__________________________________________
354
böyük nailiyyətlər əldə olunmuşdur. Mən Sizi Mozambikdə
görmək arzusundayam.
Heydər Əliyev: Mən Sizə beynəlxalq təşkilatlarda
Azərbaycanın haqq işinə verdiyiniz dəstəyə görə
minnətdarlığımı bildirirəm. Sizi Azərbaycana rəsmi səfərə dəvət
edirəm.
Ç i s s a n o: Dəvətinizi məmnuniyyətlə qəbul edirəm, cənab
prezident.
__________________________________________
355
GÖRKƏMLİ İCTİMAİ XADİM,
MƏŞHUR MALİYYƏÇİ VƏ XEYRİYYƏÇİ
CORC SOROS İLƏ GÖRÜŞDƏKİ
SÖHBƏTDƏN
Davos
29 yanvar 2000-ci il
Heydər Əliyev: Cənab Soros, xoş gördük Sizi. Sizinlə
görüşməyimdən şad olduğumu bildirirəm.
Corc Soros: Sizinlə, cənab prezident, şəxsi tanışlığımdan
məmnunluq duyuram. Mən Soros fondunun Azərbaycandakı
fəaliyyətindən razı olsam da, bu fəaliyyətin daha da
intensivləşməsinə çalışacağam.
Heydər Əliyev: Mən fondun ölkəmizdə gördüyü işləri
yüksək dəyərləndirirəm. Bununla belə, Azərbaycan ilə Soros
fondu arasında əməkdaşlığın daha da genişlənməsinə ehtiyac
hiss edilir.
Mən Sizi, cənab Sorosu Azərbaycana dəvət edirəm.
Corc Soros: Təşəkkür edirəm, cənab prezident. Dəvətinizi
məmnuniyyətlə qəbul edirəm. Vaxt tapıb bu dəvətdən mütləq
istifadə edəcəyəm.
__________________________________________
356
NORVEÇİN BAŞ NAZİRİ
KİYEL MAQNE BONDEVİK İLƏ
GÖRÜŞDƏKİ SÖHBƏTDƏN
Davos
29 yanvar 2000-ci il
Bondevik: Cənab prezident, Sizinlə yenidən görüşməyimdən
şərəf duyduğumu bildirirəm. Bakıya səfərim zamanı Sizinlə
apardığım danışıqları həmişə məmnunluqla xatırlayıram.
Mən ötən ilin noyabrında İstanbulun məşhur «Çırağan»
sarayında Bakı-Ceyhan əsas ixrac boru kəməri barədə sazişin
imzalanması mərasimində iştirak etdim və bu sənədə imza
atdım. Bu tarixi əhəmiyyətli hadisə Norveçdə də böyük rəğbət
doğurdu.
«Statoyl» şirkəti Bakı-Ceyhan əsas ixrac boru kəməri üzrə
yaradılmış konsorsiumun ən fəal üzvlərindən biridir. Bakıda
çoxdan fəaliyyət göstərən bu şirkətə diqqət və qayğıya görə sizə
bir daha minnətdarlığımı bildirirəm.
Ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf
etməsindən məmnun qaldım. Sizin rəhbərliyiniz ilə
Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu
sahəsində görülən işlər Norveçdə də böyük maraq doğurur.
Norveç şirkətləri Azərbaycanda öz, işlərini genişləndirmək və
ölkənizə daha çox investisiya qoymaq niyətindədir.
Heydər Əliyev: Cənab Baş nazir! Səmimi sözlərə görə Sizə
təşəkkür edirəm. Norveçlə bütün sahələrdə əlaqələrin
möhkəmləndirilməsinə Azərbaycan da xüsusi əhəmiyyət verir.
__________________________________________
357
Mən Azərbaycanda «Neft fondu» yaradılması haqqında
fərman imzaladım. Qabaqcıl neft dövlətlərindən biri olan
Norveçin bu sahədə təcrübəsini öyrənmək üçün respublikamızın
xüsusi bir nümayəndə heyəti bu ölkədə səfərdə olmuşdur.
Nümayəndə heyətimiz Norveçdə yaranmış «Neft fondu»
haqqında dəyərli məlumatlar gətirmişdir. Sözsüz, həmin
qabaqcıl təcrübə ölkəmiz üçün faydalı olacaqdır.
Mənim məşhur alim və səyyah Tur Heyerdal ilə şəxsi dostluq
əlaqələrim var. Azərbaycan və Norveç xalqları arasında
münasibətlər qədim tarixə malikdir.
Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan
qaldırılması üçün Minsk qrupu çərçivəsində və birbaşa
danışıqlar aparılır. Ölkəmizin haqq işini beynəlxalq təşkilatlarda
dəstəklədiyinə görə Norveç hökumətinə minnətdarlığımı
bildirirəm.
__________________________________________
358
ABŞ-ın «ŞEVRON» ŞİRKƏTİNİN
PREZİDENTİ RİÇARD MATSKE İLƏ
GÖRÜŞDƏKİ SÖHBƏTDƏN
Davos
29 yanvar 2000-ci il
Riçard Matske: Salam. Hörmətli prezident! Sizinlə yeni
görüşümdən çox məmnunam. Ötən ilin noyabrında İstanbulda
Bakı-Ceyhan əsas ixrac neft boru kəməri barədə sazişin
imzalanması münasibətilə Sizi ürəkdən təbrik edirəm. «Şevron»
şirkəti Azərbaycanda fəaliyyətini davam etdirir. «Abşeron»
yatağında tezliklə yeni quyu qazacaqdır. Həmin yataqdan çox
böyük miqdarda qaz gözlənilir. Əminəm ki, Azərbaycan yaxın
zamanlarda həm də qaz ixrac edən ən böyük ölkələrdən birinə
çevriləcəkdir. Azərbaycan qazının ixrac olunması üçün Türkiyə
hökuməti ilə danışıqlar aparırıq.
«Şevron» şirkəti Azərbaycandakı fəaliyyətinə çox böyük
əhəmiyyət verir və ölkəmizin "uzunmüddətli tərəfdaşı kimi
Bakı-Ceyhan və Transxəzər boru kəmərlərinin reallaşması üçün
əlindən gələni etməyə hazırdır.
Mən Sizin Davos İqtisadi Forumunun «Qafqazın və Mərkəzi
Asiyanın perspektivləri: İpək yolu və ya böyük oyun»
mövzusunda keçirilmiş sessiyasında çıxışınızı və suallara ətraflı
cavablarınızı diqqətlə dinlədim.
Cənab prezident, Sizin öz fikirlərinizi həmişə açıq və
qətiyyətlə bildirməyiniz məndə xüsusi rəğbət doğurur.
Heydər Əliyev: Mən Sizin verdiyiniz məlumatlardan çox
razıyam. Ötən ilin noyabrında İstanbulda Amerika pre-
Dostları ilə paylaş: |