__________________________________________
40
prezidentiyəm. Doğrudan, bəzən protokola tam əməl etməsəm
də, yüz faiz uşaqların tərəfindəyəm.
H e y d ə r Ə l i y e v: Cənab prezident, dəyərli fikir lərinizə,
təkliflərinizə görə və Azərbaycanda görüləcək işlər barədə
planlarınıza görə təşəkkür edirəm.
İnsan cəmiyyətində uşaqlara qayğı hər bir vətəndaşın
müqəddəs borcudur. Biz öz müstəqil ölkəmizdə bu prinsipi əsas
tutaraq imkan dairəsində uşaqlara qayğını artırır, xüsusən
kimsəsiz uşaqlar haqqında çox düşünürük və onların həm
yaşayış, həm də təhsil şəraitini lazımi səviyyəyə çatdırmaq üçün
tədbirlərimizi görürük. Sizin təşkilatınız isə cəmiyyətin bu
problemi barəsində dünyada, demək olar, gözəl nümunələr
göstərir. 50 il müddətində siz çox işlər görmüsünüz. Bu işlər -
xeyirxah işlər, uşaqlara qayğı heç vaxt unudulmaz. Sizin
təşkilatınız özünə elə bir böyük heykəl qoyubdur ki, o, əbədi
yaşayacaqdır. Buna görə sizin təşkilatla yaxından tanış olmağı
özüm üçün böyük xoşbəxtlik hesab edirəm. Sizin təşkilata
bundan sonra da böyük-böyük uğurlar arzulayıram.
Azərbaycanda görüləcək işlər haqqında verdiyiniz
məlumatdan məmnunluğumu bildirirəm. Bu, şəxsən mənim
ürəyimdən xəbər verən fikir və təklifdir. Bəlkə də indiyə qədər
bütün beynəlxalq təşkilatlardan aldığım təkliflərdən daha da çox
sizin təklifinizi qiymətləndirirəm. Ona görə də burada sizin
planlarınızın yerinə yetirilməsini mən şəxsən öz nəzarətimə
götürəcəyəm. Siz dediniz ki, bu işə dünən başlamaq istəyirdiniz,
olmadı, sabah başlayacaqsınız. Mən də bunu öz dəftərimə
yazıram və hər gün nəzarət edəcəyəm ki, bu işlər necə başlandı
və necə gedir. Sizin böyük təcrübəniz var, çox ölkələrdə
olmusunuz, oradakı şəraiti görmüsünüz. Bizim ölkəmizdə bu
məsələyə, sizin təşəbbüsünüzə və görəcəyiniz işə o qədər yüksək
qayğı və münasibət göstəriləcək ki, bəlkə özünüz də
düşünəcəksiniz ki, Azərbaycana niyə gec gəlmisiniz.
__________________________________________
41
Siz gözəl sözlər dediniz ki, hər bir uşağa ata-ana, bacı-qardaş,
ev vermək istəyirsiniz. Bundan gözəl nə ola bilər! Bizim buna
olduqca çox ehtiyacımız var. Çünki bilirsiniz ki, Azərbaycan
1988-ci ildən qonşu Ermənistan Respublikası ilə hərbi münaqişə
şəraitindədir. Müharibə gedib, döyüşlər olub, qan tökülübdür.
Çox uşaqlar yetim – ata-anasız, kimsəsiz qalıblar. Hətta
müharibə zamanı xəsarət alan, əlil olan uşaqlar da var. Ona görə,
yenə də deyirəm, bizim ölkəmizin bu qayğıya daha çox ehtiyacı
var.
Mənə dedilər və çox məmnunam ki, siz bizim nümayəndə-
lərimizlə birlikdə uşaq şəhərciyinin yerini müəyyən etmisiniz.
Əgər o yer sizə münasibdirsə, hesab edin ki, oranı sizə verdik və
dayanmadan işə başlayın. Biz sizinlə həmişə bir yerdə olacağıq,
bütün işlərdə bərabər olacağıq. Siz deyirsiniz ki, uşaqlara baxan
tapmaq lazımdır. Nəinki o da olacaq, bütün başqa işləri də bir
yerdə edəcəyik. Mən buna öz xeyir-duamı verirəm və
məmnunam ki, mənim qızım bu təşkilatın burada yaratdığı
fonda başçılıq edir. Hesab edirəm ki, bu amilin özü də burada
işlərin müvəffəqiyyətlə getməsinə kömək edəcəkdir. Sizə bir
daha təşəkkür edirəm.
H e l m u t K u t i n: Çox sağ olun, cənab prezident!
Uşaqların adından Sizə minnətdarlığımı bildirirəm. Çox
xoşbəxtik ki, Sizinlə görüşdük, xeyir-duanızı aldıq. İndi
özümüzü tam rahat hiss edirik. Bir halda ki, Sizdən «irəli!»
komandası almışıq, bizə heç bir kağız, heç bir sənəd lazım
deyildir. Dünya uşaqları adından Sizə minnətdarıq. Azərbaycana
gec də gəlsək, - Siz bunu bizə irad tutdunuz, - icazənizlə, buna
bir ingilis atalar sözü ilə cavab verim: heç gəlməməkdənsə, gec
gəlmək daha yaxşıdır. Ona görə də elə bu gündən etiləarən biz
oz işimizə başlayırıq.
H e y d ə r Ə l i y e v: Çox gözəl, uğurlar olsun!
__________________________________________
42
AZƏRBAYCAN RESPUBLİKASININ
MƏTBUAT İŞÇİLƏRİNƏ
Hörmətli mətbuat işçiləri!
Sizi əlamətdar bayramınız – Milli mətbuat günü münasibətilə
ürəkdən təbrik edir və hər birinizə səmimi arzularımı yetirirəm.
Azərbaycan mətbuatı zəngin və şərəfli tarixi boyu həmişə
böyük ictimai idealiarın carçısı olmuş, xalqımızın azadlıq
istəyinin, müstəqillik amalının güclənməsində, mənəvi
tərəqqisində, yüksək
əxlaqi dəyərlərinin qorunub
saxlanılmasında və daha da inkişaf etdirilməsində müstəsna
xidmətlər göstərmişdir.
Respublikamız dövlət müstəqilliyi qazandıqdan sonra milli
və bəşəri dəyərlərdən bəhrələnən mətbuatımız özünün ali
məqsədlərini həyata keçirmək üçün daha geniş imkanlar əldə
etmişdir. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu
yolu seçmiş Azərbaycan Respublikasında mətbuat, söz və fikir
azadlığının qorunmasına, siyasi plüralizmə dönmədən əməl
olunur.
Hazırda Azərbaycanda güclü kütləvi informasiya sistemi
yaradılmışdır. Azad surətdə fəaliyyət göstərən yüzlərlə mətbuat
orqanı, agentliklər, teleradio şirkətləri cəmiyyətimizin çoxşaxəli
və etibarlı media şəbəkəsini təşkil edir. Yaşadığımız informasiya
əsrində ölkəmizdə mətbuat vasitələrinin maneəsiz fəaliyyəti,
dünya təcrübəsi ilə zənginləşməsi, xüsusilə də onların maddi-
texniki vəziyyətinin yaxşılaşdırılması, jurnalistlərin peşə
səviyyəsinin yüksəldilməsi, hüquqlarının qorunması üçün bütün
zəruri tədbirlər görülür.
Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan
verən qüdrətli vasitədir. Bu gün əsas vəzifə onun geniş imkan-
Dostları ilə paylaş: |