; 

•  müəyyən məsələlərin həllində sxemdən istifadə etmək; 

•  oyun tipli proqramlarda yolun seçilməsinə dair məsələləri həll etmək. 



 

 

Əsas ANLAYIŞLAR   

Blok-sxem, seçim, ən qısa yol, məqsədəuyğun yol 

 

 

Dərsin TİPİ 

Deduktiv 

 

 

İstifadə olunan  



İŞ FORMALARI 

Bütün siniflə iş,  qruplarla iş, fərdi iş 

 

İstifadə olunan  

ÜSULLAR 

Beyin həmləsi, tədqiqat 



 

Fənlərarası  

İNTEQRASİYA 

A-d. – 2.2.5, Riy. – 2.1.1, 2.1.3, 2.2.3, Tex. – 1.2.3 



 

 

Təchizat 

İş vərəqləri, “Labirint” proqramı İNFO-KO 



 

 

Proqram təminatı 

Oyun tipli kompyuter proqramları 



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə