__________________________________________
448
161. Vladimir Putin, Vladimir Vladimiroviç (d.l952) - 2000-ci ilin
mayından Rusiya Federasiyasının prezidenti. 1975-97-ci illərdə bir sıra məsul
vəzifələrdə çalışmışdır. 1998-ci ildə Rusiya Federasiyası prezidenti
adiministrasiyasının rəhbəri, 1998-99-cu illərdə MTİ-in direktoru, 1999-cu
ilin avqustından Rusiya hökumətinin başçısı, 1999-cu ilin dekabrından
Rusiya Federasiyasının prezidenti vəzifəsini icra etmişdir. - 189.
162. ÇUÖAM - Avropada adi silahların azaldılması haqqında
müqavilənin cinah sənədi müzakirə olunduqdan sonra həmin sənədi bəyənən
ölkələrdən - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadan ibarət qeyri-
rəsmi «dördlər qrupu» yaradıldı. Sonralar bu quruma Özbəkistan da qatıldı
(10 oktyabr 1997). 2005-ci ildə isə Özbəkistan bu qurumu tərk etdi. -
208,263,355.
163. ATƏT - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı. Əsası
1975-ci il iyulun 3-9-da Helsinkidə qoyulmuşdur. Burada Avropanın 33
dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri iştirak edirdi.
ATƏT «soyuq müharibə»nin qurtarmasından sonra ümumavropa
təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi
həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası
münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe
istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir.
Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür və 1993-cü ilin ikinci
yarısından ATƏT-in zirvə görüşlərində, Azərbaycan Prezidenti Heydər
Əliyev başda olmaqla, Azərbaycan nümayəndə heyəti fəal iştirak edib. -
208,265-279,274,276,288,336,346,361,371,382,385,390-408.
164. Bakı-Supsa neft kəməri - 1994-cü ilin sentyabrında Azərbaycan
hökumətinin xarici neft şirkətləri ilə imzaladığı «Əsrin müqaviləsi»nin həyata
keçirilməsinin mühüm bir vəsiləsi Bakı-Supsa neft kəməridir. Kəmərin
uzunluğu 830 km, gündəlik maksimum ötürmə gücü 115 min barreldir.
Supsada hər birinin tutumu 250 min barrel olan dörd terminal tikilmişdir.
1999-cu il aprelin 17-də Sursada ilkin Xəzər neftinin Qərb istiqamətində
nəqli üçün Bakı-Supsa ixrac boru kəmərinin və Supsa yerüstü terminalının
təntənəli rəsmi açılış mərasimi olmuşdur. - 209,364.
__________________________________________
449
165. Allahşükür Paşazadə, Allahşükür Hümmət o ğ l u (d.l949) - 1980-
ci ildən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin, 1990-cı ildən Qafqaz
Xalqları AH Dini Şurasının sədridir. Azərbaycan Respublikasının «Şöhrət»
və «İstiqlal» ordenləri ilə təltif edilmişdir. -211-212.
166. Ecvet Tezcan Qədri (d.l949) - Türkiyə diplomatı. 1998-2001-ci
illərdə Türkiyə Cümhuriyyətinin Azərbaycanda fövqəladə və səlahiyyətli
səfiri olmuşdur. - 213-220.
167. Abid Şərifov, Abid Qoca oğlu (d. 1940) - inşaatçı. 1995-ci ildən
Azərbaycan Respublikası Baş nazirinin müavini. - 215,218.
168. Bakı Dövlət Universiteti (BDU) - Azərbaycanda elmi-pedaqoji
kadrlar hazırlayan ən böyük ali təhsil ocağı, elmi-tədqiqat müəssisəsi. 1919-
cu ildə yaradılmışdır. İlk vaxtlar tibb və tarix-filologiya fakültələri fəaliyyət
göstərmişdir. Hazırda BDU-nun 17 fakültəsi, onlarla kafedrası, elmi-tədqiqat
laboratoriyası və s. var. Universitetdə 43 ixtisas üzrə 13 minə yaxın tələbə
təhsil alır. - 216,245.
169. Luçinski Petru (d.l940) - Moldovanın siyasi və dövlət xadimi.
1971-ci ildən 1989-cu ilə qədər dövlət və partiya işlərində müxtəlif
vəzifələrdə çalışmışdır. 1997-2002-ci illərdə Moldova Respublikasının
prezidenti olmuşdir. - 221.
170. İslam Kərimov, İslam Əbduqəni oğlu (d.l938) -Özbəkistanın siyasi
və dövlət xadimi. 1989-90-cı illərdə Özbəkistan KP MK-nın birinci katibi
olmuşdur. 1990-cı ildən Özbəkistan Respublikasının prezidentidir. -
222,262,263,264,410.
171. Nobel qardaşları - İsveç ixtiraçıları və sənayeçiləri. Silah istehsalı
və ağ neft ticarəti ilə məşğul olmuşlar. Robert Nobel XIX əsrin 70-ci illərində
Bakıya gəlmiş və neft işi ilə maraqlanmışdı. O, sonralar qardaşı Lüdviqi də
bu işə cəlb etmiş və onlar 1879-cu ildə «Nobel qardaşları» şirkətini təsis
etmişlər. Şirkətin demək olar bütün kapitalı, habelə illər
__________________________________________
450
boyu götürdüyü yüz milyon manatlarla izafi mənfəət Bakı neftinin hesabına
qazanılmşdı. Tərkibinə əsas kapitalı 130 milyon manatdan çox olan 25
müxtəlif müəssisə daxil idi.
Nobel qardaşları inhisarlarının Bakıda fəaliyyəti Azərbaycan
iqtisadiyyatının inkişafına səbəb oldu. Onların açdığı müəssisələrdə minlərlə
azərbaycanlı işləmiş və onlar öz işlərinin gözəl mütəxəssisi olmuşlar. Onların
sifarişi ilə İsveçdə tikilən və Xəzərə gətirilən «Zoroastr» gəmisi dünyada ilk
neftdaşıyan tanker idi. Beynəlxalq Nobel mükafatları Alfred Nobelin
vəsiyyətinə əsasən Nobel fondu tərəfindən təsis edilmişdir. Bu mükafat hər il
məşhur alimlərə (etdikləri ixtiralara və gördükləri işlərə), ictimai və siyasi
xadimlərə, yazıçı və şairlərə verilir. - 226.
172. İkinci dünya müharibəsi (1939-45) - Almaniya, İtaliya və
Yaponiya tərəfindən başlanmış böyük müharibə. İkinci dünya müharibəsi
1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya girməsi ilə başlandı.
Sentyabrın 3-də Böyük Britaniya və Fransa Almaniyaya müharibə elan
etdi. 1940-cı ilin ortalarından alman qoşunları Danimarka, Norveç, Belçika,
Niderland, Lüksemburq, sonra isə Fransanı işğal etdi.
1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə qarşı müharibə elan etdi.
1942-43-cü illərdə Sovet ordusunun Stalinqrad və Kursk vuruşmalarında
qələbəsi Almaniyanı qəti surətdə sarsıtdı.
1945-ci il mayın 2-də Sovet ordusu Berlini aldı. Mayın 8-də Karlsxorstda
(Berlin yaxınlığında) Almaniyanın danışıqsız təslim olması haqqında akt
imzalandı.
Yaponiyanın təslim olması haqqında sənəd isə sentyabrın 2-də imzalandı.
Bununla İkinci dünya müharibəsi qurtardı. İkinci dünya müharibəsində 72
ölkə iştirak etmişdir. Müharibədə iştirak edən ölkələrin silahlı qüvvələrinə
110 milyon adam çagırılmışdı. Müharibədə 62 milyon adam həlak olmuş,
minlərlə şəhər, qəsəbə və kənd dağılmışdı. -231,411.
173. Nazarbayev Nursultan, Nursultan Abiş oğlu (d. 1940) -
Qazaxıstanın dövlət və siyasi xadimi. 1979-cu ildə Qazaxıstan MK-nın
katibi, 1984-cü ildə Qazaxıstan Ali Sovetinin sədri, Nazirlər Sovetinin sədri,
1989-91-ci illərdə Qazaxıstan KP MK-nın Birinci katibi. 1991-ci ilin
dekabrından Qazaxıstan Respubükasının prezidentidir. - 241-242.
Dostları ilə paylaş: |