Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə104/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   100   101   102   103   104   105   106   107   ...   145

__________________________________________ 

365


İORDANİYA KRALI 

ABDULLAH BİN HÜSEYN BİN TALAL İLƏ 

GÖRÜŞDƏKİ SÖHBƏTDƏN 

 

Davos 

 

30 yanvar 2000-ci il 

 

Kral Abdullah: Xoş gördük, cənab prezident! Sizinlə 

gorüşdən şərəf duyduğumu bildirirəm. 

Mən əziz dostum İlham Əliyevlə Bakıda görüşdükdən sonra 

ümidvar idim ki, o, bizim ölkəmizi ziyarət edəcək, mənimlə 

görüşəcəkdir. Cənab prezident, mən bu fürsətdən bir daha 

istifadə edib həm Sizi, həm də oğlumuz İlham Əliyevi ölkəmizə 

səfərə dəvət edirəm. 



Heydər  Əliyev:  Səmimi sözlərinizə görə minnətdarlığımı 

bildirirəm. ARDNŞ-in birinci vitse-prezidenti, millət vəkili 

İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıram. 

Mən ümid edirəm ki İordaniyaya səfərə birinci növbədə 

İlham Əliyev, sonra isə mən gələrəm. 

Kral Abdullah:  Cənab prezident, mən Sizin bu sözlərinizi 

İordaniyaya rəsmi səfərə  gəlməyiniz barədə razılıq kimi qəbul 

edirəm. Vətənə qayıtdıqdan sonra Sizə  dəvəti rəsmi qaydada, 

yazılı surətdə göndərəcəyəm. 



Heydər  Əliyev: Çox sağ olun. Mən də Sizi Azərbaycana 

rəsmi səfərə dəvət edirəm. 



Kral Abdullah:  Təşəkkür edirəm, cənab prezident. 

Dəvətinizi məmnuniyyətlə qəbul edirəm. 



Heydər  Əliyev: Sağ olun. Sizə  məlumat verərək bildirmək 

istəyirəm ki, müstəqil Azərbaycan Respublikasında hüqu- 

  

 

 



 


__________________________________________ 

366


qi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində böyük 

uğurlar  əldə edilib. Lakin Ermənistan-Azərbaycan münaqişəsi 

ölkəmiz üçün ən ağrılı problemdir. 

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 

torpaqlarımızın 20 faizinin işğal edilib bir milyondan çox 

vətəndaşımız yerindən-yurdundan zorla qovularaq çadırlarda 

ağır  şəraitdə yaşayır. Bu münaqişənin sülh yolu ilə aradan 

qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində və birbaşa 

danışıqlar aparılır. 

Kral Abdullah: Azərbaycanın haqq işi  İordaniya krallığı 

tərəfindən müdafiə edilir. Bizim ölkəmiz rəhbərlik etdiyiniz 

respublikamızla bütün sahələrdə  əlaqələrin genişləndirilməsinə 

maraq göstərir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

  



__________________________________________ 

367


«BRİTİŞ PETROLEUM» ŞİRKƏTİNİN  

PREZİDENTİ CON BRAUN İLƏ  

GÖRÜŞDƏKİ SÖHBƏTDƏN 

 

Davos 

 

30 yanvar 2000-ci il 

 

Con Braun: Hörmətli cənab prezident. Sizi xoş gördük. 

Sizinlə görüşümdən şərəf duyuram. 

Ötən ilin noyabrında İstanbulda Bakı-Ceyhan əsas ixrac neft 

boru kəməri barədə sazişin imzalanması münasibətilə Sizi təbrik 

edirəm. Mən «Britiş Petroleum» şirkətinin Azərbaycandakı 

fəaliyyətini genişiəndirmək niyyətindəyəm. 



Heydər  Əliyev:  Mən «Britiş Petroleum» şirkəti ilə 

Azərbaycan arasında  əməkdaşlığın ardıcıl inkişaf etdirilməsinə 

tərəfdaram. Ötən ilin noyabrında İstanbulda Amerika prezidenti 

Bill Klintonun iştirakı ilə Bakı-Ceyhan  əsas ixrac boru kəməri 

barədə sazişin imzalanmasını böyük əhəmiyyətli tarixi hadisə 

kimi dəyərləndirirəm. 

Azərbaycanın zəngin neft və qaz ehtiyatlarının xarici 

ölkələrin  ən nüfuzlu şirkətləri ilə birgə  işlənilməsi üçün hələ 

çoxlu imkan vardır. «Britiş Petroleum» şirkətinin 

respublikamızda gördüyü işlərdən raziyam. 



Con Braun:  Mən yaxın vaxtlarda Azərbaycana gəlmək 

istəyirəm. 



Heydər  Əliyev:  Mən buna razıyam. Sizinlə Bakıda yenidən 

görüşməyimiz faydalı olardı. 

  

 

  



 


__________________________________________ 

368


İSVEÇRƏDƏKİ AZƏRBAYCAN CƏMİYYƏTİ  

İDARƏ HEYƏTİNİN BİR QRUP ÜZVÜ İLƏ  

GÖRÜŞDƏ ÇIXIŞ 

 

Davos 

 

30 yanvar 2000-ci il 

 

Siz 



İsveçrədəki Azərbaycan Cəmiyyətinin 

nümayəndələrisiniz. Səfir sizin fəaliyyətiniz haqqında mənə 

danışdı. 

Bilirsiniz ki, Azərbaycan artıq səkkiz ildir müstəqil dövlətdir. 

Biz müstəqillik şəraitində yaşayırıq. Dünyanın hər yerində olan 

azərbaycanlılar bizim üçün əzizdir. Nəhayət, azərbaycanlıların 

müstəqil bir ölkəsi vardır. Əlbəttə, insan doğulandan həyatı tərk 

edənədək hər bir ölkədə yaşaya bilər. Ancaq hər bir insan üçün 

vətən, torpaq, ölkə, müstəqil dövlət onun mənəviyyatı, həyatı 

üçün çox yüksək anlayışlardır. Ona görə də biz bütün dünyada 

yaşayan Azərbaycanlılarla müstəqil Azərbaycanda yaşayan 

azərbaycanlıların həmrəyliyini,  əlaqələrini çox yüksək 

qiymətləndiririk. Çünki biz birinci növbədə istəyirik dünyanın 

hər bir ölkəsində yaşayan azərbaycanlı hiss etsin ki, bu Dünya 

Birliyində onun dövləti vardır. Dövləti olmayan xalqın Dünya 

Birliyində yeri yoxdur. 

Bilirsiniz ki, Azərbaycan xalqı böyük tarixə malikdir. Orta 

əsrlərdə Azərbaycanın dövləti olubdur. Xalqımızın dövlətçilik 

tarixi böyükdür. Sonra isə - XIX əsrin  əvvəlindən Azərbaycan 

işğal olunubdur, iki yerə parçalanıbdır. Bizim indi yaşadığımız 

Azərbaycan rus imperatorluğunun tabeliyində olubdur. 

1917-ci ildə Rusiyada Oktyabr inqilabı baş verəndən sonra 

Azərbaycanda olan mütəfəkkir, vətənpərvər insanlar, millətçi 

  

 



 

 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə