__________________________________________
372
diyyatından kapitalist iqtisadiyyatına keçir. Məsələn, əvvəllər
hər şey dövlətin əlində idi. İndi hər şey özəlləşir, insanlar öz
mülkünün sahibi olur. Biz sosialist sistemində 70 il yaşamışdıq,
amma bunların heç biri mümkün deyildi.
Mən 14 il Azərbaycanın başçısı olmuşam, sonra 5 il Kremldə
işləmişəm. Amma heç bir mülküm, evim, avtomobilim
olmayıbdır. Biz belə bir ölkədə yaşamışıq. İndi də şəxsən mənim
heç bir şeyim yoxdur. Amma müstəqil dövlətimiz vardır.
Xalqımız daha da yaxşı yaşayacaqdır.
Mən bunları deyərkən, istəyirəm siz biləsiniz ki,
azərbaycanlıların indi müstəqil dövləti vardır. Hər bir təşkilatda
ölkəmizin yeri vardır. Biz buraya gəlmişik, Azərbaycan
prezidentinin hər bir yerdə yeri var.
Ötən ilin noyabr ayında İstanbulda ATƏT-in zirvə görüşü
oldu. Biz orada Bakı-Ceyhan əsas ixrac boru kəməri barədə
böyük bir saziş imzaladıq. Biz beş il idi ki, bu layihənin
üzərində işləyirdik. Çünki çıxarılan nefti ixrac etmək lazımdır.
Bilirsiniz ki, Türkiyədə, Aralıq dənizində Ceyhan limanı vardır.
Biz hasil olunmuş nefti oraya ixrac etmək istəyirik. Amma buna
da mane olanlar var idi. Nəhayət, biz bunu etdik və həmin sazişi
imzaladıq. Bu sazişi Türkiyə prezidenti Süleyman Dəmirəl,
Azərbaycan prezidenti Heydər Əliyev, Gürcüstan prezidenti
Eduard Şevardnadze, Qazaxıstan prezidenti Nursultan
Nazarbayev və Amerika prezidenti Bill Klinton imzaladılar. İndi
həmin sazişi həyata keçirmək lazımdır. Biz onu həyata
keçirəcəyik.
Beləliklə, Azərbaycan artıq o Azərbaycan deyildir ki, onu
tanımasınlar. İndi Azərbaycanı dünyanın hər yerində tanıyırlar.
İndi hər bir azərbaycanlı qürur-hissi keçirə bilər ki, mən
azərbaycanlıyam, mənim millətimin dövləti, mənim millətim,
ölkəm vardır. İsveçrədə, Almaniyada, Fransada yaşasam da fərqi
yoxdur, - mənim xalqım var, mənim xalqımın müstəqil dövləti
var və dünya xalqları içərisində mənim yerim vardır.
__________________________________________
373
Dünya Birliyində, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın
yeri vardır. Azərbaycan xalqının əsrin sonunda əldə etdiyi
nailiyyət budur.
Biz ölkəmizdə bu işləri apararaq, təbiidir ki, dünyada olan
bütün azərbaycanlılar haqqında da düşünürük. Düşünürük ki,
onlar necə yaşayırlar, nə iş görürlər, bir-biri ilə necə əlaqə
saxlayırlar.
Hər bir ölkədə yaşayan başqa millətlər icma, diaspor
yaradırlar. Bilirsiniz ki, dünyada ən böyük diaspor Amerikada
yəhudilərdir. Amerikada ikinci yerdə erməni diasporu, sonra
yunan diasporu durur. Başqa ölkələrdə də belə diasporlar vardır.
Fransanı götürün, orada 500 minə qədər erməni vardır. Amma
onlar çox böyük birlik təşkil edirlər. İsveçrənin özündə də
ermənilər vardır. Mənə dedilər ki, burada qızıl məmulatı satılan
zərgərlik mağazalarında çalışanların hamısı ermənilərdir.
Belədir ki, ermənilər əsrin əvvəlindən bütün dünyaya
səpələniblər. Amma onlarda birlik, bir-biri ilə yaxınlıq vardır:
Harada olurlarsa, öz dillərini unutmurlar, öz məktəblərini
açırlar, kilsələrini qururlar.
Biz istəyirik ki, harada yaşayırlar-yaşasınlar,
azərbaycanlıların da birliyi olsun. Məsələn, azərbaycanlının
azərbaycanlı ilə dostluğu o biri millətdən olanla dostluğundan
üstündür. Hər bir xalqın öz adət-ənənəsi vardır. Bizim xalqın da
toy, yas ənənələri vardır. Xalqımızın başqa ənənələri, bayramları
- Qurban, Ramazan, Novruz bayramları vardır. Bunlar bizim
bayramlarımızdır. Ancaq hər bir millətin də öz bayramı, öz günü
vardır. İnsanlar bayram günü gəlib bir-biri ilə görüşür, bir-birinə
hörmət edirlər, bir yerə yığışırlar.
Amma təkcə belə bayramlara görə demirəm, icma bir yerdə
olanda, hər hansı bir azərbaycanlının həyatında çətinlik
yarananda hamı yığışıb ona kömək edir. Kimin vəziyyəti
yaxşıdırsa, o, durumu ağır olana kömək edir, əl tutur. Bu, təbii
__________________________________________
374
bir şeydir. Ancaq bilirsiniz, azərbaycanlılarda bir az
soyuqqanlılıq vardır. Biz bunu hiss edirik.
Məsələn, İrandan çoxlu azərbaycanlı indi bu ölkələrdə -
Avropa ölkələrində yaşayır. Amma görürəm ki, onların arasında
da o qədər birlik yoxdur. Deyirlər ki, Amerikada İrandan gəlmiş
bir milyona yaxın azərbaycanlı var. Amma onların da arasında
birlik yoxdur. İstəyirik ki, biz dünyada ilk müstəqil Azərbaycan
dövləti kimi, bütün dünyadakı azərbaycanlıların birliyini,
həmrəyliyini təşkil edək, təmin edək. Məsələn, dekabr ayının
31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi, birliyi günüdür. Biz
bunu elan etmişik. Həmin gün bizdə bayramdır. Mən hər il
bütün dünya azərbaycanlılarına müraciət edirəm. Müraciətimin
məzmunu əsasən ondan ibarətdir ki, daha da birgə olun, bir-
birinizə əl tutun, yardım edin, yaxın olun. Beləliklə, biz
dünyadakı azərbaycanlıları daha da sıx birləşdirə bilərik. Əvvəl
Azərbaycan dövləti olmadığına görə hər şey pərakəndə, dağınıq
idi. İndi Azərbaycan dövləti olduğuma görə birliyə imkan
yaranıbdır.
Ölkəmizlə əlaqə saxlayın, vaxtınız olanda gəlin, görün.
Görün orada həyat necə dəyişir. Həyat dəyişir, amma çətinliklər
də var. Dünən Bill Klinton çıxış edirdi. Məsələn, o deyir ki,
dünyada bir milyard çox kasıb yaşayan insan var. Yəni bu,
dünyada qlobal bir məsələdir. İndi Azərbaycanda keçid dövrü
olduğuna görə bir az təbəqələşmə yaranıb. Məsələn, kasıb, orta
yaşayanlar da var. Ölkəmizdə indi biznes yaranır, həmin biznesi
yaxşı aparanlar zənginləşirlər. Yəni bunlar bütün ölkələrdə
olduğu kimidir. Biz sosialist iqtisadiyyatından imtina etmişik, öz
dinimizə, dilimizə qayıtmışıq.
Almaniyada bizim səfirimiz vardır, siz onu tanıyırsınız. Mən
İsfəndiyar Vahabzadəni Cenevrədə səfir təyin etmişəm, o,
Birləşmiş Millətlər Təşkilatının Cenevrə bölməsində
Azərbaycanı təmsil edir. Siz onu tanıyırsınız.
Dostları ilə paylaş: |