Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə100/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   96   97   98   99   100   101   102   103   ...   145

__________________________________________ 

344


 

yanla apardığım danışıqlar barədə Amerika Birləşmiş Ştatlarının 

dövlət katibi xanım Olbrayt ilə görüşümdə  ətraflı müzakirələr 

keçirmişik. 

Bu Sülh prosesinin davam etməsini daim diqqətinizdə 

saxladığınıza və danışıqların uğurla başa çatması üçün 

göstərdiyiniz  şəxsi səylərə  və  dəstəyə görə Sizə  dərin 

təşəkkürümü bildirirəm. 

Əminəm ki, Azərbaycan ilə Amerika arasındakı strateji 

tərəfdaşlıq münasibətləri bundan sonra daha da güclənəcəkdir. 

Ölkələrimiz arasında çoxtərəfli iqtisadi əlaqələrin bütün 

sahələrdə genişlənməsi üçün bu yaxınlarda Amerika Birləşmiş 

Ştatları və Azərbaycan hökumətləri arasında birgə işçi qrupunun 

yaradılması barədə  əməkdaşlıq memorandumunun imzalanması 

mühüm  əhəmiyyət daşıyır. ABŞ-ın işgüzar dairələrinin 

Azərbaycanda qarşılıqlı surətdə faydalı  iş görməsi və  sərmayə 

qoyması üçün bundan sonra da hər cür şərait yaradılacaqdır. 

 

  



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


__________________________________________ 

345


İRAN İSLAM RESPLİBLİKASININ 

XARİCİ İŞLƏR NAZİRİ KAMAL XƏRRAZİ İLƏ 

GÖRÜŞDƏKİ SÖHBƏTDƏN 

 

Davos 

 

29 yanvar 2000-ci il 

 

Kamal Xərrazi: Hörmətli cənab prezident! Xoş gördük. Mən 

Sizinlə  hər bir görüşümdən fərəh duyuram. İcazə verin İran 

prezidenti cənab Xatəminin xoş arzularını, hörmət və ehtiramını 

Sizə çatdırım. 

Sizin Davos Dünya İqtisadi Forumunda «Qafqazın və 

Mərkəzi Asiyanın perspektivləri, İpək yolu və ya böyük oyun» 

mövzusunda keçirilən sessiyada dərin məzmunlu çıxışınızı  və 

suallara  ətraflı cavablarınızı yüksək qiymətləndirirəm. Mənim 

fikrimcə, bu sessiya region ölkələrinin qarşılaşdığı problemlərin 

həlli İstiqamətində böyük əhəmiyyətə malikdir. 

Hörmətli cənab prezident, Sizin qarşıdakı  rəsmi səfərinizi 

İranda çox səbirsizliklə gözləyirlər. 

İcazə versəydiniz, prezident Xatəminin dəvətini Sizə bir daha 

çatdırım. Əmin olduğumu bildirirəm ki, Sizin bu rəsmi səfəriniz 

ölkələrimizin bütün sahələrdə 

əlaqələrinin daha da 

möhkəmləndirilməsində mühüm rol oynayacaqdır. 



Heydər  Əliyev: Hörmətli cənab Xərrazi! Xoş sözlərinizə 

görə təşəkkür edirəm. İran İslam Respublikası ilə əməkdaşlığın 

inkişaf etdirilməsinə Azərbaycan Respublikası xüsusi əhəmiyyət 

verir. Xahiş edərdim ki, mənim salamlarımı, xoş arzularımı 

cənab Xatəmiyə və dost ölkənin digər rəhbərlərinə çatdırasınız. 

  

 



  

 

 




__________________________________________ 

346


Dəvətinizi məmnuniyyətlə  qəbul edərək  İrana rəsmi səfərə 

gələcəyəm.  Əmin olduğumu bildirirəm ki, bu ziyarət qonşu 

ölkələrimizin qarşılıqlı surətdə faydalı  əməkdaşlığının daha da 

sürətlənməsinə yeni güclü təkan verəcəkdir. 

Mən ümidvaram ki, ölkələrimiz Ermənistan-Azərbaycan 

münaqişəsinin sülh yolu ilə  həll olunması, regionda vəziyyət, 

ikitərəfli münasibətlərin daha da canlandırılması  məsələləri 

barədə fikir mübadiləsi zamanı  hər iki tərəfi qane edən ümumi 

rəyə gələcəkdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

  




__________________________________________ 

347


TÜRKİYƏNİN BAŞ NAZİRİ  

BÜLƏND ECEVİT İLƏ GÖRÜŞDƏKİ  

SÖHBƏTDƏN 

 

Davos 

 

29 yanvar 2000-ci il 

 

Bülənd   Ecevit: Hörmətli cənab prezident! Xoş gördük Sizi. 

Dost və qardaş ölkənin prezidenti olan Sizinlə görüşdən son 

dərəcə məmnunam. 



Heydər  Əliyev:  Təşəkkür edirəm. Mən də Sizi səmimi-

qəlbdən salamlayıram. Mən Azərbaycan ilə Türkiyə arasında 

dostluq və 

əməkdaşlıq münasibətlərinin gündən-günə 

genişlənməsindən, inkişaf etməsindən böyük məmnunluq 

duyuram.  Əminəm ki, Davos Dünya İqtisadi Forumu iştirakçı 

ölkələrin qarşılıqlı surətdə faydalı 

əlaqələrinin 

möhkəmləndirilməsində mühüm rol oynayacaqdır. 

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan 

qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində və birbaşa 

danışıqlar aparılır. 



Bülənd Ecevit:Bu münaqişənin aradan qaldırılması üçün 

Azərbaycanın haqq işini Türkiyə  həmişə müdafiə edir və 

edəcəkdir. 

Heydər  Əliyev:  Təşəkkür edirəm, cənab Baş nazir. Bizim 

ölkəmiz Ermənistanla olan münaqişənin törətdiyi çətinliklərə 

baxmayaraq qardaş Türkiyə ilə  işbirliyinə böyük əhəmiyyət 

verir. 


Xəzərin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması 

üçün nəzərdə tutulan Bakı-Ceyhan əsas ixrac boru kəmərinin 

  

 



__________________________________________ 

348


və Transxəzər qaz kəmərinin inşasına dair ötən ilin noyabrında 

İstanbulda imzalanmış  sənədlər olduqca mühüm layihələrdir. 

Onların həyata keçirilməsi nəinki region dövlətlərinin, həm də 

Avropa və dünya ölkələrinin iqtisadi inkişafında mühüm rol 

oynayacaqdır. Biz bu layihələrin gerçəkləşdirilməsi üçün 

əlimizdən gələni edəcəyik. 

  

 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə